Təbabət ve Saglamlig🌺
1.3K subscribers
236 photos
25 videos
2 files
200 links
,🌹ƏN BOYUK TƏBİB ALLAHDİR .Bizlər sadəcə vasitəsi rolu oynayırıq

Bulunur hər dərdə istəsən gülüstana da dəva
Hoqqəsində qoncənin sanki şəfa cullabi var

(Məhəmməd Fizuli )

https://t.me/+9E7pbGDn3iUxNDZi
Download Telegram
Qarazirə yağı artroz (oynaq ağrıları və iltihabları) üçün faydalı ola bilər. Qarazirə yağı, antibakterial, antiinflamatuar və ağrı kəsici xüsusiyyətləri ilə tanınır.

Artroz və digər oynaqlarda iltihab və ağrı ilə bağlı şikayətləri olan şəxslər üçün qarazirə yağı rahatlama və müalicəvi təsir göstərə bilər.


Qarazirə yağının artroza faydalı təsiri aşağıdakılardır:
İltihabları azaldır: Qarazirə yağı, bədənin iltihabını azaldan xüsusiyyətlərə sahibdir. Artrozda meydana gələn iltihabları yüngülləşdirə bilər.

Ağrıları azaldır: Qarazirə yağı, ağrıların azaldılmasına kömək edir və əzələləri rahatladır, buna görə də oynaqlarda yaranan ağrılar üçün faydalıdır.


Qan dövranını yaxşılaşdırır: Qarazirə yağı, qan dövranını yaxşılaşdırmağa kömək edir, bu da oynaqlara daha çox qida və oksigen daşınmasına səbəb olur
👍3🥰1
Başda olan tumor (laxta qanın ) dərmanı:
 Bu hazırki zamanda yayılan bir xəstəlikdir ki , əyər qarşısı alınmasa xərçəng xəstəliyinə çevrilir .

✅Ətse avər(asqırmaq gətirən) dərmanından istifadə eləmək (hər gün bir dəfə)

✅Dəmləmə lərdən ( ustuxuddus və sünbulutib ) ya ustuxuddus məcunundan istifadə eləmək (sübh və gecə bir qaşıq

✅İsti Hicamət eləmək (banka qoydurmaq kürəyə , böyrəyin yuxarısından ta çiyinə qədər) bir gündən bir

✅Bal suyunu buruna damcıladmaq (sübh və gecə)

✅Dusin yemək ( hər gün 3 dəfə hər 8 saatda bir dəfə) ( dusin möcüzə bir dərmandır , 3 vahid bal , 1 vahid qaraçörəkotu yarı əzilmiş halda )

✅Sirəkəngəbin içmək (1000 dən çox xəstəlik üçün bu dərman məsləhət görülür. 1 kilo bala, bir kilo nanə suyu və yarım kilo təbii üzüm şirəsi, hər gün stəkanın 3də biri qədər sirkə əngəbin qalanı qaynanmış su)( hər gün 2 dəfə)
👍7
Qızardılmış kartof erkən ölümə səbəb olur Həftədə iki və ya daha çox dəfə qızardılmış kartof və ya cips yeyənlər, yeməyənlərlə müqayisədə iki dəfə daha çox erkən ölüm riski altındadır.
👍5
Buz kimi soyuq su – qaraciyərin məhvinin ən böyük səbəbi

🔺 Buz kimi soyuq su içmək qaraciyərin zədələnməsinin ilk və ən böyük səbəbi sayılır. Xüsusilə acqarına buzlu su içməkdən çəkinin!

Orucu buzlu su ilə açmaq yalnız qaraciyərə zərər vermir, həm də ürəkbulanma və qarın ağrılarına səbəb olur.


Orucunuzu isti içkilərlə açmaq daha yaxşıdır və buzlu sudan uzaq durmaq tövsiyə olunur.
👏9👍2
Böyrək daşı əlamətləri:
🔴 Böyrək daşları böyrəklərdə olduğu müddətcə ağrıya səbəb olmur, amma onlar sidik borularına daxil olduqda ağrı baş verir.
✅ Böyrək daşı əlamətləri:
🔹 Şiddətli ağrı – bu ağrı bəzən qarın və bel bölgələrinə də yayıla bilər.
🔹 Ürəkbulanma – şiddətli ağrılara bağlı olaraq.
🔹 Sidikdə qan – daşlar sidik kanallarına toxunduqda zədələnməyə səbəb olur və bu qanamağa gətirib çıxarır.
🔹 Sidik zamanı ağrı və yanma – sidik etmə zamanı ağrı və yanma hissi.
🔹 Sidik tez-tez və bulanıq olması – əgər sidik kirlənib pis qoxulursa, bu böyrək daşının əlaməti ola bilər.
🔹 Sidik yolu infeksiyaları – daşlar sidik borusunu tıxayaraq infeksiya yarada bilər.
🔹 Böyrək daşı bəzən qəbizlik də yarada bilər.
Əlavə məlumat üçün bizə qoşulun! 😊
👏7
Əgər soyuqlamısınız və daim öskürürsünüzsə, bişmiş noxudun suyu dərmanınızdır!

Bişmiş noxudun suyu:
– Öskürək və ağciyər infeksiyalarının sağalmasına kömək edir,
– Sinə ağrısı və səs tutulmasına faydalıdır,
– İmmunitet sistemini gücləndirir,
– Virus xəstəliklərinə yoluxmanın qarşısını alir
👍10
Ənənəvi təbabətdə və bir çox elmi araşdırmalarda sarımsaq "təbii möcüzə dərman" hesab olunur.

Ənənəvi təbabət və elmi baxımdan sarımsağın faydaları:

Xərçəng əleyhinə təsir: Xüsusilə süd vəzisi, mədə, bağırsaq və qida borusu xərçəngi riskini azaldır.

Ürək və damar sağlamlığı: Damar tıxanıqlığının qarşısını alır və təzyiqi tənzimləyir.

Altsheymer və Parkinsonun qarşısını alır.
İltihab və infeksiyalara qarşı: Böyrək, qaraciyər və sidik yolları üçün faydalıdır.
Qan şəkəri və xolesterini tənzimləyir.
Dəri və saçları gücləndirir.
Təbii antibakterial və antivirus xüsusiyyətlərə malikdir.


Vacib qeyd:
Həddindən artıq sarımsaq istifadəsi mədə yanması, pis bədən qoxusu və qanın həddindən artıq durulmasına səbəb ola bilər. Ona görə də ölçü saxlamaq lazımdır.
👍7🥰1
Ağız yaralarını necə sağaldırıq?
▫️ Yalnız bir damla bal .. əlavə edin və hər gün yaraya sürtün, bu şəkildə sağalacaq.
👏5👍3
Maraqlı məlumatlar – bilməyiniz faydalıdır:👇

✅Hər bir insanın baş barmağının uzunluğu onun burnunun uzunluğuna bərabərdir.

✅Hər min körpədən biri dişlə doğulur.

✅İnsan yuxusuzluqdan yeməksizlikdən daha tez ölür

✅Təbiətdə ən möhkəm orqanik maddə diş minasıdır.

✅Ən sürətli uzanan tüklər üzdəki tüklərdir.

✅Böyük barmaqlarda dırnaqlar daha sürətlə uzanır.

✅Mədə turşusu ülgücü belə həll edə bilər..

✅Qadınlar kişilərdən 3 dəfə çox göz qırpırlar.

✅Qadınların qoxu hissi kişilərdən 2 dəfə güclüdür.


✅İnsanın gözü doğulduğu andan etibarən böyümür, lakin qulaqları və burnu ömrünün sonuna qədər böyüməyə davam edir
👏8👍1
Soğan yeyin ki, soyuqdəyməyəsiniz!🧅
▫️Hər gün 7 gün ərzində bir bütöv soğanı şişə taxın və ocağın alovunda tam qızarana qədər qızardın.
Sonra onu şişdən çıxarıb iç qatlarını yeyin.
+Bu müalicəvi üsul boğaz iltihabı (farenxit), öskürək, sinus infeksiyaları və sinusit, astma və tənəffüs darlığı, mövsümi allergiya və hər cür soyuqdəymənin qarşısını almaq və müalicə etmək üçün istifadə oluna bilər.
🙏9👍1🥰1
Bu, yağlı qaraciyər xəstəliyinin ən yaygın simptomlarından biridir. Bu ağrı, qaraciyərin yerləşdiyi sağ yuxarı qarın nahiyəsində bulanıq və davamlı bir ağrı kimi hiss olunur. Bu tip qarın ağrısı yüngül və ya şiddətli ola bilər və yağlı ya da ağır bir yemək yedikdən sonra daha da pisləşə bilər. Əgər qarın nahiyəsində davamlı ağrı və ya narahatlıq hiss edirsinizsə, dərhal müalicəyə başlamaq vacibdir, çünki bu, qaraciyərin ciddi şəkildə zədələnməsi əlaməti ola bilər.
Bulantı və qusma: Yağlı qaraciyər vəziyyəti, qaraciyərin iltihabına və onun normal funksiyasının pozulmasına səbəb olur. Bu proses, qida həzm və metabolizmasına təsir göstərə bilər və bulantı və qusma ilə nəticələnə bilər. Bu simptomlar adətən yağlı qidalar yedikdən sonra daha çox ortaya çıxır.
🥰2
🔴 Stress, əlamətləri və uyğun qidalanma rejimi
♻️ İnsanın çətinliklərə dözümlülüyünün azalmasına stress deyilir.
🔹 Stressin əlamətləri: 🔸 Əzələlərin titrəməsi
🔸 Sürətli, qeyri-məntiqi və uyğunsuz reaksiyalar
🔸 Düzgün qərar verməkdə çətinlik

🔹 Ruhsal sakitlik üçün hansı qidalardan istifadə etməli?


İsti təbiətli qidalar insana güc və stresə qarşı dözümlülük verir.
Məsələn:
Balı dil altında saxlamaq
1 ədəd xurma
Quru kişmiş
Qara kişmiş
Badem (çiy)
Əgər bunlar yoxdursa, isti ətirli qoxulardan istifadə edin. Bu, beynin istiliyini artıraraq stresə qarşı dözümlülüyü artırır.
🔹 Stress zamanı hansı qidalardan uzaq durmaq lazımdır?
Stress vəziyyətində turşular və büzücü dadlı qidalar (məsələn: nar, bəzi turş meyvələr, qatı qatıq) istifadə etməyin ki, stresiniz artir
👏4👍2
Əziz xanimlar və bəylərinin nəzərinə sizə əla fursət var. Bu tibb muəssəsini oxumaqla həm tibbi biliklərə malik olacaqsız. Həmdə ailəniz saglamligi in qaydina qalacaqsiz. Həmdə qitarandan sonra işləmə huququnuz olacaq ozəl tibb muəssələrdə. Əziz izləyiciləri Tibb elmini oyrənməklə. Gələcəkdə hec kim sizi aldada bilməyəcək. Ozunuz ailəniniz qeydinə rahat qala biləcəksiz. Bu fursəti qacirmayin. Yerlər məhduddur
👏2
🍯 Bal və sarımsaq qarışığı insanın 1 ayda 5 kilo arıqlamasına səbəb olur.
Bu məcunun hazırlanması üçün:
1 diş sarımsağı əzib bir fincan qaynar suya əlavə edin, sonra 1 çay qaşığı bal qatın və yatmazdan əvvəl için.
Bu qarışım metabolizmi sürətləndirir, yağ yandırılmasını artırır və mədə-bağırsaq sistemini təmizləyir.
Amma mədə turşuluğu olanlar və ya aç qarına sarımsağa qarşı həssaslığı olanlar diqqətli olmalıdı
🙏7👏1
Səhər acqarına kişmiş (maviz) yeyin! 👌
🔸 Kişmiş dərini parlaqlaşdırır.
🔸 Metabolizmi sürətləndirir.
🔸 Acqarına qəbul edildikdə yaddaşı gücləndirir.
👍11🥰1
"Kökəlməyə səbəb" bir çox müxtəlif amillərlə bağlı ola bilər.

1. Qidalanma ilə bağlı səbəblər:
Yüksək kalorili, şəkərli və yağlı qidaların tez-tez qəbulu
Gec saatlarda yemək yemək
Sürətli yemək yemək
Su az içmək

2. Hərəkətsizlik:
Fiziki fəallığın az olması
Uzun müddət oturaq həyat tərzi

3. Hormon və sağlamlıqla bağlı problemlər:
Qalxanabənzər vəzinin (tiroidin) az işləməsi (hipotiroidizm)
İnsulin müqaviməti və şəkər xəstəliyi
Polikistik yumurtalıq sindromu (PCOS) – qadınlarda

Kortizol hormonunun artması – stress və ya Cushing sindromu səbəbilə

4. Psixoloji faktorlar:
Stress, depressiya və ya emosional yemək vərdişi
Yuxusuzluq və nizamsız yuxu rejimi


5. Genetik və konstitusional faktorlar:
Ailədə kökəlməyə meyilli insanların olması
Orqanizmin təbii maddələr mübadiləsinin zəif olması
🥰6
Sızanaqlar Bədənimizdə Nəyi Göstərir?
Sızanaqlar sadəcə dəridəki problemlər deyil — bədənin daxilindəki orqan və sistem pozuntularının da əlamətidir. Gəlin, üz bölgəsində yaranan sızanaqların səbəblərinə baxaq:

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Gəlin, üz bölgəsində yaranan sızanaqların səbəblərinə baxaq:

1. Alın bölgəsində sızanaq:
Həzm sistemi problemi və fast-food qidaların çoxluğu.

2. Qaşların arasında (qaş ortası):
Qaraciyər zəifliyi, yağlı yeməklərin həddindən artıq istifadəsi.

3. Göz ətrafında ləkə, tünd halqalar və sızanaq:
Böyrək zəifliyi. Bol su içmək faydalıdır.

4. Yanaqlarda sızanaq:
Tənəffüs sistemi problemi və allergiya. Siqaret və allergik qidaları uzaqlaşdırmaq lazımdır.

5. Burun üzərində sızanaq:
Ürək sağlamlığına diqqət! Vitamin B qəbulunu artırmaq tövsiyə olunur.

6. Dodaq ətrafı və çənə:
Hormon pozğunluğu və stress.

7. Qulaq üzərində sızanaq:
Böyrəklə bağlı problem.

Qeyd:
Sızanaqların səbəbi ruhi, zehni, bədənlə bağlı, qidalanma və ətraf mühit amilləri ilə əlaqəlidir.
🙏6
Əziz izləyiciləri sizlər kanaldan RAZİSİZ.
Anonymous Poll
96%
Hə
2%
Yox
2%
Orta