Azərbaycan Tələbələri
20.7K subscribers
27.9K photos
3.15K videos
119 files
3.53K links
🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı

Təhsildə baş verən ən son yeniliklər!

©️Müəllif hüquqları qorunur!

https://telebetehsil.az/

link:
https://t.me/azetelebe

Reklam və iş birliyi üçün:

+994552219799 Wp

@Telebetehsilmerkezi
Download Telegram
Tələbə yazır
Tələbə yazır
❤3
Tələbə yazır
❤5
Crossmedia saytına müsahibə verəb sosioloq Rəvan Əliyev düşünür ki, azyaşlı uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulması artıq seçim yox, zərurətə çevrilib: "Bu gün sosial şəbəkələr təkcə informasiya platforması deyil, həm də psixoloji təsir, manipulyasiya və risk məkanıdır. Uşaq psixologiyası isə bu qədər aqressiv informasiya mühitinə hazır deyil. Reallıq ondan ibarətdir ki, sosial şəbəkələr uşaqlarda asılılıq, aqressiya, depressiya, özgüvən problemi və sosial izolyasiya yarada bilir. Ona görə də uşaqların qorunması üçün qadağa tətbiq olunması normal və əsaslandırılmış addım hesab olunmalıdır. Hesab edirəm ki, uşaqların sağlam psixoloji inkişafı dövlət üçün prioritet olmalıdır. Əgər sosial şəbəkələr uşağın inkişafına zərər verirsə, o zaman bu sahədə sərt tənzimləmə, o cümlədən qadağa tətbiqi tam məntiqlidir. Azərbaycanda da bu məsələ gec-tez ciddi müzakirə mövzusuna çevrilə bilər. Hesab edirəm ki, azyaşlı uşaqlar üçün sosial şəbəkələrə girişin məhdudlaşdırılması və ya mərhələli qadağa tətbiqi arzuolunan istiqamət ola bilər. Çünki cəmiyyət texnologiyaya yox, texnologiya cəmiyyətin sağlam inkişafına xidmət etməlidir".

https://crossmedia.az/az/article/69142
❤3
🎓 İLİN TƏLƏBƏSİ🎓

Nəzrin Məmmədova — uğuru təsadüfə deyil, əzmkarlığa bağlayan gənclərdən biridir.

Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin məzunu olan Nəzrin 2023-cü ildə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Ailə və Ev Təhsili ixtisasına qəbul olunaraq tələbəlik həyatına ilk addımını atdı. Elə birinci kursdan könüllülük fəaliyyətinə başlayan Nəzrin ASAN Xidmət Master 1 və Master 2 könüllüsü kimi aktiv iştirak etdi və sosial məsuliyyət yolunda ilk təcrübələrini qazandı.
Daha sonra öz inkişaf istiqamətini psixologiya sahəsində müəyyənləşdirən Nəzrin 15 sentyabr 2024-cü ildə Gəncə Gənclər Evinin Psixologiya kursuna qəbul olundu və 3 aylıq tədrisi uğurla başa vurdu. Paralel olaraq müxtəlif onlayn platformalarda koordinator və moderator kimi könüllü fəaliyyət göstərərək təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirdi.
01.12.2024 tarixindən etibarən Gənclərin Karyera və İnkişaf Mərkəzində könüllü fəaliyyətə başlayan Nəzrin, çoxsaylı təlim və tədbirlərdə aktiv iştirak edərək özünü daim inkişaf etdirdi.
09.02.2025 tarixində isə öz təşəbbüsü ilə Empathy Academy-ni təsis edərək artıq öyrənən yox, öyrədən mövqeyinə yüksəldi.
25.02.2025–25.05.2025 tarixlərində Psycho Clinic Gəncə filialında tələbə staj proqramını uğurla tamamladı. Staj müddətində uşaqlarla seansların təşkili və psixoloji yanaşma metodlarını praktiki şəkildə mənimsədi.
06.10.2024 tarixindən bu günə qədər uşaq və yeniyetmə psixologiyası mövzusunda 75 uğurlu təlimi təlimçi qismində həyata keçirmişdir. Eyni zamanda 08.03.2024 tarixindən Beynəlxalq Karyera Akademiyasının Psixologiya ixtisası üzrə təhsil alır və hazırda 3 modul tələbəsidir.
Bununla yanaşı, Gəncə Gənclər Evində kompüter kursunda təhsilini davam etdirir, Gəncə Regional Debat Mərkəzində debatçı kimi çıxış etmiş, Mastermind Academy-də psixoloq vəzifəsində çalışmış və hazırda Uşaq Psixologiyası kursunun tədrisçisidir.
Cəmi 3 illik tələbəlik həyatında Nəzrin Məmmədova əzmi və davamlı inkişafı sayəsində
220 sertifikat, 30 təşəkkürnamə, 2 fəxri fərman və 3 diplomla təltif olunmuşdur.
Onun həyat devizi sadədir:
✨ “Özünə inan, dayanmadan inkişaf et və bir gün öyrəndiklərini başqalarına ötür.”
👏1
Forwarded from Rəsmi Xəbər (Tələbə Təhsil)
Forwarded from Rəsmi Xəbər (Tələbə Təhsil)
DTX-nin bu gün yaydığı videoda "Milyarderlər İttifaqı" tərəfindən Azərbaycanda dövlət çevrilişi üçün Milli Şuraya ayrılan pulların AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tərəfindən alınması faktı ifşa olunub. Həmin kadrlarla bağlı həm Fuad Qəhrəmanlı, həm də Təzəxan Mirələmli facebookda açıqlama yayıblar. Lakin bir-birinə zidd fikirlər.

Həmin hissələri təqdim edirik.
Fuad Qəhrəmanlı yazır: "2010 cu ildə Həsən Kərimov xəstə olarkən onun icra başçısı işlədiyi dövrdə özünə müəyyən maddi imkanlar əldə etmiş bir şəxsin istəyi ilə o adamla görüşmüşəm. O, da görüsdə xahiş etdi ki, bu pulu da Türkiyədə müalicəsi üçün ona çatdırım. İndi onu da gizlincə çəkib yayıblar...".

Təzəxan Mirələmli yazır: "Onun bir nəfərlə birgə iş görmək planları olub, lakin iş alınmayıb və şəriki verdiyi pulu qaytarmaqda çətinlik çəkib. Fuad məcbur qalıb Daxili İşlər Orqanlarına müraciət edib və bundan sonra iş qurmaq üçün verdiyi məbləğ ona geri qaytarılıb".

Yaxşı, belə olan halda kim düz deyir? Yalan danışanın 100 dili olar, yaddaşı olmaz deyirlər. Bunlar da ya yaddaşlarını itiriblər, ya da özlərini həyasızlığın son mərhələsinə qoyublar.

P.S. Yalançını evinə qədər qovarlar deyiblər. Görək, daha hansı yalanlar uydurulacaq...
❤1
Mən Azerbaycan Dövlet Medeniyyet ve İncesenet son kurs tələbəsiyəm. Hazırda diplomqabağı təcrübə ilə bağlı çox ciddi və ədalətsiz bir vəziyyət yaşayırıq.
Keçen ilden mene deyilib ki, imtahanda iştirak etmədiyim üçün yaranmış 25% kəsr sayılmır, sadəcə ödəniş edib yenidən imtahana girmek mümkündür və alt qrupa keçməyə ehtiyac yoxdur. Hətta 2023-cü ildə kəsri olanların təcrübəyə buraxılmaması barədə qərarın bizim ixtisasa aid olmadığı da deyilib.
Amma diplomqabağı təcrübəyə cəmi bir neçə gün qalmış qəfil şəkildə mene bildirildi ki, həmin 25% kəsr sayılır və bu səbəbdən təcrübəyə buraxılmıram. Defelerle her birinden rektor da daxil neye göre 3 il boyunca bize bu melumat verilmeyib sualı verdim axırda yeqin ki rektor bezib "desek ne deyişecekdi" dedi mene.
Ən narahatedici məqam isə budur ki, şikayət etdiyimiz gün gözümüzün qabağında bizimlə eyni problemi yaşayan bir tələbəyə “səni sentyabrda praktikaya göndererik" deyib evə göndərdilər. Bildirim ki bu sözü rektorun özü dedi.Axşam isə həmin qıza səsli mesajla bunun əksini deyiblər. Yəni eyni gün, eyni məsələ ilə bağlı iki fərqli məlumat verilib. Menimle birlikde bir neçe telebe de var ki onları universitet özü geciktirerek alt qrupu saxladıb ve bu veziyyete gelib çıxmağına vesile oldular
Rektorluq səviyyəsində bizimlə olan münasibət isə ümumiyyətlə çox qeyri-peşəkar idi.
Məsələ qaydanın olub-olmaması deyil. Məsələ odur ki, tələbələr 1 il ərzində bir cür məlumatlandırılır, son anda isə tam fərqli qərarla fakt qarşısında qoyulur. Bu, həm psixoloji, həm də təhsil baxımından bizi çox çətin vəziyyətə salır.
Biz sadəcə ədalətli və aydın münasibət istəyirik. Ümid edirem ki bu mehsuliyyetsizlik biz telebelerin üstüne qalmaz. Qanunların ölkemizin geleceyi olan biz telebeleri sona qeder qoruduğuna inanıram. Elave olaraq elimizde faktların olduğunu(mesajların ve sesli mesajların)bildirirem.
❤3
Təhsil məsələləri üzrə mütəxəssis Nəcməddin Həsənli

Bütün mövzuların cavabları canlıda izah olunacaq !

Qeydiyyat üçün menecerlə əlaqə nömrəsi: 055 221 97 02

CANLI LİNKİ: https://www.tiktok.com/@dim.edu.az?_r=1&_t=ZS-93tHcJj3iXE
✅ Son günlər sosial şəbəkələrdə “sehrli qələm” adı ilə təqdim olunan və imtahan zamanı köçürməyə kömək etdiyi iddia edilən qələmlərin satışı artmışdır.

⚠️ Dövlət İmtahan Mərkəzi xəbərdarlıq edir:

📍 İmtahan zamanı “sehrli qələm” və ya digər qadağan olunmuş vasitələrdən istifadə etdiyi aşkar edilən abituriyentlərin imtahan nəticələri ləğv olunacaq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
BAZAR GÜNÜ imtahandan çıx — gələcəyin üçün doğru addımı at!

📌 İmtahandan sonra ödənişsiz qəbul üçün yaxınlaş,
📌 Hansı ixtisaslara qəbul ola biləcəyini öyrən,
📌 Şanslarını düzgün dəyərləndir və doğru seçim et!

🎯 Gələcəyini təsadüfə buraxma — seçimlərini peşəkarlarla et!

📞 Qəbula yazılmaq üçün: 055 221 97 16
15 fevral magistr imtahanında iştirak edəcək tələbələr əsas sizin gününüzdür!
Necəsiz?
😢11
Biraz söhbət edək..
❤11
İşinizi peşəkarlara həvalə edin!
Siz də bizimlə tələbə adını qazanın!

📞055 221 97 32
Daha ətraflı məlumat üçün əlaqə: 055 221 97 16