Azərbaycan Respublikası Müdafiə Nazirliyi / MoD of the Republic of Azerbaijan
✔
22.4K subscribers
21.1K photos
2.67K videos
3 files
5.63K links
Download Telegram
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Şuşa şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri cənab İrakli Çikovani arasında 13-cü üçtərəfli görüş keçirilib.

Ətraflı: https://mod.gov.az/az/news/azerbaycan-gurcustan-ve-turkiye-mudafie-nazirlerinin-ucterefli-gorusu-kecirilib-video-58044.html
_____

Состоялась трехсторонняя встреча министров обороны Азербайджана, Грузии и Турции

В Шуше состоялась 13-я трехсторонняя встреча между министром обороны Азербайджанской Республики генерал-полковником Закиром Гасановым, министром национальной обороны Турецкой Республики Яшаром Гюлером и вице-премьером, министром обороны Грузии Ираклием Чиковани.

Подробнее: https://mod.gov.az/ru/news/sostoyalas-trehstoronnyaya-vstrecha-ministrov-oborony-azerbajdzhana-gruzii-i-turcii-video-58045.html
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət edib.

Ətraflı: https://mod.gov.az/az/news/azerbaycan-ve-turkiye-mudafie-nazirleri-adex-2026-sergisini-ziyaret-edibler-58047.html
____

Министры обороны Азербайджана и Турции посетили выставку «ADEX 2026»

Министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов и министр национальной обороны Турецкой Республики Яшар Гюлер посетили 6-ю Азербайджанскую международную оборонную выставку «ADEX 2026».

Подробнее: https://mod.gov.az/ru/news/ministry-oborony-azerbajdzhana-i-turcii-posetili-vystavku-adex-2026-58048.html
Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Oktyabrın 2-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət etmək məqsədilə ölkəmizə gəlmiş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyinin nümayəndəsi Beynəlxalq təhlükəsizlik məsələləri və Müharibə siyasəti üzrə ABŞ müdafiə nazirinin müavininin ofisinin rəhbəri Qreq Soyerlə görüşüb.

Ətraflı:
https://mod.gov.az/az/news/bas-direktor-adex-2026-sergisinde-gorusler-kecirib-58051.html
____

Генеральный директор провел встречи на выставке «ADEX 2026»

2 октября заместитель министра обороны Азербайджанской Республики – генеральный директор Агиль Гурбанов встретился с представителем Министерства обороны Соединенных Штатов Америки (США), руководителем офиса заместителя министра обороны США по вопросам международной безопасности и политике ведения войны Грегом Сойером, прибывшим в нашу страну с целью посещения 6-й Азербайджанской международной оборонной выставки «ADEX 2026».

Подробнее: https://mod.gov.az/ru/news/generalnyj-direktor-provel-vstrechi-na-vystavke-adex-2026-58052.html
“Ordunun Səsi Radiosu" — bir il sizinlə...

“Ordunun Səsi Radiosu" 2024-cü ildə — Zəfər Günündə 44 dəqiqəlik verilişlə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 105 FM dalğasında yayımlanaraq radio olmaq yolunda ilk addımlarını atmağa başladı.
Sonrakı mərhələdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində həftə ərzində baş verən hadisələrin xronikası, daha sonra isə “Vətənin keşiyində” müsahibəli veriliş də həmin radio dalğada dinləyicilərə təqdim olundu.
2025-ci il oktyabrın 3-dən etibarən isə “Ordunun Səsi Radiosu" YouTube platformasında müstəqil radio kimi fəaliyyətə başladı.
Həftənin beş günü, beş saatlıq canlı yayımla efirə çıxan radio bir il ərzində müxtəlif mövzuları əhatə edən rubrika və verilişləri, əlamətdar günlərə həsr olunmuş tematik materialları dinləyicilərə təqdim edib.
“Yaşayan qəhrəmanlar”, “Savaşın bir anı”, “Hərb tariximiz”, “Qədim döyüş silahları”, “Hərbi terminlər”, “Müasir hərbi arsenalımız”və digər rubrikalarla dinləyicilərin görüşünə gələn “Ordunun Səsi Radiosu" YouTube platformasında fəaliyyətə başladığı gündən bu günədək 260 dəfə canlı yayımda olub, 500-dən çox material yerləşdirilib.
3 oktyabr 2026-cı ildə “Ordunun Səsi Radiosu"nun YouTube platformasındakı fəaliyyətinin bir ili tamam olur.
Ordunun Səsi Radiosu - bir il sizinlə!
Ordunun Səsi - Zəfərin, Vətənin səsi!
#Tarixdəbugün 🇦🇿

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

Əziz müəllimlər! Sizi təbrik edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

#5Oktyabr
#BeynəlxalqMüəllimlərGünü
#MüdafiəNazirliyi
Hərbi qulluqçularımız Pakistanda keçirilən təlimlərdə uğurla iştirak edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib.

Ətraflı: https://mod.gov.az/az/news/herbi-qulluqcularimiz-pakistanda-kecirilen-telimlerde-ugurla-istirak-edib-58062.html
____

Военнослужащие Азербайджанской Армии успешно приняли участие в учениях в Пакистане

В соответствии с протоколом 12-й встречи на уровне азербайджано-пакистанской рабочей группы, подписанным между Министерством обороны Азербайджанской Республики и штабом Сил обороны Исламской Республики Пакистан, группа военнослужащих Военно-морских сил Азербайджана приняла участие в совместных учениях сил специальных операций, проведённых в Пакистане.

Подробнее: https://mod.gov.az/ru/news/voennosluzhashie-azerbajdzhanskoj-armii-uspeshno-prinyali-uchastie-v-ucheniyah-v-pakistane-58063.html