Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
✔
22.4K subscribers
21.1K photos
2.67K videos
3 files
5.63K links
Download Telegram
Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər.
Həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar.

Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulmuşdur.

Hazırda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmət keçən, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici təhsil müəssisələrində təhsil almış hərbi qulluqçuların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların ailə üzvlərindən 28.02.2026-cı il tarixədək aşağıda qeyd olunan məlumatları intel_unit@mmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur:
- çağırışçının adı, soyadı və ata adı;
- çağırış rübü və ili (çağırıldığı tarix);
- Xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənəd (PDF formatında) və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarış.

Qeyd: Növbəti çağırışlarda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmətə başlayacaq, yuxarıda qeyd olunan kateqoriyaya aid olan çağırışçıların intellektual bölmələrdə xidmət etmələrinin təmin edilməsi məqsədilə müvafiq məlumatların onların ailə üzvləri tərəfindən çağırış ayının əvvəlindən növbəti ayın sonunadək intel_unit@mmu.edu.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan pinned «Müdafiə Nazirliyinin məlumatı Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində…»
Azərbaycan müdafiə naziri Qazaxıstanın yeni hərbi attaşesini qəbul edib

Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev yanvarın 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Ətraflı: https://mod.gov.az/az/news/azerbaycan-mudafie-naziri-qazaxistanin-yeni-herbi-attasesini-qebul-edib-56348.html
____

Министр обороны Азербайджана принял нового военного атташе Казахстана

Новоназначенный военный атташе Республики Казахстан в нашей стране полковник Салауат Хайрушев 7 января был представлен министру обороны Азербайджанской Республики генерал-полковнику Закиру Гасанову.

Подробнее: https://mod.gov.az/ru/news/ministr-oborony-azerbajdzhana-prinyal-novogo-voennogo-attashe-kazahstana-56349.html
HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-mayoru Bəhruz Əhmədov HHQ-nin tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə görüş keçiriblər.

Ətraflı: https://mod.gov.az/az/news/hhq-komandani-ve-herbi-prokuror-herbi-hisselerde-olublar-56354.html
____

Командующий ВВС и военный прокурор посетили воинские части

Заместитель министра обороны Азербайджанской Республики – командующий Военно-воздушными силами (ВВС) генерал-лейтенант Намик Исламзаде и заместитель Генерального прокурора Азербайджанской Республики – Военный прокурор Азербайджанской Республики генерал-майор юстиции Бахруз Ахмедов встретились с личным составом воинских частей, находящихся в подчинении ВВС.

Подробнее: https://mod.gov.az/ru/news/komanduyushij-vvs-i-voennyj-prokuror-posetili-voinskie-chasti-56355.html
#Tarixdəbugün 🇦🇿

12 yanvar Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması günüdür.
Bu münasibətlə agentliyin əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

#12yanvar
#MEDIA
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
N hərbi hissəsində taktiki təlim keçirilib

2026-cı il üçün hazırlıq planına uyğun olaraq N hərbi hissəsinin taktiki təlimi keçirilib.

Ətraflı: https://mod.gov.az/az/news/n-herbi-hissesinde-taktiki-telim-kecirilib-56370.html
____

Проведены тактические учения

В соответствии с планом подготовки на 2026 год, в Н-ской воинской части проведены тактические учения.

Подробнее:
https://mod.gov.az/ru/news/provedeny-takticheskie-ucheniya-56371.html
Əsgər leksik vahidi Azərbaycan dilinə ərəbcədən – həmin dildəki “askar” (عسكر) sözündən keçmişdir. Söz mənşə dildə “ordu”, “qoşun”, “silahlı birlik” mənasını ifadə edir. Bu kökdən yaranan “ʿaskarī” sözü isə “orduya mənsub olan” anlamını verir. Zamanla söz fonetik uyğunlaşma yolu ilə Azərbaycan dilində “əsgər” formasında sabitləşmişdir.
“Əsgər” sözü semantik cəhətdən yalnız peşə və ya status anlamı daşımır, həm də mənəvi-emosional yüklə zəngindir. Azərbaycan dilində tez-tez işlənən “Vətənin əsgəriyəm”, “Xalqımın əsgəriyəm” kimi ifadələrdə bu söz daha geniş mənalarda da işlənərək vətəndaşlıq borcu, fədakarlıq, Vətənə sədaqət, igidlik və cəsarət və s. anlayışlarla da assosiasiya olunur.
Bədii ədəbiyyatda və publisistikada “əsgər” obrazı çox vaxt xalqın müdafiəçisi, torpaq keşiyində duran övlad kimi təqdim edilir.