Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.5K subscribers
126 photos
21 videos
1 file
133 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
🍃🐺🧠Tülküdən nəsihətlər

1️⃣ Bu həyatda yaxşı yaşamaq istəyirsənsə - sürüşkən olmağı bacarmalısan...

2️⃣ Özündən güclüyə heç vaxt "hokk" etmə. Hər sözün öz tərzi var. Hər tənqidin - öz səviyyəsi və anı.


3️⃣, 4️⃣, 5️⃣burada https://t.me/biznes_ugur/1443
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇦🇿Salam dostlar. 8 noyabr Zəfər günü münasibəti ilə hər kəsi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun 🙏

Onların ailələrinə, yaxınlarına sonsuz dərədəcə minnətdarıq. Çoxlu güc arzu edirəm, həyatda xoşbəxt olasınız. Övladlarına da xoşbəxt və uğurlu gələcək arzu edirəm 🙏. Sizin itkiniz tək sizin yox, hamımızın itkisidir. Və şəhidlərimizə sonsuz dərəcəsə borcumuz var.

İnşallah, bizlər də bir xalq kimi o borcu ödəyərək, daha uğurlu, daha təhlükəsiz, bütün müsbət reytinqlərdə ən yüksək səviyyədə olan, güclü iqtisadiyyatı, elmi, tibbi, təhsili, hüquq-mühafizə sistemi, haqqlı-ədalətli olan bir dövlət olarıq. Ən irəlidə gedənlərdən biri, insanlara xoşbəxt, uzunömürlü gələcək verən bir dövlət. Və ordumuz, ölkəmiz o qədər güclü olsun ki, birdə kimsə bizə nəsə etməyi belə düşünməsin və biz heç vaxt artıq şəhid verməyək.

Dövlətimizə və xalqımıza birlik arzu edirəm və düzgün istiqamətdə getməyimizi. Tariximizi, milli dəyərlərimizi, şəhidlərimizi unutmayaraq inkişaf etməyimizi. Allah ziyanverici təhsirlərdən, səhv istiqamətdən ölkəmizi və xalqımızı qorusun 🙏

Bol bol zəfərlər 🇦🇿🇦🇿🇦🇿


Böyük Şəxsiyyət ©

#təbriklər

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁1
🎬❤️‍🔥☯️Dünən kinoteatrda idim. Ebenezer (Skruc) filmi. Gonni Deppin skandaldan sonra ilk böyük filmi. Bunun əslində 2009-cu ildə cizgi versiyası çıxmışdı (Milad Əhvalatı), o da möhtəşəm idi. Bu ümumiyyətlə Çarlz Dikkensin klassik "Milad nağılı" əsəri əsasında hazırlanmış qaranlıq, qotika üslublu və fantastik janrda olan filmdir

Filmi çox bəyəndim. Əsl Hollivud filmi: dərin mənası ilə.

___
Deməli Ebenezer qoca bir varlı kişi. O çox qəddardır, xəsisdir, ancaq pulu düşünür və əhalidən maksumum pul qoparmağa çalışır. Bayramı belə qeyd etmir, bacısı oğlu bayramı keçirməyə dəvət edəndə rədd edir və hətta onu qovur, deyir saf olma.

Bundan sonra 3 ruh bunun yuxusuna gəlir və ona səhvlərini izah edir. Baxın, çox maraqlıdır.

Səhvlərin içində bir səhvə diqqət etmək istədim: Ebenezer gənc yaşında bir qızla tanış olub, seviblər bir-birini, hətta ailə qurublar. Amma Ebenezer pulu ailədən üstün tutub evdə tapılmırdı, yoldaşı ilə maraqlanmırdı. Pul, qazanc, karyera onun diqqətini tam tutmuşdu. Ona görə o qız bundan ayrıldı.

Nəticədə Ebenezer tək qalıb o istiqamətdə də getdi. Varlı oldu, xoşbəxt olmadı. O qədər diqqəti pulda idi ki, heç özü özünün xoşbəxt olmamasını görmürdü. Amma səhvini sonra anladı, sadəcə artıq gec idi.

___
Deməyim odur ki, mən həmişə demişəm və təkrar da dəfələrlə deməyə davam edəcəm, bizim məqsədimiz - ilk növbədə xoşbəxtlikdir, sonra uğur. Əksinə yox. Və insanı da xoşbəxt edən münasibəti, ailəsidir - ilk növbədə. Sonra yaxınları, dostları.

İndiki dünyada ailə dəyərləri məhv ola ola gedir. İnsanlar təsirə, təbliğata uğrayıb müəyyən düşüncələrini formalaşdırırlar. Əvvəllər ana/ata, nənə/baba ailə dəyərini, həyati müdrikliyi bizə izah edəndə, indi sosial şəbəkədə əhalini qıcıqlandırıb baxış toplamaq istəyən bir bloger izah edir. Və fikrimcə ümumi olaraq çox ziyanverici tərəfə çəkirlər insanları. Bunun haqqında səsli podkast atmışdım.

İnsanlar bütün dünyada ailə qurmurlar (bu artıq problem olub və səbəbləri də çoxdur), tənha həyatı seçirlər ya da onlarda elə alınır. Kimsə ciddi ailə qurmağı özü istəmir. Digəri uğur qazanmağını gözləyib sonra ailə qurmaq istəyir (uğur qazanmağı dəqiq deyil). Ya ailə qurub ancaq gecə-gündüz işləmək. Fikrimcə, bunlar heç yaxşı nəticəyə gətirib çıxarmır. Hər kəsin fərqli düşüncəsi ola bilər.

Ailədən vacib, önəmli, dəyərli nəsə yoxdur. Əlbəttə ki, söhbət düzgün ailədən gedir. Üzvləri bir-birinə dəyər verən, hörmət edən, qayğı göstərən, ilk növbədə səhvi özündə görən, anlayışlı olan, qarşı tərəfi eşidən ailədən.

___
Dediklərim haqqında düşünün və filmə də baxın, tövsiyə edirəm.


Böyük Şəxsiyyət ©

#uğur_qaydaları
#fəlsəfə
#böyük_film

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
➕💡😊İnsan gərək heç kimə qarşı neqativ, mənfi hiss hiss etməsin. Çünki bu ilk növbədə onun özünə ziyandır.

Neqativdə, mənfidə fokuslanmaq - özünü içəridən yemək, məhv etmək deməkdir. Qəlbinizdə heç vaxt kin, nifrət, qərəz saxlamayın.

Və sevəndə, ilk növbədə mənfiləri sevin, sonra insanın müsbət cəhətlərini. Yalnız belə ədalətli yanaşma olacaq. Amma, əlbəttə ki, müəyyən yerlərdə güzəştə gəlmək də vacibdir. Sevən anlayar və çalışar uyğunlaşsın. Arada, çətin olsa da, bir addım geri atmaq lazımdır.

BŞ fəlsəfəsi ©

#nəzəriyyə
#uğur_qaydaları
#milyonçu_düşüncəsi
#uşaq_tərbiyəsi
#fəlsəfə
#psixologiya

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🛍🛍🛍Fikir vermisiniz, mağazaya girib su almaq istəyirsiniz və ilk növbədə soyuducu axşarırsınız? Orada da Cola, Fanta, Sprite, Pulpy və s.

İş orasındadır ki, çox vaxt çox yerdə brend sahibləri mağazalarda soyuducuda olmaq üçün pul verirlər ya da endirim edib şərt qoyurlar ki, bizim içki daim soyuducuda olsun.

Spirtsiz içki istehsalçılarının iki seçimi var: ya ucuz qiymət və isti yerdə olmaq, ya da baha qiymət, amma soyuducuda olmaq və geniş miqyaslı reklam etmək, PR.

Eyni zamanda soyuducudan alanda bilin ki, qiymətin müəyyən hissəsini reklam edilmək və soyuducuda olmaq üçün verirsiniz.

Və içki alanda çox zaman siz seçmirsiniz, sizin yerinizə reklamçılar seçib 😇

Bu qədər. İstifadə edin 😉


Böyük Şəxsiyyət ©

#uğur_qaydaları

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#BTC 2024-cü ildə $110000 vurub keçəndə, sonra 2025-ci ildə $126000 vurub keçəndə mən deyirdim ki, ölkələr, böyük yatırımçılar (ilk növbədə institusional) bu qiymətə Bitkoin alan deyillər. Və bazar düşməlidir ki, onlar alqı etsinlər dibdən və sərfəli qiymətə.

Amma çox adam buna inanmırdı və gülürdü. Çünki bazar göydə, zirvədə idi, onlar da eyforiyada idilər, emosiyalar işləyirdi, şüur yox...

Yoxsa hansı ağıllı yatırımçı bazarı zirvədə alar? Heç biri... Ona görə bu çöküşləri görürük. Hələ davam da edə bilər. Bunu kimsə bilmir nə vaxt bitəcək.

Mən MicroStrategy haqqında heç nə deyə bilmərəm. Amma bazarın ümumi gedişi - məntiqlidir və öncə demişdim.

Eyni zamanda fond bazarının çöküşünü də demişdim. Lap indi bərpa olunsa da, zaman sualıdır nə vaxt çox güclü çökəcək. Elə indiki çöküş də az deyil.

___
Ona görə düşünün, kimə qulaq asmaq lazımdır, kimə yox. Bazarda çox və çox ehtiyatlı olun 😉

Bir çox token və qiymət civarlarını göstərmişdim. Almaq yavaş-yavaş olar, asta asta, pilləkənlə...

⚠️ Yatırım tövsiyəsi deyil. Hər kəs özü qərar versin.

#treydinq_dərsləri
#kripto_treydinq
#kripto_xəbərlər
#uzunmüddətli_yatırım
#bazar_analizi
#qırxıntı

___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə | 🎞 Abunə ol
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1
Mən bu mətni atanda qızıl #XAU $4100, gümüş #XAG isə $58 idi.

İndi qızıl #XAG olub $3565, gümüş isə $41. Bazarın əksəriyyəti inanırdı ki, bunlar çökəcək bu qədər? Sual altındadır.

Demək istəyirəm ki, qədrimi bilin 😂

Yavaş yavaş alqı edəcəm.

⚠️Çox vacib! Qızıl ilə bağlı vacib xəbər var: onun sənaye sintezini edən bir startap yaranıb. Hələ ki, tam təsdiq olunmayıb. O təsdiq olunsa nəinki qızıl, bir çox ölkələrin iqtisadiyyatı məhv olacaq... Buna diqqət edin, mən edirəm 😂

#üzünmüddətli_yatırım
#strateji_ehtiyat

___
⚠️Yatırım tövsiyəsi deyil. Hər kəs özü qərar versin.

___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə | 🎞 Abunə ol
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM