APA
✔
21.7K subscribers
40.7K photos
10.9K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
🇷🇺 Lavrov: Rusiya İran-ABŞ münaqişəsinin həllinə kömək etməyə hazırdır

🕊️ Moskva münaqişənin diplomatik həllini dəstəkləyir.

🛢️ Rusiya enerji qiymətlərinin artmasında maraqlı deyil.

🤝 İranla neft-qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlər var.
👍2🙏2❤1
APA
🇷🇺 Lavrov: Rusiya İran-ABŞ münaqişəsinin həllinə kömək etməyə hazırdır 🕊️ Moskva münaqişənin diplomatik həllini dəstəkləyir. 🛢️ Rusiya enerji qiymətlərinin artmasında maraqlı deyil. 🤝 İranla neft-qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlər var.
🇷🇺 Lavrov: Qlobal enerji bazarında sabitliyi pozan Rusiya deyil, ABŞ və Avropadır

🛢️ Rusiya enerji qiymətlərinin dəyişkənliyində maraqlı deyil.

⚔️ Kiyev və Avropadakı müttəfiqləri danışıqlara hazır deyil.

🔹 Rusiya Ukraynada mülki obyektləri hədəfə almadığını iddia edir.

🗣️ Moskva Ukraynadakı rusdilli əhalinin hüquqlarını müdafiə edir.
👍4🙏2
🇺🇦 Xarkovda parka PUA hücumu: iki qadın və bir körpə ölüb

▪️ “Міy Хаrкіv” nəşrinin məlumatına görə, Rusiya ordusu oktyabrın 19-da saat 16:30 radələrində Nova Vodolaha qəsəbəsinin mərkəzi parkına hücum edib. Həmin vaxt parkda çoxlu insan, o cümlədən uşaqlı ailələr olub.

🚑 Azı 15 nəfər yaralanıb. Onlardan yeddisi uşaqdır.

🔎 Xarkov Vilayət Prokurorluğunun ilkin məlumatına əsasən, hücumda “Geran-3” tipli PUA-dan istifadə edilib.
🙏3❤1😁1
🇺🇸 ABŞ Ukraynaya ödənişi edilmiş “Patriot” raketlərinin göndərilməsini gecikdirir

📰 “Kyiv Independent”in ukraynalı məmura istinadən məlumatına görə, müqavilələr Pentaqon rəhbəri Heqsetin masasındadır, lakin o, sənədləri imzalamır.

🇺🇦 Zelenski daha əvvəl PURL proqramı üzrə raket tədarükünün gecikməsindən şikayətlənib və Vaşinqtonun Kiyevi kapitulyasiyaya razı salmağa çalışdığını bildirib.
❤4🙏3🤬1🐳1
🇮🇷🇷🇺 Pezeşkian Lavrovla görüşüb

📍 APA-nın Tehran bürosunun məlumatına görə, görüş oktyabrın 19-da Tehranda baş tutub.

🤝 Tərəflər ikitərəfli əməkdaşlığın gücləndirilməsini, regional və beynəlxalq gündəmdəki son prosesləri müzakirə ediblər.
👍4😁2🤡1
🇫🇷 Fransanın bəzi şəhərlərində komendant saatı tətbiq olunmağa başlanılıb.

📌 “France 24”ün məlumatına görə, Baş nazir Sebastyen Lekornü prefektlərə zərurət yarandıqda şəhərlərin ayrı-ayrı ərazilərində komendant saatı tətbiq etmək tapşırığı verib.

🗣 Lekornü bildirib ki, iğtişaşlar əsasən şəhər mərkəzlərində cəmləşib və bütün ölkəni əhatə etmir.
👍2❤1🙏1
🇺🇸🇮🇱 Tramp Netanyahuya:

💬 “Düşünürəm ki, çox böyük qələbə qazanacaqsınız. Yanımda olmasını istədiyim şəxs sizsiniz, Benyamin. Siz böyük döyüşçüsünüz və biz bunu çox yaxında göstərəcəyik”.
😁7❤2🤔1
📌Özbəkistan və ABŞ arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
❤4🙏1
🇺🇦 Zelenski: “Patriot” və F-16 təchizatının artırılmasını müzakirə etdik

“Kiyevdə ABŞ-ın müdafiə şirkəti “Lockheed Martin”in komandası ilə görüşdüm. “Patriot” sistemləri və F-16 təyyarələri Rusiya ballistik raketləri və “Şahed” tipli PUA-lardan müdafiədə mühüm rol oynayır. Hazırda hər iki istiqamətdə vəziyyət çətindir.

F-16-ların texniki xidmət və təmirinin mümkün qədər Ukraynada həyata keçirilməsinə çalışırıq”, - deyə Ukrayna lideri bildirib.
❤6🙏2
🇵🇰🇮🇷 Asim Munir sabah Tehrana səfər edəcək

🗣 “Tasnim” xəbər agentliyinin məlumatına görə, Pakistan ordusunun komandanı Asim Munir İran rəsmiləri ilə görüşəcək.
👍5❤3
🇮🇷İranın birinci vitse-prezidenti: İran öz təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazına nəzarəti həyata keçirməkdən başqa alternativ görmür.

🔻Onun sözlərinə görə, Hörmüz boğazı üzərində suveren hüquqların həyata keçirilməsi İranın milli təhlükəsizliyi baxımından zəruridir.
❤5👍3🤡1
Roma Papası XIV Leo Zelenski ilə telefonla danışıb - “Vatican News”.

📞 Papa hər iki tərəfi humanitar yardımın çatdırılması və Xerson vilayətinin Oleşki şəhərindən mülki əhalinin könüllü və təhlükəsiz təxliyəsi üçün əməkdaşlığa çağırıb.
🙏4
🇦🇿Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
👍7❤3🙏3
🇺🇸 Tramp: Fransanı məhv etdilər

💬 “Onu əvvəlki vəziyyətinə qaytarmaq çox çətin olacaq. Ümid edirəm ki, Fransa əvvəlki halına qayıdacaq”.
🙏3👍2😎1
🇺🇸 Tramp: “Zelenski müharibənin bitməsi ilə bağlı çoxdan razılığa gəlməli idi”

💬 “Məni dinləsəydi, daha sərfəli saziş imzalayaraq bu işi çoxdan bitirərdi. Bir milyon insan da sağ qalardı”.
👍3🤔3🙏1
🇺🇦 Zelenskinin əlavə 70 milyard avro maliyyə yardımı tələbi Aİ ölkələri arasında fikir ayrılığı yaradıb.

📰 “La Repubblica”nın məlumatına görə, bəzi Avropa dövlətləri Ukraynaya yeni kreditin ayrılmasında iştirakdan imtina ediblər.

💶 Avropa rəsmiləri maliyyə mənbəyi tapmaqda çətinlik çəkirlər: “Biz bu vəsaiti haradan tapacağımızı bilmirik”.
👍6🙏3❤1
🇳🇴 Uitkoff və Kuşner Ukrayna ilə bağlı Norveçdə danışıqlar aparacaq.

👤 “Reuters”in mənbələrinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin də görüşdə iştirakı gözlənilir.
❤4🙏3
🛢 Dünya bazarlarında neft bahalaşır

📈 “Brent” markalı neftin qiyməti 0,24% artaraq bir barel üçün 109,81 dollar təşkil edib.

🔺 “WTI” markalı neft isə 0,27% bahalaşaraq 103,94 dollara yüksəlib.
👍3🙏1
📢 DİM fəlsəfə doktoru imtahanlarına qeydiyyat elan edib

📅 Qeydiyyat noyabrın 8-dək davam edəcək.

📝 Xarici dil imtahanı noyabrın 22-də, əcnəbilər üçün Azərbaycan dili imtahanı isə noyabrın 23-də keçiriləcək.

🗣 Danışıq bloku üzrə imtahan noyabrın 26-na planlaşdırılıb.
💰 Hər imtahan üçün iştirak haqqı 110 manatdır.

💻 İmtahanlar elektron formada keçiriləcək.
🔗 Qeydiyyat: ekabinet.dim.gov.az
🙏3❤1🤔1
🚗 Biləsuvarda avtomobil aşıb, bir nəfər ölüb, sürücü yaralanıb.

📍 APA xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə yolunda baş verib. Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” idarəetmədən çıxaraq aşıb.

▪️ Sərnişin, 1996-cı il təvəllüdlü Elnur Rüstəmov hadisə yerində ölüb.

Sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

🔎 Faktla bağlı araşdırma aparılır.
🙏5❤1