APA
✔
21.7K subscribers
40.7K photos
10.9K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
⚡️Tramp: “Qısa müddət əvvəl ABŞ ordusu İranda genişmiqyaslı döyüş əməliyyatına başladı.

Məqsədimiz İran rejimindən qaynaqlanan yaxın və qaçılmaz təhdidləri aradan qaldırmaqla Amerika xalqını qorumaqdır.
🤬10👍7🥱2❤1🍌1
❗️Tramp ABŞ-ın İranın raketlərini məhv edəcəyini və raket sənayesini yerlə bir edəcəyini bildirib.
👍5🍌3👌2😁1😱1
❗️SEPAH-ın heyəti arasında çoxsaylı ölən və yaralananların olduğu barədə məlumatlar var
👍5❤1🔥1
❗️Pezeşkian İsrail-ABŞ hücumları zamanı hər hansı zərər görməyib

“Mehr”
🙏5🤡5😁1🥴1
“Fars agentliyi”: İran xəbər agentlikləri kiberhücumlar və haker əməliyyatlarının hədəfinə çevrilib.
👍6
❗️Donald Trump İranla bağlı:

“İtkilərimiz ola bilər – bu, müharibədə tez-tez baş verir. Amma biz bunu gələcək naminə edirik”
👍9🍌5🙏2😁1😨1
🇦🇿Azərbaycan XİN:

İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq.
🙏8❤2😁2
Donald Trump SEPAH-ı təslim olmağa çağırıb:

“İslam İnqilabı Keşikçiləri, silahlı qüvvələr və bütün polis əməkdaşlarına bu gecə müraciət edirəm: silahlarınızı yerə qoyun və tam toxunulmazlıq əldə edin. Əks halda, qaçılmaz ölümlə üzləşəcəksiniz”
👍8🤬3😁2👏1
Donald Trump:

“47 ildir ‘Amerikaya ölüm olsun’ şüarları səsləndirirlər. İran İraqdan Livana qədər terrorçu qrupları dəstəkləyir. İran dünyada terroru dəstəkləyən bir nömrəli dövlətdir. Bu rejim heç vaxt nüvə silahına malik ola bilməz.

Məhz buna görə ötən ilin iyununda rejimin nüvə obyektlərini darmadağın etdik. Daha sonra onlara xəbərdarlıq etdik ki, şər əməllərindən əl çəksinlər. Lakin İran onilliklərdir olduğu kimi, yenə də nüvə ambisiyalarından imtina etməyib və biz artıq buna dözə bilmərik.

Təsəvvür edin ki, bu rejimin nüvə silahı olsa, onlar özlərini nə qədər güclü hiss edərlər”
👏11🤡5❤4👍3
⚡️🇦🇿🇮🇱 XİN: İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırırıq.
👍4🙏2❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Buşehr şəhəri ərazisində partlayışların baş verdiyi bildirilir
👍6😡2
KİV: Bəndər Abbas şəhərində hava hücumlarının baş verdiyi, hədəfin isə ehtimal ki, İran Hərbi Dəniz Qüvvələri olduğu bildirilir.
👍3
İrana hücumun genişmiqyaslı olduğu və ən azı bir neçə gün davam edəcəyinin gözlənildiyi bildirilir.

Mənbə: “The New York Times”
👍5👌1
❗️İsrail Müdafiə Qüvvələri İsrailə raket atıldığını bildirir
👌5😢2👎1
❗️İranın İsrail istiqamətində ilk ballistik raket dalğasını buraxdığı bildirilir.

Məlumatlara görə, təxminən 30 raket atılıb
👏10❤2😢1
İsrailin Şimal bölgəsində siqnal xəbərdarlıqları verilib.
🔥4👌4🙏2
❗️🇺🇸🇮🇷ABŞ ordusunun İrana qarşı bir neçə gün davam edəcək əməliyyat keçirməsinin gözlənildiyi bildirilir.

Mənbə: “Reuters”
👍5🍌5👎2
İran mediasının məlumatına görə, ölkənin cənub-qərbində yerləşən Buşehr liman şəhərinə hücum edilib.

Buşehrdəki nüvə reaktoruna hücum zamanı zərər dəyib-dəymədiyi isə hələlik məlum deyil.
👍2
İsrail Baş naziri Netanyahu:

“Birgə əməliyyatlar cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yaradacaq.

İran xalqının bütün təbəqələrinin – farsların, kürdlərin, azərbaycanlıların, bəlucların və əhvazilərin – zülm boyunduruğundan qurtularaq azad və sülhsevər bir İran qurmasının vaxtı çatıb”
😍7🍌6👍2
🇮🇷İran dövlət televiziyası:

İran İsraildən qisas almağa və sərt cavab verməyə hazırlaşır.
🤡9👌5🫡3