Media is too big
VIEW IN TELEGRAM
💻 Kompüter bilikləriniz sıfırdır? Narahat olmayın!
Bu gün istənilən təhsil və iş sahəsində kompüterdən istifadə bacarığı vacibdir. Word, Excel, PowerPoint və digər proqramları sıfırdan öyrənmək üçün kompüter dərslərimizə qoşula bilərsiniz.
📞 055-299-88-35

Ümumi təhsil məsələləri üzrə mütəxəssis, Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçi rəhbəri Pərvin Əliyev bəzi kolleclərin ali təhsil müəssisələrinin tərkibinə verilməsi və müəyyən kolleclərin ləğv edilməsi ilə bağlı təkliflərə münasibət bildirib.
“Düşünürəm ki, kolleclərlə bağlı belə bir yanaşmanın müzakirəyə çıxarılması təsadüfi deyil. Hazırda kolleclərdə tədris olunan ixtisasların təxminən 70-80 faizinin əmək bazarında kifayət qədər tələbat görmədiyini müşahidə edirik. Nəticədə bir çox kollec məzunu təhsilini başa vurduqdan sonra ixtisası üzrə iş tapmaqda çətinlik çəkir.
Əsas problemlərdən biri tədris proqramlarının əmək bazarının real tələblərinə uyğunlaşdırılmamasıdır. Bu baxımdan kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi müəyyən üstünlüklər yarada bilər. Məsələn, tibb kollecinin Tibb Universiteti, pedaqoji kollecin Pedaqoji Universitetlə daha sıx əlaqələndirilməsi tədris proqramlarının yenilənməsinə və kadr hazırlığının keyfiyyətinin artırılmasına şərait yarada bilər.
Digər tərəfdən, bəzi kolleclər artıq bir çox abituriyent üçün əmək bazarına çıxışdan daha çox, sonradan imtahansız ali təhsil almaq üçün bir vasitəyə çevrilib. Ona görə də əsas məqsəd kolleclərin sadəcə sayını azaltmaq deyil, əmək bazarının ehtiyac duyduğu ixtisaslar üzrə keyfiyyətli kadr hazırlığını təmin etmək olmalıdır”, – deyə Pərvin Əliyev bildirib.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vahid məktəbli forması necə olmalıdır?
👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İtaliyada Azərbaycanlı tələbənin 1 günü..
❤6
1)Kosmosa gedən astronavtların boyu uzana bilər.
2)Yer kürəsinin keçmişini kitablar yox, daşların içindəki fosillər də danışır.
3)İnsan beynimiz kosmosda bədənimizin çəkisini düzgün qiymətləndirməyə bilər
4)Venerada bir gün bir ildən daha uzundur
5)Okeanın böyük hissəsi hələ də ətraflı araşdırılmayıb.
6)Beynimiz bədən çəkimizin cəmi 2%-ni təşkil edir, amma enerjimizin təxminən 20%-ni sərf edir
7)"Ahtapotun" üç ürəyi və mavi qanı var
8)Yerin ingiliscə adı planetlərin əksəriyyətindən fərqli mənşəyə malikdir
9)İlk süni peyk kosmosa 1957-ci ildə göndərilib
10) Dünyanın ən böyük şəlaləsi suyun altındadır
11)Atlantik okeanındakı Sarqasso dənizinin quru sahili yoxdur.
12)Boliviyada yağış yağanda yer səma kimi görünə bilər
13)Baykal gölü dünyanın səthdəki şirin su ehtiyatının təxminən beşdə birini saxlayır
14)Antarktidada qanlı şəlalə adlanan qırmızı rəngli su axını var.
15)And dağları Cənubi Amerikanın yeddi ölkəsinin ərazisindən keçir.

❤2
Azərbaycanda kolleclərdə “Bank işi” ixtisasını bitirən şəxslər banklarda əməliyyatçı, müştəri xidmətləri üzrə əməkdaş, kredit sənədləşməsi üzrə mütəxəssis, eləcə də bank olmayan kredit təşkilatlarında və valyuta mübadiləsi məntəqələrində müvafiq vəzifələrdə işləyə bilərlər. Lakin işə qəbul namizədin bilik və bacarıqlarından, təcrübəsindən və konkret vakansiyanın təhsil tələblərindən asılıdır. Ali təhsil tələb olunan vəzifələrə isə yalnız kollec diplomu ilə qəbul mümkün olmaya bilər.
Marketinq ixtisası marketdə işləmək demək deyil!
Bəzi valideynlər “marketinq” sözünü eşidəndə düşünürlər ki, övladları gələcəkdə marketdə işləyəcək. Əslində isə marketinq məhsul və xidmətlərin tanıdılması, reklamı, satış strategiyalarının hazırlanması, bazarın araşdırılması və müştəri tələbatının öyrənilməsi ilə məşğul olan sahədir.
Bu ixtisas üzrə təhsil alanlar şirkətlərin reklam və marketinq şöbələrində, rəqəmsal marketinq agentliklərində, sosial media və brend idarəçiliyi sahələrində, eləcə də satış və bazar araşdırmaları istiqamətində çalışa bilərlər.
Yəni marketinq oxuyan şəxs marketdə işləmək üçün deyil, məhsul və xidmətlərin necə tanıdılmasını, müştərilərə necə çatdırılmasını və şirkətlərin satışlarını necə artırmağı öyrənir. Əlbəttə, konkret iş imkanı şəxsin biliklərindən, bacarıqlarından və işəgötürənin tələblərindən asılıdır.
Azərbaycanda kolleclərdə “Marketinq” ixtisasını bitirən şəxslər şirkət və müəssisələrdə marketinq üzrə kiçik mütəxəssis, satış təmsilçisi, reklam və müştəri xidmətləri üzrə əməkdaş, sosial media üzrə mütəxəssis köməkçisi və satış meneceri kimi vəzifələrdə işləyə bilərlər. İşə qəbul namizədin bilik və bacarıqlarından, təcrübəsindən və konkret vakansiyanın tələblərindən asılıdır; ali təhsil tələb olunan vəzifələrə isə yalnız kollec diplomu ilə qəbul mümkün olmaya bilər.