APA
⚡️⚡️ YENİ GÖRÜNTÜLƏR: Naxçıvan aeroportu İranın dron zərbəsindən sonra
Media is too big
VIEW IN TELEGRAM
Mülki əhalinin və obyektlərin vurulması beynəlxalq cinayətdir - Hüquqşünas Şamil Paşayev
😁7👏5🤪1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“İranın Azərbaycanı münaqişəyə cəlb etməsi həm siyasi, həm də hüquqi məsuliyyət doğurur" - Hüquqşünas Şamil Paşayev
😁6👍2👏1🙏1
Tehran mövcud düşmənçilik davranışlarından əl çəkmədiyi müddətcə onlarla görüşmək istəyimiz yoxdur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10👏3❤2😁1
Media is too big
VIEW IN TELEGRAM
İranın dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib. Xəstələrə ilkin yardım olunub vəziyyətləri stabildir - Naxçıvan Səhiyyə Nazirliyi
🙏5❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xəsarət alanlara ilkin yardım olunub vəziyyətləri stabildir
🙏6👎1😁1
APA
⚡️⚡️ YENİ GÖRÜNTÜLƏR: Naxçıvan aeroportu İranın dron zərbəsindən sonra
❗Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
👍17👌3
🇶🇦🇦🇿 Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Qətər dövləti qardaş Türkiyə Respublikasının ballistik raketlə və Azərbaycan Respublikasında bir hava limanının İran dronları ilə hədəfə alınmasını kəskin şəkildə pisləyir. Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir və İranın məsuliyyətsiz hücumları ilə dövlətlərin suverenliyinin pozulmasıdır. Bu, həm də regionda sülh və stabilliyə birbaşa təhdiddir”, - bəyanatda qeyd olunub.
👍12
🚨 Səhiyyə Nazirliyi:
Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
▪️Məlumata görə, Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
▪️Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
▪️Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
▪️Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir. Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
▪️"İctimaiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər", nazirlikdən bildirilib.

❤1🙏1
🚨 NATO-nun Baş katibi Mark Rutte:
İranın Türkiyəyə raket atması ciddi hadisə idi, lakin 5-ci maddə üçün əsas yaratmır
“Dördüncü–beşinci gündəyik və vəziyyəti tam qiymətləndirmək üçün hələ tezdir. Qarşıdakı həftələrdə prosesin necə inkişaf edəcəyini görmək lazımdır, lakin ümumi baxışda müəyyən fikir birliyi formalaşıb.

Aydın olan odur ki, İran qonşularına, İsrailə, Yaxın Şərqə və ya Avropaya qarşı təhdid ritorikasından uzaq olmalı, gərginliyi artıran addımlardan çəkinməlidir.
❤10🙏4
⚡️Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.
▪️Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "X" platformasındakı paylaşımında deyib.
▪️Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir.

👍9😁3
❗🇮🇱🇦🇿İsrail XİN İranın Naxçıvana dron hücumlarını pisləyib: Tehrandakı rejim xaos yayır
👍17🤡10🤬6❤2❤🔥2
❗🇦🇿Baş Prokurorluğunun Mətbuat xidməti: Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
🫡7👍1
❗İran rejiminin dəyişməz “taktikası”: beynəlxalq hüquqa hörmətsizlik, mülki şəxsləri və obyektləri hədəfə almaq – EKSPERT RƏYLƏRİ
▪Hadisənin hüquqi aspektinə toxunan hüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, mülki əhaliyə və mülki infrastruktura qarşı həyata keçirilən belə hücumlar beynəlxalq humanitar hüququn ən ağır pozuntuları sırasına daxildir.
▪Regiondakı təhlükəsizlik mühitinə toxunan İsrail Knessetinin sabiq deputatı və akademik tədqiqatçı Elina Bordaç-Yalov isə bildirib ki, molla rejiminin davranış modeli uzun illərdir dəyişməz qalır.
▪Amerikalı siyasi şərhçi Peter Teyz APA-ya bildirib ki, Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu regionda onsuz da mövcud olan təhlükəsizlik gərginliyini daha da artıran hadisə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, belə insidentlər hərbi və siyasi ritorikanın sərtləşməsinə səbəb olur və regional təhlükəsizlik mühitini daha həssas vəziyyətə gətirir.
▪Regiondakı siyasi vəziyyətə diqqət çəkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov qeyd edib ki, hazırkı mərhələdə molla rejimi faktiki olaraq beynəlxalq arenada təcrid vəziyyətindədir.
▪Beynəlxalq hüquq baxımından hava məkanının pozulması məsələsinə toxunan türkiyəli siyasətçi və siyasi elmlər üzrə akademik Ufuk Uras isə APA-ya bildirib: “Bir ölkənin hava məkanına daxil olmaq, hədəfin nə olmasından asılı olmayaraq, həmin dövlətin suverenliyinin pozulması deməkdir. Dövlətlərin ərazi bütövlüyü və hava məkanı üzərində suveren hüquqları beynəlxalq hüququn əsas prinsiplərindən biridir və bu prinsiplərin pozulması regionda gərginliyi artıran ciddi addım hesab olunur. Belə hallarda diplomatik mexanizmlərin işə düşməsi və hadisənin siyasi müstəvidə araşdırılması vacibdir".
DETALLAR

❤4👏2
Media is too big
VIEW IN TELEGRAM
🚨İranın Naxçıvana dron hücumu ilə bağlı hadisə şahidləri danışır
😁4🤬3😢2😨2🙏1
⚡️⚡️Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
👍17❤🔥4🙏1🆒1

❗Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir
👏4❤2
APA
⚡️⚡️Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
❗️Ali Baş Komandan: İranın dron zərbələri ilə bağlı Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin
👍18🙏3
APA
⚡️⚡️Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir
👍13❤5