Baku TV
✔
26K subscribers
53.7K photos
20.2K videos
12 files
29.6K links
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
📺 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

Noyabrın 6-sı Azərbaycanda televiziya və radio işçilərinin peşə bayramı – Azərbaycan Televiziyası və Radiosu Günü kimi qeyd olunur.

1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub. Bununla da ölkənin teleradio tarixində yeni mərhələnin təməli atılıb.

Bakı Televiziya Studiyası isə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk yayımda Nəcibə Məlikova tamaşaçıları “Göstərir Bakı” sözləri ilə salamlayıb. Həmin gün ekranda “Bəxtiyar” filmi də nümayiş etdirilib.

Ötən illər ərzində Azərbaycan teleradiosu milli-mənəvi dəyərlərin qorunması, ictimai fikrin formalaşması və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb.

Bu gün televiziya və radio sahəsi rəqəmsal texnologiyaların tətbiqi ilə inkişafını davam etdirir.

Bütün televiziya və radio əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik!

@bakutvxeber
👍4👏1
🚇 Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramıdır

Noyabrın 6-sı Azərbaycanda Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bakı metrosu 1967-ci il noyabrın 6-da istifadəyə verilib. İlk qatarın hərəkətə başlaması paytaxtın nəqliyyat tarixində mühüm hadisə olub.

İllər ərzində metro Bakı şəhərinin əsas ictimai nəqliyyat vasitələrindən birinə çevrilib. Memarlıq üslubu ilə seçilən stansiyaları və sərnişinlərə göstərilən xidmətlə paytaxtın simvollarından biri kimi tanınıb.

Bütün metropoliten işçilərini peşə bayramı münasibətilə təbrik edirik!

@bakutvxeber
👍5👏1
❗️Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib

"Baku TV" "TRT Haber"ə istinadən xəbər verir ki, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinərək məhkəməyə göndərilib.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

İş üzrə İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömer Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Məhkəmənin qərarına əsasən, onların hər ikisi mütəmadi olaraq imza atmalı və ölkədən çıxmamalıdır.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1😱1
‼️Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

CANLI: https://youtu.be/XZquVLbwMM0

@bakutvxeber
👍1
‼️Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

@bakutvxeber
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❄️Xınalıq kəndinə 15 santimetr qar yağıb

@bakutvxeber
👍4❤1
🇫🇷Fransada noyabrın 5-də keçirilən kütləvi etiraz aksiyaları zamanı 448 nəfər saxlanılıb

Bu barədə Fransanın Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında bildirilib.

Məlumata görə, bəzi yerlərdə iğtişaşlarla müşayiət olunan etirazlar zamanı 53 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Axşama doğru etiraz yürüşlərinin əksəriyyəti ciddi insident olmadan başa çatıb, lakin Renn, Marsel, Nant, Lion, Bordo və Strasburq da daxil olmaqla, bir sıra şəhərlərdə radikal əhval-ruhiyyəli qrupların iştirakı ilə toqquşmalar baş verib. DİN-in məlumatına görə, iğtişaş iştirakçıları polislərə müxtəlif əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1😱1
❗️ Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Noyabrın 8-i saat 16:00-dan 18:00-dək hərbi orkestrlər aşağıda göstərilən ünvanlarda nümunəvi çıxışlar edəcəklər:
- Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);
- Filarmoniya parkı;
- Fəvvarələr meydanı;
- Koroğlu parkı;
- Sahil parkı;
- Zabitlər parkında.

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1👏1
‼️Azərbaycanda taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi modeli tətbiq olunacaq

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, taksi xidmətləri sahəsində vergi inzibatçılığının yenidən qurulması nəzərdə tutulur:
"Bildiyiniz kimi, hazırda vergi ödənişi fərqlənmə nişanının əldə edilməsi formasında aparılır və sürücünün gəlirinin həcmindən asılı olmayaraq, sabit qaydada 18 manat məbləğində vergi tutulur. Yeni təklif isə daha ədalətli, gəlirə əsaslanan vergitutma modelinin tətbiqini ehtiva edir. Bu modelə əsasən, operatorlar vasitəsilə verginin ödəniş mənbəyində tutulması mexanizmi sayəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin üzərindəki inzibati yük aradan qaldırılacaq. Eyni zamanda, onların əldə etdikləri gəlirlərdən dövlət büdcəsinə ödənilməli olan vergi 1 % dərəcəsi əsasında hesablanacaq".

@bakutvxeber
👍2❤1
⛈Sabah yağış yağacaq, şimşək çaxacaq

@bakutvxeber
👍1
🔴 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1👍1
💬 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2❤1
‼️“Xərçəng xəstəliyi yoldaşımı qoca insana çevirmişdi...”

"O VAXTLAR" verilişini bu gün saat 20:30-da Baku TV-nin "Youtube" kanalında izləyə bilərsiniz.

@bakutvxeber
👍1
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

🎥🎥🎥 https://www.youtube.com/watch?v=6sDBaAVvAwI

@bakutvxeber
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
‼️Birlikdə yaşadığı kişini öldürdü - "Nə qələt eləmisən?"

"KRİMİNAL" verilişini bu gün saat 22:00-da Baku TV-nin "Youtube" kanalında izləyə bilərsiniz.

@bakutvxeber
👍1