Azərbaycan Tələbələri
20.7K subscribers
27.9K photos
3.15K videos
119 files
3.53K links
🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı

Təhsildə baş verən ən son yeniliklər!

©️Müəllif hüquqları qorunur!

https://telebetehsil.az/

link:
https://t.me/azetelebe

Reklam və iş birliyi üçün:

+994552219799 Wp

@Telebetehsilmerkezi
Download Telegram
🇦🇿 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü!

Bu gün xalqımızın azadlıq iradəsini, müstəqillik əzmini və dövlətçilik tariximizin mühüm səhifəsini qürurla xatırlayırıq.

Müstəqilliyimiz əbədi, dövlətimiz daim güclü olsun! 🇦🇿
❤2
Ardı siz də
❤1
TƏLƏBƏLƏRƏ DANIŞIQ DƏRSLƏRİMİZ CƏMİ 50 AZN✅️

🎓 Tələbə deyilsiniz? Narahat olmayın, sizin üçün də xüsusi təklifimiz var!

➡️Tələbə bileti olmayanlar üçün danışıq dərslərimiz cəmi 60 AZN

İngilis dilində danışıq bacarıqlarınızı inkişaf etdirmək üçün fürsəti qaçırmayın!

📞 Ətraflı məlumat və qeydiyyat: 055 299 88 35

#AzərbaycanTələbələri #DanışıqDərsləri #İngilisDili #Təhsil #Endirim
📢 25 oktyabrda DİM proqramı əsasında Magistr Səviyyə İmtahanı keçiriləcək!

18 oktyabr tarixində imtahanda iştirak edə bilməyənlər üçün yeni fürsət! 🎓

🗓 Tarix: 25 oktyabr
⏰ Saat: 15:00

Əlaqə: 055 299 88 75

Magistraturaya hazırlaşanlar, bu fürsəti qaçırmayın! Öz biliklərinizi yoxlayın, nəticələrinizi dəyərləndirin və magistratura hədəfinizə bir addım da yaxınlaşın!

#TələbəTəhsilMərkəzi #Magistratura #Magistrİmtahanı #25Oktyabr
📢 25 oktyabr tarixində Buraxılış Sınaq İmtahanı keçiriləcək!

DİM proqramı əsasında biliklərini yoxlamaq, hazırkı nəticəni qiymətləndirmək və buraxılış imtahanına daha inamlı hazırlaşmaq istəyənlər üçün əla fürsət! 📚✍️

🎟️ Biletləri əldə etmək üçün: 📞 055 299 88 75

Özünü sına, nəticəni öyrən və hədəfinə doğru inamla irəlilə!

#TələbəTəhsilMərkəzi #Buraxılışİmtahanı #Sınaqİmtahanı #DİM
❤1
Anar Bayramov 1975-ci ildə anadan olub.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.
❤1
Kompüter və dil bacarıqlarınızı inkişaf etdirmək, əmək bazarında rəqabətədavamlı olmaq istəyirsinizsə, Tələbə Təhsil Mərkəzinin hazırlıq kurslarına müraciət edin! 🎓💻🌍

📞 Ətraflı məlumat və qeydiyyat: 055 299 88 35
Arada belə də olur
😁3
Təqaüdü gecikdirən universitet və kolleclərin adlarını şərh bölməsində qeyd edin.
Pərvin Əliyev: “Tələbə təqaüdləri artırılmalıdır”

Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçi rəhbəri, elm və təhsil mütəxəssisi Pərvin Əliyev tələbə təqaüdlərinin artırılmasının vacibliyini vurğulayıb.

“Düşünürəm ki, sosial müavinətlərin və əməkhaqlarının artırılması məsələsi gündəmdə olduğu bir vaxtda tələbə təqaüdləri də diqqətdən kənarda qalmamalıdır. Çünki tələbələrin gündəlik xərcləri, xüsusilə nəqliyyat və qidalanma xərcləri getdikcə artır.

Hazırda metro stansiyalarının bəzilərində gedişlə bağlı məhdudiyyətlər tələbələrin alternativ nəqliyyat vasitələrindən, o cümlədən ekspress avtobuslardan və sürətli qatarlardan istifadəsini zəruri edir. Bu isə onların gündəlik yol xərclərinin və nəticə etibarilə aylıq büdcələrinin artmasına səbəb olur.

Unutmamalıyıq ki, tələbənin əsas vəzifəsi təhsil almaq, özünü inkişaf etdirmək və gələcəyə hazırlaşmaqdır. Lakin maddi çətinliklər gənclərin diqqətini təhsildən yayındırmamalı, onların təhsil imkanlarını məhdudlaşdırmamalıdır.

Tələbə təqaüdü sadəcə maddi dəstək deyil, həm də gənclərə göstərilən diqqət və etimadın ifadəsidir. Buna görə də təqaüdlərin mövcud yaşayış xərcləri nəzərə alınmaqla artırılmasını vacib hesab edirəm. Biz tələbələrin yalnız akademik nəticələrini deyil, onların gündəlik qayğılarını və sosial vəziyyətini də düşünməliyik.

Tələbələr ölkənin gələcəyidir. Onların keyfiyyətli təhsil alması üçün maddi baxımdan daha əlverişli şəraitin yaradılması isə gələcəyimizə qoyulan sərmayədir.”
❤6
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb.

Bildirilib ki, əsas təhlil üç respondent qrupunu əhatə edib: cari ilin 18 717 məzunu, əvvəlki illərin 592 məzunu və qəbul imtahanından sonra sorğuda iştirak edən 839 respondent.

Bundan əlavə, 2026-cı il ərzində müxtəlif imtahanlardan dərhal sonra keçirilən 64 sorğuda ümumilikdə 15 494 iştirakçının rəyi öyrənilib.

Qeyd olunub ki, sorğular zamanı imtahan şəraiti, nəzarətçilərin fəaliyyəti, tapşırıqların anlaşıqlığı, texniki və təşkilati məsələlər, eləcə də ümumi imtahan təcrübəsi ilə bağlı fikirlər toplanıb. Əsas sorğularda subyektiv çətinlik, anlaşıqlıq, etimad, stres, sosial təzyiq, imtahan və qəbul sistemi haqqında təsəvvürlər, həmçinin ixtisas seçiminə təsir edən amillər təhlil edilib. Təhlil zamanı imtahanın obyektiv çətinliyi ilə iştirakçıların onu subyektiv olaraq necə qiymətləndirməsi arasındakı fərqə də diqqət yetirilib.
Bildirilib ki, sorğuda iştirakçılara imtahan təcrübəsi ilə bağlı bir sıra fikirləri 1-dən 5-dək şkala üzrə qiymətləndirmək təklif olunub:

"1 "qəti razı deyiləm", 5 isə "tam razıyam" cavabına uyğun olub. Buna görə orta göstərici 5-ə yaxınlaşdıqca həmin fikir respondentlərin cavablarında daha güclü ifadə olunur.

Buraxılış imtahanından sonra ümumi iştirakçı auditoriyasında imtahanın subyektiv çətinliyinin qiyməti beş ballıq şkalada orta hesabla 4,19 olub. Bu, yüksək göstəricidir. Ancaq açıq cavablar və narazılıq səbəbləri göstərir ki, həmin qiymət təkcə tapşırıqların mürəkkəbliyini ehtiva etmir. Ən çox qeyd edilən məqamlar tapşırıq və mətnlərin uzunluğu, vaxt çatışmazlığı, sualların çətinliyi və gözlənilməz tapşırıqlar olub".