APA
✔
21.7K subscribers
40.6K photos
10.8K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
❗Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb

▪️Bu telekanalın fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir.

▪️Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş yanaşması bu fəaliyyətin onun informasiya siyasətinin əsas istiqaməti olduğunu göstərir. Məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə kanal qara siyahıya daxil edilmişdir.
👍5👏3❤1
Məktəb siyasi çağırışların deyil, təhsilin məkanıdır.

Təhsil ocağı uşaqlara bilik verməli, onların sərbəst düşüncə və şəxsiyyət kimi formalaşmasına şərait yaratmalıdır.

Heç bir uşaq siyasi və ya ideoloji təzyiq altında böyüməməlidir.
👍12👏4😁2❤1🥴1
🇺🇦 Xarkovda silahlı hücum: 5 hərbçi öldürülüb

• Ukraynanın Xarkov vilayətində naməlum şəxs avtomat silahdan atəş açaraq 5 hərbçini öldürüb.

• Məlumata görə, mülki geyimli silahlı şəxs 72-ci briqadanın hərbçilərinin olduğu evə yaxınlaşaraq atəş açıb.

• Hüquq-mühafizə orqanları hadisəni araşdırır, şübhəlinin axtarışı davam edir.
👎6❤2🙏2😁1👌1
🇻🇳🇦🇿 Vyetnamın vitse-prezidenti AQEM-in 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib
👍7
🇦🇿🇫🇷 XİN Fransanın Azərbaycana qarşı ittihamlarını pisləyib

• Xarici İşlər Nazirliyi Fransa xarici işlər naziri Jan-Noel Baronun Azərbaycana qarşı səsləndirdiyi iddiaları əsassız adlandırıb.

• XİN bildirib ki, bu yanaşma Fransa tərəfinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından əl çəkmədiyini göstərir.

• Azərbaycan Yeni Kaledoniya və digər Fransa ərazilərindəki proseslərə müdaxilədə ittiham olunmasını rədd edib.

• Fransa qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırılıb.
👍6
🇹🇷🇦🇿 Hakan Fidan Azərbaycana gələcək

• Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
👍10❤6🍌3👎1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Bakının mərkəzində kəlağayı yürüşü keçirilib

• QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanım milli baş örtüyü – kəlağayı ilə Qız Qalasının qarşısından yürüşə başlayıb.

• Təşəbbüsün məqsədi milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasıdır.

• Qeyd edək ki, Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
❤19😁17👍5🎃3🤪3🤡2
Türkiyə böyük regional gücdür, Azərbaycan da öz imkanları və milli maraqları olan müstəqil dövlətdir.
👍11🤬4
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Bakının mərkəzində kəlağayı yürüşü keçirilib

• QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanım milli baş örtüyü – kəlağayı ilə Qız Qalasının qarşısından yürüşə başlayıb.

• Təşəbbüsün məqsədi milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasıdır.

• Qeyd edək ki, Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
❤18😁13🤡4👍2😎1
🇦🇿🇮🇷 İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Azərbaycana gəlir.

Qəribabadi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün Bakıya səfərə yola düşüb.
❤6👍3
⚠️ Gədəbəydə avtomobil aşıb: ölən var

• Gədəbəyin Çanaqçı kəndində “VAZ 2107” markalı avtomobil yol kənarına aşıb.

• Məlumata görə, sürücü Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçib.

• Qəza nəticəsində onun həyat yoldaşı Səyyarə Ələkbərova hadisə yerində ölüb, 12 yaşlı oğlu Əli Ələkbərov xəsarət alıb.

• Faktla bağlı cinayət işi başlanılıb.
❤2🙏2
Media is too big
VIEW IN TELEGRAM
🇺🇦 Zelenski Böyük Britaniyaya gedib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu gün Kral III Çarlzla görüşəcək.

🤝 O, həmçinin Böyük Britaniyanın baş naziri Endi Börnhəmlə mühüm görüş keçirəcəyini qeyd edib.

🛡️ “Təhlükəsizliklə bağlı geniş məsələləri müzakirə edəcəyik. Mövqelərimizi gücləndirəcək qərarlar hazırlayırıq”, – Zelenski bildirib.
❤4👍2🙏1
🇹🇯🇦🇿 Tacikistan Prezidenti Emoməli Rəhmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
👍7❤3
❗❗DİQQƏT ❗❗
❤2👍2🙏1
🇪🇺🇺🇦 Avropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb
❤9🙏1
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
❤19👎10🤬6😁2
🇹🇷🇦🇿 Bağçalı: Türkiyə-Azərbaycan qardaşlığı qorunmalıdır

• MHP lideri Dövlət Bağçalı Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin qorunmasının vacibliyini vurğulayıb.

• O bildirib ki, iki ölkə arasındakı münasibətlərə zərər verəcək addımlara imkan verilməməlidir.

• Bağçalı Türkiyə və Azərbaycan prezidentlərinin görüşünün “sarsılmaz qardaşlıq iradəsini” nümayiş etdirəcəyini qeyd edib.
❤11🔥1👌1⚡1🍌1
🇦🇿🇰🇿 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
👍12❤1
🕊 Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib

• Uzun illər AzTV-nin “Xəbərlər” (keçmiş “Günün ekranı”) redaksiyasında baş redaktor və redaktor vəzifələrində çalışıb.

• Ənvər Qafarlı Azərbaycan mediasında uzunmüddətli fəaliyyəti ilə tanınıb.
🙏6