AZXEBER.COM
✔
22.4K subscribers
20.6K photos
8.01K videos
3 files
13.9K links
Azxeber.com informasiya portalının rəsmi telegram kanalı

https://www.azxeber.com/
Download Telegram
🇦🇿 Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

✍🏻 Müstəqilliyin Bərpası Günü Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 15-də təsdiqlədiyi “Müstəqillik Günü haqqında” yeni Qanuna əsasən qeyd edilir.

35 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edilib. Bununla da xalqımızın azadlıq arzusu reallığa çevrilib.

🇦🇿Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında qürurla dalğalanır.

✊Yaşasın müstəqil Azərbaycan!
🇦🇿 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷Fransada Limoj Şəhər Bələdiyyəsinin qülləsi yanğın nəticəsində uçdu.

Onun 143 illik tarixi var idi.
👏1
🇹🇷🇦🇿 Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

🤝 APA xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı “X” hesabında paylaşım edib.

💬 “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!”, – paylaşımda bildirilib.
👏1
‼️Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.
‼️Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib