APA
✔
21.7K subscribers
40.6K photos
10.8K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
☀️ Sabah 31 dərəcə isti olacaq
🙏3🤯2👍1🤔1
🇺🇦🇺🇸 Zelenski ABŞ-ı Rusiyaya qarşı təzyiqi azaltmaqda ittiham edib.

“Rusiyanın enerji infrastrukturumuza genişmiqyaslı hücumlar həyata keçirdiyi bir vaxtda ABŞ təəssüf ki, Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədi daşıyan Lindsi Qrem qanununu tamamilə nəzərə almamaq qərarına gəlib.

Biz müharibəni bitirmək üçün mübarizəni davam etdirməliyik. Müharibəyə son qoymalıyıq, Putinə onu sonsuza qədər davam etdirmək üçün yeni səbəblər verməməliyik”.
👍6❤1🤡1
🇪🇬 Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə vəzifəsindən ayrılacağını açıqlayıb.

• O, prezidentlik müddətini uzatmaq üçün konstitusiyaya dəyişiklik edilməyəcəyini bildirib:
👍9🥱2🐳1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Füzuli zəfərindən altı il ötür

2020-ci il oktyabrın 17-də - Vətən müharibəsinin 21-ci günündə Azərbaycan Ordusu Füzuli şəhərini və ətraf kəndləri işğaldan azad edərək 27 illik həsrətə son qoydu. Bu zəfər hərb tariximizin şanlı səhifələrindən birinə çevrildi.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd olunur.
❤4🙏4
🚨 Biləsuvar–Bəhrəmtəpə yolunun Səmədabad kəndindən keçən hissəsində minik avtomobili idarəetmədən çıxaraq aşıb.

• İlkin məlumata görə, 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

• Hadisə ilə bağlı araşdırma aparılır.
🙏2👍1
🚨 Qazaxda avtomobil 12 yaşlı qızı vurub

• Kosalar kəndində “VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 2014-cü il təvəllüdlü qızı vurub.

• Uşaq xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
👎5🙏4👍3
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib
👍2
🇺🇸🇺🇦🇷🇺 Zelenski: “Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək.

Dizel yanacağı ilə bağlı razılaşma yalnız ilk addımdır”.
👎7👍5👌2❤1😁1
🇮🇷🇺🇸 İran: Hörmüz boğazının açılması üçün ABŞ-a 7 günlük plan təqdim etmişik

• İran XİN rəhbəri Abbas Əraqçi bildirib ki, Qətər vasitəsilə ABŞ-a təqdim olunan plana əsasən, müəyyən şərtlər yerinə yetirilərsə, Hörmüz boğazında gəmi hərəkəti 7 gün ərzində normallaşa bilər.

• “İndi seçim ABŞ-ındır”, – Əraqçi vurğulayıb.
👍7❤2🎃1🆒1
🇺🇦 Kiyevdə mer Vitali Kliçkonun istefası tələb olunur

• Şəhərin qışa kifayət qədər hazır olmadığı iddiası ilə Kiyev administrasiyasının binası qarşısında etiraz aksiyası keçirilir.

• Prezident Zelenski də daha əvvəl Kliçkonu qışa hazırlığın zəif olmasına görə tənqid edib.
❤3😁3🙏3👏1
🇾🇪 Husilər 159 əsiri azad edib

• Yəməndə Husilər birtərəfli qaydada 159 əsiri azad ediblər.

• Beynəlxalq Qızıl Xaç Komitəsi əsirlərin ailələrinə məlumat verildiyini və onların evlərinə qayıtmasına yardım göstərildiyini açıqlayıb.
🙏8
İranın cənubunda, Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidilib.

“Fars” agentliyinin məlumatına görə, hadisə Hörmüzqan əyalətinin Sirik şəhəri ətrafında qeydə alınıb.

Yerli sakinlər Kuhestak bölgəsində və Sirik şəhərinin bir neçə hissəsində partlayış səsləri eşitdiklərini bildiriblər.
👍1
🇵🇰🇦🇫 Pakistan–Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.

💥 “Geo News”un məlumatına görə, Əfqanıstan hərbçiləri Pakistan mövqelərinə atəş açıblar.

⚔️ Pakistanın cavab atəşi nəticəsində bir neçə əfqan hərbçinin öldüyü, hərbi düşərgənin məhv edildiyi bildirilir.

📍 Hadisə Yuxarı Kurram və Qozgərhi sərhəd bölgələrində qeydə alınıb.
🙏2
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməsi prosesi davam edəcək, dizel razılaşması sadəcə ilk addım idi.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Təəssüf ki, onlar bu yolla Putini dayandıra bilməyəcəklər. Əksinə, o bu cür dəstək aldığına görə xoşbəxtdir”, - Zelenski bildirib.

O, ABŞ prezidenti Donald Trampın Rusiyanın hücumlarını dayandırmaq üçün hər şeyi edəcəyinə ümidvar olduğunu da dilə gətirib.
👎2👌1🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Fransada etirazçılar turist qatarını ələ keçiriblər.
😁8❤3👍2🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 2 milyon bareldən çox neft daşıyan daha bir tanker minaya düşüb

🔥 İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, tanker minaya düşərək partlayıb və güclü yanğın baş verib.
❤8🔥2😁2🙏1
🇩🇪 Merts seçkidən əvvəl fərqli mövqe tutduğunu etiraf edib

🗣 Almaniya kansleri Fridrix Merts:

“Bəli, əgər kimsə məni seçkidən əvvəl məsələlərə fərqli baxmaqda və fərqli fikirlər səsləndirməkdə ittiham edirsə, bu, doğrudur”.
🙏2😐1
🇮🇱 Netanyahu: Nüvə silahına malik İranla heç vaxt barışmayacağam

🗣 İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, müxalifət namizədi İrana hücumu səhv hesab edir və nüvə silahına malik İranla yaşamağı öyrənməyə çağırır.

☢️ “Mən isə nüvə silahına malik İranla heç vaxt barışmayacağam. Həyatımı bunun qarşısını almağa həsr etmişəm. Yenidən seçilsəm, növbəti səlahiyyət müddətimdə də bu təhlükənin birdəfəlik aradan qaldırılması üçün çalışacağam”.
👎9🙏2👌2😁1😈1
🇮🇱 Netanyahu: “İran rejimini devirmək niyyətindəyəm və bunu necə edəcəyimi bilirəm”

🗣️ İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu istiqamətdə artıq böyük uğurlar əldə olunub.

💬 “Biz artıq böyük uğurlar qazanmışıq, lakin qarşıda hələ keçilməli çox mərhələ var”, – Netanyahu əlavə edib.
❤6😈4
APA
🇫🇷 Fransada etirazçılar turist qatarını ələ keçiriblər.
🇫🇷 Makron: “Respublikamızda zorakılığa yer yoxdur”

🗣️ Fransa Prezidenti Emmanuel Makron bildirib ki, mağazalara və bələdiyyə binalarına hücum edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq və cəzalandırılacaqlar.
🙏2😁1