APA
✔
21.7K subscribers
40.6K photos
10.8K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
🇦🇿 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.
👍5❤2
APA
❗️❗️Rusiyanın paytaxtı Moskva kütləvi PUA hücumuna məruz qalır. Hücumlarla əlaqədar Moskvanın hava limanlarında “Xalça planı” tətbiq edilib, uçuşlara məhdudiyyətlər qoyulub. Paytaxtın Tekstilşiki, Kuzminki, Lyublino, Maryino, Kapotnya, Brateyevo, Zyablikovo…
‼️ Rusiyada PUA hücumu nəticəsində 20 minə yaxın insan işıqsız qalıb

⚡ Leninqrad vilayətinin qubernatoru bildirib ki, pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 20 minə yaxın sakin elektrik enerjisiz qalıb.
👌8❤3😁1🙏1
🔥 🔥 Ukrayna PUA-ları Sankt-Peterburq yaxınlığında “Ozon”un anbarını vurub

🇷🇺 Ukrayna KİV-in məlumatına görə, gecə saatlarında Rusiyanın Leninqrad vilayətində bir sıra obyektlər pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
👌8👍4❤3
🇮🇱🇵🇸 Netanyahu: Mən hakimiyyətdə olduğum müddətdə Fələstin dövləti olmayacaq

🗣 İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, onun hakimiyyəti dövründə müstəqil Fələstin dövlətinin yaradılmasına imkan verilməyəcək.
🤬10❤8🤡4👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Moskvaya doğru hərəkət edən 76 PUA vurulub

🚀 Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya paytaxtına istiqamətlənən 76 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
😁6👍5💋1
APA
🇷🇺 Moskvaya doğru hərəkət edən 76 PUA vurulub 🚀 Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya paytaxtına istiqamətlənən 76 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
🚨 Sankt-Peterburqa edilən kütləvi dron hücumu nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb

🔥 Hücum nəticəsində neft terminalında və anbarlarda yanğınlar baş verib.

🏘 12 mənzilli bina və 2 fərdi evə ziyan dəyib.
❤2👍2🙏2🔥1😁1
🇮🇷 İran İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə çağırıb

🤝 İranın xarici işlər naziri Abbas Əraqçi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Vələd Şeyx Əhmədlə görüşüb.

🗣 Əraqçi İƏT-in Fələstin məsələsində fəal rol oynamasının və üzv ölkələrə qərəzsiz yanaşmasının vacibliyini vurğulayıb.

🌍 İranın Səudiyyə Ərəbistanı ilə Yəmən arasında dialoqa kömək etməyə hazır olduğu bildirilib.
🤡5❤3
🇦🇿 Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb

🥉ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc medal qazanıblar.

🏅Cəfərli italiyalı rəqibini 10:0, Karsanov isə rusiyalı rəqibini 8:1 hesabı ilə məğlub edib.

🏅Bununla da Azərbaycanın turnirdə qazandığı medalların sayı 5-ə çatıb: 2 gümüş, 3 bürünc.
❤7🙏2
🇹🇷🇦🇿 Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

🤝 APA xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı “X” hesabında paylaşım edib.

💬 “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!”, – paylaşımda bildirilib.
❤11👍3
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il keçir

📜 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bununla Azərbaycanın dövlət müstəqilliyi bərpa olunub.

🗳 Həmin il dekabrın 29-da keçirilən referendumda xalq Azərbaycanın dövlət müstəqilliyinə dəstəyini ifadə edib.

📅 2021-ci ildə qəbul edilən qanuna əsasən, 18 oktyabr Müstəqilliyin Bərpası Günü adlandırılıb. Bu tarix iş günü olan bayramdır.
❤6🎉1🙏1
Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

“Bir millət, iki dövlət” şüarı ilə hər zaman qəlbən bağlı olduğumuz can Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm”.
❤8👍1
❗️🇺🇸 Cey Di Vens:

“Benzin qiymətləri çox yüksəkdir. ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından neft və qazın keçidini təmin etməsəydi, qiymətlər üç dəfə yüksək olardı”.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁8🙏2
🇮🇷 İranın yeni müdafiə naziri təsdiqlənib

🏛 İran parlamenti Mehrdad Əxlaqi Ketabçinin müdafiə naziri təyin edilməsinə etimad göstərib.

🛡 Yeni nazir əvvəllər İranın Aerokosmik Sənaye Təşkilatına rəhbərlik edib.

📌 O, fevral ayında ABŞ və İsrailin hücumları nəticəsində öldürülən sabiq müdafiə naziri Əziz Nəsirzadəni əvəz edib.
🤡6❤5
🌦 Sabah bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq.

🌤 Bakıda və Abşeronda əsasən yağmursuz hava gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Gündüz 22–25° isti olacaq.

🌡 Rayonlarda gündüz 25–30°, dağlarda 18–23° isti gözlənilir.
👍4🙏2
🇸🇦 Körfəz Əməkdaşlıq Şurası: Səudiyyə Ərəbistanının təhlükəsizliyi bütün üzv ölkələrin təhlükəsizliyidir

🛡 Körfəz Əməkdaşlıq Şurasının baş katibi bildirib ki, Səudiyyə Ərəbistanının təhlükəsizliyi Şuraya üzv dövlətlərin ümumi təhlükəsizliyinin ayrılmaz hissəsidir.
👍3❤2🙏2🐳1
🇮🇹 İtaliyanın müdafiə naziri: Ukrayna Rusiyaya qarşı müharibədə qalib gələ bilməyəcək

🗣 Quido Krozetto bildirib ki, Ukrayna üçün əsl qələbə Rusiyanın geri çəkilməsi, hücumların dayandırılması və ölkənin azad şəkildə gələcəyini qurmasıdır.
❤5👍3😁2🤡2🙏1💯1
🇭🇺 Orban: “Bizi bu savaşa sürükləyirlər”

Viktor Orban bildirib ki, Macarıstan artıq neytral deyil, Rusiyanı düşmən elan edərək Almaniya, Fransa və Britaniya ilə birlikdə Ukraynanın tərəfində yer alıb.

💬 “Pulumuzu Ukraynaya yönəldir və bizi bu savaşa sürükləyirlər”, – o deyib.
🤡6❤5👍3🙏2😁1💯1
🇵🇱 Polşa hərbi təyyarələrini havaya qaldırıb

✈️ Rusiyanın Ukraynaya raket hücumları ilə əlaqədar görülən tədbirlər Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

🛑 Hərbi aviasiyanın maneəsiz fəaliyyəti üçün Lyublin və Jeşuv hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.
🤔3🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇹 İtaliyada etirazlar toqquşmalara çevrilib: 60-dan çox yaralı var

🔥 Həyat bahalılığına qarşı keçirilən aksiyalarda nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

🚨 Ən azı 60 nəfər xəsarət alıb, onlarla şəxs saxlanılıb.
❤8🙏1