AZERBAIJAN 7/24
6.95K subscribers
17.8K photos
15K videos
8 files
4.12K links
🌐 ƏN SON XƏBƏRLƏR

☎️Əlaqə: @telgramhesapTR
Download Telegram
❗️❗️İran Prezidenti Məsud Pezeşkian:

Terrorçular xaricdən gətirilib və xalqımızın mədəniyyətinə uyğun olmayan hadisələr baş verib. Bəziləri silahla öldürülüb, bəziləri başı kəsilib, bəziləri diri-diri yandırılıb və bütün bazar yandırılıb.

Bu cür insanlarla qətiyyətlə davranılmalıdır. Etiraz etmək olar və biz sizin səsinizi dinləyəcəyik, amma bu cür davranış - iğtişaşlar və iğtişaşların yaradılması - qanunun tam gücü ilə qarşılanmalıdır.
❤5👎4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Bəndər Abbas şəhərində etirazlar başlandı.
🥰3👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📹 İran küçələri müharibə meydanını xatırladır
💔3👎1🥰1
❗️Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report" bu barədə "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, buna səbəb Londonda keçirilən etiraz aksiyaları zamanı İran səfirliyinin binası üzərində dalğalanan bayrağın dəyişdirilməsi, həmçinin Britaniya XİN-in İrandakı hadisələrlə bağlı yaydığı bəyanat olub. Bildirilib ki, hadisələrlə bağlı İslam Respublikasının etirazları səfirə çatdırılıb.

Xatırladaq ki, yanvarın 10-da İrandakı aksiyalara dəstək məqsədilə Londonda keçirilən nümayişdə səfirlik üzərindəki İran bayrağı etirazçılar tərəfindən inqilabdan əvvəlki bayraqla dəyişdirilib. Daha sonra bu aktı həyata keçirənlərdən ikisi saxlanılıb.
❤1
🔞📹 HƏSSAS VİDEO: İrandan qandonduran görüntülər

💢 Molla rejimi hakimiyyətdə qalmaq üçün insanları öldürür
😱2❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️❗️Tehran, özünü müdafiə edən qəzəbli xalq polis maşınını əzir
👍2
ABŞ İrandakı hadisələrə hansısa formada, o cümlədən güc tətbiq etməklə cavab vermək imkanını ciddi şəkildə nəzərdən keçirir.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Vaşinqton İranda internetə çıxışı bərpa edə bilər. "Biz bu barədə İlon Maskla danışa bilərik. Hesab edirəm ki, sizinlə söhbətimi bitirən kimi ona zəng edəcəyəm", - Tramp vurğulayıb.

“Wall Street Journal” qəzeti isə dövlət rəsmilərinə istinadən yazır ki, Tramp çərşənbə axşamı yüksək vəzifəli administrasiya rəsmiləri ilə İrana qarşı tədbirləri müzakirə edəcək.

Bura İranın hərbi və mülki hədəflərinə qarşı gizli kibersilahların yerləşdirilməsi, Tehrana qarşı əlavə sanksiyaların tətbiqi və hərbi zərbələr daxil ola bilər.

CNN isə yazır ki, Tramp İrana qoşun göndərməyi düşünmür. Ağ Evdə Tehrana qarşı güc tətbiq etmək üçün bəzi variantlar müzakirə olunsa da, Vaşinqton bu ölkəyə qarşı hücumların əks nəticə verə biləcəyindən narahatdır.
🇬🇪Gürcüstanın sabiq Baş naziri Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib

O, Tbilisi Şəhər Məhkəməsinin zalında həbs olunub.

Vəkil Mixeil Şakulaşvili bildirib ki, sabiq hökumət başçısı cəzaçəkmə müəssisəsinə aparılıb.
👀1
❗️İran prezidenti etirazlara qarşı keçirilən mitinqə qatılıb

Bu gün İran prezidenti Məsud Pezeşkian ölkəboyu davam edən etirazlara qarşı hakimiyyətin təşkil etdiyi mitinqdə iştirak edib. Aksiya İslam Respublikası tərəfindən etirazlara cavab olaraq keçirilib və dövlət qurumlarının dəstəyi ilə təşkil olunub.
❤4👎4🔥2
⚡️Ermənistan Rusiyaya nota verib

Buna səbəb Rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistanda "xüsusi hərbi əməliyyat"ın mümkünlüyü ilə bağlı açıqlaması olub
👍3
🇹🇷🇮🇷 Türkiyə İranda xaosun olmasını istəmir Bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik bildirib.

"Qonşumuz İranda xaos görmək istəmirik. Sabitlik region üçün vacibdir. Məsələlərin xarici müdaxilələrlə yox, İran hökumətinin öz iradəsi ilə həll olunması vacibdir".
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📹 İranda Xameneinin portretinə partlayıcı atdılar
🥰6❤‍🔥2👎2❤1
Media is too big
VIEW IN TELEGRAM
❗️Prezident: “Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür”
👍6
Media is too big
VIEW IN TELEGRAM
🔴 Şahin Mustafayev:

"Tərtərçay" sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə-smeta sənədləri tamamlanıb"
❤1
ABŞ Dövlət Departamenti xəbərdarlıq yayıb və İranda olan ABŞ vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırır
🇹🇷Ərdoğan: Hələbin YPG ünsürlərindən təmizlənməsi əhəmiyyətli nailiyyətdir

“Türklər, ərəblər və kürdlər arasında qardaşlığın pozulmasına icazə verə bilmərik, prosesi həssaslıqla idarə etməli və təxribatlara qarşı ehtiyatlı olmalıyıq. Bu regionda sonsuza qədər birlikdə yaşayacağıq. Biz bütün bölgəmizdə davamlı sülhün bərqərar olmasının tərəfdarıyıq”.
👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda narkobaron saxlanıldı
❤‍🔥3❤1
Oktay Kaynarca saxlanıldı

Türkiyədə tanınmış şəxslərə qarşı aparılan “Narkotik işi” çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla 6 nəfər saxlanılıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl də Türkiyənin bir çox tanınmış simaları narkotiklə əlaqəli saxlanılıb.
🤔2👀1
IRAN INTERNATIONAL: İranda baş verən etirazlarda ölənlərin sayı 12000-ə yaxındır.
❤1👀1