Baku TV
✔
26K subscribers
53.8K photos
20.2K videos
12 files
29.6K links
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Download Telegram
‼️Firuzə İbadova: “Çox sevdiyim adam mənə baş çəkmədi”

"Arzunun vaxtı" verilişini bu gün saat 20:30-da Baku TV-nin "Youtube" kanalında izləyə bilərsiniz.

@bakutvxeber
👍1
‼️Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

@bakutvxeber
👍3
‼️ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır

@bakutvxeber
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Təhlükəsizlik qaydalarının pozulması bir gündə iki gəncin həyatına son qoydu

@bakutvxeber
😱4👍2
‼️Novxanı sakinləri problemlərlə üz-üzə | Əhali çətinlik içində qalıb - Baku TV CANLI

🎥🎥🎥 https://youtu.be/ZOTEb3KiHF4

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
‼️Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

@bakutvxeber
👍1
‼️Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"

Bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:

"Bütün 211 ölkə dəvət olunmuşdu, onlardan 189-u Bakıya gələrək yarışda iştirak etmək qərarına gəldi. Onların hamısı unudulmaz anlar yaşadılar. Futbol hər kəs üçündür. Bütün istedadlar dünya çempionatında oynaya bilməlidir. Ölkənin böyük və ya kiçik, varlı və ya kasıb, uzaq və ya yaxın olması vacib deyil. Hər kəs bu şansa layiqdir".

@bakutvxeber
👍3😁1
⚡️ Zəfər Günü münasibətilə Bakıda bayram konserti keçiriləcək

▪️ Noyabrın 8-də Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında bayram konserti təşkil olunacaq.

▪️ Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək konsertdə Azərbaycanın tanınmış müğənniləri və rəqs kollektivləri çıxış edəcəklər.

🎆 Gecənin sonunda atəşfəşanlıq olacaq.

@bakutvxeber
👍5
⚠️ Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir.

Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdirə bilər. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək və söyləmədiyi sözləri onun adından səsləndirmək də mümkündür. Buna görə belə materiallara münasibət bildirərkən və onları paylaşarkən mənbəni yoxlamaq vacibdir.

Baku TV Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını oxucuların diqqətinə çatdırır:
- X (Twitter): (https://twitter.com/azpresident)
- Instagram: (https://www.instagram.com/presidentaz/)
- Facebook: (https://www.facebook.com/PresidentIlhamAliyev)
- Youtube: (https://www.youtube.com/@presidentaz)
Bu hesabların hər birinə keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində - "president.az" saytında yerləşdirilib. Həmin sayta daxil olaraq rəsmi hesablara birbaşa keçmək mümkündür.
Hesabın Prezidentin adını daşıması, profilində onun şəklinin olması və çoxsaylı izləyici toplaması oradakı paylaşımların etibarlılığını təsdiqləmir.

Oxucuları dövlət başçısının fəaliyyəti barədə məlumatları president.az saytından və orada göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq. Xüsusilə vurğulayırıq ki, Prezident İlham Əliyevin "TikTok" platformasında rəsmi hesabı yoxdur.

Paylaşmazdan əvvəl yoxlayın. Rəsmi mənbəyə istinad edin.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3❤1😁1
📺 "Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

Video linki: https://youtu.be/WqaCZVWzpfk

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
🔴 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

ƏTRAFLI BURADA

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤1😁1
🌫 Sabah magistral yollarda duman olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

🗓 Noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500–1000 metrədək məhdudlaşacağı gözlənilir.

Sürücülərə yollarda ehtiyatlı olmaları tövsiyə olunur.

@bakutvxeber
👍2
🗓 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günüdür

Hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il oktyabrın 9-da imzaladığı Fərmanla təsis edilib.

Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olmaqla, ərzaq təhlükəsizliyinin təmin edilməsində, regionların inkişafında və əhalinin məşğulluğunda xüsusi rol oynayır.

Azərbaycanın qədim əkinçilik və heyvandarlıq ənənələri var. Ölkədə taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq, meyvəçilik və tərəvəzçilik aqrar sektorun əsas istiqamətlərindəndir.

Son illər kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin yenilənməsi, fermerlərə dövlət dəstəyinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində tədbirlər həyata keçirilir.

Bu gün kənd təsərrüfatının inkişafına töhfə verən fermerlərin, torpaq mülkiyyətçilərinin, aqronomların və digər sahə əməkdaşlarının əməyinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

@bakutvxeber
👍4❤1👏1
🗓 Bu gün Xalq artisti Elmira Şabanovanın 86 yaşı tamam olur

Azərbaycanın tanınmış teatr və kino aktrisası Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda ziyalı ailəsində anadan olub.

1958–1962-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1969-cu ildə isə həmin institutun rejissorluq fakültəsini bitirib.

Elmira Şabanova 1962–1997-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim və dosent kimi fəaliyyət göstərib. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan aktrisa 1977-ci ildən etibarən yenidən kino sənətinə qayıdıb.

O, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-a yaxın bədii filmdə çəkilib. Aktrisa “Qəm pəncərəsi” filmində Həmidə xanım, “Təhminə”də Aliyə, “Fəryad”da İsmayılın anası, “Ötən ilin son gecəsi”ndə Həmidə və digər yaddaqalan obrazları canlandırıb.

Elmira Şabanova Azərbaycan kino sənətində əsasən ana obrazları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun yaratdığı obrazlar səmimiliyi və təbiiliyi ilə seçilir.

Aktrisa 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2003-cü ildə Prezident mükafatına layiq görülüb.

Elmira Şabanova Azərbaycan teatr və kino sənətinin inkişafına verdiyi töhfələrlə yadda qalıb.

@bakutvxeber
👍5❤1
🗓 Bu gün Əməkdar rəssam Rais Rəsulzadənin 80 yaşı tamam olur

Azərbaycanın tanınmış rəssamı, Əməkdar rəssam Rais Azər oğlu Rəsulzadə 1946-cı il noyabrın 1-də Qazaxıstanda anadan olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.

Rais Rəsulzadə 1965-ci ildə Bakıya gələrək Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub və 1969-cu ildə həmin təhsil müəssisəsini bitirib. Hərbi xidmətdən sonra, 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsində təhsil alıb.

1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar müxtəlif janrlarda əsərlər yaradıb. Onun yaradıcılığında portret, natürmort və kompozisiyalarla yanaşı, Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən mənzərələr də xüsusi yer tutur.
Rais Rəsulzadənin əsərləri Kuba, Əfqanıstan, Polşa, ABŞ və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib. O, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub.

Rais Rəsulzadə 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb. 2022-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.

Sənətkarın yaradıcılığı Azərbaycan təsviri sənətinin inkişafına verdiyi töhfələrlə yadda qalır.

@bakutvxeber
👍4
🔴Tramp ABŞ-nin İranın nüvə obyektlərinə yeni zərbələr endirməsini istisna etməyib

"Biz onların silahlarının, demək olar, hamısını məhv etmişik. Biz bir çox istehsal güclərini sıradan çıxarmışıq. Biz onların nüvə potensialını məhv etmişik. Qarşıda hələ bir və ya iki obyektlə məşğul olmalıyıq, lakin biz bunu 10 dəqiqə ərzində edə bilərik", - Tramp bildirib.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
🔴Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Bakı-Qazax yolunda xurma dolu yük maşını aşıb

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢5👍1🥱1🤣1