APA
✔
21.7K subscribers
40.6K photos
10.8K videos
12 files
67.2K links
APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: news@apa.az

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/
Download Telegram
APA
✈️ Novosibirskdən Mahaçqalaya uçan S7 Hava Yollarına məxsus təyyarə Qazaxıstan üzərində qəza siqnalı verib Təyyarə qəfildən Omsk istiqamətində istiqamətini dəyişib. 👥 Təyyarədə 189 sərnişinin olduğu bildirilib.
✈️ 173 sərnişini olan Rusiya təyyarəsi qəza siqnalı verib.

Novosibirskdən Mahaçqalaya uçan S7 aviaşirkətinə məxsus “Boeing 737” Qazaxıstan üzərində qəza siqnalı verib.

🛬 Təyyarə texniki nasazlıq səbəbindən Omsk hava limanına enib.
🙏5❤1😁1
🌤 Sabah Azərbaycanda hava necə olacaq?

☀️ Bakı və Abşeron: Əsasən yağmursuz, gecə 16–19°, gündüz 20–23° isti.

🌧 Rayonlar: Bəzi yerlərdə yağış, leysan, şimşək və dolu gözlənilir. Gündüz 23–28° isti.

Dağlıq ərazilər: Yüksək dağlarda qar ehtimalı var. Gündüz 12–16° isti olacaq.
❤1🙏1
🇫🇷 Parisdə etirazçılar Luvr muzeyinin girişini bağlayıblar.

🎨 İncəsənət və mədəniyyət məktəblərinin tələbələri muzeyi mühasirəyə alıblar.

🚨 Bilet aldıqları halda içəri daxil ola bilməyən turistlərlə etirazçılar arasında gərginlik yaranıb.
🙏1
🇮🇱 Netanyahu Avropa liderləri barədə: “Onlar məni həqiqətən qəzəbləndirirlər”.

❗️İsrailin Baş naziri “Fox News”a müsahibəsində Avropa liderlərini zəiflikdə və islamçı qruplara güzəştə getməkdə ittiham edib.

🗣️ “BMT-də İsraili tənqid edirlər, sonra isə terrorizmlə mübarizədə bizdən kömək istəyirlər. Tramp liderdir, onlar isə deyil”, – Netanyahu bildirib.
❤2
🇹🇷 Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə hərbi əməliyyatların dayandırılmasını təklif edib.

🚢 Ankara Ukrayna gəmiləri üçün Rumıniya və Bolqarıstan, Rusiya gəmiləri üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca təhlükəsiz dəhliz yaradılmasını təklif edir.

🤝 Razılıq əldə olunarsa, bütün kommersiya gəmilərini əhatə edən yeni saziş imzalanacaq.
🙏1
🇶🇦 Qətər XİN: “Biz artıq III Dünya müharibəsinin birinci ilində ola bilərik”.

⚠️ Qətər XİN-in sözçüsü Macid əl-Ənsari bildirib ki, mövcud böhranlar həll olunmasa, dünya yeni qlobal müharibə ilə üzləşə bilər.

🗣️ “1940–1941-ci illərdə yaşayan insanlar da III deyil, II Dünya müharibəsinin içində olduqlarını yalnız illər sonra anlamışdılar”.
👍2🙏1
🇪🇸 İspaniyada güclü yağışlar daşqınlara səbəb olub.

⚠️ Ölkənin cənub-şərqində yerləşən Valensiya və Alikante əyalətlərində çaylar məcrasından çıxıb, əraziləri su basıb.
😢2🙏1
🇬🇷 Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batıb, 12 nəfər ölüb.

🚨 Lesbos və Samos adaları yaxınlığında baş verən hadisələrdə ölənlərdən biri körpədir.

Ümumilikdə 22 nəfər xilas edilib. Qayıqlardan biri təqib zamanı patrul qayığı ilə toqquşaraq çevrilib.
🙏1💔1
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺 Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb.
🤔2🙏1
🌬️ Bakıda güclü külək müşahidə olunur

🔸 Oktyabrın 19-u saat 13:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti davam edir.

💨 Şimal-qərb küləyinin maksimal sürəti 18–20 m/s, bəzi yerlərdə isə arabir 25–27 m/s-yə çatır.
👍2❤1🙏1
🚌 Bakıda 49 nömrəli avtobusun son dayanacağı müvəqqəti dəyişdirilib.

🚧 Sabunçu qəsəbəsində aparılan yol təmiri ilə əlaqədar marşrutun son dayanacağı Yavər Əliyev küçəsinə köçürülüb.
👍2🙏1
APA
🇹🇷 Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 8-ə çatıb. 🔎 Digər itkin düşənlərin axtarışları davam etdirilir.
🇹🇷 Türkiyədə sel nəticəsində ölənlərin sayı 9-a çatıb.

🌊 İstanbul valisi Davut Gül bildirib ki, daha 2 nəfərin meyiti tapılıb.
👍3🙏1
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, Ukrayna, ABŞ və Rusiya prezidentlərinin görüşü müharibənin daha tez başa çatmasına kömək edə bilər.

⚠️ O bildirib ki, ABŞ, Rusiya və Çin liderlərinin görüşü isə bunun əksinə, müharibənin davamına xidmət edəcək.

🔹 Sibiqa qeyd edib ki, Vladimir Putin atəşkəs təklifini qəbul edərək sülhə doğru ciddi addım atmalıdır.
🙏1
🇮🇱 Netanyahu: “Düşmənlərimiz daha ağır zərbələr alacaqlar”.

⚠️ İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi zərurət yarandıqda düşmənlərinə zərbə endirməyə hazırdır.

🗣️ “Bunun üçün hazırlığımız, qətiyyətimiz və imkanlarımız var. Düşmənlərimiz indiyədək aldıqlarından daha ağır zərbələrə məruz qalacaqlar”.
❤5👍1
‼ Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər.
❤2👍2😁2🙏2
Prezident bir qrup energetiki təltif edib - SİYAHI
👍4🙏1
🇷🇺 Rusiya, Çin və ABŞ liderləri arasında APEC sammitində görüş üçün heç bir predmetli təklif irəli sürülməyib

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

🇨🇳 Onun sözlərinə görə, Çində üçtərəfli görüş barədə müzakirə də aparılmayıb.

📋 Rusiya prezidentinin sözçüsü həmçinin bildirib ki, belə bir görüşün gündəliyi ilə bağlı heç bir əsaslı müzakirə aparılmayıb.
❤1🙏1