Azərbaycan Texniki Universiteti
3.95K subscribers
1.64K photos
59 videos
5 files
584 links
🏛Azərbaycan Texniki Universitetinin rəsmi telegram kanalı
💻www.aztu.edu.az
☎️(012)5383383
📧metbuat@aztu.edu.az
📍H.Cavid prospekti 25, AZ 1073
Download Telegram
Hörmətli AzTU tələbə və məzunları!

Sizi AzTU İdman sarayında keçiriləcək Karyera sərgisində iştiraka dəvət edirik.
Sərgidə Mərkəzi Bank, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Gəmiqayırma Zavodu” MMC, “FMG”, “Azercell”, “Bakcell”, “ABB”, “Azərişıq” ASC, “Coca-Cola Bottlers Azerbaijan” və digər dövlət qurumları və özəl şirkətlər daxil olmaqla ümumilikdə 100-ə yaxın müəssisə iştirak edəcək.

Tədbir çərçivəsində iştirakçılara təqdim olunacaq imkanlar:
• İxtisas və maraq dairənizə uyğun vakant iş yerləri haqqında məlumat;
• Müxtəlif təcrübə və təqaüd proqramları barədə təqdimatlar;
• Müəssisələrlə birbaşa ünsiyyət imkanı və karyera perspektivləri.

Tarix: 24.04.2026
Saat: 10:00 – 13:00
Məkan: AzTU-nun İdman sarayı

Qeydiyyat üçün son tarix: 24.04.2026
Qeydiyyat linki: https://shorturl.at/Aerd3

Sərgidə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.
QEYD: Tədbirə gələn zaman CV-nizi özünüzlə gətirməyiniz xahiş olunur.

Əlavə məlumat üçün:
(+994 50) 261 38 16
karyera.merkezi@aztu.edu.az
Bayraktar Teknoloji Azərbaycanda "2026 YAY Təcrübə Proqramı" üçün müraciətlər rəsmi olaraq başladı!

Aktiv təcrübə proqramları:

Süni intellekt
• 2026 Yay Təcrübəsi | Süni intellekt proqram təminatı mühəndisi

Tədqiqat və inkişaf
• 2026 Yay Təcrübəsi | Quraşdırılmış proqram təminatı mühəndisi
• 2026 Yay Təcrübəsi | Mexaniki dizayn mühəndisi
• 2026 Yay Təcrübəsi | Obyekt yönümlü proqram təminatı mühəndisi
• 2026 Yay Təcrübəsi | Aerodinamik dizayn mühəndisi
• 2026 Yay Təcrübəsi | Elektron sistemlərin inkişafı mühəndisi
• 2026 Yay Təcrübəsi | Struktur analiz mühəndisi

İnzibati idarəetmə
• 2026 Yay Təcrübəsi | Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf

Mühitin mühafizəsi mühəndisi
• 2026 Yay Təcrübəsi | İnformasiya texnologiyaları
• 2026 Yay Təcrübəsi | İnzibati işlər
• 2026 Yay Təcrübəsi | İnsan resursları

İstehsalat
• 2026 Yay Təcrübəsi | İstehsalın planlaşdırılması mühəndisi
• 2026 Yay Təcrübəsi | Funksional test mühəndisi
• 2026 Yay Təcrübəsi | Texniki sənədləşmə
• 2026 Yay Təcrübəsi | Keyfiyyət üzrə mühəndis
• 2026 Yay Təcrübəsi | İstehsal və inteqrasiya inkişafı mühəndisi
• 2026 Yay Təcrübəsi | Anbardar

Təcrübə proqramını əhatə edən sahələr və müraciət prosesi ilə qeyd olunan linkdən istifadə edərək daha ətraflı tanış ola bilərsiniz. Məlumat üçün bildirmək istərdik ki, yalnız bir bölmə/struktur üzrə elana müraciət etmək mümkündür.

https://career.bayraktartech.az/en/internship/

Təcrübə proqramının həyata keçirilmə müddəti:
• Son müraciət tarixi - 10.05.2026
• Test və video müsahibələrin aparılması - 14.05.2026 - 16.05.2026
• Dəyərləndirmə müddəti - 16.05.2026 - 31.05.2026
• Nəticələrin bildirilməsi - 09.06.2026 - 13.06.2026
• Yay təcrübə müddəti - 01.07.2026 - 31.08.2026
📢📢📢

Çində beynəlxalq düşərgə proqramında iştirak etmək istəyən tələbələrin nəzərinə!
🔗https://aztu.edu.az/az/announcement/cinde-beynelxalq-duserge-proqraminda-istirak-etmek-isteyen-telebelerin-nezerine-669
🚀 "CTF 2026"ya QEYDİYYAT BAŞLADI! ✅
🇦🇿28 May – Müstəqillik Günü münasibətilə AzTU-da "Capture The Flag (CTF)" yarışı başlayır!
✅Bizə qoşulun, tapşırıqları həll edin və universitetimizin ən güclü beyinləri ilə rəqabət aparın!

🗓️26.05.2026
🕙10:00
📍Azərbaycan Texniki Universiteti

📌İştirak üçün qeydiyyatdan keçmək mütləqdir!

🔗Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSf1J5OVma6PTRC7SGhwa0VdCSUlkOKsjgTXDmrSKmeet4lnFg/viewform
🎯 İş təcrübəniz var və yeni karyera imkanları axtarırsınız?

“İstedad Sərgisi” layihəsi əmək bazarında təcrübə qazanmış, öz sahəsində bilik və bacarıqlarını təqdim etməyə hazır olan peşəkar şəxslər üçün nəzərdə tutulub.

💼 Əgər müvafiq sahə üzrə iş təcrübəsinə maliksinizsə, bu layihə sizə:
✅ İşəgötürənlərlə birbaşa görüşmək;
✅ Peşəkar bacarıqlarınızı təqdim etmək;
✅ Yeni iş imkanları əldə etmək imkanı yaradacaq.

🔗 Qeydiyyat: https://lnkd.in/ddti4-kb
AzTU-da beynəlxalq əməkdaşlıq və mübadilə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

🔗 https://aztu.edu.az/announcement/aztu-da-beynelxalq-emekdasliq-ve-mubadile-uzre-mutexessis-vezifesine-vakansiya-elan-olunur-398545
Əziz tələbələr!
İyun ayının təqaüdü köçürüldü.
Xeyirli olsun!
💡 Bunu bilirdin?
🎓 AzTU ilə Almaniyanın Brandenburq Texniki Universiteti magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirir.
🇦🇿🤝🇩🇪 Bu proqramı uğurla başa vurduqda həm AzTU-nun, həm də tərəfdaş Almaniya universitetinin diplomunu əldə etmək imkanı qazanırsan.
🌍 Beynəlxalq təhsil təcrübəsi, yeni akademik mühit və qlobal karyera imkanları üçün uğurlu seçim!
💡 Bunu bilirdin?

✅Azərbaycan Texniki Universiteti (AzTU) və İsrailin Bar-İlan Universiteti arasında nanoelektronika ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir.

🎓 Bu proqram sənə nə verəcək?

📜 İki universitetin diplomu – proqramı uğurla tamamlayaraq həm AzTU-nun, həm də tərəfdaş universitetin diplomunu əldə etmək imkanı.

🔬 Müasir bilik və bacarıqlar – nanoelektronika və çip dizaynı sahəsində yeni texnologiyalarla tanış olmaq və peşəkar inkişaf imkanı.

🌍 Beynəlxalq təcrübə – qlobal akademik mühitdə inkişaf etmək və gələcək karyera imkanlarını genişləndirmək.

✨ Gələcəyinə sərmayə qoymaq və beynəlxalq imkanlardan yararlanmaq üçün doğru seçim!
🎓 Ali təhsil sahəsində beynəlxalq əlaqələr və tələbə qəbulu üzrə təcrübəniz var?

🌍 İngilis, türk və rus dillərində sərbəst ünsiyyət qura bilirsiniz?

🚀 O zaman bu fürsəti qaçırmayın!

📢 Azərbaycan Texniki Universitetində (AzTU) əcnəbi tələbələrin qəbulu üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

🌟 Beynəlxalq təhsil mühitində fəaliyyət göstərmək və AzTU-nun xarici əlaqələrinin inkişafına töhfə vermək istəyən peşəkar namizədləri komandamıza qoşulmağa dəvət edirik!

🔗 Ətraflı məlumat üçün: https://aztu.edu.az/az/announcement/aztu-da-ecnebi-telebelerin-qebulu-uzre-bas-mutexessis-vezifesine-vakansiya-elan-olunur-620990
📢 AzTU SABAH qrupları üzrə proqram rəhbəri vəzifəsinə işə qəbul elan edir.

💼 Akademik idarəetmə sahəsində təcrübəsi olan, tədris prosesinin inkişafına və keyfiyyətinin artırılmasına töhfə vermək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

🔗https://aztu.edu.az/az/announcement/aztu-da-sabah-qruplari-uzre-proqram-rehberi-vezifesine-vakansiya-elan-olunur-398339
💡Bunu bilirdin?

🎓AzTU-nun MBA Proqramı yeni biliklər qazanmaq, 🤝 peşəkar əlaqələr qurmaq və 📈 müasir idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar təqdim edir.

🚀Karyeranda növbəti mərhələyə yüksəlmək istəyirsənsə, AzTU MBA Proqramı doğru seçimdir!
💡 Bunu bilirdin?

🛡️ AzTU-da magistratura səviyyəsində müdafiə sənayesi istiqaməti üzrə tədris həyata keçirilir.

🎓 Proqram çərçivəsində tələbələr müdafiə sənayesində müasir yanaşmalar, qabaqcıl texnologiyalar və innovativ həllər üzrə bilik və bacarıqlar əldə edirlər.

🔬 Tədris prosesi praktiki biliklər və sənayenin aktual ehtiyacları nəzərə alınmaqla təşkil olunur.
🎓✨ Qardaş universitetlərin tarixində bir ilk!

🇦🇿🤝🇹🇷 Türkiyədə Azərbaycan Texniki Universiteti ilə Ankara Universitetinin ilk ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib.

📚💻 İki nüfuzlu universitetin birgə həyata keçirdiyi bu proqram çərçivəsində tələbələr beynəlxalq standartlar səviyyəsində təhsil alaraq həm AzTU-nun, həm də Ankara Universitetinin diplomuna sahib olublar.

🌍🚀 Bu tarixi nailiyyət Azərbaycan–Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın, gənclərin inkişafına yönəlmiş uğurlu təşəbbüslərin daha bir nümunəsidir.

🔗 https://aztu.edu.az/az/news/aztu-ile-ankara-universitetinin-ilk-ikili-diplom-proqraminin-ilk-mezun-buraxilisi-olub-836609