#SONDƏQİQƏ
Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub
APA xəbər verir ki, bu, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub.
Qeyd edək ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il müddətinə məhkum edilib.

👍2🤔1
AZERBAIJAN 7/24
#SONDƏQİQƏ Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub APA xəbər verir ki, bu, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub. Qeyd edək ki, Fransa Respublikasının vətəndaşı…
AFP: Aİ-nin Rusiya oliqarxlarına qarşı sanksiyaları ləğv etməsindən sonra Azərbaycan lideri həbsdə olan Fransa vətəndaşını əfv edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün saat 09:30 radələrində Bakı–Şamaxı yolunda xidmət aparan YPX Alayının əməkdaşları hərəkətdə olan “Ford” markalı avtomobildə tüstüləmə müşahidə edib.
Stasionar postda saxlanılan avtomobildə yanma aşkar edildiyindən, dərhal sürücü Kənan Abdullayev və səhhətində problem olan atası nəqliyyat vasitəsindən kənarlaşdırılıb.
Alay əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.

👍6
Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb
APA xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb.
Belə ki, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab etmir.

👍2
Fransa Azərbaycan tərəfindən Fransa vətəndaşı Martin Ryanın əfv olunması ilə bağlı qərarı yüksək qiymətləndirib.
Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
“Fransa həm Parisdə, həm də Bakıda bu müsbət nəticənin əldə olunması üçün yorulmadan çalışan bütün komandalara təşəkkür edir”, – deyə Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

İran ABŞ-ın İran aviaşirkətlərinin uçuşlarını dayandırmaq kampaniyasına əməl edən qonşu ölkələrin hava limanlarını sıradan çıxarmaqla hədələyib.
“Qonşu ölkələr İrana uçuşları dayandırmaqda ABŞ-la razılaşsalar, onların hava limanları işləyə bilməyəcək”, - İran TŞ-nın katibi Möhsün Rezai bildirib.

🖕2👏1🤡1
Sosial şəbəkələrdə İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycan nümayəndə heyətinin iclas zalında olmamasına dair məlumat yayılıb.
APA xəbər verir ki, Məsud Pezeşkianın ötən gün BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyəti zalda olub.
İran Prezidentinin çıxışı zamanı guya Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair səslənən iddialar dezinformasiya və feykdir.
Açıq mənbələrdə yayılan məlumatlara görə, Pezeşkianın 23 sentyabr tarixində BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk edən tərəf ABŞ nümayəndəsi olub. İsrail nümayəndə heyətinin isə İran Prezidentinin çıxışında iştirak etmədiyi bildirilib.
Azərbaycanın nümayəndə heyətinin zalı tərk etməsi barədə məlumat həqiqəti əks etdirmir.

😁2❤1👌1
Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb.
💔2
“Yeni Azərbaycan Partiyasının (YAP) əvvəlki qurultaylarında olduğu kimi oktyabrın 2-də keçiriləcək qurultayında da müəyyən dəyişikliklərin edilməsi istisna deyil”.
Bunu Ölkə.az-a açıqlamasında YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisdə hakim partiyanı təmsil edən deputatlardan bir olan Elman Nəsirov deyib.

👍2🤮2
Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib
● Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi.
● Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm.
● Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin

👍3
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək
👍3🤔1
Lənkəranda atalığı 3 yaşlı uşağı döyüb, anasının valideynlik hüququnun məhdudlaşdırılmasına baxılır
❤2
Mətbuat Şurasının IX qurultayına hazırlıqlar başlayır.
APA xəbər verir ki, sabah Mətbuat Şurasının İdarə Heyətinin iclası keçiriləcək.
İclasda IX qurultaya hazırlıq məsələləri müzakirə olunacaq.
Mətbuat Şurasının növbəti qurultayının oktyabr ayının ortalarında keçirilməsi planlaşdırılır.

👍1
Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.
APA xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.
Qərara əsasən, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

Forwarded from CSSC Baku
Cənubi Qafqazda Rusiyanın fəallığının artacağı gözlənilir (I hissə)
Cənubi Qafqaz 44 günlük müharibənin nəticələri ilə şərtlənən transformasiya prosesindən keçir. Son bir neçə ay ərzində Azərbaycan və Ermənistan liderləri Rusiya ilə münasibətlərin regionun yeni reallıqlarına uyğun qurulmalı olduğunu qeyd ediblər. Hər iki ölkə formal olsa da, Rusiya ilə yüksək səviyyəli münasibətlər saxlayır:
- Azərbaycanla Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə qüvvədədir;
- Ermənistan həm ikitərəfli qaydada, həm də KTMT, Gömrük İttifaqı və AİB kimi bloklar çərçivəsində hərbi-siyasi müttəfiqdir.
Lakin bunların hamısı yalnız "kağız üzərində"dir.
Ermənistanda keçirilən parlament seçkilərindən sonra Cənubi Qafqaz ölkələrində sabit rəhbərlik mövcuddur və bu amil reallığı nəzərə alan qərarların qəbul edilməsini zəruri edir.
Son bir neçə ay ərzində Rusiya rəsmiləri Cənubi Qafqazla bağlı ritorika və fəaliyyətlərini gücləndiriblər.
Bu prosesdə əsas məsələ Rusiyanın köhnə vasitələrə əl atmağa davam edəcəyi, yoxsa keyfiyyətcə yeni bir yanaşma formalaşdırmağa çalışacağıdır.
Yaxın aylarda Rusiya və Ermənistan liderləri arasında görüş gözlənilir. Bu görüş münasibətlərin səviyyəsini müəyyən etmək, Rusiyanın Ermənistandakı hansı strateji aktivlərinin qalacağını və hansı sahələrdə mövqelərindən geri çəkilməli ola biləcəyini dəqiqləşdirmək üçün imkan yaradacaq. Hər iki tərəf bu görüşə hazırlaşır: Rusiya qaz kəmərini təmir edir, sanksiya təzyiqini davam etdirir və İrana TRIPP təşəbbüsünün həyata keçirilməsinə qarşı daha fəal mövqe tutmalı olduğuna dair siqnallar verir. Eyni zamanda, Ermənistan ölkə daxilindəki Rusiya tərəfdarı qüvvələrə qarşı "səlib yürüşü"nü davam etdirər. İrəvan Rusiya təzyiqi güclənəcəyi təqdirdə mümkün dəstək səviyyəsini qiymətləndirmək üçün Avropa və ABŞ-də görüşlər keçirərək daxili mövqeyini möhkəmləndirir.
Bir məsələ aydındır: Putin və Paşinyan arasındakı görüşdə qərarlar qəbul ediləcək.
Bu kontekstdə Rusiyanın Azərbaycanla təmasları artacaq. İstər üzbəüz, istərsə də telefonla yüksək səviyyəli təmasların baş tutması istisna edilmir.
Gürcüstana gəldikdə, gələcək hadisələrə çevik reaksiya vermək məqsədilə Sxinvali bölgəsindəki fiqurların yeri dəyişdirilir.
(ardı var)
@cssc_cqtm

Cənubi Qafqazda Rusiyanın fəallığının artacağı gözlənilir (II hissə)
Gəlin bu yeni reallıq çərçivəsindəki mövzuları və imkanları nəzərdən keçirməyə çalışaq.
Bəs Rusiya Cənubi Qafqazdan nə istəyir?
Təhlükəsizlik - NATO-nun bölgədəki mövcudluğu - Rusiya və Kremlə qarşı əməliyyatlar üçün potensial platsdarm.
Azərbaycanın NATO-ya üzv olmaq niyyəti yoxdur. O, Şimali Qafqazda sabitlik və Xəzər hövzəsində təhlükəsizlikdə maraqlıdır, həmçinin siyasi fəallıq göstərən rusiyalı mühacirlər üçün platforma təqdim etmir.
Ermənistan KTMT-də qalmaqla yanaşı, NATO ölkələri ilə hərbi-siyasi əlaqələrini dərinləşdirir. Ermənistana köçən rusiyalıların sayının çox olmasına baxmayaraq, ölkə indiyədək Kreml əleyhinə təsisatların yaradılmasının qarşısını ala bilib. Rusiyanın Ermənistanda geniş təhlükəsizlik mövcudluğu var, buna görə də Moskva mövqelərini güzəştə getməyə həvəsli olmayacaq. Müəyyən mərhələdə o, hətta yeni Konstitusiyada qoşulmama statusunun təsbit edilməsini tələb edə bilər - baxmayaraq ki, bu, son çarə olardı.
Gürcüstan - diplomatik əlaqələrin olmamasına baxmayaraq, Rusiya üçün maksimum dərəcədə proqnozlaşdırıla bilən mövqe sərgiləyir.
İqtisadiyyat - logistika - insan amili.
Azərbaycan Rusiya ilə ticarətdə maraqlıdır və "Şimal-Cənub" nəqliyyat dəhlizində fəal iştirakçıdır. Rusiya və İran iki ölkəni birləşdirən dəmir yolu və qaz kəmərinin tikintisini başa çatdırmağı planlaşdırır və Azərbaycanın buna heç bir etirazı yoxdur. İl başlayandan bəri bu mövzu ətrafında yenidən geniş müzakirələr aparılır. Prosesin necə inkişaf edəcəyini görəcəyik.
Ermənistan "Cənubi Qafqaz Dəmir Yolu" (CQDY) şirkətinin rolunu azaltmağa, qaz təchizatını şaxələndirməyə və Avropa ilə ticarəti artırmağa çalışır. Bu, Rusiyanı düşünməyə vadar edir. Moskva Ermənistandakı aktivlərini son ana qədər qoruyub saxlamağa çalışacaq.
Gürcüstan bu baxımdan daha proqnozlaşdırıla biləndir, baxmayaraq ki, Rusiyanın orada heç bir strateji aktivi yoxdur.
Kremlin miqrant əleyhinə siyasəti və Ukraynaya qarşı müharibə Rusiyanın Cənubi Qafqaz ölkələrinin vətəndaşları üçün cəlbediciliyini azaldır. Nəticə etibarilə, Rusiya regiondakı transformasiyanı dayandıra bilməz; əksinə, Moskva orada öz rolunu – həm də kökündən yeni olacaq bir rolunu – möhkəmləndirmək istiqamətində hərəkət etməlidir. Azərbaycan və Ermənistanla münasibətlərdə "yeni reallıq" formalaşacaq. Gürcüstanla bağlı vəziyyət isə ən gözlənilməz xarakter daşıyır. Əgər Gürcüstanın işğal olunmuş bölgələrinin ilhaqı barədə qərar verilərsə, vəziyyət nəzarətdən çıxa bilər.

🇸🇦🇹🇷🇵🇰 Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan təcili görüş keçirəcək
📌 Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində krallığa dəstək yollarını müzakirə etmək üçün Baş Qərargah rəislərinin təcili görüşünü keçirməyi planlaşdırır.
Görüş Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumlarının artması fonunda keçiri