Azərbaycan Tələbələri
20.7K subscribers
27.9K photos
3.15K videos
119 files
3.53K links
🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı

Təhsildə baş verən ən son yeniliklər!

©️Müəllif hüquqları qorunur!

https://telebetehsil.az/

link:
https://t.me/azetelebe

Reklam və iş birliyi üçün:

+994552219799 Wp

@Telebetehsilmerkezi
Download Telegram
1)Kosmosa gedən astronavtların boyu uzana bilər.

2)Yer kürəsinin keçmişini kitablar yox, daşların içindəki fosillər də danışır.

3)İnsan beynimiz kosmosda bədənimizin çəkisini düzgün qiymətləndirməyə bilər

4)Venerada bir gün bir ildən daha uzundur

5)Okeanın böyük hissəsi hələ də ətraflı araşdırılmayıb.

6)Beynimiz bədən çəkimizin cəmi 2%-ni təşkil edir, amma enerjimizin təxminən 20%-ni sərf edir

7)"Ahtapotun" üç ürəyi və mavi qanı var

8)Yerin ingiliscə adı planetlərin əksəriyyətindən fərqli mənşəyə malikdir

9)İlk süni peyk kosmosa 1957-ci ildə göndərilib

10) Dünyanın ən böyük şəlaləsi suyun altındadır

11)Atlantik okeanındakı Sarqasso dənizinin quru sahili yoxdur.

12)Boliviyada yağış yağanda yer səma kimi görünə bilər

13)Baykal gölü dünyanın səthdəki şirin su ehtiyatının təxminən beşdə birini saxlayır

14)Antarktidada qanlı şəlalə adlanan qırmızı rəngli su axını var.

15)And dağları Cənubi Amerikanın yeddi ölkəsinin ərazisindən keçir.
❤2
Azərbaycanda kolleclərdə “Bank işi” ixtisasını bitirən şəxslər banklarda əməliyyatçı, müştəri xidmətləri üzrə əməkdaş, kredit sənədləşməsi üzrə mütəxəssis, eləcə də bank olmayan kredit təşkilatlarında və valyuta mübadiləsi məntəqələrində müvafiq vəzifələrdə işləyə bilərlər. Lakin işə qəbul namizədin bilik və bacarıqlarından, təcrübəsindən və konkret vakansiyanın təhsil tələblərindən asılıdır. Ali təhsil tələb olunan vəzifələrə isə yalnız kollec diplomu ilə qəbul mümkün olmaya bilər.
Marketinq ixtisası marketdə işləmək demək deyil!

Bəzi valideynlər “marketinq” sözünü eşidəndə düşünürlər ki, övladları gələcəkdə marketdə işləyəcək. Əslində isə marketinq məhsul və xidmətlərin tanıdılması, reklamı, satış strategiyalarının hazırlanması, bazarın araşdırılması və müştəri tələbatının öyrənilməsi ilə məşğul olan sahədir.

Bu ixtisas üzrə təhsil alanlar şirkətlərin reklam və marketinq şöbələrində, rəqəmsal marketinq agentliklərində, sosial media və brend idarəçiliyi sahələrində, eləcə də satış və bazar araşdırmaları istiqamətində çalışa bilərlər.

Yəni marketinq oxuyan şəxs marketdə işləmək üçün deyil, məhsul və xidmətlərin necə tanıdılmasını, müştərilərə necə çatdırılmasını və şirkətlərin satışlarını necə artırmağı öyrənir. Əlbəttə, konkret iş imkanı şəxsin biliklərindən, bacarıqlarından və işəgötürənin tələblərindən asılıdır.

Azərbaycanda kolleclərdə “Marketinq” ixtisasını bitirən şəxslər şirkət və müəssisələrdə marketinq üzrə kiçik mütəxəssis, satış təmsilçisi, reklam və müştəri xidmətləri üzrə əməkdaş, sosial media üzrə mütəxəssis köməkçisi və satış meneceri kimi vəzifələrdə işləyə bilərlər. İşə qəbul namizədin bilik və bacarıqlarından, təcrübəsindən və konkret vakansiyanın tələblərindən asılıdır; ali təhsil tələb olunan vəzifələrə isə yalnız kollec diplomu ilə qəbul mümkün olmaya bilər.
Azərbaycanda “Sosial iş” ixtisasını bitirənlərin işləyə biləcəyi yerlər təhsil səviyyəsinə — kollec və ya universitet məzunu olmalarına görə fərqlənə bilər.

1. Kolleci bitirənlər (orta ixtisas təhsili)
Kollec məzunları uyğun təhsil tələbi olan vakansiyalar üzrə aşağıdakı sahələrdə işləyə bilərlər:

* Sosial xidmət müəssisələrində köməkçi vəzifələrdə;
* Ahıl və əlilliyi olan şəxslərə xidmət göstərən müəssisələrdə;
* Uşaq evlərində və sosial reabilitasiya mərkəzlərində;
* Qeyri-hökumət təşkilatlarında sosial layihələr üzrə köməkçi vəzifələrdə;
* Sosial dəstək və xidmətlərin təşkili ilə məşğul olan qurumlarda.

Vacib qeyd: Bu müəssisələrdəki bütün vəzifələrə kollec diplomu ilə qəbul mümkün deyil. Konkret vəzifənin təhsil və ixtisas tələbləri əsas götürülür.

2. Universiteti bitirənlər (ali təhsil)

Universitetdə “Sosial iş” ixtisası üzrə bakalavr təhsili alanlar daha geniş vəzifələrə müraciət edə bilərlər:

* Sosial işçi — insanlara və ailələrə sosial problemlərinin həllində kömək edir.
* Sosial xidmət üzrə mütəxəssis — sosial dəstəyə ehtiyacı olan şəxslərin ehtiyaclarını müəyyənləşdirir və xidmətlərə yönləndirir.
* Uşaqlarla və ailələrlə iş üzrə mütəxəssis — çətin həyat şəraitində olan uşaqlara və ailələrə dəstək göstərir.
* Reabilitasiya və sosial adaptasiya üzrə mütəxəssis — insanların cəmiyyətə inteqrasiyasına kömək edir.
* Sosial layihələr üzrə mütəxəssis — dövlət və qeyri-dövlət təşkilatlarının sosial proqramlarında iştirak edir.

Bu istiqamətlər üzrə iş imkanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində, DOST mərkəzləri ilə əlaqəli xidmətlərdə, sosial xidmət müəssisələrində və QHT-lərdə mövcud ola bilər.

Əsas fərq nədir?

Kollec məzunu orta ixtisas təhsili tələb edən vəzifələrə, universitet məzunu isə ali təhsil tələb edən sosial iş və mütəxəssis vəzifələrinə müraciət edə bilər. Bununla belə, universitet diplomu avtomatik olaraq işlə təmin olunmaq demək deyil — qəbul şərtləri, təcrübə və vakansiyanın tələbləri də nəzərə alınır.
Beyləqanda şagirdlər qidadan zəhərləniblər

Bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Zəhərlənən şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.
❤1
📣Sərbəst işlərini necə yazacaqsan deyə DÜŞÜNMƏ!

🎓SƏRBƏST İŞ, SLAYD, REFERAT, KURS İŞİ, DİPLOM işi və s. ENDİRİM etdik❗

❗❗Şirkətin kollektivi sizə:
✓Sərbəst iş (əl yazma və word)
✓Slayd,
✓Kurs işi
✓ Referat
✓ ESSE
✓Diplom işi
✓Tərcümə (elmə aid bütün dillərdə)
✓CV hazırlanması və s.
köməklik etməyə hazırdır❗

📞Əlaqə (wp): 055 299 88 27

Ətraflı məlumat üçün bizimlə əlaqə saxla!
Elm və təhsil eksperti Pərvin Əliyev hazırda canlı yayımdadır!

Hər kəs dəvətlidir!

https://vt.tiktok.com/ZS9DWYbP6HRhc-W4LOC/
Azərbaycanda kimlər imtahansız təhsil ala bilər? 🎓

1. Xarici vətəndaşlar – Müəyyən qəbul qaydalarına uyğun olaraq, xarici vətəndaşlar attestat əsasında, qəbul imtahanı vermədən Azərbaycandakı ali təhsil müəssisələrinə qəbul ola bilərlər.

2. Peşə təhsili almaq istəyənlər – Müvafiq qəbul şərtlərindən asılı olaraq, attestat əsasında peşə təhsili müəssisələrinə qəbul mümkündür.

3. İkinci dəfə ali və ya orta ixtisas təhsili almaq istəyənlər – Müvafiq qaydalara əsasən, əlavə təhsil çərçivəsində universitet və kolleclərə qəbul imtahanı vermədən qəbul olmaq mümkündür.

4. Subbakalavrlar – Müəyyən şərtləri ödəyən subbakalavrlar uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı vermədən, müsabiqə yolu ilə qəbul oluna bilərlər.

5. Müsabiqədənkənar qəbul hüququ olan şəxslər – Qanunvericilikdə nəzərdə tutulan xüsusi statusa və ya güzəştə malik şəxslər müəyyən şərtlər daxilində ali təhsil müəssisələrinə imtahansız qəbul oluna bilərlər.

Daha ətraflı məlumat üçün əlaqə: 055 221 97 33
❤1
🎓 Və nəhayət, gözlənilən qeydiyyat başladı!

Rəvan Əliyevlə ixtisas seçimi etmək istəyən abituriyentlərin nəzərinə!
Yeni tədris ili üçün qeydiyyat artıq aktivdir.

Doğru ixtisas seçimi gələcəyinizə aparan ən vacib addımlardan biridir. Seçiminizi peşəkarlara həvalə edin.

📞 Əlaqə və qeydiyyat: 055 221 97 15
📢 Əziz abituriyentlər!

📅 Oktyabr ayı üzrə keçiriləcək sınaq imtahanlarımızın tarixləri və növləri ilə tanış ola bilərsiniz!

📝 İmtahanlara indidən hazırlaşın, biliklərinizi yoxlayın və hədəfinizə bir addım daha yaxınlaşın!

📌 Tarixləri qeyd etməyi unutmayın!

📞 Ətraflı məlumat və qeydiyyat üçün: 055-299-88-75

📍 Tələbə Təhsil Mərkəzi – uğura gedən yolda sizinləyik! 🎓
🎓 TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ! XÜSUSİ ENDİRİM FÜRSƏTİ!

📚 Tələbə Təhsil Mərkəzi tələbələr üçün danışıq dərsləri və kompüter kurslarına xüsusi endirimlər təqdim edir!

✅ Danışıq dərsləri ilə xarici dil biliklərini inkişaf etdir!
✅ Kompüter kurslarında praktiki bacarıqlar qazan!
✅ Təlimi başa vurduqdan sonra rəsmi sertifikat əldə et!
✅ Qrup və fərdi dərslər
✅ Əyani və onlayn tədris

Gələcəyinə yatırım et, yeni bilik və bacarıqlar qazan, karyerana indidən hazırlaş!

📞 Ətraflı məlumat və qeydiyyat: 055 299 88 35

Tələbə olmağın üstünlüklərindən yararlan, fürsəti qaçırma!
Magistratura hədəfin varsa, bu fürsəti qaçırma!

18 oktyabr Bazar günü, saat 11:00-da mərkəzimizdə magistr imtahanına hazırlaşan şəxslər üçün ödənişsiz sınaq imtahanı keçiriləcək.

Sınaqda iştirak et, real nəticəni gör və hazırlıq səviyyəni müəyyənləşdir.

🎁 Ən vacibi isə: sınaq imtahanının nəticələrinə əsasən iştirakçılara magistratura hazırlığı üzrə xüsusi təkliflərimiz təqdim olunacaq.

Yəni bu, sadəcə bir sınaq deyil.
Magistratura yolunda harada olduğunu görmək və növbəti addımını düzgün müəyyənləşdirmək üçün fürsətdir.

📅 18 oktyabr | Bazar
🕚 15:00
📞 055-299-88-75

Magistr hədəfindirsə, sınaqdan başla! 🎓
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məktəbdə Azərbaycan bayrağının tərs asılması, müəllimin isə dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunmuş mahnı oxutdurması ciddi suallar doğurur. Unutmaq olmaz ki, məktəb təhsil və dünyəvi biliklərin verildiyi müəssisədir. Burada dövlət rəmzlərinə hörmət edilməli, tədris prosesi öz məqsədinə uyğun təşkil olunmalıdır.
Hər bir qızın güclü gələcəyinin təməlində təhsil, özünəinam və böyük arzular dayanır. Qızların təhsil alması yalnız onların deyil, bütövlükdə cəmiyyətin inkişafıdır. Bu günün əsas mesajı hər bir qıza bərabər imkanlar yaratmaq, onun potensialına inanmaq və arzularını gerçəkləşdirməsinə dəstək olmaqdır.

Unutmayaq ki, təhsilli qız — güclü gələcək deməkdir! 💫

#BeynəlxalqQızlarGünü #Təhsil #GüclüGələcək
❤3
Tələbə Təhsil Mərkəzi Hazırlıq kurslarında blok sınaq imtahanı zamanı çəkilən foto:

Ağıllı telefonu olmasa da böyük məqsədləri var...
❤1
Abituriyentlərin imtahan zamanı ən çox yol verdiyi səhvlərdən biri: Cavab kağızını necə düzgün doldurmaq lazımdır?