Azərbaycan Tələbələri
20.7K subscribers
27.9K photos
3.15K videos
119 files
3.53K links
🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı

Təhsildə baş verən ən son yeniliklər!

©️Müəllif hüquqları qorunur!

https://telebetehsil.az/

link:
https://t.me/azetelebe

Reklam və iş birliyi üçün:

+994552219799 Wp

@Telebetehsilmerkezi
Download Telegram
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 mart saat 10:00-dan 15 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Xeyirli olsun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nəticələr açıqlandı!

Bugün 22:00-da canlı yayım var!

Hər kəs dəvətlidir!

Link: https://www.tiktok.com/@azetelebe?_r=1&_t=ZS-94d1B9Q8rBM
❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ümumi təhsil məsələləri üzrə mütəxəssis ekspert, Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçisi Pərvin Əliyev bildirib ki, bu il qəbul ballarında müəyyən dəyişikliklər mümkündür.

Onun sözlərinə görə, əgər II zona üzrə keçiriləcək imtahanlar da abituriyentlərin qeyd etdiyi kimi çətin olarsa və ümumi nəticələr gözləniləndən aşağı olarsa, bu halda ixtisaslar üzrə keçid ballarında enmə ehtimalı yarana bilər.

Ekspert vurğulayıb ki, qəbul prosesində əsas amil abituriyentlərin topladığı ümumi nəticələrdir və nəticələr zəif olduqda bal göstəricilərinin aşağı düşməsi tam mümkündür.

Pərvin Əliyev abituriyentlərə tövsiyə edib ki, imtahanların çətinliyi ilə bağlı narahatlıq keçirməsinlər və hazırlıqlarını davam etdirsinlər. Çünki yekun nəticələr formalaşdıqdan sonra ixtisas seçimi mərhələsində vəziyyət daha aydın görünəcək.
Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək.
Kampaniya "CityNet" xidmətlərinə ilk dəfə qoşulan TələbəPlus kart istifadəçiləri üçün keçərlidir
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ümumi təhsil məsələləri üzrə mütəxəssis ekspert, Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçisi Pərvin Əliyev bildirib ki, bu il qəbul ballarında müəyyən dəyişikliklər mümkündür.

Onun sözlərinə görə, əgər II zona üzrə keçiriləcək imtahanlar da abituriyentlərin qeyd etdiyi kimi çətin olarsa və ümumi nəticələr gözləniləndən aşağı olarsa, bu halda ixtisaslar üzrə keçid ballarında enmə ehtimalı yarana bilər.

Ekspert vurğulayıb ki, qəbul prosesində əsas amil abituriyentlərin topladığı ümumi nəticələrdir və nəticələr zəif olduqda bal göstəricilərinin aşağı düşməsi tam mümkündür.

Pərvin Əliyev abituriyentlərə tövsiyə edib ki, imtahanların çətinliyi ilə bağlı narahatlıq keçirməsinlər və hazırlıqlarını davam etdirsinlər. Çünki yekun nəticələr formalaşdıqdan sonra ixtisas seçimi mərhələsində vəziyyət daha aydın görünəcək.
Allah bütün valideynlərin canını sağ eləsin. 🤲
Onların dəstəyi ilə minlərlə tələbə arzularına doğru addımlayır.
❤10
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası fevral və mart ayının təqaüdünü ödədi!

Xeyirli olsun!
❤9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Abituriyentin acı dolu sözləri sosial mediada viral oldu...

"İmtahandan ki men ağlıya-ağlıya çıxdım haqqımı heç halal etmirem, 11 illik eziyyetim, yuxusuz gecelerim, hamısı yerde qaldı.Hele de özüme gele bilmirem, axı men buna layiq deyildim, axı menim ümidlerim xeyallarım var idi, hamısı üreyimde qaldı, sınaqlarda 270, 280 yığan men 250 keçemmirem, dünenden yanıb tökülürem buraxılışa aid ne varsa hamsını cırıq-cırıq elemişem herşeyi y*ndıracam, xeyallarımızı y*ndırdız, heç arzunuza çatmıyın"
❤16
ƏHSƏN!😍🎓

🔴Magistraturada ÖLKƏ BİRİNCİSİ #BANM tələbəsi oldu.

↪️Esse nəticələri açıqlandı və Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Elvina 100 baldan 96 bal toplayaraq #Azərbaycan birincisi oldu.

🏷Elvina 5 il öncə BANM-a 689,6 bal toplayaraq qəbul olub və #Prezident təqaüdçüsüdür.

Təbrik edirik!👏
❤9
"Qarşıda blok və qabiliyyət imtahanları var. Həvəsdən düşməyin, daha güclü hazırlaşın.Bu gün çəkdiyiniz zəhmət sabah qazandığınız uğurun təməlidir.”

Ümumi təhsil məsələləri üzrə mütəxəssis ekspert Pərvin Əliyev abituriyentlərə müraciət edərək bildirib ki, hər bir gənc arxasında valideynlərinin böyük əziyyətini və ümidini daşıdığını heç vaxt unutmamalıdır.

Valideynlərinizin qabarmış əllərini, sizin üçün gecə-gündüz çalışdıqları günləri düşünün. Bəlkə də onlar yorulurlar, bəlkə də çətinliklər yaşayırlar, amma bütün bunlara baxmayaraq yalnız bir arzu ilə yaşayırlar: övladlarının yaxşı təhsil alması və sabah həyatda güclü dayanması.
Bu gün masanın arxasında keçirdiyiniz hər saat, həll etdiyiniz hər test, oxuduğunuz hər mövzu əslində gələcəyiniz üçün qoyduğunuz bir təməldir. Bəzən yorulacaqsınız, bəzən motivasiyanız azalacaq, bəzən “alınmayacaq” kimi hiss edəcəksiniz. Amma unutmayın ki, ən böyük uğurlar məhz ən çətin anlarda davam edən insanların payına düşür.

Planlı və sistemli hazırlaşın. Çoxlu test işləyin, sınaq imtahanlarında iştirak edin, səhvlərinizdən nəticə çıxarın və hər gün bir addım da irəli gedin.
İnanın ki, çəkdiyiniz heç bir əziyyət hədər getməyəcək. Bir gün universitet qapısından içəri daxil olanda, tələbə adını qazandığınız an həm özünüzlə, həm də sizin üçün min əziyyət çəkən valideynlərinizlə böyük qürur duyacaqsınız.

O gün bütün yorğunluğunuz, bütün çətinlikləriniz bir uğur hekayəsinə çevriləcək.
İnanın, çalışın və yolunuzdan dönməyin. Hər şey yaxşı olacaq.
Təhsilə dair bütün proseslərdə biz hər zaman sizin yanınızdayıq və sizə dəstəyik.
🥰8
Sol tərəfdə qeyd olunan bakalavr ixtisasları üzrə məzun olan tələbələr cədvəlin sağ tərəfində göstərilən ixtisaslar üzrə magistratura səviyyəsində ixtisas seçimi edə bilərlər.

Daha ətraflı məlumat və ixtisas seçimində peşəkar dəstək üçün əlaqə: 055 221 97 16.

Ardı gəlsin? 📩
👍1

🌟 Uğurları ilə seçilən tələbələrimizlə qürur duyuruq!

Əzmi, biliyi və yorulmaz zəhməti ilə fərqlənən tələbələrimiz ölkəmizin gələcəyini formalaşdıran ən dəyərli gənclərdir. Onların əldə etdiyi hər bir nailiyyət bizi qürurlandırır və daha böyük uğurlara doğru ilham verir.

Sizin uğurlarınız bizim ən böyük motivasiyamızdır. Yolunuz daim açıq, nailiyyətləriniz isə davamlı olsun! 📚👏✨
❤6
📢 Pulsuz Qəbul Günü!

Təhsil məsələləri üzrə mütəxəssis Rəvan Əliyev tərəfindən 14 mart tarixində vətəndaşlar üçün ödənişsiz qəbul günü keçiriləcək.

🕛 Saat: 12:00 – 18:00
👥 Yalnız 30 nəfər üçün nəzərdə tutulub.

Təhsil, ixtisas seçimi və digər vacib məsələlərlə bağlı suallarınızı birbaşa mütəxəssisə ünvanlamaq imkanı əldə edin.

📞 Qeydiyyat üçün əlaqə: 055 221 97 34
⚠️ Yer sayı məhduddur, tələsin!