Azərbaycan Tələbələri
20.7K subscribers
27.9K photos
3.15K videos
119 files
3.53K links
🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı

Təhsildə baş verən ən son yeniliklər!

©️Müəllif hüquqları qorunur!

https://telebetehsil.az/

link:
https://t.me/azetelebe

Reklam və iş birliyi üçün:

+994552219799 Wp

@Telebetehsilmerkezi
Download Telegram
Daha ətraflı məlumat üçün əlaqə: 055 221 97 02
❤3
🔴 00:00-DA CANLI YAYIM!

❗ Abituriyentlər nələrə diqqət etməlidir?
❓ İmtahanlar doğrudan da çətin olacaq?
📌 Doğru ixtisas seçimi üçün hansı məqamlar vacibdir?

🎓 İxtisas seçimi üzrə mütəxəssis – ekspert Xəzər İsmayılov ilə
bütün suallarınıza canlı cavab tapacaqsınız!

🔗 Canlı yayım linki:
https://www.tiktok.com/@azetelebe?_r=1&_t=ZS-93we1xRs0sK

📲 Dostlarınıza da göndərin, hamı faydalansın!
Buraxılış imtahanında balların hesablanma qaydası
Elektron ərizə qəbulu etməyənlər imtahana buraxılmayacaq!

Qeydiyyat prosesində köməklik üçün əlaqə: 055 221 97 02
❤2
#Sual var...

Buyurun⤵️
46 bal topladığını deyən bir abituriyentin “PUBG oynaya bilirəm” sözləri əslində gülməli görünsə də, arxasında düşündürücü bir reallıq gizlənir. Bu ifadə göstərir ki, gənclər texnologiya ilə sürətlə uyğunlaşır, refleksləri, strategiya qurmaq bacarıqları və sürətli qərarvermə qabiliyyətləri inkişaf edir. Lakin bu potensial bəzən təhsildə eyni səviyyədə öz əksini tapmır.

Məsələ oyun oynamaqda deyil. Problem ondan ibarətdir ki, gənclər saatlarla diqqət və fokus tələb edən oyunlara enerji sərf etdiyi halda, eyni motivasiyanı dərsə yönəltməkdə çətinlik çəkirlər. Halbuki oyunlarda istifadə olunan strateji düşünmə, komanda işi və planlama bacarıqları düzgün istiqamətləndirilsə, təhsildə də uğura çevrilə bilər.

Bu cümlə həm valideynlər, həm müəllimlər, həm də təhsil sistemi üçün mesajdır: gəncləri qınamaq yox, onların maraq dünyasını anlayaraq potensiallarını doğru istiqamətə yönəltmək lazımdır. Əgər bir abituriyent mürəkkəb oyun mexanikasını mənimsəyə bilirsə, deməli, düzgün motivasiya və metodlarla dərslərdə də yüksək nəticə göstərə bilər.

Unutmayaq: məsələ PUBG oynamaq deyil, həmin enerjini gələcək uğura çevirməkdir.
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎓 “Həm universitet istəyirəm, həm də imtahan vermək istəmirəm” deyən abituriyentlərin sayı artır…
Canlı yayımda ən çox eşitdiyimiz cümlə budur.
Bəli, hər kəs ali təhsil almaq istəyir, amma imtahan stresi, hazırlıq prosesi və vaxt itkisi bir çoxunu tərəddüdə salır.

İmtahan vermədən tək attestatla qəbul var

Daha ətraflı məlumat üçün əlaqə: 055 221 13 89
Media is too big
VIEW IN TELEGRAM
Bakıya şagirdlərini gətirən müəllim uşaqlara unudulmaz sevinc yaşatdı
Bakı şəhərinə şagirdlərini gətirən müəllim sadəcə bir səfər təşkil etmədi; o, uşaqların yaddaşında qalacaq bir gün bəxş etdi. Paytaxtı ilk dəfə görən şagirdlərin sevinc dolu baxışları, həyəcanı və gülüşləri bu təşəbbüsün nə qədər dəyərli olduğunu göstərdi.
❤19
“Hüquq tələbələrinə qərəzliyəm” — bu ifadə nə deməkdir?

Cəmiyyət üçün ədaləti qorumağı hədəfləyən bir sahənin tələbələrinə qarşı qərəzli münasibət bəsləmək təkcə fərdi inciklik deyil, həm də təhlükəli düşüncə tərzidir. Şəxsi uğursuzluğu və ya qəbul olunmamağı əsas gətirib insanları hədəfə çevirmək nə hüquqa, nə etikaya, nə də insani dəyərlərə sığır.

Son günlər tələbə şəkillərinin icazəsiz götürülərək montaj edilməsi və sosial şəbəkələrdə paylaşılması kimi hallar bir daha göstərir ki, rəqəmsal mühitdə məsuliyyətsizlik real həyatda psixoloji zorakılığa çevrilə bilir. Bu, nə zarafatdır, nə də fərdi fikir azadlığı — bu, açıq şəkildə kibertəzyiq və şəxsi həyata müdaxilədir.

Valideynlər hara baxır?
20–25 yaş arası gənclər artıq hüquqi məsuliyyət daşıyan fərdlərdir. Lakin ailədə verilən tərbiyə, dəyərlər və rəqəmsal davranış mədəniyyəti onların cəmiyyətə münasibətini formalaşdırır. Onlayn mühitdə nifrət və təhqiri “əyləncə” kimi görən düşüncə tərzi məhz bu dəyərlərin boşluğundan qaynaqlanır.

Universitet auditoriyaları qorxu və təhqir mühiti deyil, təhlükəsiz və hörmətli mühit olmalıdır. Belə halların araşdırılması, hüquqi qiymət verilməsi və ictimai qınaq formalaşdırılması vacibdir.

Çünki bu gün hədəf tələbədir, sabah isə cəmiyyətin hər hansı üzvü ola bilər. Susmaq problemi həll etmir — ictimai mövqe isə dəyişimin başlanğıcıdır.
Tələbə yazır
🤯26
Hara düşmüsünüz?
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📢📢Xarici vətəndaşlar üçün möhtəşəm fürsət ❗❗

İmtahan vermədən Bakı Dövlət Universitetinin tələbəsi adını qazana bilərsiniz❗

Elə indi əlaqə saxlayın!

📞055 221 13 89
❤1
Fəxr edirik!

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı - Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova təəssüratını bölüşüb.

"Qəbul xəbəri axşam saatlarında gəldi. Elektron məktub vasitəsilə şəxsi portalımda yenilik olduğu bildirildi. Açığı, qəbul olunacağıma ümidim var idi, amma bu məbləğdə təqaüd qazanacağımı gözləmirdim. Portala daxil olanda böyük şok yaşadım. Bir neçə dəfə nəticəyə baxdım ki, səhv görmürəm.

SAT imtahanında 1600-dən 1460 bal toplamışdım. IELTS üzrə göstəricim 9 bal üzərindən 8-dir. Bundan əlavə, ABŞ universitetləri dərsdənkənar fəaliyyətlərə xüsusi önəm verir. Mən də bu istiqamətdə aktiv olmuşam. Məktəb direktorunun dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə assistent professoru ilə birgə elmi məqalə yazmışam. Həmin professorun köməyi ilə bəzi şirkətlərdə təcrübə proqramlarında iştirak etmişəm. Düşünürəm ki, bu fəaliyyətlər qəbul nəticəsinə müsbət təsir göstərib".
❤4
Təhsil məsələləri üzrə mütəxəssis-Nəcməddin Həsənli
📌Sənəd qəbulu prosesləri
📌9 və 11 illik bazadan kolleclərə seçim prosesi
📌Universitetlər üçün ixtisas seçimi
📌Subbakalavrların qəbulu
📌Peşə məktəblərinə qəbul

Menecerlə əlaqə: 055 221 97 02
https://www.tiktok.com/@dim.edu.az?_r=1&_t=ZS-93yLy3FQeTk