🛢 Dünya bazarlarında neft bahalaşır
📈 “Brent” markalı neftin qiyməti 0,24% artaraq bir barel üçün 109,81 dollar təşkil edib.
🔺 “WTI” markalı neft isə 0,27% bahalaşaraq 103,94 dollara yüksəlib.

👍3🙏1
📢 DİM fəlsəfə doktoru imtahanlarına qeydiyyat elan edib
📅 Qeydiyyat noyabrın 8-dək davam edəcək.
📝 Xarici dil imtahanı noyabrın 22-də, əcnəbilər üçün Azərbaycan dili imtahanı isə noyabrın 23-də keçiriləcək.
🗣 Danışıq bloku üzrə imtahan noyabrın 26-na planlaşdırılıb.
💰 Hər imtahan üçün iştirak haqqı 110 manatdır.
💻 İmtahanlar elektron formada keçiriləcək.
🔗 Qeydiyyat: ekabinet.dim.gov.az

🙏3❤1
🚗 Biləsuvarda avtomobil aşıb, bir nəfər ölüb, sürücü yaralanıb.
📍 APA xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə yolunda baş verib. Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” idarəetmədən çıxaraq aşıb.
▪️ Sərnişin, 1996-cı il təvəllüdlü Elnur Rüstəmov hadisə yerində ölüb.
Sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
🔎 Faktla bağlı araşdırma aparılır.

🙏5
⚠️ İran ABŞ-ın yeni hücumu olacağı təqdirdə Oman boğazındakı sualtı internet kabellərini hədəfə almaqla hədələyib.
🗣 “Fars” agentliyinin məlumatına görə, SEPAH sözçüsü Hüseyn Mühibi boğazdan keçən yeddi böyük sualtı kabelin qlobal internet trafikini və kommersiya məlumatlarının ötürülməsini təmin etdiyini bildirib.
🌐 Mühibi Vaşinqtonu İrana yeni hücumlardan çəkinməyə çağırıb.

👍6❤1👎1
🇮🇷 İran Hörmüz boğazı üzərində ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
🚀 İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün səhər saatlarında ABŞ-yə məxsus “MQ-9” pilotsuz uçuş aparatını yeni hazırlanmış qabaqcıl hava hücumundan müdafiə sistemi ilə vurduğunu iddia edib.
🛩 SEPAH-ın açıqlamasına görə, bu, məhv edilən 54-cü ABŞ PUA-sıdır.

👍3😁3❤1🎃1
Məleykə Abbaszadə: DİM-də imtahan proqramları ilə bağlı keçirilən seminarlarda iştirak səviyyəsi aşağıdır
📚 DİM sədri Məleykə Abbaszadə bildirib ki, hazırda imtahan proqramları ilə bağlı seminarlar keçirilir, lakin iştirak səviyyəsi kifayət qədər aşağıdır.
📝 Onun sözlərinə görə, hər il imtahanlardan sonra sualların çətinliyi ilə bağlı narazılıqlar yaranır. Halbuki proqramları və imtahan modellərini müzakirə etmək üçün ən doğru vaxt imtahanlardan əvvəlki dövrdür.
📊 Abbaszadə vurğulayıb ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yalnız nəticələr və statistik təhlillər əsasında yürüdülə bilər.
💬 “İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək”.

🙏1
Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
🛢 “Azeri Light” nefti 2,27 dollar və ya 1,95% bahalaşaraq 118,53 dollara yüksəlib.
📈 Bu, büdcədə nəzərdə tutulan 65 dollardan 53,53 dollar yüksəkdir.

👍2❤1🙏1
APA
🚗 Biləsuvarda avtomobil aşıb, bir nəfər ölüb, sürücü yaralanıb. 📍 APA xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə yolunda baş verib. Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” idarəetmədən çıxaraq aşıb. ▪️ Sərnişin, 1996-cı il təvəllüdlü Elnur Rüstəmov hadisə…
Biləsuvarda ağır yol qəzası: 1 ölü, 1 yaralı
🚨 Bəhramtəpə–Biləsuvar yolunda “Mercedes” aşıb. Qəza nəticəsində 30 yaşlı Elnur Rüstəmov ölüb, sürücü Elvin Məhərrəmov yaralanıb.
⚠️ İlkin ehtimala görə, qəzaya yüksək sürət və ötmə qaydalarının pozulması səbəb olub.

🙏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ ❗️Kiyevdə dron hərəkətdə olan avtomobilin üzərinə düşüb
🚨 Kiyevin çıxışında, Çabanı qəsəbəsi yaxınlığında dron və ya onun qalıqları hərəkətdə olan avtomobilin üzərinə düşüb.

🤬4🙏1
Tramp: Kanada, Meksika və Avropa ölkələrini daha maliyyələşdirmək istəmirəm
🇺🇸 ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Avropa ölkələrinin maliyyə yükünü daha daşımaq istəmədiyini bildirib.
🇨🇦 Tramp Kanadanın gələcəkdə ABŞ-nin tərkibinə qatılacağına əminliyini bir daha ifadə edib və kanadalılara “xokkeylərini və dövlət himnlərini saxlamağa” söz verib.

🤡4❤2😁2😎2🙏1
🇺🇦🇺🇸 Zelenski ABŞ dövlət katibi Rubio ilə danışıqlar aparıb
🚀 Tərəflər Rusiya raketlərinə qarşı müdafiəni və hücumlar barədə erkən xəbərdarlıq sistemini müzakirə ediblər.
🛰️ “Starlink” və “Starshield” sistemlərinin fəaliyyətinin bərpası, həmçinin müharibənin başa çatdırılması məsələləri də gündəmdə olub.

❤1👍1🙏1
🇮🇷 İran vətəndaşlarını 3 Avropa ölkəsinə səfərdən çəkinməyə çağırıb
🇫🇷🇧🇪🇮🇹 İran Xarici İşlər Nazirliyi Fransa, Belçika və İtaliyada baş verən iğtişaşlar fonunda vətəndaşlarına zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib.
⚠️ Nazirlik gərginliyin yüksək olduğu ərazilərdən uzaq durmağa çağırıb.

😁4❤3👍1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Füzuli rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
🚨 Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Füzulidə irimiqyaslı fövqəladə hadisələrə hazırlıq üzrə təlim keçirilib.
👥 Təlimdə FHN-in Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
🚒 Təlim zamanı əhalinin təxliyəsi, yanğınsöndürmə və xilasetmə əməliyyatları məşq edilib.
📊 Təlimə 248 nəfər şəxsi heyət və 53 texnika cəlb olunub.

🇮🇷🇦🇿 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
DSX-nin “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Oktyabrın 18-də keçirilən əməliyyat nəticəsində 6 kiloqram 485 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
🔎 Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

🙏2❤1
🇶🇦 Qətər: Regionda müharibənin başa çatdırılması üçün ABŞ və İranla işləyirik
🕊️ Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Doha regionda müharibənin sona çatdırılması istiqamətində Vaşinqton və Tehranla danışıqlar aparır.
🤝 Onun sözlərinə görə, bu səylər digər vasitəçi ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

❤1🙏1
APA
🇶🇦 Qətər: Regionda müharibənin başa çatdırılması üçün ABŞ və İranla işləyirik 🕊️ Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Doha regionda müharibənin sona çatdırılması istiqamətində Vaşinqton və Tehranla danışıqlar aparır. 🤝 Onun sözlərinə görə…
🇶🇦 Qətər Səudiyyə Ərəbistanını dəstəklədiyini bildirib
🤝 Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin Səudiyyə Ərəbistanını dəstəklədiyini açıqlayıb.
🌍 O, regiondakı tərəfdaşlarla daim əlaqə saxladıqlarını vurğulayıb.

❤1👎1🙏1
⚡️ Respublika üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşıb
Oktyabrın 7-də Naxçıvanda, 14-də Bakı, Sumqayıt və Abşeronda, 20-də isə ölkənin digər bölgələrində pensiyalar ödənilib.
Güzəştli şərtlərlə təyin edilmiş pensiyaların da ödənişi başa çatdırılıb.

❤2🙏1
🇺🇸🇮🇱 “Axios”: Heqset gözlənilmədən İsrailə səfər edərək Netanyahu ilə görüşüb
✈️ ABŞ-ın müharibə naziri Pit Heqset oktyabrın 19-da gözlənilmədən İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahu ilə görüşüb.
Görüş ABŞ qırıcılarının və yanacaqdoldurma təyyarələrinin yerləşdiyi Ovda aviabazasında keçirilib.
Pentaqon və İsrailin ABŞ-dakı səfirliyi “Axios”un sorğusunu cavablandırmaqdan imtina edib.

❤3👎2👍1
🇮🇷 İran XİN: Qonşu ölkələr təcavüzkar qüvvələrə ərazilərindən istifadə etməyə imkan verməməlidir
🗣️ İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, qonşu ölkələr təcavüzkar tərəfə öz ərazilərində şərait yaratdığı halda mehriban qonşuluq münasibətlərindən danışmaq mümkün deyil.

🤡2❤1👍1