Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
✔
22.4K subscribers
21.1K photos
2.67K videos
3 files
5.63K links
Download Telegram
#Tarixdəbugün 🇦🇿

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 41 il ötür. Onun nurlu xatirəsi xalqımız tərəfindən hörmətlə anılır.

#ZərifəƏliyeva
#MüdafiəNazirliyi
“Anadolu Ankası – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla icra olunub

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Ətraflı:https://mod.gov.az/az/news/anadolu-ankasi-2026-teliminde-novbeti-merhelenin-tapsiriqlari-ugurla-icra-olunub-video-56853.html
____

На учениях «Anatolian Phoenix – 2026» успешно выполнены задачи очередного этапа

В городе Конья братской Турецкой Республики успешно выполнены задачи очередного этапа международных поисково-спасательных учений «Anatolian Phoenix – 2026».

Подробнее: https://mod.gov.az/ru/news/na-ucheniyah-anatolian-phoenix-2026-uspeshno-vypolneny-zadachi-ocherednogo-etapa-video-56854.html
ƏÜO müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu mayın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik) həyata keçiriləcəkdir.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş ("Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə), "q" bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəli vətəndaşlar qəbul edilir.

Kursa qəbul üçün tələb olunan sənədlər:
- kursa qəbul olunmaq barədə ərizə;
- anket forması;
- tərcümeyi-hal (1 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);
- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);
- sürücülük vəsiqəsinin surəti (olduğu təqdirdə, 1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);
- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);
- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə, kişi cinsli vətəndaşlar üçün);
- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Müraciətlər qeyd olunan tarixədək saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul olunur.

Qeyd:
1. Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
2. "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Əlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb

Müdafiə Nazirliyinin rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb, onların qayğıları və təminat məsələləri ilə maraqlanıb, eləcə də hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Ətraflı: https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-rehberliyi-azad-olunmus-erazilerde-xidmet-eden-sexsi-heyetle-gorusub-56870.html
_____
Руководство Министерства обороны встретилось с личным составом, несущим службу на освобождённых территориях

Руководящий состав Министерства обороны встретился с военнослужащими, несущими службу на освобождённых территориях, поинтересовался их заботами и вопросами обеспечения, а также ознакомился с социально-бытовыми условиями, созданными в воинской части.

Подробнее: https://mod.gov.az/ru/news/rukovodstvo-ministerstva-oborony-vstretilos-s-lichnym-sostavom-nesushim-sluzhbu-na-osvobozhdyonnyh-territoriyah-56872.html
Azad olunmuş ərazilərdə yeni hərbi infrastruktur obyektləri yaradılır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrasturktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Ətraflı: https://mod.gov.az/az/news/azad-olunmus-erazilerde-yeni-herbi-infrastruktur-obyektleri-yaradilir-56873.html
____

На освобождённых территориях создаются новые объекты военной инфраструктуры

По указанию Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Вооружёнными силами Ильхама Алиева успешно продолжаются мероприятия по укреплению материально-технической базы Азербайджанской Армии, а также строительству и модернизации объектов военной инфраструктуры.

Подробнее: https://mod.gov.az/ru/news/na-osvobozhdyonnyh-territoriyah-sozdayutsya-novye-obekty-voennoj-infrastruktury-56874.html
“Anadolu Ankası – 2026” beynəlxalq təlimi uğurla başa çatıb

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.

Ətraflı: https://mod.gov.az/az/news/anadolu-ankasi-2026-beynelxalq-telimi-ugurla-basa-catib-video-56877.html
____

Международные учения «Anatolian Phoenix – 2026» успешно завершились

Успешно завершились международные поисково-спасательные учения «Anatolian Phoenix – 2026», проходившие в турецком городе Конья.

Подробнее: https://mod.gov.az/ru/news/mezhdunarodnye-ucheniya-anatolian-phoenix-2026-uspeshno-zavershilis-56878.html
Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edir. Sənəd qəbulu 15 may tarixinədək (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, eyni zamanda Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) və Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan şəhəri, “Naxçıvan-1” hərbi şəhərciyi) saat 09:00-dan 17:00-dək həyata keçiriləcəkdir (şənbə, bazar və bayram günləri istisna olmaqla). Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur.

Ətraflı: https://mod.gov.az/az/news/mudafie-nazirliyi-hava-hucumundan-mudafie-ixtisasi-uzre-muddetden-artiq-heqiqi-herbi-xidmete-qebul-elan-edir-56876.html
#Tarixdəbugün 🇦🇿

Bir kənd yandı… adı qaldı – Başlıbel!
Başlıbel - silahsız əllərin qanlı tarixçəsi!


#BaşlıbelFaciəsi
#Başlıbel1993
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu
#Tarixdəbugün 🇦🇿

20 aprel - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaradılması günüdür.
Bu münasibətlə nazirliyin əməkdaşlarını təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

#MədəniyyətNazirliyi
#20aprel
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu