AZXEBER.COM
✔
22.3K subscribers
20.6K photos
8.02K videos
3 files
13.9K links
Azxeber.com informasiya portalının rəsmi telegram kanalı

https://www.azxeber.com/
Download Telegram
‼️Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir.

Türkiyəli nazir Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb.
❗️ İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib.
❗️ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib

Qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, Kral Azərbaycanla münasibətlərə böyük önəm verir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bəhreyn Kralına çatdırmağı xahiş etdi.
‼️Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Baş nazirin müavini Şahin Mustafayev qarşılayıb.
❗️ Prezident İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib və Azərbaycanın buna dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladıb

Dövlət başçısı bu barədə Çinin xarici işlər naziri Vanq Yini qəbul edərkən bildirib.

Orta Dəhlizin dinamik inkişaf etdiyini deyən dövlət başçısı bu xüsusda Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.
❗️ Çinin xarici işlər naziri Vanq Yi Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb

O bu barədə Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı bildirib.

Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib, Azərbaycanın beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğulayıb.

Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu və dinamik inkişafını qeyd edib, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər.
❗️ İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb.