Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
✔
22.4K subscribers
21.1K photos
2.67K videos
3 files
5.63K links
Download Telegram
Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində və xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndəliklərində silsilə tədbirlər keçirilib.

Ətraflı: https://mod.gov.az/az/news/xocali-soyqiriminin-ildonumu-ile-bagli-azerbaycan-ordusunda-silsile-tedbirler-kecirilib-video-56637.html
____

Состоялся ряд мероприятий в связи с годовщиной Ходжалинского геноцида

В соответствии с планом, утверждённым министром обороны, в связи с 34-й годовщиной Ходжалинского геноцида в видах войск (силах), Отдельной общевойсковой армии, объединениях, соединениях и воинских частях Азербайджанской Армии, а также специальных военных учебных заведений, действующих в подчинении Национального университета обороны, и в представительствах аппаратов военных атташе, аккредитованных в зарубежных странах, был проведён ряд мероприятий.

Подробнее:
https://mod.gov.az/ru/news/sostoyalsya-ryad-meropriyatij-v-svyazi-s-godovshinoj-hodzhalinskogo-genocida-video-56639.html
Hərbi Hava Qüvvələri - yüksək hazırlığın və peşəkarlığın təcəssümü!

#HərbiHavaQüvvələri
#QalibAzərbaycanOrdusu🇦🇿
#MüdafiəNazirliyi
#Tarixdəbugün 🇦🇿

Od çərşənbəniz mübarək olsun! 🔥


Hər alovlanan çıraq bir ümiddir.
Hər yanan tonqal bir gücdür.
Bu od əsrlərin yaddaşı, qəhrəmanlığın alovu, Vətən sevgisinin rəmzidir.
Qoy bu Od çərşənbəsinin işığı hər bir ocağa istilik, hər bir ürəyə qürur gətirsin!


#Novruz2026
#OdumuzGücümüzdür
#QəhrəmanlıqRuhu
#Azərbaycan
#OrdumuzQürurumuz
#MüdafiəNazirliyi
“Atəş” sözü fars mənşəlidir və ilkin mənası “od”, “alov” deməkdir. Lakin Azərbaycan dilində bu söz zamanla zəngin məna çalarları qazanaraq müxtəlif mənalarda işlənməyə başlamışdır. Amma daha çox “atəş açmaq”, “atəşə tutmaq”, “atəşi kəsmək” ifadələri tərkibində “tüfəng və ya topdan atış” mənasında işlədilir. “Yaylım atəşi” ifadəsi də var ki, bu, “eyni zamanda bir neçə silahdan atəş” mənasını verir. Eyni zamanda “atəş” bir sıra mürəkkəb söz və frazeoloji birləşmələrin tərkibində işlənir: atəşkəs (döyüşün dayandırılması), atəşgah (od məbədi), atəşpərəst (oda sitayiş edən), tənqid atəşinə tutmaq (kəskin tənqid etmək), canını atəşə yaxmaq (özünü təhlükəyə atmaq) və s. Beləliklə, “atəş” sözü dilimizdə zəngin və çoxşaxəli semantik məna daşıyır.

#AnaDiliAndınDili
#DilimizKimliyimizdir
#QalibAzərbaycanOrdusu
#MüdafiəNazirliyi
#2026ŞəhərsalmaMemarlıqİli 🇦🇿

Qürur memarlığı. Milli ruh, əbədi ehtiram!


Hərbi Memorial Məzarlıq. 44 günlük Vətən müharibəsini simvolizə edən monumental abidə.

Zəfərin sükutla anıldığı yer...
Unudulmayanlar...

#AliBaşKomandan
#QürurMemarlığı
#ƏbədiXatirə
#HərbiMemorialMəzarlıq
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
#Tarixdəbugün 🇦🇿

5 Mart – Bədən Tərbiyəsi və İdman Günüdür 🇦🇿

Bu əlamətdar gün münasibətilə bütün idman ictimaiyyətini təbrik edirik!

#Gənclərİdman
#AZESport
#MüdafiəNazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması

5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.

Ətraflı: https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-mudafie-nazirliyinin-aciqlamasi-56663.html
____

Сообщение Министерства обороны Азербайджанской Республики

5 марта вооружённые силы Исламской Республики Иран с территории Ирана осуществили атаки с применением беспилотных летательных аппаратов на Нахчыванский международный аэропорт и другие объекты гражданской инфраструктуры, расположенные на территории Нахчыванской Автономной Республики Азербайджанской Республики. Технические параметры БПЛА и детали этих атак в настоящее время изучаются.

Подробнее: https://mod.gov.az/ru/news/soobshenie-ministerstva-oborony-azerbajdzhanskoj-respubliki-56664.html
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması

İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz.

Ətraflı: https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-mudafie-nazirliyinin-aciqlamasi-56666.html
_____
Сообщение Министерства обороны Азербайджанской Республики

Заявление Генерального штаба вооружённых сил Исламской Республики Иран о том, что Иран уважает суверенитет всех стран, особенно мусульманских и соседних государств, и в этой связи опровержение Ираном сегодняшних атак против Азербайджана с использованием беспилотных летательных аппаратов ни в коем случае не может считаться приемлемым.

Подробнее: https://mod.gov.az/ru/news/soobshenie-ministerstva-oborony-azerbajdzhanskoj-respubliki-56668.html