Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
✔
22.4K subscribers
21.1K photos
2.67K videos
3 files
5.63K links
Download Telegram
Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.

Ətraflı: https://mod.gov.az/az/news/herbi-vezifelilerle-telim-toplanisi-kecirilib-57193.html
____

Проведены учебные сборы с военнообязанными

В соответствии с планом подготовки на 2026 год, утвержденным министром обороны генерал-полковником Закиром Гасановым, в Н-ской воинской части Сил специального назначения проведены очередные учебные сборы с группой военнообязанных.

Подробнее: https://mod.gov.az/ru/news/provedeny-uchebnye-sbory-s-voennoobyazannymi-57194.html
Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında hərbi beşnövçülük üzrə birincilik keçirilib.

Ətraflı: https://mod.gov.az/az/news/azerbaycan-ordusunda-herbi-besnovculuk-uzre-birincilik-kecirilib-57196.html
_____

В Азербайджанской Армии проведено первенство по военному пятиборью

В соответствии с годовым планом подготовки, утверждённым министром обороны, среди военнослужащих видов войск (сил) Азербайджанской Армии и специальных военно-учебных заведений было проведено первенство по военному пятиборью.

Подробнее: https://mod.gov.az/ru/news/v-azerbajdzhanskoj-armii-provedeno-pervenstvo-po-voennomu-pyatiboryu-57197.html
Azərbaycan Respublikası müdafiə nazirinin Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Ətraflı: https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-mudafie-nazirinin-qurban-bayrami-munasibetile-azerbaycan-ordusunun-sexsi-heyetine-tebriki-57199.html
#Tarixdəbugün 🇦🇿

Həmrəylik və mərhəmət rəmzi, milli-mənəvi dəyərlərin və xeyirxahlıq duyğularının təntənəsi olan müqəddəs Qurban bayramınız mübarək!


#QurbanBayramı
#Azərbaycan
#MüdafiəNazirliyi
Azərbaycan Ordusunda Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Ətraflı: https://mod.gov.az/az/news/azerbaycan-ordusunda-qurban-bayrami-ve-28-may-musteqillik-gunu-munasibetile-silsile-tedbirler-kecirilib-video-57213.html
____

В Азербайджанской Армии проведены мероприятия по случаю Гурбан байрамы и 28 мая — Дня Независимости

В видах войск, объединениях, соединениях и специальных военных учебных заведениях Азербайджанской Армии состоялся ряд мероприятий по случаю Гурбан байрамы и 28 мая — Дня Независимости.

Подробнее: https://mod.gov.az/ru/news/v-azerbajdzhanskoj-armii-provedeny-meropriyatiya-po-sluchayu-gurban-bajramy-i-28-maya-dnya-nezavisimosti-video-57214.html
🇦🇿 28 May — xalqımızın azadlıq və dövlətçilik tarixinin şanlı səhifəsidir.

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik parlamentli respublika kimi tarixə düşdü.

Müstəqillik uğrunda mübarizə aparan bütün qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, 28 May — Müstəqillik Gününü qürurla qeyd edirik!

🔗 https://youtu.be/D62uwuRadlU?si=W3R1V4FLqCCTswa9

#28May
#MüstəqillikGünü
#28May1918
#HərbTarixi
#MüdafiəNazirliyi
#AzərbaycanOrdusu 🇦🇿
Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin inkişaf proqramına uyğun olaraq, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti bu ölkənin paytaxtı Vilnüs şəhərinə səfər edib.

Ətraflı: https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-herbi-polis-idaresinin-numayende-heyeti-litvaya-sefer-edib-57216.html
____

Делегация Управления военной полиции Министерства обороны посетила Литву

В соответствии с программой развития двусторонних связей между Азербайджаном и Литвой группа представителей Управления военной полиции Министерства обороны посетила город Вильнюс.

Подробнее: https://mod.gov.az/ru/news/delegaciya-upravleniya-voennoj-policii-ministerstva-oborony-posetila-litvu-57217.html