Birlik Team - Xəbərlər
10.5K subscribers
1.36K photos
78 videos
35 files
883 links
👨🏻‍🎓Abituriyent və Tələbə portalı
🔹Təhsildə olan ən son yenilikləri bizdən öyrənin✔️
🔹Tələbə və Abituriyentlər üçün vəsaitlər burada

📌Birlik Team - @BirlikTeam1

Admin - @BirlikTeamAdmin
Download Telegram
Forwarded from Birlik Team
1 ci ixdisas qrupu üzrə Rus bölməsi
Forwarded from Abituriyent Jurnalı
29 - 31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq.

Sərgi zamanı Dövlət İmtahan Mərkəzinə məxsus nəşrləri də əldə edə bilərsiniz.

Sərgidə iştirak etmək istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçməlidirlər:

https://portal.dim.gov.az/sergi/
Forwarded from Birlik Team
📌 R.S TƏDRİS MƏRKƏZİNDƏ YENİ QƏBUL!
📣 5-11-ci Siniflər Üçün MƏNTİQ və İNGİLİS DİLİNDƏN Hazırlıq!
🔥 AVQUSTUN 15-NƏ KİMİ XÜSUSİ GÜZƏŞT!
Avqustun 15-nə qədər qeydiyyatdan keçən hər bir tələbəyə 10% GÜZƏŞT tətbiq olunacaq!
💰 Aylıq Qiymətlər:
🔹 1 fənn — 70 AZN
🔹 2 fənn — 120 AZN
🎁 Tədris materialları mərkəzimiz tərəfindən PULSUZ təmin olunur!
📚 Tədris proqramımıza daxildir:
🧠 MƏNTİQ: Analitik düşüncə, problem həll etmə və məntiqi bacarıqların inkişafı.
💬 İNGİLİS DİLİ: Oxu, dinləmə, danışıq və yazı bacarıqlarının gücləndirilməsi.
🎁 XÜSUSİ TƏKLİF: MÜKAFATLI OLİMPİADALAR!
Daim motivasiya, daha böyük uğurlar! 🌟
📝 Hazırlıq qruplarımıza yazılmaq üçün:
1️⃣ Şagirdin adı, soyadı və sinfini +994 55 765 95 67 nömrəsinə WhatsApp-la yazmağınız kifayətdir. Biz sizinlə əlaqə saxlayacağıq.
2️⃣ Həmçinin mərkəzimizin ünvanına yaxınlaşmaqla qeydiyyatdan keçə bilərsiniz.
📍 Ünvan və Əlaqə:
🏢 Fətəli Xan Xoyski 108
(Gənclik metrosuna 5 dəqiqə, UNEC
Gənclik korpusuna 2 dəqiqəlik məsafə).
📞 +994 55 765 95 67
❤1
Forwarded from Vüsət Əzizov
⚡️Bu gün MİQ imtahanları BAŞLAYIR

Bu gündən etibarən 2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilir.

Sabah ilk seansda informatika, ikinci seansda isə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahan verəcəklər.

15 iyulda isə texnologiya, təsviri incəsənət, Azərbaycan dili, fiziki tərbiyə və biologiya ixtisasları üzrə imtahanlar keçiriləcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.

İmtahanlarda 40 minədək müəllimin iştirakı gözlənilir.
👏1
Forwarded from Vüsət Əzizov
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi növbəti həftə ərzində başlanacaq.

https://muallim.edu.az/magistraturaya-ixtisas-secimi-baslayir

#AzərbaycanMüəllimi #magistratura #ixtisasseçimi
📸 "FotoBax" milli fotomüsabiqəsi davam edir!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilən "FotoBax" milli fotomüsabiqəsinə müraciətlər davam edir.

✅Müsabiqənin əsas məqsədi uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, onların ölkəmizin təbiətinə olan marağını və sevgisini gücləndirmək, həmçinin fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır.

⏰ Müsabiqədə iştirak etmək üçün çəkdiyiniz 20-yə qədər fotoşəkli 21 sentyabr tarixinədək www.fotobax.az saytı üzərindən təqdim edə bilərsiniz.

📌 Müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.
📢 Qarabağ Universitetində İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramına start verilir

2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək.
İkili diplom proqramı Mühəndislik fakültəsinin inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edir.

🎓 Təhsil ingilis dilində aparılacaq, tələbələr təhsillərinin son ilini İTÜ-də davam etdirəcək və məzun olduqda hər iki universitetin diplomunu əldə edəcəklər.

📌 Qeyd edək ki, yeni ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir və dövlət hesabına maliyyələşdirilir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23223-1
İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə aşağıdakı linkdə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Daha ətraflı: https://shorturl.at/hi24W
Forwarded from Birlik Team
🌟 Ana dilini sevən, biliyini artırmaq və gələcəyini qurmaq istəyən hər kəs üçün doğru ünvan! 🌟

📚 Azərbaycan dili və ədəbiyyatı üzrə maraqlı dərslər, faydalı izahlar, testlər, imtahan hazırlığı və öyrədici paylaşımlar üçün səhifələrimizi izləyin!

📲 İnstaqram:
https://www.instagram.com/nermin_rovsenqizi?igsh=aXo5OTh1eDNyaHZx

🎵 TikTok:
https://tiktok.com/@azerbaycandilimuellimi

▶️ YouTube:
https://www.youtube.com/@NerminVekilova-ed3er

✨ Bizi izləyin, paylaşın və öyrənməyə elə bu gündən başlayın!

🎁 Ödənişsiz sınaq dərslərinə qoşulmaq üçün WhatsApp qrupumuza daxil olun:
https://chat.whatsapp.com/IF89zVq9uBDFjKlBzLtArO?s=cl&p=a&ilr=4&amv=0

📩 Sizi də aramızda görməkdən məmnun olarıq!
Forwarded from Abituriyent Jurnalı
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib.

Jurnalı DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

«Magistr» jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Jurnal barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.
Ali təhsil müəssisələrinin sərgisində iştirak etmək üçün qeydiyyat davam edir:
https://portal.dim.gov.az/sergi/
Forwarded from Vüsət Əzizov
2025/26-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılmışdı.
Xüsusi qeyd: 2026/27-ci tədris ili üzrə üzrə ixtisas seçiminin keçiriləcəyi tarixlər Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi şəkildə dim.gov.az saytına yerləşdiriləcək və sosial şəbəkə hesablarında elan ediləcək. Təxminən 2025-ci ilə uyğun şəkildə keçirilməsi gözlənilir.
Hər birinizə uğurlar arzu edirəm!
Forwarded from Vüsət Əzizov
2025/26-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılmışdı və bu məlumat 31 iyul 2025-ci il tarixində elan olunmuşdu.
Xüsusi qeyd: 2026/27-ci tədris ili üzrə ixtisas seçiminin keçiriləcəyi tarixlər Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi şəkildə dim.gov.az saytına yerləşdiriləcək və sosial şəbəkə hesablarında elan ediləcək. Təxminən 2025-ci ilə uyğun şəkildə keçirilməsi gözlənilir.
Hər birinizə uğurlar arzu edirəm!
❤1
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanıb.
Bakalavrlar 26 iyul saat 23:59-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə (https://eservices.dim.gov.az/erizemag/erize) ixtisaslaşma seçimini aparmalıdırlar.
Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.