Baku TV
✔
26K subscribers
53.7K photos
20.2K videos
12 files
29.6K links
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Download Telegram
💬 Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤2
💬 Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Fərmana əsasən, Agentliyin Əsasnaməsi və strukturu təsdiq edilib.

Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib. Agentliyin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" büdcə təşkilatı yaradılacaq.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4🤡1
🇦🇿🇧🇬 İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:
"Hörmətli xanım Prezident,
Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Bolqarıstan dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".


@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3🤡1
🚧 Qobustan körpüsündə hərəkət məhdudlaşdırılacaq

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

🗓 Noyabrın 4-də Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsinin yenidən qurulması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

▪️ Məhdudiyyətlə əlaqədar 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

▪️ Avtobusların hərəkəti avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil olunacaq.

@bakutvxeber
👍3
🔴 "Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

🎥🎥🎥: https://youtube.com/live/-fRKQOqFFxs

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2❤1
❗️ Gizli qalan cinayətlərin izi ilə...

"KRİMİNAL"
verilişini hər həftənin 5-ci günü saat 22:00-da Baku TV-nin "Youtube" kanalında izləyə bilərsiniz.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
📺 “Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Video linki: https://youtu.be/ONULf0RnpMA

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
⛔️ Sabah Bakının iki rayonunda qaz olmayacaq

Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

🗓 Noyabrın 4-də saat 10:00-dan magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatı işlər yekunlaşanadək müvəqqəti dayandırılacaq.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2👎1
📺 Soyuq havalarda evdəki təhlükə: Qaz cihazlarına diqqət!

Bu və digər mövzular noyabrın 4-ü saat 08:00-da Baku TV-nin efirində yayımlanacaq "YENİ BİR SƏHƏR" verilişində müzakirə olunacaq.

@bakutvxeber
👍3❤2🤔1
💬 Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Video linki: https://youtu.be/Qg8kiaVM-aU

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
💬 Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

🎥🎥🎥: https://youtube.com/live/TAfwbEjlt7w

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
💡 Bakının üç rayonunda və Abşeronda işıq kəsiləcək

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

🗓 Noyabrın 4-də təmir və yenidənqurma işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

📍 Yasamal rayonu (10:00–13:00):
▪️ Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, İbrahim Əbilov, Murtuza Muxtarov və Zərgərpalan küçələri,
▪️ Birinci Alatava yaşayış massivinin bir hissəsi.

📍 Nizami rayonu (10:00–14:00):
▪️ Tofiq Abbasov küçəsi, 15 ünvanı.

📍 Binəqədi rayonu (10:00–16:00):
▪️ Sulutəpə qəsəbəsinin bəzi əraziləri.

📍 Abşeron rayonu:
▪️ 10:00–14:00: “Masazır” yarımstansiyasından çıxan hava xəttində təmir işləri ilə əlaqədar Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Cəfər Cabbarlı, Əliağa Vahid, Afiq Əbdülhüseynov, Nazim Həsənov və Hamlet Həşimov küçələrinin müəyyən əraziləri,
▪️ 12:00–15:00: “Qobu” hava xəttindən qidalanan transformator məntəqələrində aparılacaq təmir işləri ilə əlaqədar Qobu qəsəbəsinin bir hissəsi.

Qeyd edək ki, işlər elektrik enerjisinin keyfiyyətinin artırılması və artan tələbatın qarşılanması məqsədi daşıyır.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎1
‼️Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur

ABŞ Prezidenti Donald Tramp bu barədə "Financial Times" qəzetinə telefonla müsahibəsində bildirib.

O, İranla bağlı hazırkı vəziyyətdən məmnun olduğunu qeyd edib.

"Görünür, istədiyimiz hər şeyi əldə edirik", - Tramp bildirib və əlavə edib ki, ABŞ ilə İran arasında danışıqlar davam edir.

İsrailin Tehranın mümkün hücumu ilə bağlı açıqlamaları ilə bağlı suala cavab olaraq Tramp belə cavab verib: "Hazıram, hazırıq. Lazım gəlsə, döyüşməyə hazırıq, amma bunun üçün səbəb olmaya bilər".

@bakutvxeber
👌2👍1
‼️Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR

CANLI: https://youtu.be/KKmM856Bhu0

@bakutvxeber
👍1👌1
‼️⚠️Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı–Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında bu gün saat 12:00-dan etibarən 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq.

Təmizlik işləri ilə əlaqədar avtomobil yolunun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1👍1
❗️ BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Müraciətdə deyilir:

Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb.

Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə azaldır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.

Odur ki, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik.


@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1
💬 Azərbaycan parlamenti gələn ilin dövlət büdcəsini müzakirə edir

Gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍2👏1
‼️Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Sənədə əsasən, xərclərin 9 milyard 220,5 milyon manatının DSMF-nin gəlirlərinin, 52 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.

@bakutvxeber
❤2👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️Sükan arxasında yuxulayan sürücü ana və körpəsini vurdu

@bakutvxeber
😱3👍2😢2
🇦🇿 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5🤡1