APA
✔
21.7K subscribers
40.7K photos
10.9K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
🚨 Ata həbsdəki oğluna ayaqqabının içində narkotik keçirmək istəyib

• 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma atasının gətirdiyi idman ayaqqabısının dabanında narkotik maddələr aşkarlanıb.

• 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram marixuana aşkar edilib.

• Faktla bağlı araşdırma aparılır.
❤4👍4🙏2
🇹🇷 Türkiyə 2027-ci il büdcəsində silah, sursat və silah sistemlərinin alınmasına ayrılan xərcləri 229% artıracaq.

• Ümumi müdafiə xərcləri təxminən 45 milyard dollar təşkil edəcək.
❤5👍2🎃1
🚨 Türkiyəli jurnalist barəsində cinayət işi başlanıb, beynəlxalq axtarışa verilib

• “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə və dini nifrətə çağırışlarda ittiham olunur.

• Baş Prokurorluq konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar, dini düşmənçilik və ekstremist materialların yayılması maddələri ilə cinayət işi başlayıb.
❤3👍2
🇮🇷🇦🇲 Paşinyan və Pezeşkian İrəvanda görüşüb
👏7🤡3🤔2🥱2
🇵🇱🇺🇸 Sikorski: ABŞ 2025-ci ilin yanvarından Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib

• Polşa XİN başçısının sözlərinə görə, Ukraynanın müdafiəsinin maliyyələşdirilməsini əsasən Avropa öz üzərinə götürüb.

• Sikorski bildirib ki, Ukraynanın ABŞ-dan başqa kəşfiyyat məlumatları əldə etdiyi digər mənbələr də var.
❤4👍2😁2🙏1
🛢🇦🇿 ARDNF neft-qaz satışından 4,58 milyard dollar gəlir əldə edib

• 2026-cı ilin yanvar–sentyabr aylarında dövlətin payına düşən karbohidrogenlərin satışından 4,58 milyard dollar (7,78 milyard manat) xalis gəlir əldə olunub.

• İllik gəlir planı 91% icra edilib.

• 2026-cı il üzrə ümumilikdə 5,03 milyard dollar (8,55 milyard manat) gəlir nəzərdə tutulub.
👍3🙏2
🇮🇱 Netanyahu: Sülhə mane olan İsrail deyil

• “Sülhə mane olan İsrail və ya öz dövlətimizdə mövcud olmaq hüququmuz uğrunda apardığımız mübarizə deyil”.

• “İllüziyalar üzərində qurulan sülh Yaxın Şərqin reallıqları ilə toqquşaraq darmadağın olacaq”.

• “İsrail tarixi faktları və mövcud olmaq hüququmuzu qəbul etməyənləri, yaxud terrora güzəştə getmək istəyənləri razı salmaq üçün öz varlığını riskə atmayacaq”.
🤬8🤡2❤1👍1
Media is too big
VIEW IN TELEGRAM
🚨 Moskva aeroportlarında xaos: 423 uçuş təxirə salınıb

• APA-nın Rusiya bürosu xəbər verir ki, Ukraynanın kütləvi dron hücumu səbəbindən Moskvanın bütün hava limanlarında uçuşlara məhdudiyyət qoyulub.

• Bəzi sərnişinlər 13 saatdan çox gözləyərək aeroportlarda yerdə yatıblar.

• Məhdudiyyətlər saat 05:00-da qaldırılsa da, hava limanlarında sıxlıq davam edir.
🔥5❤2😁2👍1
🚨 İsmayıllıda ağır qəza: 1 ölü, 2 yaralı

• Balik kəndində “VAZ-2106” markalı avtomobil “DAF” yük maşını ilə toqquşub.

• Qəza nəticəsində 64 yaşlı Yasər Sadıqov həyatını itirib.

• Tural Alişov (37) və Orxan Həsənov (29) xəsarət alıblar.

• Faktla bağlı cinayət işi başlanılıb.
💔4🙏2❤1
🇷🇺🇺🇦 Zelenski: Putin müharibənin bitməsini istəmir, Donbas onlara kifayət etməyəcək

• “Putin müharibənin başa çatmasını istəmir. Donbas onlar üçün çox azdır”.

• “İndi Putin belə düşünür: ‘Yaxşı, müəyyən sanksiyalarla yaşaya və müəyyən çıxış yolları tapa bilərik’”.
🙏2🤔1
❗️Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasndan çıxarılıb.

• Bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
👍8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨🇺🇦🇷🇺 Ukrayna sərhədindən 2400 km uzaqda yerləşən Rusiya zavoduna zərbə endirib

• Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində yerləşən Surqut qaz kondensatı emalı zavodunun zərbəyə məruz qaldığı bildirilir.

• Müəssisə qaz kondensatını emal edir, avtomobil və aviasiya yanacağı istehsal edir.

• Zavodun layihə gücü ildə 12 milyon ton xammal təşkil edir.
❤8🔥2👍1🤔1
🚨 Ukraynada sabiq keşiş atəş açıb: 3 ölü, 2 yaralı

• Zakarpatye vilayətində 45 yaşlı sabiq keşiş əvvəlcə ev sahiblərinə, daha sonra küçədəki insanlara atəş açıb.

• Hadisə nəticəsində 62 və 64 yaşlı iki kişi, həmçinin 86 yaşlı qadın ölüb, 2 nəfər yaralanıb.

• Şübhəli polis əməliyyatı nəticəsində saxlanılıb.

• Onun evində və kilsədə qeydiyyatsız silahlar, patronlar və narkotik olduğu ehtimal edilən maddə aşkarlanıb.
👎2🙏2❤1👌1
⚠️ Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb
❤3🙏1
APA İnformasiya Agentliyi hadisə, kriminal, məhkəmə prosesləri üzrə ixtisaslaşmış müxbir vakansiyası elan edir.

Tələblər:

- Kriminal, hadisə və məhkəmə sahəsində işləmək bacarığı

- Hüquq-mühafizə orqanları ilə əməkdaşlığı etmək bacarığı

- Vəkil və hüquq müdafiəçiləri ilə işləmək bacarığı

- Məsuliyyətli və çalışqan olmaq

İş rejimi: 5 gün

İş saatı: 10:00-dan 19:00-dək

Əmək haqqı: Müsahibə əsasında (Bazar rəqabətinə uyğundur)
hr@apagroup.az e-mail ünvanına CV göndərməyiniz xahiş olunur.
👍4
APA
❗️Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasndan çıxarılıb. • Bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
• Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevin təltiflərindən məhrum edilməsini təklif edib.

İdarə Heyətinin bu gün keçirilən iclasında partiya adından belə bir təşəbbüslə çıxış edilib.
👍5❤4😁2
🇺🇦🇪🇺 Zelenski Avropadan əlavə 70 milyard avro yardım istəyib

• Zelenskinin sözlərinə görə, 2027-ci ildə müharibənin xərcləri 155 milyard avro təşkil edəcək.

• O, müdafiə, silahlanma və dayanıqlılıq üçün Avropadan ən azı 70 milyard avro əlavə dəstək istəyib.

• “Bu, real məbləğdir. Sizdən bu vəsaiti tapmağı xahiş edirəm. Bu, Rusiyanın qarşısını almağa kömək edəcək”, – Zelenski deyib.
❤5😁3🤔2🙏1
🇦🇿 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
❤4👍3🙏1
🔴 BQXK Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevə hələ baş çəkməyib.

💬 BQXK-nın Ermənistandakı nümayəndəsi Zara Amatuni bildirib ki, qurumun bunun üçün mandatı var və Ermənistan hakimiyyəti ilə dialoq aparılır.
❤3😁2🙏1👌1
APA
🚨 Türkiyəli jurnalist barəsində cinayət işi başlanıb, beynəlxalq axtarışa verilib • “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə və dini nifrətə çağırışlarda ittiham olunur. • Baş Prokurorluq konstitusiya…
🇹🇷 Azərbaycanın Beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist Cəlal Çiftçi Azərbaycan dövlətindən və xalqından üzr istəyib.

💬 “Şanlıurfa Olay” qəzetinin köşə yazarı “X” hesabında açıqlamalarına görə peşman olduğunu bildirib: “Sözlərimlə incikliyə səbəb olduğum üçün kədərlənirəm və peşmanam”.

▪️ Çiftçi iğtişaşa və hakimiyyətin zorla dəyişdirilməsinə çağırış etmək niyyətinin olmadığını, uyğun hesab etmədiyi paylaşımları sildiyini qeyd edib.
😁11👍5🤡3❤2👌1🍾1