AZERBAIJAN 7/24
6.95K subscribers
17.8K photos
15K videos
8 files
4.11K links
🌐 ƏN SON XƏBƏRLƏR

☎️Əlaqə: @telgramhesapTR
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇷🇸Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan mahnısı "Ay Laçın"ı ifa edib.
❤2🤪1
💥🚌 Bakıda "bahalı qəza": avtobus lüks avtomobillərin arasında sıxılıb qaldı

⚠️Metronun "20 Yanvar" stansiyası yaxınlığında qəza baş verib. Belə ki, 119 nömrəli avtobus biri “Galendwagen” olmaqla iki “cip”in arasında sıxışıb qalıb.

Nəticədə avtomobillərə maddi ziyan dəyib.
👍3
‼️ TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

Bizim.Media bakupost-a istinadla xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlansaq da, hələlik sorğumuza cavab verilməyib.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨Bakıda yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yük avtomobilinin qarşısına keçərək anidən əyləcə basıb. Arxadan gələn yük avtomobili isə minik avtomobilinə çırpılıb.

Qəza zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev əmr imzalayıb.

Əmrlə Nihad Hafiz oğlu Muxtarlı nazirliyin aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, Nihad Muxtarlı bu təyinata kimi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.
👍1
🛫🛫🛫 Serbiyaya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət edib.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vladivostokda zoopark yanır - meymunlar, ilanlar və timsahların saxlandığı bina alova bürünüb. Yanğın yenot və dəvəquşuların olduğu sahəyə də keçib. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım cəlb olunub.
Forwarded from CSSC Baku
"Sülh Körpüsü" çərçivəsində Ermənistandakı son görüş haqqında...

"Sülh Körpüsü" təşəbbüsünün bir hissəsi olaraq, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin daha bir görüşü baş tutub.

Bu dəfə hər iki tərəfdən beş təşəbbüs üzvünə əlavə olaraq, iştirakçıların sayı artırılıb və toplam 39 nəfərə çatdırılıb.

Sərhəd məsələsi sülh gündəliyinin nailiyyətlərindən biri olduğu üçün Azərbaycandan olan iştirakçılar Ermənistana delimitasiya edilmiş və demarkasiya olunmuş quru sərhədi ilə keçiblər. Keçid proseduru sərhəd və gömrük nəzarətindən ibarət olub. COVID-19 məhdudiyyətləri səbəbindən keçid üçün rəsmi icazə alınıb.

Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat keçirib. Bu vaxt dörd saatlıq hotel gediş-gəlişi transferi, dörd müzakirə sessiyası, rəsmilərlə iki görüş, mətbuat konfransı və daimi qeyri-rəsmi dialoqu əhatə edib.

İşçi dillər ingilis və rus dilləri olub. Ermənistan mediası üçün keçirilən mətbuat konfransında erməni nümayəndələr öz dillərində, azərbaycanlı nümayəndələr isə Azərbaycan dilindən tərcümə olmadığı üçün rus dilində çıxış ediblər.

Tədbir çərçivəsində proqramdakı mövzular və cəmiyyətlərimizi narahat edən məsələlər müzakirə olunub, sülh gündəliyinə yanaşmalar, maneələr və çətinliklər, eləcə də gələcək fəaliyyətlər izah edilib.

Forma və məzmun

Görüşdə həm dialoq platformalarında təcrübəyə malik mütəxəssislər, həm də ilk dəfə bu tipli tədbirlərə qatılanlar iştirak ediblər. Tərəflər arasında nailiyyətlər, gözləntilər, çətinliklər və fikir ayrılıqları barədə səmimi dialoq aparılıb.

Bu gün təhlükəsizliyin təmin edilməsi, müstəqilliyin və suverenliyin artırılması və sülh gündəliyindən faydalanmaq baxımından Azərbaycan və Ermənistan cəmiyyətlərinin gözləntiləri demək olar ki, üst-üstə düşür.

Sülh gündəliyi artıq bir çox nailiyyətlər əldə edib, lakin gözləntilər artır, qeyri-müəyyənliklər davam edir və bir çox problemlər hələ də qalmaqdadır. "Sülh Körpüsü" təşəbbüsü ikitərəfli dialoqu rəsmiləşdirmək cəhdidir; dialoqun mümkün olduğunun və müəyyən bir məqamda hətta institusional forma ala biləcəyinin nümayişidir.

İş iki istiqamətdə davam edir: Cəmiyyətlərimizlə ünsiyyət və birgə fəaliyyətlər.

Nələrsə alınır, nələrsə işə yaramır... və bu normaldır. Şübhəsiz ki, Ermənistandakı parlament seçkiləri bir dönüş nöqtəsi olacaq və bundan sonra sülh gündəliyinin genişləndirilməsi, dərinləşdirilməsi, yaxud da əldə edilən nailiyyətlərdən geri çəkilmək barədə müzakirələr aparmaq mümkün olacaq.

Bu gün yüksək səviyyəli siyasi dialoq və artan iqtisadi qarşılıqlı əlaqə ilə yanaşı, vətəndaş cəmiyyəti səviyyəsində ikitərəfli dialoq da öz formasını alır.

Sülh mümkündür!

Gələcək dünyanın parametrləri artıq formalaşır. Azərbaycan sülh gündəliyinə sadiqdir və milli maraqları çərçivəsində addımları ardıcıl olaraq həyata keçirəcək. Cəmiyyətdə sülh gündəliyinin təşviqi səbir və məsuliyyət tələb edən uzunmüddətli iş olacaq.

Elə bir vəziyyət yaranıb ki, artıq hökumətlər dayanmaq qərarına gəlib... və sülh gündəliyini dəstəkləyən cəmiyyətlərin nümayəndələri dialoq və birgə fəaliyyəti qurmağa çalışır.

Bu cür səfərlər hökumət resurslarının toparlanmasını, iştirakçıların təşəbbüsünü və konstruktiv fəaliyyəti tələb edir. Bu baxımdan səfər iştirakçılarına, təhlükəsizliyi təmin edən və dialoq üçün şərait yaradan qurumlara minnətdarlığımızı bildiririk.

@cssc_cqtm
❤2
⚡⚡⚡ Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevə ağır itki üz verib.

İcra başçısının atası Çəpərxan Quluyev dünyasını dəyişib. Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

Yas mərasimi sabah Babək prospektində yerləşən mərasim evində (SOCAR) keçiriləcək.

Allah rəhmət eləsin!
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❕🇨🇳🇺🇸ABŞ xüsusi təyinatlıları sensasiyalı şəkildə çinli qadınlara məğlub oldular

BƏƏ-də keçirilən yarışlarda Çin Xüsusi Təyinatlı Qüvvələrinin qadınlardan ibarət komandası gözlənilmədən ABŞ-dən olan kişiləri qabaqlayıb.

Çəkisi 120 kiloqram olan təkərin daşınması üzrə intizamda çinli xanımlar amerikalı həmkarlarından 16 saniyə tez finiş xəttini keçiblər.