Forwarded from APA
🏫 Məktəbli forması necə olmalıdır?
✅Şagirdlər məktəbin müəyyən etdiyi vahid geyim formasına əməl etməlidirlər.
✅ Forma rahat, ölçüyə uyğun və sərbəst hərəkətə imkan verən olmalıdır.
✅ Geyimlə bağlı mübahisələr dərs prosesinə mane olmamalıdır.
✅ Məktəbli formasının təmiz və səliqəli saxlanmasına diqqət yetirilməlidir.

👍6👎3👌2
❗️ Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyədə ağır qəza: 11 nəfər ölüb, 26 nəfər yaralanıb
🚨 NTV-nin məlumatına görə, Türkiyədə yük maşını ilə toqquşan sərnişin avtobusu aşıb.
⚫ Qəza nəticəsində 11 nəfər həyatını itirib, 26 nəfər xəsarət alıb.

💔4👍1
Forwarded from Unikal.az
⚡️Təhsil Şurası:
● Dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir
● Azərbaycanın gələcəyi xarici dairələrin planlarından deyil, müstəqil dövlətin tərəqqisindən, gənclərin elmi və intellektual inkişafından asılıdır.

👍6❤1
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.
Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.
Tədbirlərin əsas məqsədi qanunvericiliyin tələblərinin icrasını təmin etmək, ictimai asayişin pozulmasının, nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır.
Qeyd edirik ki, vətəndaşlar qanunvericiliyin tələblərinə əməl etməli, ictimai qaydanın pozulmasına, digər şəxslərin hüquq və mənafelərinə zərər vurulmasına, habelə polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməməsinə yol verməməlidirlər.
İctimai asayişin və təhlükəsizliyin qorunması, təhsil müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir, qanunazidd halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq və onu törədənlər müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar.

❤1
AZERBAIJAN 7/24
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚔 Bakıda məktəbli forması ilə bağlı münaqişə yaradan 37 nəfər həbs edilib
👍4🤬3❤2
Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb.
APA xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarla bağlı ciddi tədbirlər görülməlidir.

👍4
Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak edəcək.
👍3
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.
APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.
Direktorun məlumatına əsasən, son 1 ay ərzində Mədinə Nəbiyeva üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb.
Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib.
Mədinə Nəbiyeva hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.

👍2❤1
📢 Media və Yayım Şurası: Məktəbli forması məsələsi siyasiləşdirilir
Azərbaycan Respublikası Media və Yayım Şurası vahid geyim qaydaları ilə bağlı məsələnin siyasiləşdirilməsi və dini müstəviyə çəkilməsi cəhdlərinin müşahidə olunduğunu bildirib.
⚠️ APA-nın məlumatına görə, Şuranın açıqlamasında sosial şəbəkələrdə eyni və oxşar məzmunlu paylaşımların qısa zaman ərzində kütləvi yayılmasına, eləcə də ictimai qaydanı pozmağa çağırışlara diqqət çəkilib.
🔎 Qurum bu fəaliyyəti koordinasiyalı informasiya manipulyasiyası və “trol hücumu” əlamətləri kimi qiymətləndirib.
📌 Media və Yayım Şurası vətəndaşları, media subyektlərini və sosial şəbəkə istifadəçilərini şübhəli hesabların fəaliyyətinə qarşı diqqətli olmağa, məlumatları yoxlamadan paylaşmamağa çağırıb.

Forwarded from Qafqazinfo
DTX Masazırda avtomobilləri yandıranları saxladı
Ətraflı: https://qafqazinfo.az/news/detail/dtx-masazirda-avtomobilleri-yandiranlari-saxladi-524750

👍4👎1
Nəsimi Musayevin heç kimə zərər vermək niyyəti olmayıb - Erməni KİV
Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər vermək niyyətinin olmadığını söyləyib.
Bu barədə məlumatı Ermənistanın yerli “Joxovurd” qəzeti yazıb.
“Musayev dindirmə zamanı bildirib ki, erməni ailənin evinə daxil olarkən kiməsə zərər vermək niyyətində olmayıb. O qeyd edib ki, ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş edib, lakin qadın onun silahından yapışdığından atəş açmağa məcbur olub. Bundan əlavə, Musayev yazılı şəkildə bildirib ki, ardınca qadın və onun ailə üzvləri ona hücum edib, bıçaqla zərbələr vurub və döyüblər”, - deyə qəzetin məlumatında qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına başsağlığı verib.
Bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı törədilmiş son hücumlar nəticəsində həyatını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.
Həlak olanların ailələrinə bu ağır itki ilə əlaqədar dözüm və səbir diləyirik", - paylaşımda qeyd olunub.
Bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı törədilmiş son hücumlar nəticəsində həyatını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.
Həlak olanların ailələrinə bu ağır itki ilə əlaqədar dözüm və səbir diləyirik", - paylaşımda qeyd olunub.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib - HADİSƏ ANI
🍾4👍1