AZERBAIJAN 7/24
6.95K subscribers
17.8K photos
15K videos
8 files
4.11K links
🌐 ƏN SON XƏBƏRLƏR

☎️Əlaqə: @telgramhesapTR
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türkiyədə hamı bu paranormal hadisədən danışır 

Trabzonda tövlədən buraxılan qoyunlar mikroavtobusun ətrafında dairə yaradaraq dəqiqələrlə fırlanıblar.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər kəsin təəccübünə səbəb olmuş bu görüntülər sosial şəbəkələrdə viral olub.
 
Bunu paranormal hadisə kimi dəyərləndirənlər də var. Lakin mütəxəssislər olayın elmi əsasını tapıblar. Belə ki illər öncə də Monqolustanda belə bir hadisə baş vermişdi.

Təsərrüfat sahibi əvvəlcə bir neçə qoyunun dövrə yaradaraq fırlandığını görüb. Daha sonra digər qoyunlar da onlara qoşulub. Beləcə qoyunlar düz 12 gün dövrə vurublar.

Sonradan araşdırılıb ki, “listeria monocytogenes” bakteriyası ilə çirklənmiş qidaların istehlakı nəticəsində yaranan “Listeria” xəstəliyi heyvanların dövrə vurmasına səbəb olur.
 
Xəstəlik nəticəsində beyindəki iltihab bir dairədə dönmə davranışına səbəb olur.


Davamı: Bizim.Media
🥴1
"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

APA xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayaraq, bu formatda ikitərəfli əlaqələrin qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Armen Qriqoryan sülh prosesinin gedişatını təqdim edib, regional əlaqələrin açılmasından yarana biləcək iqtisadi imkanlara və Ermənistan-Azərbaycan münasibətlərinin mövcud dinamikasına toxunub.

Görüşün ikinci hissəsində Təhlükəsizlik Şurasının katibi iştirakçıların suallarını cavablandırıb.
😱1
⚡️Prezident İlham Əliyev Serbiyaya səfər edib.
Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
⚡️Prezident: Azərbaycanla Serbiya iqtisadiyyat və sənaye üçün mühüm layihələr həyata keçirir
👍2
❗️Leyla Əliyeva babası Arif Paşayevin ad günü ilə bağlı paylaşım edib.

O, babası ilə fotosunu paylaşıb.

“Əziz Arif baba! Səni ad günün münasibətilə təbrik edirəm! Səni çox sevirəm”, deyə qeyd edib.
👍8💔1
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq
❤1
Media is too big
VIEW IN TELEGRAM
Serbiya Prezidenti: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Münxen Təhlükəsizlik Konfransında iştirak edən birinci vitse-prezident Mehriban Əliyeva ona ünvanlanan təxribatçı suala şillə kimi cavab verdi
❤4🤗3🥰1🫡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇷🇸Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan mahnısı "Ay Laçın"ı ifa edib.
❤2🤪1
💥🚌 Bakıda "bahalı qəza": avtobus lüks avtomobillərin arasında sıxılıb qaldı

⚠️Metronun "20 Yanvar" stansiyası yaxınlığında qəza baş verib. Belə ki, 119 nömrəli avtobus biri “Galendwagen” olmaqla iki “cip”in arasında sıxışıb qalıb.

Nəticədə avtomobillərə maddi ziyan dəyib.
👍3
‼️ TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

Bizim.Media bakupost-a istinadla xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlansaq da, hələlik sorğumuza cavab verilməyib.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨Bakıda yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yük avtomobilinin qarşısına keçərək anidən əyləcə basıb. Arxadan gələn yük avtomobili isə minik avtomobilinə çırpılıb.

Qəza zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev əmr imzalayıb.

Əmrlə Nihad Hafiz oğlu Muxtarlı nazirliyin aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, Nihad Muxtarlı bu təyinata kimi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.
👍1
🛫🛫🛫 Serbiyaya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət edib.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vladivostokda zoopark yanır - meymunlar, ilanlar və timsahların saxlandığı bina alova bürünüb. Yanğın yenot və dəvəquşuların olduğu sahəyə də keçib. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım cəlb olunub.