Azərbaycan Tələbələri
20.7K subscribers
27.9K photos
3.15K videos
119 files
3.53K links
🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı

Təhsildə baş verən ən son yeniliklər!

©️Müəllif hüquqları qorunur!

https://telebetehsil.az/

link:
https://t.me/azetelebe

Reklam və iş birliyi üçün:

+994552219799 Wp

@Telebetehsilmerkezi
Download Telegram
🎓 Polis Akademiyasına sənəd qəbulu davam edir

●Müsabiqədə Azərbaycan dilini sərbəst bilən
●Boyu 165 sm-dən az olmayan
●Yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli,
●Həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Sənəd qəbulu 22 fevral tarixinə qədər davam edəcək!

📞 Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonu *88 80 qaynar xətti
🔴Polis Akademiyasına keçid balları🔴
Forwarded from Tələbə Təhsil Mərkəzi (Tələbə Təhsil Mərkəzi)
Vaxt azalır ⏳
Nəticə isə seçimindir.

Buraxılış imtahanı üçün
Sürətli və intensiv hazırlıq qrupları açıqdır!

✔️ Mövzu + test paralel sistemi
✔️ Həftəlik sınaq
✔️ Proqramı tam mənimsətmək
✔️ Nəticəyə fokus

Gözləmə, gecikən itirir.

📞 055 299 88 35
📍 Tələbə Təhsil Mərkəzi
"Uşaqların sosial mediadan sərbəst istifadəsi məhdudlaşdırılmalıdır"

▪️Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Ceyhun Məmmədov deyib.
👍9
Magistratura imtahanında yüksək nəticə əldə etmək üçün diqqət etməli olduğunuz əsas məqamlar bunlardır:
🔹 Proqramı tam analiz edin – İmtahanın məzmunu, bölmələr (məntiq, informatika, xarici dil və s.), sual sayı və vaxt bölgüsünü əvvəlcədən öyrənin. Nəyə hazırlaşdığınızı dəqiq bilin.
🔹 Vaxt bölgüsünü düzgün qurun – İmtahanda ən çox itirilən məqam vaxtdır. Sınaqlarda özünüzə real vaxt limiti qoyaraq məşq edin.
🔹 Məntiq suallarına xüsusi diqqət – Magistraturada məntiq əsas rol oynayır. Analitik düşünmə, sürətli hesablama və qrafik/şəkilli tapşırıqlara fokuslanın.
🔹 Xarici dil blokunu zəif buraxmayın – Xüsusilə mətn sualları və qrammatika qaydaları üzrə davamlı məşq edin. Lüğət bazanızı artırın.
🔹 İnformatika üzrə əsas mövzuları təkrarlayın – Alqoritm, Excel məntiqi, informasiya təhlükəsizliyi kimi mövzular tez-tez düşür.
🔹Çoxlu sınaq işləyin – Real imtahan formatında sınaqlar sizi psixoloji və taktiki cəhətdən hazır edir.
🔹 Stressi idarə edin – İmtahan günü panika etməyin. Asan suallardan başlayın, çətinləri sona saxlayın.
🔹 Kodlaşdırmada diqqətli olun – Cavab kartını doldurarkən səhv kodlaşdırma nəticənizi riskə ata bilər.
🔹 Son həftə yeni mövzu yox, təkrar edin – İmtahana az qalmış yeni mövzulara başlamaq qarışıqlıq yarada bilər.
🏆3
Eksternat imtahanın nəticələri açıqlandı !

📌Kollecə və universitetə sənəd vermək istəyən şəxslər müraciət edə bilər
📌İmtahnda uğur qazanmış şəxslər müraciət edə bilər

Qeydiyyat prosesi üçün əlaqə nömrəsi : 055 221 97 02
Tələbə yazır:

Deməli mənim kibertəhlükəsziliyin əsasları fənnindən alt qrupum var və mən onu yay məktəbində bağlamaq istəyirəm. Məlumatım olmadığı üçün daha dəqiq hansı universitetə və yaxud necə edəcəyimi bilmirəm. Zəhmət olmasa məlumatı olan varsa mənə bildirər qeydiyyatdan keçim yaxud mənim kimi vıziyyətdə olub yay məktəbində bağlayan varsa məlumat verərdi.

+994 77 175 13 56
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sabahınız xeyr!🌹
Gününüz pozitif,şən keçsin!
👏11
“Heç vaxt imtina etmə. Böyük işlər zaman tələb edir.”

Günün motivasiyası✌️
❤30
Tələbə yazır
Tələbə yazır
❤3
Tələbə yazır
❤5
Crossmedia saytına müsahibə verəb sosioloq Rəvan Əliyev düşünür ki, azyaşlı uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulması artıq seçim yox, zərurətə çevrilib: "Bu gün sosial şəbəkələr təkcə informasiya platforması deyil, həm də psixoloji təsir, manipulyasiya və risk məkanıdır. Uşaq psixologiyası isə bu qədər aqressiv informasiya mühitinə hazır deyil. Reallıq ondan ibarətdir ki, sosial şəbəkələr uşaqlarda asılılıq, aqressiya, depressiya, özgüvən problemi və sosial izolyasiya yarada bilir. Ona görə də uşaqların qorunması üçün qadağa tətbiq olunması normal və əsaslandırılmış addım hesab olunmalıdır. Hesab edirəm ki, uşaqların sağlam psixoloji inkişafı dövlət üçün prioritet olmalıdır. Əgər sosial şəbəkələr uşağın inkişafına zərər verirsə, o zaman bu sahədə sərt tənzimləmə, o cümlədən qadağa tətbiqi tam məntiqlidir. Azərbaycanda da bu məsələ gec-tez ciddi müzakirə mövzusuna çevrilə bilər. Hesab edirəm ki, azyaşlı uşaqlar üçün sosial şəbəkələrə girişin məhdudlaşdırılması və ya mərhələli qadağa tətbiqi arzuolunan istiqamət ola bilər. Çünki cəmiyyət texnologiyaya yox, texnologiya cəmiyyətin sağlam inkişafına xidmət etməlidir".

https://crossmedia.az/az/article/69142
❤3
🎓 İLİN TƏLƏBƏSİ🎓

Nəzrin Məmmədova — uğuru təsadüfə deyil, əzmkarlığa bağlayan gənclərdən biridir.

Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin məzunu olan Nəzrin 2023-cü ildə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Ailə və Ev Təhsili ixtisasına qəbul olunaraq tələbəlik həyatına ilk addımını atdı. Elə birinci kursdan könüllülük fəaliyyətinə başlayan Nəzrin ASAN Xidmət Master 1 və Master 2 könüllüsü kimi aktiv iştirak etdi və sosial məsuliyyət yolunda ilk təcrübələrini qazandı.
Daha sonra öz inkişaf istiqamətini psixologiya sahəsində müəyyənləşdirən Nəzrin 15 sentyabr 2024-cü ildə Gəncə Gənclər Evinin Psixologiya kursuna qəbul olundu və 3 aylıq tədrisi uğurla başa vurdu. Paralel olaraq müxtəlif onlayn platformalarda koordinator və moderator kimi könüllü fəaliyyət göstərərək təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirdi.
01.12.2024 tarixindən etibarən Gənclərin Karyera və İnkişaf Mərkəzində könüllü fəaliyyətə başlayan Nəzrin, çoxsaylı təlim və tədbirlərdə aktiv iştirak edərək özünü daim inkişaf etdirdi.
09.02.2025 tarixində isə öz təşəbbüsü ilə Empathy Academy-ni təsis edərək artıq öyrənən yox, öyrədən mövqeyinə yüksəldi.
25.02.2025–25.05.2025 tarixlərində Psycho Clinic Gəncə filialında tələbə staj proqramını uğurla tamamladı. Staj müddətində uşaqlarla seansların təşkili və psixoloji yanaşma metodlarını praktiki şəkildə mənimsədi.
06.10.2024 tarixindən bu günə qədər uşaq və yeniyetmə psixologiyası mövzusunda 75 uğurlu təlimi təlimçi qismində həyata keçirmişdir. Eyni zamanda 08.03.2024 tarixindən Beynəlxalq Karyera Akademiyasının Psixologiya ixtisası üzrə təhsil alır və hazırda 3 modul tələbəsidir.
Bununla yanaşı, Gəncə Gənclər Evində kompüter kursunda təhsilini davam etdirir, Gəncə Regional Debat Mərkəzində debatçı kimi çıxış etmiş, Mastermind Academy-də psixoloq vəzifəsində çalışmış və hazırda Uşaq Psixologiyası kursunun tədrisçisidir.
Cəmi 3 illik tələbəlik həyatında Nəzrin Məmmədova əzmi və davamlı inkişafı sayəsində
220 sertifikat, 30 təşəkkürnamə, 2 fəxri fərman və 3 diplomla təltif olunmuşdur.
Onun həyat devizi sadədir:
✨ “Özünə inan, dayanmadan inkişaf et və bir gün öyrəndiklərini başqalarına ötür.”
👏1
Forwarded from Rəsmi Xəbər (Tələbə Təhsil)