Böyük ustad Ayətullah Əli Füruği
490 members
128 photos
52 videos
20 files
277 links
Azərbaycanca olan telegram səhifəsinin admini ilə əlaqə saxlamaq üçün @RuhullahNovruzzade -yə müraciət edə bilərsiniz.Ustadın rəsmi saytı: http://forooghetohid.com/
Download Telegram
to view and join the conversation
Ustad Füruği
Müxləslərin mükafatı

Müxləslərin məqam və xüsusiyyətlərindən biri də onların mükafatlarının öz əməlləri qarşılığında olmamasıdır.

مَا تُجْزَوْنَ إِلاَّ مَا کُنْتُمْ تَعْمَلُونَ إِلاَّ عِبَادَ اللَّهِ الْمُخْلَصِینَ أُولئِکَ لَهُمْ رِزْقٌ مَعْلُومٌ

“Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız. Allahın müxləs bəndələri isə müstəsnadırlar. Məhz onlar üçün məlum bir ruzi vardır.” (“Saffat” surəsi, ayə 39-41)

Əməl dəftəri insanların əməllərinin mələkuti həqiqətlərinin izahıdır və bu əməl dəftəri Qiyamət günü fərqli surət və ölçülərdə zühur edəcəkdir. Amma Zati Əhədiyyətdə zaman, məkan, istiqamət, surət, forma, maddə, məna, təfsil və təcziyə yoxdur. Ona görə də əməl dəftərinin orada heç bir mənası yoxdur və o dərgaha qəbul ola bilmiş müxləs bəndələrin də heç bir əməl dəftəri yoxdur ki, həmin əməl dəftəri əsasında onlara mükafat verilsin.

Başqa sözlə, ayənin mənası budur ki, müxləs bəndələrin Zati Əhədiyyətin onlara mükafat veriləcəyindən başqa bir əməli yoxdur. Onlar Haqdan başqa heç bir şey olmayan pak-pakizə zat gətiriblər və onların mükafatı da Allahdan başqa heç bir şey olmayan pak zatın özünə uyğundur.

یَا نَعِیمِی وَ جَنَّتِی وَ یَا دُنْیَایَ وَ آخِرَتِی
Ey mənim nemət və cənnətim və ey mənim dünya və axitərim. (“Biharul-ənvar”, c. 91, səh. 148)
Ustad Füruği
Daimi səltənət

Tarix boyu bir çox şahlar bu aləmə gəlib, müxtəlif məmləkətlərdə müvəqqəti və əmanət olan şahlıq libasını geyib. Zahirdə öz var-dövlətlərinə arxalanaraq şad və xürrəm olublar. Lakin batinləri boş, puç və qəmli! Çünki həyatlarını xəyal və dünyanın ötəri meyilləri əsasında qurublar.

Bəziləri Firon kimi “Mən sizin ən uca Rəbbinizəm” deyirdilər. (“Naziat” surəsi, ayə 24)
Həqiqətdə isə heç bir şeyə malik deyildilər. Məhəmmədrza şah qüdrət, nüfuz və Amerikanın dəstəyinə arxalanaraq özünü şahənşah adlandırırdı. Onun bütün xəyali sarayları əlindən çıxdıqda qüssədən öldü. Öz xəyalı ilə özünü şahənşah adlandıran bir kəs, həqiqətdə bir evin də şahı deyildi. Çünki daxildən boş və puç idi.

Mütəal Allah yəhudi və xristianlara buyurdu:
يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَىٰ شَيْءٍ حَتَّىٰ تُقِيمُوا التَّوْرَاةَ وَالْإِنْجِيلَ وَمَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ
“Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qurana) düzgün əməl etmədikcə, siz heç bir şey üzərində deyilsiniz.” (“Maidə” surəsi, ayə 68)

Yəni, heç bir şey deyilsiniz, puçsunuz. Çünki həyatınız tövhid üzərində deyil. İnsan qeyb aləminə qovuşmayınca və tövhidlə dolmayınca, bütün əməlləri ilğım və xəyali təsəvvürdür, bütün var-dövləti əmanət verilmiş bir libasdır, mülk və məqamı içi boş səltənətdir.

Bəs nə üçün əmanət libası geyinməliyik? Nə vaxta kimi ürəyimizi xəyali şeylərə bağlayacağıq və özümüz üçün puç səltənət quracağıq?

Canımızın qamətinə tövhid libası geyinməliyik və özümüzü Allahla doldurmalıyıq ki, Onun daimi səltənətinin cilvəsi vücudumuzda zühur etsin.
Daimən O mütləq padşahdır
Öz izzət kamalında qərqdir
(Əttar, “Məntiqut-teyr”, kitabın başlanğıcı)

Bütün boş camları dolduran Odur. Biz yalnız səbəbləri hazırlamalıyıq. Ona qovuşmalıyıq və tövhid çeşməsindən içməliyik ki, əbədi olaraq sirab olaq. Həqiqi şahlıq, sevinc və şadlıq da oradadır.

https://www.instagram.com/p/BzbNJ7CgPQL/?igshid=1fo74pmkvcm8k
Ustad Füruği
Vücud pəncərəsi
İnsanın bir yerə aid cismi var və bir səmavi canı! Bir daş vardır və onda gizlənmiş bir gövhər! Bir quyu vardır və onun içinə düşmüş bir gözəl Yusif!
Fitrətində sənlə olan quyular
Sərinlədər onu ki, özündən agah olar
Bu daşın içindəki gövhərdir
Quyunun dibindəki Yusifdir

Həqiqəti tapmağın, vücud gövhərini kəşf etməyin və öz canının gözəl Yusifini azad etməyin yolu şəriət aləminə daxil olmaq və tövhid qanunları əsasında yaşamaqdır.

İnsan şəriət göstərişləri əsasında hərəkət etsə, özünü tanımaq yolunda bütün təlaşını göstərib özünü yaxşı tanıya bilsə, görər ki, vücudundan Mütəal Allaha tərəf pəncərə açıqdır. Vücudundan tozu silə bilsə, öz vücud pəncərəsindən Haqq Təalanın cəmal və cəlalına tamaşa edə bilər.

Amma təbiət aləminə məşğul olmaq və Rəbbin göstərişlərinə əməl etməmək insan üçün o qədər pərdələr yaradır ki, tövhid məqamlarına yetişmək, Haqq Təalanın dilrüba cəlal və cəmalını müşahidə etmək onların çoxu üçün əlçatmaz arzuya çevrilir.

Cismimin tozu canımın çöhrəsinə hicab olur
Xoş o vaxta ki, bu çöhrədən hicab kənar olur

Bəs ey dost, təkcə öz torpaq cismini görmə və tövhid aləmindən qafil olmaqdan çəkin. Çünki bunun nəticəsi çeşmə deyil, ilğımdır.

https://www.instagram.com/p/Bzu8-_6gsO0/?igshid=5xtpkksbddc7
Ustad Füruği
Bal arısından alınası dərs
İnsanın əməllərinin heç biri onun canından qıraq deyildir və bütün əməlləri onun özünə qayıdır; istər yaxşı əməl olsun, istər pis. Özümüzə qayıtmalı və əməllərimizi islah etməliyik.

İmam Əli (ə) buyurur:
كُنْ كَالنَّحْلَةِ إِذَا أَكَلَتْ أَكَلَتْ طَیِّباً وَ إِذَا وَضَعَتْ وَضَعَتْ طَیِّباً وَ إِذَا وَقَعَتْ عَلَى عُودٍ لَمْ تَكْسِرْهُ
“Bal arısı kimi ol. Yedikdə pak yeməklər yeyir, məhsulu pak olur və budağın üstünə qonduqda onu sındırmır.” (“Qurərul-hikəm”, c. 4, səh. 595)

Bal arısının xüsusiyyətlərndən biri budur ki, yedikdə, pak-pakizə qidalar seçir və hər qidanı yemir. Aləmdəki bu qədər qidalar arasından təkcə ən incə qida olan nektarı seçir. Pak qida yediyi üçün verdiyi məhsul da pak olur.

Bizim əməllərimiz bizim istehsal və məhsulumuzdur. Əgər vücud karxanamıza pak məhsul daxil etsək, ondan pak məhsul istehsal olunacaq. Ona görə də bizə tövsiyə olunur ki, bal arısı kimi olaq!

Bal arısı yaxşıdan başqa şeyin sorağına getmir. Harada gül varsa, o da oradadır. Siz də yaxşılıqların sorağına gedin, aləmdə Allahın bağının gülləri ilə yoldaş olun, Onun dost və övliyalarından başqaları ilə oturub-durmayın.

Bal arısı budağa qonduqda onu sındırmır. Sizə də bir nemət verildikdə, onunla sevgi-məhəbbətlə davranın. Qəlb sındırmaqdan çəkinin.
قلب مؤمن عرش الرحمن
“Möminin qəlbi mehriban Allahın ərşidir.” (“Biharul-ənvar”, c. 58, səh. 39)

Bal arısının idxal etdiklərinin hamısı pakdır. Siz də səy edin ki, gördükləriniz, eşitdikləriniz, yedikləriniz və bütün idxalatınız pak olsun, beləliklə ixracatınız da pak olsun, sizdən pak əməllər baş versin.

Nektar gülü acıdır, lakin bal arısının tvə həzm sistemi ilə uyğundur. Beləliklə, çox yüksək nəticə verir. İnsan da belədir. Bəzən yaxşı və pak işlər ona xoş gəlmir, onlara meyli olmur, lakin fitrət və varlıq həqiqəti ilə uyğun olduğu üçün özünü ona meyilləndirsə, yaxşı məhsul götürər. “Meylim yoxdur” demək olmaz, özünüzü ona meyilləndirin. Çünki yaxşı aqibəti vardır.
وَعَسَىٰ أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ
“Bəzən xoşlamadığınız bir şey temperamenti üçün xeyirlidir.” (“Bəqərə” surəsi, ayə 216)

Bal arısı sayağı yaşasaq, acılıqlar bizim üçün şirinliyə, çətinliklər asanlığa çevriləcək.

https://www.instagram.com/p/B0D0nmkAdSQ/?igshid=ocxro9pg53x0
Ustad Füruği
İnsanın sirri vardır
İnsanın bir sirri vardır ki, ona çatmalıdır. Ona çatmasa sakitliyi olmayacaq, həyatı həsrət, iztirab və məyusluq içində silkələnəcək.
İnsan dünya həyatının zahiri barədə çox az bilir.
يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ

“Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.”
Ona görə də həqiqəti görmək üçün təbiət aləmindən uzaqlaşmaq lazımdır.
Peyğəmbərlər (ə) insanı təbiətin zəncirlərindən azad etməyə gəlmişdilər, lakin insanlar onları öz səviyyələrində görürdülər. Ona görə də həm özlərinə, həm də onlara zülm edirdilər.
#Ərəfə duasında uca bir məqamın şərhi

İmam #Hüseyn (ə) Ərəfə duasının bir hissəsində belə raz-niyaz edir:

"İlahi, halətlərin dəyişilməsi və (dünyada baş verən) dəyişikliklərin müxtəlifliyindən anladım ki, məni yaratmaqda məqsədin hər şeydə Özünü mənə tanıtdırmaq və nəhayət, Səndən qafil olmamaqdır!" (İqbalul-əmal, c. 1, səh. 348)

İmam Hüseynin (ə) bu sözü çox ucadır. Əllamə #Təbatəbainin (r) tələbələrindən biri ustadın belə buyurduğunu nəql edir: "Ərəfə duasının axır hissələri tövhiddən sıçrayır və tövhidin ən uca zirvəsidir".

Davamı üçün daxil olun:

http://forooghetohid.com/az/index.php/ustad-n-b-yanlar-ndan-secm-l-r-m-tn/24-r-f-duas-nda-udza-bir-m-zham-n-s-rhi
Nəfsin zənginliyi (1)

Böyük Ustad Ayətullah Füruği

🔻İmam Hüseyn (ə) Ərəfə duasında belə münacat edir: “İlahi mənim nəfsimə ehtiyacsızlıq ver.”
«اللَّهُمَّ اجْعَلْ غِنَايَ فِي نَفْسِي‏»
🔹İnsanın dünyada təlaşının əsas hissəsi rifah, rahatlıq və təhlükəsizlikdə yaşamaq üçündür. O, zatından qıraq səbəblərlə rifaha can atır; sərvət toplamaq istəyir, amma bunu aləmi bir-birinə vurmaq bahasına əldə etməyə çalışır, özünü aləmin sistemi ilə uyğunlaşdırmaq deyil, aləmin sisteminin onunla uyğunlaşmasını istəyir.
“Lakin insan önündəkini (qiyaməti) danmaq istəyər.” (“Qiyamət” surəsi, ayə 5)
«بَلْ يُريدُ الْإِنْسانُ لِيَفْجُرَ أَمامَهُ»
🔺İnsanın qiyamətə şübhəsi yoxdur, amma azad olmaq və qiyamət məhkəməsi olmadan bütün ömrünü günahda keçirmək, onun qarşısını alacaq bir şeyin olmamasını istəyir. Özünün dəyişməsini deyil, dünyanın onun istəyinə uyğun hərəkət etməsini istəyir. Belə olduqda, puçluğa çatır, Allah, başqaları və dünya ilə əlaqəsi pozulur.

Ardı var

💟Forooghetohid.com
https://telegram.me/Ustadfurugi
ƏRƏFƏ DUASI.pdf
364.7 KB
#Ərəfə duasının tərcüməsi və transkripsiyası

https://t.me/AyatullahXamenei
https://chat.whatsapp.com/KWscMLiSmkr7ukJgGnlGuQ (qrup 2)
https://chat.whatsapp.com/IDCZzR11DHYGyx5O6eocxJ (qrup 3)
https://chat.whatsapp.com/JYGJ20jtVPzFGzQ2cLSo9q (qrup 4)
🧕🏼Xanımlara məxsus qrupa üzv olmaq üçün müraciət olunası nömrə: +989196146779
Ustad Füruği
İmam olmadan dünya və axirətin mənası yoxdur
İmam olmadan dünya və axirətin heç bir mənası yoxdur. İnsanın cənnəti onun imamıdır. Bir gün İmam Əli (ə) Salmana cənnəti göstərdi və ona buyurdu ki, daxil ol cənnətə. Salman dedi: Ağa, sənsiz cənnəti mənim nəyimə lazımdır. Sən harada olsan mənim cənnətim oradır.
Hər bir şey İmam Zamanın (əc) vücudunda nəqd şəkildə mövcuddur. Əgər həzrət bizə bir nəzər salsa, bütün aləmimiz dəyişər, qəlbimiz qəlb olar.
Ustad Füruğinin çıxışı

🌷Qədir-Xum bayramı münasibətilə

🌷Məkan: Təbriz, Şəban məscidi

🌷Zaman: Avqustun 18- dən 20- dək, məğrib və işa namazlarından sonra
Ustad Füruği
Əhli-beytin (ə) öz dostları ilə bağlılığı

Şiələrin öz imamları (ə) ilə dərin bağlılığı vardır. İmamlar (ə) özləri buyurmuşdur:
إنّ شيعتَنا منّا خُلِقوا مِن فاضِلِ طينَتِنا و عجنوا بِماء وِلايتِنا
“Şiələrimiz bizim palçığımızın artığından yaranıblar və bizim vilayətimizin suyu ilə yoğrulublar.” (“Biharul-ənvar”, c. 53, səh. 303)
يَفْرَحُونَ لِفَرَحِنَا وَ يَحْزَنُونَ لِحُزْنِنَا
“(Şiələrimiz) bizim sevincimizlə sevinir, bizim kədərimizlə kədərlənirlər.” (“Biharul-ənvar”, c. 10, səh. 114)
Görün, bizim sevinc və kədərimiz, gülmək və ağlamağımız üçün hansı meyarlar verilib!

Gülüşün lütfündən hekayət edir
Göz yaşın qəhrindən şikayət edir
Bu iki zidd cümlə cahanda
Dilbərin birliyindən rəvayət edir
Gülüş və ağlamaq bir-birinə ziddir, amma hər ikisi bir məhbubu göstərir və bu, Əhli-beyt (ə) məktəbindədir.

Musa ibn Səyyar deyir:
Biz Tus şəhərinə çatanda bir cənazəni dəfn etməyə aparırdılar. İmam Rza (ə) kəcavədən yerə endi və özünü tabuta çatdırdı və öz əzizi vəfat etmiş şəxs kimi tabutun hər dörd tərəfindən yapışdı.
Qəbrin yanına çatdıqda həzrət kəfəni açdı. Meyit cavan bir oğlanın cənazəsi idi. İmam (ə) üzünü meyitin üzünə qoydu, sonra buyurdu: “Narahat olma, bundan sonra xoşluqda olacaqsan, heç bir qorxu yoxdur.”
Cavan meyitin yaxın adamları həzrəti tanımadıqları üçün onun kimliyini soruşdular. Onlara dedilər ki, bu, Əli ibn Musa Rzadır (s).
Onlar həzrətə dedilər: And olsun Allaha, bu cavan gecə-gündüz səni çağırırdı.
Həzrət buyurdu: “Biz öz dostlarımızı tanıyırıq və onları bizə tanıtmağa ehtiyac yoxdur.” (“Mənaqib”, İbn Şəhr Aşub, c. 4, səh. 341)

Aləm, məhəbbət aləmidir. Sən indi İmam Rzaya (ə) salam verirsən, elə indi o həzrətin zəvvarısan.
Əhli-beyt (ə) bütün aləmdən xəbərdardır, lakin biz bunu dərk etmirik. Aldanmışıq və aləmdə nələr olduğunu bilmirik.

Biz o kəndli kimiyik ki, hamı şahın görüşünə gedirdi və özləri ilə şaha hədiyyə aparırdılar.
Kəndlinin arvadı dedi: - Sən də şahın görüşünə get, bəlkə bizə də bir şey verdi.
Kəndli dedi: - Mənim nəyim var, şah üçün aparam?!
Qadın dedi: - Təzə yağış yağıb, çalalara şəffaf su dolub. Kuzəni o sudan doldur, özünlə apar.
Kəndli kuzəni təmiz və şəffaf su ilə doldurub şahın görüşünə yola düşdü. Özlüyündə elə düşünürdü ki, şah belə su görməyib.

Kəndli suyu şaha hədiyyə etdi. Sarayın işçiləri o suya baxdılar, gördülər ki, içməli deyil. Bunu şaha xəbər verdilər. Şah dedi:
- Bu kişi elə bilirdi ki, mənim üçün ən yaxşı hədiyyəni gətirir. Onun kuzəsini qızılla doldurun.

Biz də öz ixlassız salamlarımızla Əhli-beytin (ə) hüzuruna gedirik ki, bəlkə bizə bir nəzər salalar.
Məndən ah, səndən nigah (nəzər)
Ahı, nəzərlə müamilə edək. Bir ah ver, min nəzər al.

https://www.instagram.com/p/B1XeKrJgT7H/?igshid=yixjxhdju4m7
"Mizan" Maarif Mərkəzi olaraq məqsədimiz, milli və mənəvi dəyərlərimizin cəmiyyətimizə və günümüzə münasib formada təbliğ olunmasıdır!

Telegram: https://t.me/Mizanmaarif
Facebook: https://www.facebook.com/Mizanmaarifmerkezi/
İnstagram: https://www.instagram.com/mizanmaarif_/
Whatsapp: https://chat.whatsapp.com/LBHyeUeG2Qp7gyFsBTK1iE

Elanı paylaşmaqla dostlarınızı da bizi izləməyə dəvət edə bilərsiniz.
Əziz izləyicilər, Allahdan yeni bahar ilinin hər birimizə bərəkətli olmasını diləyirik!

"Mizan" Maarif Mərkəzi olaraq, paylaşımların daha səmərəli olması üçün izləyicilər arasında yarışma keçirmək qərarına gəlmişik. Hər ayın sonunda keçiriləcək müsabiqədə həmin ay ərzində Mərkəzin telegram səhifəsində paylaşılan məlumatları nəzərə alaraq izləyicilərə 10 sual təqdim olunacaq və yarışmada qalib gələn 3 şəxs Mərkəzimiz tərəfindən mükafatlandırılacaqdır.
Hər birinizə Allahdan uğurlar diləyirik!

Qeyd: Mart ayının son günlərində keçiriləcək müsabiqənin sualları 20 mart tarixinə qədər (həmin günün paylaşımları da daxil olmaqla) paylaşılan məlumatlar əsasında tərtib olunmuşdur.

Yaxınlarınızı da bu yarışda iştirak etməyə dəvət edə bilərsiniz.

Telegram: https://t.me/Mizanmaarif
Facebook: https://www.facebook.com/Mizanmaarifmerkezi/
İnstagram: https://www.instagram.com/mizanmaarif_/
Whatsapp: https://chat.whatsapp.com/LBHyeUeG2Qp7gyFsBTK1iE
Salam, əziz izləyicilər.

Qeyd etdiyimiz kimi Mizan Maarif Mərkəzi cari ayın 20-nə qədər (həmin gün də daxil olmaqla) telegram kanalında yayımlanan paylaşımlar əsasında yarışma keçirmək niyyətindədir. Telegram kanalında paylaşımları vurğulamaqdan məqsədimiz, Mərkəzin bəzi paylaşımlarının yalnız qeyd olunan kanalda paylaşılmasından irəli gəlir. Yarışma mart ayının 28-i keçiriləcək və suallar səhər saat 10:00-da sosial şəbəkələrdə olan ünvanlarımızda paylaşılacaq. Sualların cavablarını saat 20:00-a qədər Whatsapp və ya Telegram proqramları vasitəsilə +994509708849 nömrəsinə və ya mizanmaarif2019@gmail.com elektron poçtuna yollaya bilərsiniz.
Suallara düz cavab verənlərin sayı eyni olduğu təqdirdə cavabları daha tez göndərənlər qalib hesab ediləcək.

Bu elanı yaxınlarınızla paylaşaraq, onların da müsabiqədə iştirak etməsi üçün şərait yarada bilərsiniz.

Telegram: https://t.me/Mizanmaarif
Facebook: https://www.facebook.com/Mizanmaarifmerkezi/
İnstagram: https://www.instagram.com/mizanmaarif_/
Whatsapp: https://chat.whatsapp.com/LBHyeUeG2Qp7gyFsBTK1iE