APA
✔
21.7K subscribers
40.7K photos
10.9K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
❗️❗️✈️ ƏR-RİYAD AEROPORTUNA HÜCUM: 12 NƏFƏR HƏLAK OLUB

Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsinin yaydığı məlumata görə, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində 12 nəfər həyatını itirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬11👍7😁2🤔1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💣 ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib

🚢 ABŞ Silahlı Qüvvələri Oman körfəzində İrana qarşı tətbiq edilən dəniz blokadasını pozmağa cəhd göstərdiyi iddia olunan yük gəmisinə zərbə endirib.

💥 Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
👎4😁4👍3❤2
🇺🇸🇾🇪 Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını açıqlayıb.

🗣️ “Biz husilərlə əlaqə qurmuşuq. Bundan sonra nə olacağını görəcəyik. Lakin onların etdikləri çox pis idi”.

🔹 Tramp Səudiyyə Ərəbistanına hücumları dəhşətli adlandıraraq, ölkənin özünü müdafiə etmək hüququ olduğunu bildirib.
😁6❤3👍2🙏1
🇺🇸 Tramp: İran terrorun bir nömrəli dövlətidir

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib.

▪️ “İran çox şər bir dövlətdir. Terror baxımından dünyada bir nömrəli ölkədir”, – deyə Tramp bildirib.
🍌14👍8😡3❤2
🇮🇷 İran raket və PUA istehsalı imkanlarını qoruyub saxlayıb

💥 ABŞ və İsrailin 8 ay davam edən zərbələrinə baxmayaraq, İran raket və PUA istehsalı potensialının böyük hissəsini qoruyub.

🚀 Qərb rəsmilərinin məlumatına görə, İranın hələ də böyük həcmdə ballistik və gəmi əleyhinə raket ehtiyatı var. Rusiya da Tehrana raket tədarük edir.
👍6❤4🤡1
🇮🇷 İran Prezidenti: Terror hücumları ölkəmizin iradəsini sarsıda bilməz

💥 İran Prezidenti Məsud Pezeşkian Sistan və Bəlucistan əyalətində yüksək rütbəli polis əməkdaşının öldürülməsini pisləyib.

🛡️ Prezident bildirib ki, terror hücumları təhlükəsizlik qüvvələrinin ölkəni qorumaq əzmini zəiflədə bilməz.
👍6🤡5❤3😁3
🇺🇦 Ukrayna Rusiyada “Yandex”in üçüncü data mərkəzini vurub

💥 PUA hücumu nəticəsində Vladimir vilayətindəki data mərkəzinin fəaliyyəti tam dayanıb.

📡 Rusiyanın müxtəlif bölgələrində “Yandex” xidmətlərində fasilələr yaranıb.

⚡️ Hücum zamanı 5 min sakini elektrik enerjisi ilə təmin edən iki yarımstansiya da sıradan çıxıb.
👍10👎3😁2
🇺🇸🇺🇦 Tramp: Rusiya razılaşma istəyir, Zelenski isə istəmir

🗣️ ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Ukraynadakı müharibəni başa çatdırmaq üçün razılaşma əldə etmək istəyir, lakin Zelenski buna razı deyil.

💬 Trampın sözlərinə görə, müharibəni indiyədək bir neçə dəfə başa çatdırmaq mümkün idi.
🤔5😡5😁2😎1
🇮🇷 İranın 19 neft tankeri Şri-Lanka sahillərində köməksiz qalıb

🚢 ABŞ-nin Hörmüz boğazına tətbiq etdiyi blokada səbəbindən İran tankerləri aylardır beynəlxalq sularda qalıb.

⛽️ Gəmilərdə ərzaq, su və yanacaq çatışmazlığı yaşandığı bildirilir.

🇱🇰 Şri-Lanka ABŞ sanksiyalarından ehtiyat edərək yardım göstərməkdən imtina edib.
👎9👍4❤2
🇺🇦 Ukrayna Rusiyanın strateji raket obyektini vurub

💥 Nijni Novqorod vilayətində qitələrarası ballistik raketlərin utilizasiyası mərkəzinə zərbə endirilib.

🚀 Raket yanacağı istehsalı ilə də əlaqəli olan obyektə dəyən ziyanın miqyası hələlik məlum deyil.
👍8❤3👎2😁1
🇮🇷 İran XİN rəhbəri: Təcavüzkarlar törətdikləri cinayətlərə görə cavab verməlidirlər

🌍 İranın xarici işlər naziri Abbas Əraqçi hərbi hücumlar nəticəsində ətraf mühitə vurulan zərərə görə məsuliyyət tələb edib.

💥 Nazir Qəzza, Livan və İranda müharibənin ciddi ekoloji fəsadlar yaratdığını bildirib.
😁8👍7🤡2
APA
❗️❗️✈️ ƏR-RİYAD AEROPORTUNA HÜCUM: 12 NƏFƏR HƏLAK OLUB Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsinin yaydığı məlumata görə, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində 12 nəfər həyatını itirib.
🇺🇸ABŞ dövlət katibi Marko Rubio husilərin Səudiyyə Ərəbistanına, o cümlədən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumlarını sərt şəkildə pisləyib.

▪️ Rubio hücum nəticəsində ölənlər arasında bir ABŞ vətəndaşının da olduğunu bildirib.

🇸🇦 “Bu hücumlar dərhal dayandırılmalıdır. Biz Səudiyyə Ərəbistanının və xalqının yanındayıq”,

– deyə Rubio vurğulayıb.
😁3❤2👌2👍1😢1🐳1🍌1
❗️🇷🇺🇺🇦 RUSİYANIN ZAPOROJYEYƏ HÜCUMLARINDA 20 NƏFƏR ÖLÜB

💥 Ukraynanın Zaporojye vilayətinin rəhbəri bildirib ki, Rusiya ordusunun son 24 saat ərzində şəhərə və vilayətin digər ərazilərinə endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😡6👍3🙏1
🇯🇵🇷🇺 KİV: Yaponiya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri Tomoko Akane və daha 8 rəsmiyə qarşı Rusiyanın ekstradisiya tələblərini “ədalətsiz və qəbuledilməz” adlandırıb.

🔻Qeyd edək ki, Moskva 2023-cü ildə Vladimir Putinin həbsinə order verilməsindən sonra həmin 9 şəxs barədə axtarış elan edib.

Ötən il Rusiya məhkəməsi bu şəxslərin iştirakı olmadan onlara qiyabi hökm çıxarıb.

Yaponiyanın Baş naziri Sanae Takaiçi sanksiyaları tənqid edərək, ölkəsinin BCM-yə dəstəyini bir daha təsdiqləyib və Vaşinqtonla əməkdaşlığı davam etdirəcəyinə söz verib.
👎3👍1
🇵🇸 Fələstində prezident və parlament seçkiləri təxirə salındı

🗳 Fələstin Prezidenti Mahmud Abbas seçkilərin 2027-ci il sentyabrın 11-nə təxirə salınması barədə fərman imzalayıb.

▪️ Abbas qərarı İsrailin məhdudiyyətləri, təhlükəsizlik problemləri və Qəzzadakı ağır humanitar vəziyyətlə əsaslandırıb.

🇮🇱 İsrailin xarici işlər naziri Gideon Saar qərarı tənqid edib.

📌 Fələstində son prezident seçkiləri 2005-ci, parlament seçkiləri isə 2006-cı ildə keçirilib.
😁9👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Türkiyədə sərnişin avtobusu ilə TIR toqquşub, 11 nəfər ölüb, 26 nəfər yaralanıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏5
🇺🇦 Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Moskva Ukraynanın enerji obyektlərinə hücumları dayandırarsa, Kiyev də Rusiyanın neft emalı zavodlarına zərbələri dayandıracaq.
👍5❤1🤡1
🇦🇿 Milli QHT Forumu: Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti və milli sərvətidir

📌 Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrlə bağlı bəyanat yayıb.

▪️ Forum İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelinə qarşı informasiya kampaniyalarının aparıldığını bildirib.

▪️ Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsi və dini qarşıdurmaya çevrilməsi cəhdləri pislənilib.

▪️ Vurğulanıb ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına əməl olunması qanunvericiliyin tələbidir və dini dəyərlərə qarşı yönəlməyib.

📚 “Məktəblər dini təbliğat və ideoloji təsir məkanı deyil, elm, təhsil və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalıdır”.

🇦🇿 Forum bəyan edib ki, əsas meyar Azərbaycan Konstitusiyası, milli maraqlar və dünyəvi dövlətçilik prinsipləri olmalıdır.
👎17👏7