APA
✔
21.7K subscribers
40.7K photos
10.9K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
İranın Naxçıvana dron hücumu zamanı 2 mülki şəxs xəsarət alıb
😢9🙏3💔1
Rəsmi Bakı: Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır
❤21👍11😁3
Forwarded from APA TV
❗SON DƏQİQƏ: İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb - CANLI

https://www.youtube.com/watch?v=MkzQvRdyReY
😡4🙏2👏1
Media is too big
VIEW IN TELEGRAM
⚡️⚡️ YENİ GÖRÜNTÜLƏR: Naxçıvan aeroportu İranın dron zərbəsindən sonra
😡6🙏2👏1🍌1
Naxçıvan Hava Limanı İranın dron hücumundan sonra
🙏5❤1👏1🍌1😡1
⚡️İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerleşdiriliblər.

Xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onların vəziyyətləri stabildir.
🙏10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️Müdafiə Nazirliyi: Bu hücum aktları cavabsız qalmayacaq
❤19🙏4
APA
⚡️⚡️⚡️Müdafiə Nazirliyi: Bu hücum aktları cavabsız qalmayacaq
▪️5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.

▪️Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

▪️Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.

▪️Azərbaycan Respublikası Müdafiə nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.
👍12
Media is too big
VIEW IN TELEGRAM
❗️İranın Naxçıvana dron hücumu: “APA Media Group”un rəhbəri İran rejiminin Azərbaycana hücumunu şərh edir
😁12👍6🍌3⚡1❤1
İranın Naxçıvan aeroportuna dron zərbələri nəticəsində uçuş-eniş zolağına da zərər dəyib.

APA-nın Naxçıvan müxbiri xəbər verir ki, dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşüb, bir neçə yerdə asfalt örtüyü zədələyib.

Hadisə yerinə prokurorluq əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, İran bu gün dronla Naxçıvana zərbələr endirib.

Dronlardan biri aeroportun terminalına, daha bir neçə dron isə digər yerlərə düşüb.

Bir dron Şəkərabad kənd məktəbinin yaxınlığına təsadüf edib.

Dron zərbəsi nəticəsində terminal binasına ziddi zərər dəyib, dağıntılar qeydə alınıb.
😁4🙏3❤1🤔1