Birlik Team - Xəbərlər
10.5K subscribers
1.36K photos
78 videos
35 files
883 links
👨🏻‍🎓Abituriyent və Tələbə portalı
🔹Təhsildə olan ən son yenilikləri bizdən öyrənin✔️
🔹Tələbə və Abituriyentlər üçün vəsaitlər burada

📌Birlik Team - @BirlikTeam1

Admin - @BirlikTeamAdmin
Download Telegram
Forwarded from Birlik Team
🌍 Coğrafiyanı asan, sistemli və maraqlı şəkildə öyrənmək istəyənlər üçün əlverişli fürsət!
Qruplar:
✅ 6–8-ci sinif (məktəb proqramı)
✅ 9–10-cu sinif (möhkəmləndirmə + test)
✅ 11-ci sinif (təkrar + DİM sınaqları)
Dərslərdə olacaq:
✔ Mövzuların aydın izahı
✔ Xəritə tapşırıqları
✔ DİM tipli testlər
✔ Sınaqların işlənməsi
✔ Səhvlərin analizi və nəticənin artırılması
Qeyd:Şagirdin inkişafı və nəticəsi barədə mütəmadi olaraq valideynlə əlaqə saxlanılır.

📩 Qeydiyyat və ətraflı məlumat üçün: 070-878-41-38 (Whatsapp)
❤2
Forwarded from Vüsət Əzizov
2025-ci ildə keçirilən “ixtisas seçimində” seçimi zamanı kəsilən ( və ya hansısa təhsil müəssisəsinə qəbul olub,lakin “oxumaqdan imtina edən”) şəxslərin nəzərinə!
Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə təşkil etdiyi aşağıda adları qeyd edilən imtahanlarda iştirak edən namizədlərin (Əvvəlki illərin məzunları) nəzərinə:

✅ 2025-ci il 2 mart tarixində keçirilmiş buraxılış imtahanında iştirak etmiş (2025-ci ildə XI sinfi bitirən) əvvəlki illərin məzunları ;

✅ 2025-ci il 9 mart tarixində keçirilmiş buraxılış imtahanında iştirak etmiş (2025-ci ildə XI sinfi bitirən) əvvəlki illərin məzunları ;

✅ 2025-ci ildə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının birinci mərhələsində (6 aprel 2025-ci
il buraxılış imtahanı) iştirak etmiş əvvəlki illərin məzunları.

Əgər abituriyent 2025-ci ildə yuxarıda qeyd edilən imtahanlarda iştirak edibsə, öz istəyindən asılı olaraq qəbul imtahanının I mərhələsində (2026-cı ilin 19 aprel tarixində) “Buraxılış imtahanı”nda iştirak edə və ya etməyə bilər. 2026-cı ilin 18 fevral-5 mart tarixləri arasında həyata keçiriləcək sənəd qəbulu zamanı abituriyent imtahanda iştirak etmək istəmirsə, “Xeyr,I mərhələ imtahanında iştirak etmək istəmirəm” seçir və bu halda DİM-in sistemi 2026-ci il üçün abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi 2025-ci ildə (2 mart,9 mart və ya 6 aprel imtahan nəticəsi) topladığı buraxılış balını yadda saxlayır (dondurur) və o balı əsas götürür və qüvvədə qalır. Əgər Abituriyent 2026-cı ildə yenidən “Buraxılış imtahanında” iştirak etmək istəsə, bu zaman “Bəli,I mərhələ imtahanında iştirak etmək istəyirəm” seçir və “ixtisas seçimi zamanı” (kodlaşma vaxtı) avtomatik şəkildə DİM-in sistemi 2025-ci və 2026-cı ildəki balları müqayisə edir və ən yüksək nəticəni seçir.

Qeyd edim ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda,yəni 2026-cı ilin 18 fevral-5 mart tarixləri ərzində mütləq online şəkildə şəxsi kabinet vasitəsilə dim.gov.az saytındakı xüsusi başlıqda yerləşdirilmiş “Abituriyentin elektron ərizəsində” müvafiq seçimi etməlidir.
Hər birinizə uğurlar!

Vüsət Əzizov
❤3👍2
Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

Fevralın 20-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək. Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testdə iştirak etmək üçün qeydiyyat 19 fevral saat 15:00-dək davam edəcək.

Gələcəyinizi qurmaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!
👍1
Forwarded from Birlik Team
📢 İngilis dilini daha rahat və effektiv öyrənmək istəyirsən?
🇬🇧 İngilis Dili – English kanalı
✔ Qrammatika izahları
✔ Testlər və quizlər
✔ İmtahanlara hazırlıq
✔ Faydalı söz bazası
✔ Praktik danışıq materialları
👩‍🏫 TESOL sertifikatlı müəllim | DİM qiymətləndirmə üzrə ekspert | Marker müəllim
Dil bacarıqlarını inkişaf etdirmək üçün bizə qoşul 👇
🔗 https://whatsapp.com/channel/0029VbAPbHeK5cDGTr6FLy2s
Paylaş və dostlarını da dəvət et ✨
İstəsən, mətni daha rəsmi, daha səmimi və ya şagird yönümlü formada da dəyişə bilərəm. Hansı üslub olsun?
Forwarded from Vüsət Əzizov
2026/2027-ci tədris ili üçün DİN-in Polis Akademiyasında “hüquqşünaslıq” və “informasiya təhlükəsizliyi” ixtisasları üzrə əyani təhsilə kursantların qəbuluna dair sənədlərin qəbulu 2025-ci il dekabr ayının 15-dən 2026-cı il fevral ayının 22-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin daimi yaşadığı inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir. 
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47.
 
Ətraflı: https://pa.edu.az/?/az/announces/view/57/
Polis olmaq arzusunda olan hər bir abituriyentə uğurlar arzu edirəm!
Bu gün elmdə uğur qazanan, araşdıran və yeniliklərə imza atan bütün qadın və qızların günüdür. Onların bilik və əzmi gələcəyin qurulmasında əhəmiyyətli rola malikdir.
❤4
Forwarded from Birlik Team
❓ Yeni bir peşəyə yiyələnmək yoxsa mənəvi rahatlıq tapmaq istəyirsiniz?
​Biz hər ikisini təklif edirik! Beynəlxalq Tədris və Elmin İnkişafı Akademiyası olaraq sizə geniş spektrli təlimlər, kurslar hazırlamışıq.
​Sizə hansı daha maraqlıdır?
1️⃣ Psixologiya: Ailə terapiyası, Uşaq psixologiyası, Koqnitiv Davranış Terapiyası.
2️⃣ Enerji və Ruh: Parapsixologiya, Bioenergetika, Ekstrasenslik.
3️⃣ Şəxsi İnkişaf: Bədən dili, Ritorika, Liderlik.
​Bütün dərslər peşəkar təlimçilər tərəfindən ONLAYN formatda keçirilir və sonda Rəsmi Sertifikat təqdim olunur.
​Yerinizi indidən rezerv edin! 👇
📱 +994 50 591 86 88
📱 +994 10 717 93 91
❤1
✅️ Dövlət İmtahan Mərkəzi 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.

⏰️ İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

📑 Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

✅ Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

✅️ “İmtahana buraxılış vərəqəsi”ni.

📌 Ətraflı məlumat üçün https://shorturl.at/1NLkB linkinə daxil ola bilərsiniz.

📍İmtahanda iştirak edəcək şəxslərə linkə daxil olub xəbərlə tanış olmağı tövsiyə edirik.

Bütün iştirakçılara uğurlar arzu edirik!
❤3
Məlum olduğu kimi, 15 fevral tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən magistraturaya qəbul imtahanı keçiriləcək. İmtahandan sonra saat 15:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Bakalavrlar suallarını canlı yayım zamanı müvafiq postun altına yaza bilərlər.

https://www.youtube.com/stateexamcenter
❤2
Qeydiyyat martın 5-dək davam edəcək.

Ətraflı məlumat və qeydiyyat üçün  https://shorturl.at/48pV3 linkinə daxil ola bilərsiniz.
❤1
Fevralın 18-də ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu başlanıb. Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər martın 5-dək “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

Ünvanlarla tanış olmaq üçün link https://shorturl.at/WS0IR
❤3
Forwarded from Birlik Team
📌 RUS SEKTORU ŞAGİRDLƏRİ ÜÇÜN ƏLA FÜRSƏT 🔥
Mart ayından etibarən, buraxılış imtahanından sonra rus sektoru şagirdləri üçün riyaziyyatdan sistemli qəbul hazırlığına start verilir.
🔹 Dərslər: Həftədə 4 dəfə
🔹 Format: Qrup və fərdi
🔹 Proqram: Mövzular tam sıfırdan, mərhələli və strukturlaşdırılmış şəkildə
🔹 Hər həftə sınaq imtahanı və nəticələrin detallı analizi
🔹 Qəbul tipli testlər və çətin sualların izahlı həlli
🔹 Fərdi zəif mövzular üzrə əlavə işləmə planı
🎯 Məqsəd:
Şagirdlərdə möhkəm riyazi baza formalaşdırmaq, sürətli və düzgün düşünmə bacarığını inkişaf etdirmək və yüksək nəticəyə nail olmaq.
Dərslər məsuliyyətli və ciddi hazırlıq prinsipi ilə keçirilir.
Yerlər məhduddur
📩 Qeydiyyat və ətraflı məlumat üçün əlaqə saxlayın :070-431-32-34
Wp: https://wa.me/message/DPFXDMAS4NH7G1
❤2
Forwarded from Birlik Team
Yüksək nəticə üçün yüksək səviyyədə hazırlaşmaq lazımdır!
Əlaqə: 050-340-80-58
Dərslər yüzlərlə yüksək nəticə əldə etmiş müəllimlərin və abituriyentlərin müəllimi olan Aysel Hacıəhmədli tərəfindən keçirilir.

İnstagram - ✅Keçid et

Telegram - ✅ @TarixAysel

Whatsapp - ✅Keçid et

Whatsapp - ✅Keçid et
❤4
Bu gün Xocalı soyqırımından 34 il ötür...🥀
Faciə qurbanlarını dərin hüzn və ehtiramla yad edirik.
❤12
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və şifrəsindən istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ətraflı:  https://shorturl.at/XOnik

Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə təqdim olunan linkə daxil olub qəbul elanları ilə tanış olmağı tövsiyə edirik.
❤4
Tövsiyələrlə tanış olmaq üçün https://shorturl.at/o1PKf linkinə daxil ola bilərsiniz.
❤7
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və şifrəsindən istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ətraflı: https://shorturl.at/TY2pC

Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə təqdim olunan linkə daxil olub qəbul elanları ilə tanış olmağı tövsiyə edirik.
❤1