Azərbaycan dili-Məmmədova Günay
12.6K subscribers
979 photos
152 videos
192 files
754 links
#Kitabça TM
Azərbaycan dilindən yüksək nəticə göstərmək istəyirsənsə, bizə qoşul
AZƏRBAYCAN DİLİ
📚MİQ
📚Abituriyent hazırlığı
📚Liseylərə hazırlıq
📚Təkmilləşdirmə dərsləri
📚Dövlət qulluğuna hazırlıq
📚Quizlər
📚Yarışmalar
📚Ödənişsiz dərslər
Download Telegram
99 faiz abituriyent bu qeydi bilmir.
◻️*Qeyd:*◻️
💡Saysız və hesabız sözləri ayrılıqda sifətdir. Lakin defislə yazılsa, qeyri-müəyyən miqdar sayı olur.
Məs: Saysız fayda ( sifət
Hesabız məsələ (sifət)
Saysız-hesabsız nemətlər (qeyri- müəyyən miqdar sayı?
Bəyəndinsə, kanalımızı paylaş, daha çox məlumatlar gəlsin🥰

https://whatsapp.com/channel/0029VaDBYpYK0IBm1d2SKa0O
❤5👍1
🆘 Çox insan bu qeydi bilmir. 🆘 Paxıl olma, dostlarınla bölüş.
Çox sözü 3 nitq hissəsi olur.
✅1. Ədat - Sifətin əvvəlində gələrsə, ədat olur. Çox gözəl
*Diqqət*: Çox igid ifadəsində çox sözü saydır. Mənaya da diqqət etmək lazımdır.
✅2. Qeyri- müəyyən miqdar sayı. İsmə aid olarsa, saydır. Çox insan.
✅3. Zərf - feilə aid olarsa, zərfdir. Çox danışma.
👍4❤2🔥2
Salammmm.
Qeyd:
⚪Bir, bircə ədatın bir neçə məna növündə rast gəlinə bilər.
1. Qüvvətləndirici
2. Məhdudlaşdırıcı
3. Arzu.
Bilirdiniz? 🥰

https://whatsapp.com/channel/0029VaDBYpYK0IBm1d2SKa0O
👍3❤2🐳1
🔴*Əvəzlik*🔴
Əsas nitq hissələrini əvəz edən sözlərə *əvəzlik* deyilir.
💠 Əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətlərini daşıyır.
💠Hansı nitq hissəsinin sualına cavab verirsə, həmin nitq hissəsini əvəz edir. Məndən – kimdən? (ismi).
💠Əvəzliyin özünəməxsus qrammatik şəkilçisi yoxdur.
💠Əvəzliyin özünəməxsus ümumi qrammatik mənası yoxdur.
💠Əvəzlik əvəz etdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini daşıya bilmir.
💠Əvəzlik bütün cümlə üzvləri vəzifəsində çıxış edə bilir.

Hazırladı: Məmmədova Günay
👍2❤1❤‍🔥1
Sayla bağlı qeydlər:
🔅Sayın özünəməxsus qrammatik şəkilçisi yoxdur.
🔅Saylar milli mənşəlidir (istisna: sıfır, həşdat, milyon, milyard, trilyon).
🔅Omonim saylar: bir (say, zərf), az (say, feil), qırx (say, feil), əlli (say, sifət), min (say, feil), səksən (say,
feil), çox (say, ədat).
🔅Az, çox, xeyli sözləri say və zərf kimi işləndikdə omonim hesab olunmur.
🔅Saylar eyni zamanda həm mənsubiyyət, həm də digər qrammatik şəkilçilər (hal, xəbərlik) qəbul edə
bilər. Bu zaman rəqəmlə ifadə olunan saydan sonra mənsubiyyət şəkilçisi yazılmır: ayın 13-də
(səhvdir: ayın 13-ündə), noyabrın 3-də və s.

Hazırladı: Məmmədova Günay
❤5🍓1
II ŞƏXSİN MƏNSUBİYYƏT ŞƏKİLÇİSİ VƏ YİYƏLİK HAL ŞƏKİLÇİSİNİN FƏRQLƏNDİRİLMƏSİ📍
⚠️-ın⁴ şəkilçisi həm yiyəlik halın, həm də II şəxsin təkinin mənsubiyyət şəkilçisi kimi işlənə bilir.
🌀Bunları fərqləndirmək üçün aşağıdakı məqamlara diqqət etmək lazımdır.
☑️Yiyəlik hal şəkilçisi qəbul etmiş isim özündən sonra mənsubiyyət şəkilçili ikinci bir isim tələb edir:
evin (yiyəlik hal) qapısı(mənsubiyyət)
sənin (yiyəlik hal) evin (mənsubiyyət)
☑️II şəxsin təkində olan mənsubiyyət şəkilçili sözün əvvəlinə öz, sənin əvəzliklərini artırmaq olur,
lakin yiyəlik halda ola sözə bunu tətbiq etmək olmur. Məs: Dəftərin evdə qalıb cümləsində dəftərin
sözünün əvvəlinə həm öz, həm də sənin əvəzliyini artırdıqda məna pozulmur, 🟥Demək ki, mənsubiyyət şəkilçilidir: Məs: Öz dəftərin evdə qalıb; sənin dəftərin evdə qalıb.
🔴Eyni məntiqi Onun arzusu oxumaqdır cümləsinə tətbiq edək: Öz onun arzusu oxumaqdır; Sənin
onun arzusu oxumaqdır. Burada isə məzmunsuzluq əmələ gəldi, demək ki, hal şəkilçisidir.
🔸Yiyəlik hal şəkilçisi qəbul etmiş isim özündən sonra mənsubiyyət şəkilçili ikinci bir isim tələb edir:
evin (yiyəlik hal) qapısı(mənsubiyyət)
sənin (yiyəlik hal) evin (mənsubiyyət)
▫️Yiyəlik hal şəkilçisi qəbul etmiş isimi hallandırmaq olmur.Məs: səninə, sənindən və s. alınmadı.
▪️Mənsubiyyət şəkilçisi qəbul etmiş ismi hallandırmaq olur: Məs: sənin evinə, sənin evində və s
❤5🍓1
🎀Qeyd🎀
▫️ kömbə
▫️ hambal
▫️ pambıq
▫️ lampa
▫️ ambulans
▫️ ambisiya
▫️ embarqo
▫️ emblem
▫️ lampa
▫️ qumbara
▫️ simfoniya
▫️ ansambl
▫️ kompas
▫️ kompot
▫️ peyğəmbər
▫️ bomba
▫️ kombinat
▫️ amper
və s. kimi sözlər "m" ilə yazılır.

Hazırladı: Məmmədova Günay
❤6👍3🍓1
Omonimlərə aid qeydlər:
🔷Bir-biri ilə mənaca əlaqəsi olmayan sözlərdən ibarətdir:

şam – 1. axşam; 2. ağac
🔷Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid
ola bilər: mürəkkəb (isim) - mürəkkəb (sifət), alışmaq – 1. öyrəşmək (feil) 2. yanmaq (feil)
🔷Omonimin tərəflərini təşkil edən sözlər quruluşca düzəltmə də ola bilər: yara - əlimdə yara (düzəltmə) var; xalqın işinə yara (sadə)

https://whatsapp.com/channel/0029VaDBYpYK0IBm1d2SKa0O/354
❤4❤‍🔥2🍓1
Bitişdirici samit nədir və nə zaman istifadə olunur❓
❤5🏆3
Azərbaycan dili-Məmmədova Günay
Bitişdirici samit nədir və nə zaman istifadə olunur❓
Media is too big
VIEW IN TELEGRAM
Bitişdirici samitlərə aid qısa video izah. Bəyəndinizsə, reaksiya verməyi unutmayın.
❤3🐳2🍓2
Qızıl kimi qeydlərdir e, heç qardaş qardaşa deməz 🥰
Bunları bilməklə təməl biliklərinizi möhkəmləndirin.

Hazırladı: Məmmədova Günay

https://whatsapp.com/channel/0029VaDBYpYK0IBm1d2SKa0O/354
❤4🫡2👍1
Qoşulun, ədəbiyyat müzakirə qrupumuzu yenidən aktiv edək, ədəbiyyata aid bütün vəsaitlər, testlər, izahlar paylaşılacaq
❤1
📍Diqqət📍
İmtahana çox düşən məqamı bilmək istəyirsən❓
📢İmtahanların özəyi olan təsriflənməyən feillərdən biri olan həmin o paxıl feili bağlama.
Öyrənmək üçün ilk növbədə şəkilçilərindən başlayaq. Uğurlar 🥰
Növbəti dərsdə digər təsriflənməyən feillərə toxunacayıq.

Whatsappda da qeydlərə baxmaq istəyirsənsə, kanalıma qoşul: https://whatsapp.com/channel/0029VaDBYpYK0IBm1d2SKa0O
❤5
Bəh-bəh qeydə bax e❤️
❤7👍2❤‍🔥1👏1
Necə oldu, imtahan?
❤2