APA
✔
21.7K subscribers
40.6K photos
10.8K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Tikinti materialları bazarının Dərnəgüldən “Abşeron” Ticarət Mərkəzinə köçməsi qiymətlərə təsir edəcək.

Bunu əmlak və tikinti sektoru üzrə ekspert Firdovsi Xəlilov bildirib.

Ekspertin sözlərinə görə, Dərnəgülün əsas üstünlüyü ağır yükləri qəbul edən Keşlə stansiyasına yaxınlığı idi. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq və bu stansiyaları sərnişin daşınmaya yönəltmək addımları yük stansiyalarının Lokbatana köçürülməsi ilə nəticələndi və Dərnəgül bu üstünlüyü itirdi.
👍3🙏1
Media is too big
VIEW IN TELEGRAM
📸 Tesla ilk dəfə uçan avtomobilini təqdim etdi

ABŞ-nin Tesla şirkəti oktyabrın 15-də havaya qalxa bilən yeni nəsil “Roadster” elektrik avtomobilini təqdim edib.
🙏2
⚠️ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan məsələlər:

• Milli Məclis Dövlət Qulluğu Məcəlləsini qəbul edib, 6 qanun ləğv olunacaq

• Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

• “Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

• Dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək

• Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməyəcək

• Hərbçilərin əməkhaqları artırılır
👍5❤1👎1🙏1
🇦🇿🇮🇱 İsrail Prezidentinin Azərbaycana səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirilib

• APA-nın əldə etdiyi məlumata görə, bu iddiaların heç bir əsası yoxdur və məsələ kifayət qədər sadədir.

• İsxak Hersoq Azərbaycana xüsusi təyyarə ilə deyil, Bakı–Tel-Əviv–Bakı istiqamətində kommersiya reysi ilə gəlib.

• Prezident və kiçik nümayəndə heyəti digər sərnişinlər kimi bilet alaraq uçublar.

• Türkiyədə bu səfərlə bağlı səsləndirilən iddiaların əsassız olduğu bildirilib.

• Hersoq Bakıya AQEM-in VII Zirvə Toplantısında iştirak etmək üçün səfər edib.
❤13👎10😁4👍2🌭1🍌1🍾1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 Rusiyanın Ryazan Neft Emalı Zavoduna yenidən dron hücumu olub

• Oktyabrın 16-na keçən gecə zavodun Ukrayna PUA-larının hücumuna məruz qaldığı bildirilir.

• Yerli mənbələrə görə, zavodda başlayan yanğın hələ də söndürülməyib.

• Əvvəlki hücumlardan sonra zavodun fəaliyyəti dayanmışdı.
👍4❤1🙏1
Media is too big
VIEW IN TELEGRAM
📌 Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib

• O, Azərbaycan jurnalistlərinin IX qurultayında keçirilən səsvermə nəticəsində sədr seçilib.

• Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanıdır.
👍4❤1
🚨🇦🇿 Dövlət sərhədini pozmağa cəhd edən 6 əcnəbi saxlanılıb

• Zaqatalada 1 Fələstin vətəndaşı Gürcüstandan Azərbaycana keçməyə cəhd edib.

• Şəmkirdə 3 Əfqanıstan və 2 Əlcəzair vətəndaşı Azərbaycandan Gürcüstana keçmək istəyərkən saxlanılıb.

• Faktlarla bağlı araşdırma aparılır.
❤2🙏1👌1
🌤 Sabah 31 dərəcə isti olacaq

📍 Bakı və Abşeron

• Hava dəyişkən buludlu, arabir tutulacaq və əsasən yağmursuz keçəcək.
• Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
🌡 Gecə 18–21°, gündüz 23–28° isti.

🌦 Rayonlar

• Əsasən yağmursuz hava gözlənilir.
• Dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək ehtimalı var.
• Səhər bəzi yerlərdə duman olacaq.
🌡 Aran rayonlarında gündüz 26–31°, dağlarda 18–23° isti.
👍2❤1👎1🙏1👌1
🇺🇦 Volodimir Zelenski: Avropa İttifaqı Şurasından, Avropa Komissiyasından və liderlərdən böyük dəstək alırıq və bunun üçün onlara minnətdaram.

• Onlar bu müharibənin lap əvvəlindən bizim yanımızda olublar. Bu, son dərəcə vacibdir və biz onların dəstəyinə güvənirik.
❤5🎃2🙏1
📌 Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib

Sərəncama əsasən, aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilib:

• Astanov Elvin Əmrah oğlu

• Qasımov Ramil Famil oğlu

• Məmmədov Pərvin Rasim oğlu

• Musayev Oloxan İsayeviç.
👍3❤1🙏1
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib
👍3
🇮🇷🇦🇲 İran XİN başçısı: ABŞ-ın regionda mövcudluğundan narahatıq, amma Ermənistana etibar edirik

• Abbas Əraqçi bildirib ki, Tehran ABŞ-ın regiondakı istənilən mövcudluğundan narahatdır.

• “Erməni dostlarımızla sıx əlaqələr saxlayır və onlara etibar edirik”.

• İran Ermənistanın Tehranın təhlükəsizliyinə qarşı heç bir addım atmadığına əmindir.
😁9❤1
🚨 Goranboyda ov tüfəngi ilə qətl törədən şəxs saxlanılıb

• Bağçakürd kəndində 31 yaşlı Orxan Həsənov 74 yaşlı həmkəndlisi Qələndər Muradovu ov tüfəngi ilə güllələyərək öldürüb.

• Şübhəli polis tərəfindən saxlanılıb.

• Onun əqli qüsurlu olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
👍3❤2🙏2
🇦🇲🇹🇷 Mirzoyan: Ermənistan–Türkiyə sərhədi istənilən an açıla bilər

• “Sabah və ya bazar ertəsi yuxudan oyanıb sərhədin açıldığını görə bilərik”.

• Ermənistan XİN başçısı bildirib ki, münasibətlərin normallaşdırılması prosesi xeyli irəliləyib.

• Ermənistan sərhədi sərnişin və yük daşımaları üçün açmağa hazırdır.
👍6🍌4
🚨 Ata həbsdəki oğluna ayaqqabının içində narkotik keçirmək istəyib

• 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma atasının gətirdiyi idman ayaqqabısının dabanında narkotik maddələr aşkarlanıb.

• 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram marixuana aşkar edilib.

• Faktla bağlı araşdırma aparılır.
❤4👍4🙏2
🇹🇷 Türkiyə 2027-ci il büdcəsində silah, sursat və silah sistemlərinin alınmasına ayrılan xərcləri 229% artıracaq.

• Ümumi müdafiə xərcləri təxminən 45 milyard dollar təşkil edəcək.
❤5👍2🎃1
🚨 Türkiyəli jurnalist barəsində cinayət işi başlanıb, beynəlxalq axtarışa verilib

• “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə və dini nifrətə çağırışlarda ittiham olunur.

• Baş Prokurorluq konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar, dini düşmənçilik və ekstremist materialların yayılması maddələri ilə cinayət işi başlayıb.
❤3👍2
🇮🇷🇦🇲 Paşinyan və Pezeşkian İrəvanda görüşüb
👏7🤡3🤔2🥱2
🇵🇱🇺🇸 Sikorski: ABŞ 2025-ci ilin yanvarından Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib

• Polşa XİN başçısının sözlərinə görə, Ukraynanın müdafiəsinin maliyyələşdirilməsini əsasən Avropa öz üzərinə götürüb.

• Sikorski bildirib ki, Ukraynanın ABŞ-dan başqa kəşfiyyat məlumatları əldə etdiyi digər mənbələr də var.
❤4👍2😁2🙏1
🛢🇦🇿 ARDNF neft-qaz satışından 4,58 milyard dollar gəlir əldə edib

• 2026-cı ilin yanvar–sentyabr aylarında dövlətin payına düşən karbohidrogenlərin satışından 4,58 milyard dollar (7,78 milyard manat) xalis gəlir əldə olunub.

• İllik gəlir planı 91% icra edilib.

• 2026-cı il üzrə ümumilikdə 5,03 milyard dollar (8,55 milyard manat) gəlir nəzərdə tutulub.
👍3🙏1