Azərbaycan Texniki Universiteti
3.95K subscribers
1.64K photos
59 videos
5 files
584 links
🏛Azərbaycan Texniki Universitetinin rəsmi telegram kanalı
💻www.aztu.edu.az
☎️(012)5383383
📧metbuat@aztu.edu.az
📍H.Cavid prospekti 25, AZ 1073
Download Telegram
AzTU tələbələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən mükafatlandırılıb

🔗https://aztu.edu.az/az/news/aztu-telebeleri-xususi-rabite-ve-informasiya-tehlukesizliyi-dovlet-xidmeti-terefinden-mukafatlandirilib-8808
Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində faliyyət göstərən “InTech Academy” AzTU tələbələri üçün robototexnika dərslərinə 15% endirim təklif edir.
Bu fürsətdən faydalanmaq üçün qeydiyyatdan keçməyiniz tələb olunur.  
Qeydiyyat linki: https://forms.gle/iTf3SuytRHJjdpYx7
AzTU-da Qiymətləndirmə və inkişaf sektoruna rəhbər vəzifəsinə vakansiya elan edilir

🔗https://aztu.edu.az/az/announcement/aztu-da-qiymetlendirme-ve-inkisaf-sektoruna-rehber-vezifesine-vakansiya-elan-edilir-460
AzTU-da dərs cədvəlinin qurulması və auditoriyaların idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

🔗https://aztu.edu.az/az/announcement/aztu-da-ders-cedvelinin-qurulmasi-ve-auditoriyalarin-idare-edilmesi-uzre-mutexessis-vezifesine-vakansiya-elan-olunur-470
AzTU-da dövlət nümunəli sənəd mütəxəssisi vəzifəsinə vakansiya elan edilir

🔗https://aztu.edu.az/az/announcement/aztu-da-dovlet-numuneli-sened-mutexessisi-vezifesine-vakansiya-elan-edilir-468
AzTU-da Tədris şöbəsinə tədris koordinatoru vəzifəsinə vakansiya elan olunur

🔗https://aztu.edu.az/az/announcement/aztu-da-tedris-sobesine-tedris-koordinatoru-vezifesine-vakansiya-elan-olunur-467
Qürurla anırıq!
Təhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

🔗https://aztu.edu.az/az/announcement/tehlil-ve-risklerin-idare-edilmesi-mutexessisi-vezifesine-vakansiya-elan-olunur-473
#ishvar
AzTU-nun Mətbuat xidmətinə dizayn və multimedia mütəxəssisi vəzifəsinə vakansiya elan olunur
🔗https://www.aztu.edu.az/az/announcements
GOSB Texnopark, Azərbaycan Texniki Universiteti və MÜSİAD Azərbaycan İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sahibkarlıq Ekosistemi və Texnoparklar” mövzusunda seminar təşkil olunacaq.

Seminar GOSB Texnoparkın baş direktoru Prof. Dr. Murat Çembercinin təqdimatında keçiriləcək. Təqdimatda texnoparkların əhəmiyyəti, sahibkarlıq ekosisteminə faydaları və universitet-iş dünyası əməkdaşlığının perspektivləri müzakirə olunacaq.

Sizi seminarda iştirak etməyə dəvət edirik.
Yerlər məhduddur.
Qeydiyyat üçün əlaqə nömrəsi: +994507009535
Əziz tələbələr!

Hava şəraiti ilə əlaqədar olaraq
24.02.2025-ci il tarixində bütün dərslər onlayn formatda həyata keçiriləcək!
"Bir Könüllü" Tələbə Təşkilatı və "Pathtomath" Tələbə Riyaziyyatçılar Klubunun birgə təşəbbüsü ilə 24-29 mart 2025-ci il tarixlərində Quba rayonunda tələbələrin riyaziyyat üzrə yaz düşərgəsi - “MathCamp 2025” təşkil ediləcək.

✅Düşərgədə riyaziyyat, fizika və əlaqəli ixtisaslarda bakalavriat səviyyəsi üzrə III və IV kursda, eləcə də magistratura, doktorantura səviyyəsində təhsil alan tələbələr, məzunlar və gənc mütəxəssislər iştirak üçün müraciət edə bilərlər.

📍Qeydiyyat üçün keçid: https://forms.gle/gk99Hn12FjCWsj3U9

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21898-1
*İT və proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi keçiriləcək*

“Bir Könüllü” Tələbə Təşkilatı, “EESTEC JLC Baku” və “IAAS” təşkilatlarının birgə təşəbbüsü ilə 24-29 mart tarixlərində Qubada tələbələr üçün İT və proqramlaşdırma üzrə yaz düşərgəsi təşkil ediləcək.

Düşərgənin keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarının artırılması, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir.

Düşərgə proqramlaşdırma dilləri (PHP, Python, Java, Javascript) və sistem inzibatçılığı istiqamətləri üzrə keçiriləcək.

Düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsi üzrə təhsil alanlar və məzunlar iştirak edə bilərlər.

Müraciət zamanı namizədlər proqramlaşdırma və sistem inzibatçılığı sahələrindən birini seçməlidirlər.

Düşərgə iştirakçıları developer və sistem administratoru istiqamətlərində keçiriləcək ilkin imtahan əsasında seçiləcək.
Daha ətraflı məlumat və qeydiyyat üçün link: https://forms.gle/fnPU8AxaQcZ41CkPA

Qeydiyyat prosesi 9 mart tarixinədək davam edəcək.
🔔 "4Sİ Akademiyası" çərçivəsində Milli Proqrama qeydiyyat üçün çox az vaxt qaldı!

☝️Proqram istifadəçilərinə Coursera platformasında 8️⃣0️⃣0️⃣0️⃣kurs, 6️⃣həftə ərzində ödənişsiz təqdim olunacaq.

Qeydiyyatı qaçırmamaq üçün sizə təqdim olunan sosial media hesablarını izləməyiniz xahiş olunur:

Linkedin: https://www.linkedin.com/showcase/4si-akademiyasi-4ir-academy/?viewAsMember=true

Instagram: https://www.instagram.com/4si_akademiyasi/
🔈I və II kurs tələbələrinin nəzərinə!

Azərbaycan Texniki Universitetində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı ilə "Kibertəhlükəsizlik üzrə maarifləndirmə" mövzusunda tədbir keçiriləcək.

Tarix: 12.03.2025
Saat: 11:00
Məkan: AzTU, böyük akt zalı