APA
✔
21.7K subscribers
40.7K photos
10.9K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
🚧 Müşfiqabadda 3 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Oktyabrın 21-də Müşfiqabad qəsəbəsində aparılacaq yol təmiri ilə əlaqədar 114B, 555 və 557 nömrəli avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Avtobuslar alternativ yollarla hərəkət edəcək. Hər üç marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında olacaq.
🙏1
🇺🇦 Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Putin, Tramp və Si Cinpin arasında gözlənilən görüş fonunda Rusiya liderinin beynəlxalq təcriddən çıxması prosesi artıq başlayıb.

Zelenski görüşün gündəliyindən xəbərsiz olduğunu, lakin Ukrayna ilə bağlı məsələlər müzakirə edilərsə, Kiyevlə məsləhətləşmələr aparılacağına inandığını deyib.
😁1🙏1😈1
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Azərbaycanda məktəbli geyimi ilə bağlı müzakirələrə münasibət bildirib.

İsmayıl Bəqayi bildirib ki, Azərbaycan xalqı öz dini əqidəsini qorumaq və ortaya çıxan məsələləri milli maraqları nəzərə alaraq həll etmək üçün kifayət qədər müdrikdir.

🤝 O, Tehran və Bakı arasında mövcud qardaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinin belə məsələlərin qarşılıqlı anlaşma, dini dəyərlərə və vətəndaşların hüquqlarına hörmət əsasında həllinə imkan verdiyini vurğulayıb.
👍9🤡1
🇦🇿 Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

⚠️ Fransada iğtişaşların, zorakılıq və vətəndaş itaətsizliyi hallarının geniş vüsət alması ilə əlaqədar Azərbaycan vətəndaşlarına zəruri olmadıqda bu ölkəyə səfər etməmək tövsiyə olunub.

🚨 XİN hazırda Fransada olan vətəndaşları yüksək ehtiyatlılıq nümayiş etdirməyə, kütləvi toplaşma yerlərindən uzaq durmağa və rəsmi məlumatları izləməyə çağırıb.
🙏1
🇮🇱 Katz: Hizbullah İranın İsrailə hücumuna qoşulsa, ağır zərbə alacaq

⚠️ İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Hizbullah tərksilah olunana qədər İsrail ordusu Livanda qalacaq.

💥 Onun sözlərinə görə, İsrailə qarşı hər PUA hücumuna Beyrutun Dahiyə bölgəsinin vurulması ilə cavab veriləcək.
🤬3👍2😁1
🇶🇦🇵🇰 Qətər və Pakistan ABŞ–İran danışıqlarının bərpası üçün kompromis təklif irəli sürüb.

💵 Plana əsasən, İran Qətər banklarında dondurulmuş 6 milyard dolların yalnız faiz gəlirlərini alacaq. Əsas məbləğ dondurulmuş qalacaq.

Bunun müqabilində Tehran MAQATE-nin nüvə obyektlərinə əvvəlcədən elan olunmayan məxfi yoxlama səfərinə icazə verəcək.

📌 “Al-Araby Al-Jadeed”in mənbələrinə görə, Asim Munir təklifi çərşənbə axşamı Tehrana çatdırıb. ABŞ planı təsdiqləyib, İran isə daha əvvəl ona müsbət yanaşıb.
🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦🇺🇸 Zelenski Norveçdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb.
😁2👍1🙏1
🔥 Hörmüz boğazında qaydaları pozan tanker yanıb

🚢 İran Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, tanker izləmə sistemlərini söndürərək Hörmüz boğazının cənub dəhlizində qadağan olunmuş ərazidən keçməyə çalışıb.

⚠️ İran tərəfi koordinasiya olmadan hərəkətin nəticələrinə görə məsuliyyətin qayda pozanların üzərinə düşdüyünü bildirib.
👍3❤1🙏1
🇹🇷🇦🇿 Türkiyə PA: Azərbaycanda bayrağımızın endirilməsinə cəhd barədə iddialar dezinformasiyadır

📢 Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi bildirib ki, yayılan görüntülər köhnədir. Həmin vaxt təxribatçıya ilk və ən sərt reaksiyanı Azərbaycan vətəndaşları verib. Türkiyə bayrağının endirilməsi hadisəsi baş verməyib.

⚠️ Mərkəz köhnə görüntülərin yeni hadisə kimi yayılmasının iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəfə aldığını vurğulayıb.
❤2👍2👏1
🔥 Hörmüz boğazının cənub dəhlizində tanker yanıb.

🚢 İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, tanker izləmə sistemlərini söndürərək qadağan olunmuş ərazidən keçməyə çalışıb. Müşahidə qrupları onu alovlanmış vəziyyətdə aşkarlayıb.

⚠️ İran tərəfi koordinasiya olmadan hərəkətin nəticələrinə görə məsuliyyətin qayda pozanların üzərinə düşdüyünü bildirib.
👍5❤2🙏1
Media is too big
VIEW IN TELEGRAM
🎆 🇦🇿Zəngilan Şəhəri Günü möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Musiqi sədaları altında səmanı bəzəyən rənglər sakinlərə bayram sevinci yaşadıb.
👍6❤5👎1🙏1
Naxçıvanda bir nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Culfa rayonu Ərəzin kəndi ərazisində baş verib.

Belə ki, 3 avtomobilin toqquşması ilə baş verən qəzada 8 nəfər yaralanıb.
Qəza nəticəsində 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu ölüb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
🙏2❤1
❗️🇮🇷İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf: ABŞ İranın etimadını qazanmaq üçün Tehranın yeddi şərtini yerinə yetirməlidir

🔻O bildirib ki, İran müharibə istəmir, lakin ölkəni və milli ləyaqəti müdafiə etmək üçün tam hazırdır.

🔻Qalibafın sözlərinə görə, təhdidlər və hərbi hərəkətlilik İran İslam Respublikasının strateji qərarlarına təsir göstərmir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤2🎃1
ABŞ Putinə Tramp və Zelenski ilə üzbəüz görüş keçirməyi təklif edəcək — “Politico”

🔻Sülh planı üzrə liderlərin üçtərəfli danışıqlarının keçirilməsi təklifi çərşənbə axşamı Norveçdə Zelenski ilə Uitkoff arasında keçirilən görüşdən sonra açıqlanıb.
❤1🙏1🤡1
🇺🇸 Donald Tramp: “Zelenski müharibəni bitirmək istəməsə, bunun çox pis nəticələri olacaq”

💬 “Ukrayna bu müharibəni bitirmək istəməlidir. Zelenski də bunu istəməlidir. Əgər istəmirsə, düşünürəm ki, bunun çox pis nəticələri olacaq”.
👍3😎3❤1👏1🙏1
❗️❗️Hörmüz boğazında 2 milyondan çox barel neft daşıyan tanker minaya düşüb.

🔥 SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, hadisə boğazın cənub hissəsində baş verib və tankerdə yanğın başlayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤2
🇮🇷 Rezai: “İrandan bir qram belə zənginləşdirilmiş uran çıxarılmayacaq”

💬 İran Təhlükəsizlik Şurasının katibi bildirib ki, ABŞ etimadın yaradılması istiqamətində addımlar atmayana qədər heç bir danışıqlar olmayacaq.

📌 “Bu proses İranın bütün şərtlərinin tam yerinə yetirilməsi ilə başlamalıdır”.
❤5👏1
⚡️ “WSJ”: İlon Mask Ukraynanın “Starshield” sisteminə çıxışının ləngidilməsini tapşırıb
👍2
❗️ ABŞ-ın müdafiə naziri: İranla müharibə əvvəlkilər kimi bitməyəcək

🔻ABŞ-ın müdafiə naziri bildirib ki, İranla hazırkı müharibə əvvəlki müharibələrdən fərqlənir və eyni şəkildə başa çatmayacaq.

🔻Onun sözlərinə görə, mövcud qarşıdurmada bütün güc Prezident Donald Trampın əlindədir və İran qərar verməlidir.
🐳1
🛢 İraq nefti daşıyan gəmilər üçün Hörmüz boğazında xüsusi marşrutlar ayrılacaq.

İraq XİN rəhbəri Omanla bu barədə razılığa gəldiklərini və razılaşmanın beynəlxalq səviyyədə rəsmiləşdirilməsini gözlədiklərini bildirib.

❗️ Nazir ABŞ və İsrailin İrana qarşı yeni müharibəyə başlaması ehtimalının da nəzərdən keçirildiyini deyib.