Birlik Team - Xəbərlər
10.5K subscribers
1.36K photos
78 videos
35 files
883 links
👨🏻‍🎓Abituriyent və Tələbə portalı
🔹Təhsildə olan ən son yenilikləri bizdən öyrənin✔️
🔹Tələbə və Abituriyentlər üçün vəsaitlər burada

📌Birlik Team - @BirlikTeam1

Admin - @BirlikTeamAdmin
Download Telegram
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və şifrəsindən istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ətraflı: https://shorturl.at/TY2pC

Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə təqdim olunan linkə daxil olub qəbul elanları ilə tanış olmağı tövsiyə edirik.
❤1
Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

Martın 16-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək. Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdə iştirak etmək üçün qeydiyyat 15 mart saat 23:59-dək davam edəcək.

Gələcəyinizi qurmaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!

Qeydiyyat linki: https://exidmet.dim.gov.az/elimt/peshe
❤1
⏰️ İmtahan saat 11:00-da başlanır.

❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️İmtahana buraxılış vərəqəsi;

✅️Şəxsiyyəti təsdiq edən sənədin əsli:

📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı saytımızdan yükləyə bilərlər.

Bütün iştirakçılara uğurlar arzu edirik!

Ətraflı: https://shorturl.at/acSMo
❤6
❗️15 mart tarixində keçiriləcək Buraxılış imtahanında iştirak edəcək şagirdlər buraxılış vərəqəsini çap edə bilərlər
Link :https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov
❤2
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 12:00-dək uzadılıb.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.

Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər 6 mart saat 12:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.
❤3
Birlik Team - Xəbərlər
❗️15 mart tarixində keçiriləcək Buraxılış imtahanında iştirak edəcək şagirdlər buraxılış vərəqəsini çap edə bilərlər Link :https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov
15 mart tarixində buraxılış imtahanında iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni 6 mart saat 14:00-dan etibarən çap edə biləcəklər.

Martın 9-da imtahan verən və bu vaxta qədər “İmtahana buraxılış vərəqəsi”ni çap etməyən şagirdlər üçün də çap xidməti 6 mart saat 14:00-dan etibarən yenidən aktiv ediləcək.
❤4
Dövlət İmtahan Mərkəzi tərəfindən martın 9-da XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

9 mart saat 15:30-da DİM-in “Youtube” kanalı (https://www.youtube.com/stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilinən açıq tipli test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Yayım zamanı imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları da təqdim olunacaq.

Şagirdlər onları maraqlandıran sualları canlı yayım zamanı şərh bölməsinə yaza bilərlər. Test tapşırıqları ilə bağlı müraciət olunarkən bölmə, fənn, variant və tapşırığın nömrəsi dəqiq göstərilməlidir.
❤4
15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.

Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
❤6
Birlik Team rəhbərliyində olan xanımlar başda olmaqla bütün xanım izləyicilərimizi 8 mart qadınlar günü münasibətilə təbrik edirəm 💐💐🌸🌺
❤41
Forwarded from Vüsət Əzizov
İmtahanın başlanmasından 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq qadağandır. Qalan vaxt ərzində imtahandan çıxan şagirdlər cavab vərəqləri ilə birlikdə sual kitabçasını da nəzarətçiyə təhvil verməlidir. İmtahanda sona qədər iştirak edənlər sual kitabçalarını özləri ilə apara bilərlər.
“İmtahan qurtardı!” elan olunduqda nəzarətçi cavab vərəqinizi təhvil alır. İmtahan zalından çıxmağa icazə verildikdən sonra imtahan binasını tərk edə bilərsiz.
Cavab vərəqinin təhvil verilməsinə görə abituriyent şəxsən məsuliyyət daşıyır. Cavab vərəqini təhvil verdikdən sonra imtahana buraxılış vərəqəsində nəzarətçiyə imza etdirməlisiniz. Cavab vərəqini nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır. Abituriyent cavab vərəqlərinin zərfə qoyularaq bağlanmasında iştirak edib, zərfin üzərindəki aktı imzalaya bilər.

Dövlət İmtahan Mərkəzi
❤9
Sabah 11-ci siniflər üçün buraxılış imtahanının ilk mərhələsidir. İmtahanda iştirak edəcək olan bütün abituriyentlərə uğurlar arzulayıram. İnşallah hər biriniz imtahan zalından sevinclə çıxasınız🙏💫
❤33👍5😱1
✅Etalon cavablar
❤5
⏰️ İmtahan saat 11:00-da başlanır.

❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️İmtahana buraxılış vərəqəsi;

✅️Şəxsiyyəti təsdiq edən sənədin əsli:

📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı saytımızdan yükləyə bilərlər.

Bütün iştirakçılara uğurlar arzu edirik!
❤3
Dövlət İmtahan Mərkəzi tərəfindən martın 15-də XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

15 mart saat 15:30-da DİM-in “Youtube” kanalı (https://www.youtube.com/stateexamcenter) və "TikTok" hesabı (https://www.tiktok.com/@dim.gov.az) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilinən açıq tipli test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Yayım zamanı imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları da təqdim olunacaq.

Şagirdlər onları maraqlandıran sualları canlı yayım zamanı şərh bölməsinə yaza bilərlər. Test tapşırıqları ilə bağlı müraciət olunarkən bölmə, fənn, variant və tapşırığın nömrəsi dəqiq göstərilməlidir.
❤3🔥1
Martın 14-ü Beynəlxalq Riyaziyyat Günüdür.

Uğurlarınız "π" qədər sonsuz olsun.♾️
❤14🥰4
Forwarded from Birlik Team
Dərs nümunələri
İkinci görkəmli limitin izahı(əyani)
https://youtu.be/Y83HKXnRwJs?si=h77_ZLTGjmxeCn_0
Törəmənin izahı(onlayn)
https://youtu.be/_CIg9xP2S64?si=9U236z8UTsp5rOwO
❤2
Sabah 15 Mart imtahan verəcək olan bütün abituriyentlərə uğurlar arzulayıram 💫
❤22❤‍🔥10