Azərbaycan Texniki Universiteti
3.95K subscribers
1.64K photos
59 videos
5 files
584 links
🏛Azərbaycan Texniki Universitetinin rəsmi telegram kanalı
💻www.aztu.edu.az
☎️(012)5383383
📧metbuat@aztu.edu.az
📍H.Cavid prospekti 25, AZ 1073
Download Telegram
“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi elan edilir.
Hakaton formatında keçiriləcək müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirməkdir.
Müsabiqənin keçirilmə vaxtı 26–28 aprel tarixləridir.
Müsabiqədə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilərlər.
Müsabiqə qaliblərinə I yer üzrə 2000 AZN, II yer üzrə 1500 AZN, III yer üzrə isə 1000 AZN məbləğində mükafat təqdim olunacaq.
Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Müraciət üçün son tarix: 20 aprel
Müsabiqəyə fərdi və ya komanda şəklində müraciət etmək mümkündür. Komandanın tərkibi 10 nəfərdən ibarət olmalıdır.
 
Fərdi müraciət üçün qeydiyyat linki: https://forms.gle/ariLke23enkgwqTV7
Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA
🔈Əziz tələbələr!

✅Hər biriniz “Cyber İN” akademiyasının təqdimatında Azərbaycan Texniki Universiteti (AzTU), “Karmasis Azərbaycan” və “Bilişim Vadisinin Bakı”nın dəstəyi ilə təşkil olunan “Kiber mütəxəssisin bir günü” adlı seminara dəvətlisiniz!

🔹Seminarda bu sahənin ekspertləri “Kibertəhlükəsizlik sahəsinin mənim üçün üstünlükləri nədir?”, “Niyə kibertəhlükəsizlik sahəsini seçməliyəm?”, “Kibertəhlükəsizliyin hansı istiqaməti mənim üçün daha uyğun olar?” kimi suallarınızı cavablandıracaqlar.

🔹Həmçinin “Cyber İN” akademiyası tərəfindən təsadüfi yolla seçilən 1 nəfər 100%, 4 nəfər isə 40% endirimlə arzu etdiyi təlimdə iştirak haqqı qazanacaq.

📌Siz də bu şansı qaçırmayın!

🗓19.04.2024
⏰ 19:00

🔹Qeyd edək ki, seminarda iştirak üçün qeydiyyat tələb olunur!

🔗Qeydiyyat üçün link: https://forms.gle/775peLEX3mRgJJd66
Gənclər Fondu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 26 Aprel 2024-cü il tarixində “İnkişaf Marafonu” adlı maarifləndirici seminar həyata keçiriləcək. 

Tədbirlə bağlı yeni məlumatları öyrənmək üçün izləmədə qalın!🤩

🗓️26 aprel
⏰ 13:00
📍Azərbaycan Texniki Universitetinin akt zalı

🔗Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeYwMQgqADu1WnZXKmy4TEjTXHvf3t85UxCeSmhNSjoTKNX1Q/viewform
Təhsilin İnkişafı Fondu yerli ali təhsil müəssisələrinin tələbələri üçün “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsini elan edir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrə təhsilin inkişafına töhfə verə biləcək ideya və təkliflərini təqdim etmək üçün imkan yaratmaq və onları dəstəkləməkdir.

Müsabiqədə ölkə üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan ideya və təkliflər aşağıdakı prioritet sahələrdən birini əhatə etməlidir:

Təhsildə inklüzivlik
Təhsildə nəticəyönlü idarəetmə
Tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi
Erkən və məktəbəqədər təhsil
Qeyri-formal və informal təhsil
Ömürboyu təhsil
İqlim dəyişikliyinə qarşı mübarizədə keyfiyyətli təhsilin rolu
Müsabiqə 2 mərhələdən ibarətdir.

I mərhələ

İştirakçılar tərəfindən təqdim olunan ideya və təkliflər aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndiriləcək:

Təqdimatın müsabiqənin prioritet sahələrindən birinə uyğunluğu – 20 bal
Mövzunun prioritet sahə çərçivəsində aktuallığı – 15 bal
Məqsəd, vəzifə və gözlənilən nəticələrin dəqiqliyi – 10 bal
İrəli sürülən təklifin icrasının prioritet sahə üzrə benefisiarlara faydalılığı – 15 bal
Məsələnin həllində innovativ yanaşmanın tətbiqi – 20 bal
Təqdimatın keyfiyyətli hazırlanmasında yaradıcılığın tətbiqi – 20 bal
I mərhələdən II mərhələyə keçid balı 60 bal təşkil edir. Təqdimatlar yalnız Azərbaycan dilində qəbul edilir.

II mərhələ

I mərhələnin tələblərinə cavab verərək minimum 60 bal toplamış müraciətçilər müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Bu mərhələdə tələbələr müsabiqənin prioritet sahələrindən birinə müraciət etdikləri təqdimatlarla peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinin qarşısında çıxış edəcəklər.

II mərhələdə iştirakçılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

Təqdimat bacarığı – 5 bal
İrəli sürülən fikirlərin əsaslandırılması – 5 bal
Vaxtın idarəedilməsi (təqdimat üçün maksimum müddət 7 dəqiqə müəyyən olunmuşdur) – 5 bal
Qeyd olunan meyarlar üzrə ən çox bal toplayan ilk 3 finalçı qalib olacaqdır.

Mükafatlandırılma aşağıdakı formada aparılacaqdır:

I yer – 1000 AZN

II yer – 750 AZN

III yer – 500 AZN

Müsabiqəyə təqdim olunacaq təkliflərin qəbulu 01 aprel 2024-cü il tarixindən başlayaraq 14 aprel 2024-cü il tarixi də daxil olmaqla müraciət formasını doldurmaqla həyata keçiriləcəkdir.

Müraciət üçün keçid: https://forms.gle/j3Uss6QsJvKSwo3M7

Müraciət üçün son tarix: 19 aprel saat 23:59.
Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tələbə qızlar üçün “Zərif mühəndislər” təqaüd proqramı elan edir.
 
Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində “Zərif mühəndislər” xanımların inkişafı layihəsi həyata keçirilir.
Layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlərin təşkil olunacaqdır.
Namizədlərin seçimi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələsindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallarveriləcəkdir.
Təqaüd proqramı üçün müəyyən edilmiş ixtisas siyahısı ilə buradan tanış ola bilərsiniz.
Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix: 28.04.2024-cü il.
 
Layihəyə kimlər müraciət edə bilər:
• Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
• Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə 4-cü kurs bakalavriat və ya 1-ci kurs magistr təhsili almalıdır.
• Qeyd olunan ixtisaslar üzrə təhsil almalıdır.
• Ali təhsil müəssisəsinin bakalavr pilləsinə minimum qəbul balı 300, magistr pilləsinə isə 60 olmalıdır.
• Ümumi orta müvəffəqiyyət göstəriciləri 80% -dən yuxarı olmalıdır.
• Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).
• Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:
- Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü;
- Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.
• Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
- I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
- İşsiz kimi qeydiyyatda olanlar;
- İş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar;
- İş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.
 
Yuxarıdakı sosial kriteriyalara cavab verən 1-ci kurs magistr tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.
Qeyd: Fondun təşkil etdiyi digər təqaüd proqramından yararlanmış şəxs, bu layihəyə müraciət edə bilməz.
3 may 2024-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) və "Cyber Army"nin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Cyber Army CTF" yarışı təşkil olunacaq.

Yarışda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfEob75iacM7_WEJ2cGfSD5io4QAKFeMKqzM7T6c8rjQOSALQ/viewform
📢📢📢14-25 yaşlı məktəbli və gənclərin nəzərinə!

"Kəndin Xəzinəsi" layihəsinə qeydiyyat davam edir❗️

Üç ay davam edəcək layihə müddətində iştirakçılar nələr əldə edəcəklər❓
🔹 Fərdi potensialın kəşfi
🔹 Yumşaq bacarıqların inkişafı
🔹 Gələcəyin bacarıq və peşələri
🔹 Düzgün karyera hədəflərinin müəyyənləşdirilməsi
🔹 Mentor dəstəyi
🔸 Həmçinin gənclər lazımi resurslara əlçatanlığın təmin edilməsi və ideyalarının dəstəklənməsi məqsədilə resurs mərkəzlərinin yaradılması prosesində birbaşa iştirak edəcək və mentorlar tərəfindən menecer olaraq yetişdiriləcəklər.✅

🔗Ətraflı məlumat və qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLSelgblIE2z-H-2xf09WyGYsj25fu8IbB0b_oEuROWJ4x8bKYA/viewform

🗓Qeydiyyat üçün son tarix: 28.04.2024
Yerli startaplar üçün daha bir fürsət! 🇦🇿🇹🇷

AzTU-nun tərəfdaşı olduğu Mobillik Akselerasiya Proqramına müraciətlər davam edir. 🏃‍♀️🏃🏻

Sən də öz layihənlə mobilliyin gələcəyində yer almaq istəyirsənsə müraciətini tamamla! 💙

Müraciət üçün 👇🏻
gelecekburada.com.tr

🗓️Müraciət üçün son tarix: 30.04.2024
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi.

Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Azərbaycan Texniki Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan Texniki Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.
AzTU-da “Qərbi Azərbaycan Texnoloji İrsi” Mərkəzi yaradılıb

🔗https://www.aztu.edu.az/az/news/aztu-da-qerbi-azerbaycan-texnoloji-irsi-merkezi-yaradilib-8564
Əziz tələbələr!
Aprel ayının təqaüdləri ödənildi.
Xeyirli olsun!