Azərbaycan Tələbələri
20.7K subscribers
27.9K photos
3.15K videos
119 files
3.53K links
🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı

Təhsildə baş verən ən son yeniliklər!

©️Müəllif hüquqları qorunur!

https://telebetehsil.az/

link:
https://t.me/azetelebe

Reklam və iş birliyi üçün:

+994552219799 Wp

@Telebetehsilmerkezi
Download Telegram
Yeni dərs həftəsində hər kəsə uğurlar!
❤12
Ardı siz də✅️
❤21
Diqqət!
Tələbə yazır
🤯6
1 gün də 20+ ŞİKAYƏT!

Tələbə yazır:

WCU Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında (ödənişsiz) təhsil alan tələbələrə rəsmi olmayan şəkildə mesaj göndərilib. Həmin mesajda bildirilir ki, guya dövlət tərəfindən ödəniş zamanı “borc yaranıb” və tələbələr siyahıda adlarının qarşısında qeyd olunan məbləği ödəməlidirlər. Əks halda isə onların imtahanlara buraxılmayacağı açıq şəkildə qeyd olunur.

Bu hal açıq-aşkar qanun pozuntusudur və tələbələrin hüquqlarının kobud şəkildə tapdalanmasıdır.

Qeyd edək ki, dövlət sifarişi ilə təhsil alan tələbələr qanunvericiliyə əsasən tam ödənişsiz oxumaq hüququna malikdirlər və bu hüquq heç bir halda universitet tərəfindən məhdudlaşdırıla bilməz. Heç bir rəsmi əsas olmadan “borc” adı altında tələbələrdən pul tələb edilməsi, üstəlik bunun imtahanlara buraxılmamaq kimi təzyiq vasitəsi ilə müşayiət olunması həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir.

“Borc yaranıb” kimi qeyri-müəyyən və izahsız ifadələrlə tələbələrə təzyiq göstərilməsi, onların qorxu və stress altında ödəniş etməyə məcbur edilməsi ciddi qanun pozuntusudur və bu kimi halların korrupsiya elementləri daşıdığına dair ciddi şübhələr yaradır. Bu cür yanaşma təhsil sisteminə olan etimadı sarsıdır və tələbələrin fundamental hüquqlarını pozur.Təhsil müəssisəsinin və ya hər hansı vəzifəli şəxsin bu formada davranışı qanun qarşısında məsuliyyət yaradır və bu məsələ mütləq şəkildə araşdırılmalıdır. Aidiyyəti dövlət qurumları tərəfindən dərhal yoxlama aparılmalı, bu qanunsuz tələblərin hüquqi əsası qiymətləndirilməli və məsul şəxslər cavab verməlidir.Tələbələrin hüquqları pozula bilməz və təhsil sahəsində bu cür özbaşınalıqlara yol verilməməlidir
❤7
Tələbələr yazır
❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tələbələr dərsə gedə bilmir!

Tələbə yazır:

Salam. Yaşadığım ərazidə yəni Yeni Ramana qəsəbəsi , Boru zavod yolu adlanan ərizədə son 3-4 gündür davam edən güclü yağışlar səbəbilə ciddi su basma vəziyyəti yaranıb. Hazırda həyət və küçələrdə suyun səviyyəsi dizə qədər qalxıb və suyun axıb getməsi üçün heç bir şərait yoxdur.
Bu səbəbdən evdən çıxmaq həm fiziki olaraq mümkün deyil, həm də təhlükəlidir (elektrik və kanalizasiya riski mövcuddur). Mənimlə yanaşı, eyni ərazidə yaşayan bir çox tələbə də eyni problemlə qarşı-qarşıyadır və dərsə gəlmək imkanımız yoxdur.Unec nəzdində Bakı Qida sənayesi kollecində təhsil alıram.3-4 gündür evdən çıxa bilmirik , FHN əməkdaşları gəlir lakin heç bir şey edə bilməyəcəklərini bildirirlər.
Qeyd olunanları nəzərə alaraq, sabahkı dərslərlə bağlı davamiyyət və ya digər məsələlərdə güzəşt olunmasını xahiş edirəm. Lazım olarsa, vəziyyəti təsdiqləyən foto və video materialları təqdim edə bilərəm.
Təşəkkür edirəm.
❤1
Şikayətlər bitmir...

Tələbələr yazır
👏4
1 aprel gülüş gününüz mübarək✌️😁

(İnşallah belə xəbər real olsun, sizi sevindirək)🙏
❤42
Qeydiyyat prosesində köməklik üçün əlaqə: 055 221 97 02
❤2
12 aprel tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
❤1
Qəbul imtahanının (II cəhd) 2026-cı il mayın 17-də keçirilməsi nəzərdə tutulur.

Qeydiyyat prosesində köməklik üçün əlaqə: 055 221 97 02
İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
❤2
Diqqət!
❤3