Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
127 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
İmposter Sindromu Nədir?🤔

İmposter sindromu öz bacarıqlarına və nailiyyətlərinə şübhə etdiyin bir vəziyyətdir. Sənə görə, başqaları sənin haqqında düşündüyü kimi istedadlı və ya layiqli deyilsən və bir gün hər kəs sənin "saxta" olduğunu başa düşəcək deyə qorxursan.

Deyək ki, işdə və ya məktəbdə böyük bir təqdimata hazırlaşmalısan. İmposter sindromuna sahib olsan, bu səni çox narahat edə bilər və kifayət qədər yaxşı iş çıxarmayacağını düşünərsən. Bu vəziyyət isə iki fərqli nəticəyə səbəb ola bilər:

1. Son dəqiqəyə qədər gözləyərsən. Lazımi işləri son ana qədər təxirə salıb, yalnız vaxtında çatdırmaq üçün çabalayarsan. Sonunda isə əldə etdiyin uğurun sadəcə “şans” sayəsində olduğunu düşünərsən.

2. Həddindən artıq işləyərsən. Qəribə dərəcədə çox çalışarsan və yenə də özünə layiq istirahət verməzsən. Sənə görə, səndən daha bacarıqlı olan biri bu qədər əziyyət çəkmədən də bunu bacara bilərdi.

İmposter Sindromunu Daha Çox Kimlər Yaşayır?🤯

Araşdırmalar göstərir ki, əgər ətrafındakı insanlardan fərqli hiss edirsənsə, imposter sindromunu yaşamaq ehtimalın daha yüksəkdir. Hətta dünya şöhrətli alim Albert Eynşteyn belə bir nöqtədə özünü "saxtakar" kimi hiss edib. Bu isə maraqlı faktdır ki, insanların təxminən 82%-i həyatının müəyyən dövründə özünü saxta kimi hiss edib.

İmposter Sindromunu Necə Dəf Etmək Olar?🤔

İmposter sindromunu dəf etmək mümkündür. Bunun üçün uğurlarının sənə aid olduğunu qəbul etməyi öyrənməlisən və bu uğurlara layiq olduğunu qəbul etməyə çalışmalısan.

Bunları cəhd et:

Uğurlarını xatırla. Yaxşı etdiyin işləri və qürur duyduğun nailiyyətləri bir siyahıya topla. Başqalarından aldığın tərif dolu e-mailləri və qeydləri saxla. Özünü saxta hiss edəndə bunları oxumaq, özünə inamını yenidən qazana bilər. 🗒

Özünü başqaları ilə müqayisə etmə. Özünü başqaları ilə, xüsusilə sosial şəbəkələrdə, müqayisə etmək çox asandır. Onun əvəzinə, sadəcə özünün daha yaxşı bir versiyası olmağa fokuslan.

Məqsəd mükəmməl olmaq deyil; çünki heç kəs mükəmməl deyil.✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8🕊3🔥2❤1
🤯🧠Şüuraltınızı Fəth Edin: Həyatınızı Dəyişdirəcək Gizli Sirr

"Şüuraltı zehniniz əmr gözləyən güclü bir xidmətçidir. Ona doğru istiqaməti göstərməlisiniz." – Gozef Mörfi


Şüuraltı zehin bir təyyarəni avtopilot rejimində uçurtmağa bənzəyir. Siz şüurlu olaraq iş gördüyünüzdə(hansı ki, hal-hazırda edirsiniz) beyninizin idarəsi sizin əlinizdə olur. Lakin şüuraltı elə güclü zehindir ki, o həmişə arxa planda işləyir və siz fərqində olmadan hər şeyi idarə edir. Bunu məlumatlarla dolu bir yaddaş bankına bənzətmək olar, ya da bir ensiklopediya.

🔍Şüuraltı Zehin Necə İşləyir?

Bu yaddaşda doğulduğunuz andan etibarən öyrəndiyiniz, gördüyünüz, eşitdiyiniz hər şey saxlanılır. Şüuraltımız bizim tükənməz sərvətimizdir. Hansı ki, hipnoz zamanı bütün bu xatirələri tam dəqiqliyiylə xatırlamaq və yaddaşın tozlu səhifələrini vərəqləmək mümkün olur amma şüurlu şəkildə insanlar yaşadıqlarının 95%-99% unudurlar.

Şüuraltı zehin vasitəsilə nəfəs alırıq, oturub dururuq, hətta danışırıq. Bir sözlə, vərdiş halına gətirdiyimiz hər şey əslində şüuraltı zehin sayəsində mümkün olur. Bəs bu vərdişlər həmişə xeyirli olurmu?

Vərdişləri Dəyişmək: Şüurlu Zehninizlə Şüuraltı Zehnin Harmoniyası🥂😏

Şüuraltı keçmişdə dediklərinizə və etdiklərinizə bağlı qalmağınızı təmin edir. Hər dəfə yeni bir şey etməyə çalışdığınızda, şüuraltınız sizi əvvəlki rahatlıq zonanıza geri çəkməyə çalışır. Hətta fərqli bir şey etməyi düşünmək belə sizi gərgin və narahat edə bilər. Yeni vərdiş yaratmaq və ya davranışlarımızı dəyişmək istədikdə şüurlu zehnimizə üz tutmaq lazım gəlir. Bu zaman şüuraltı ilə şüurlu zehnin harmoniyasını qurmaq vacibdir.

Bunun üçün aşağıdakı addımları izləyin:

1️⃣Maneəni Tanıyın- Məqsəd və arzularınızı düşünün və sizi onlara çatmaqdan saxlayan düşüncə, vərdiş, fikir və ya maneələri tapın.

2️⃣Məhdudlaşdırıcı Düşüncələri Buraxın- Özünüzlə üzləşin, düşüncələrinizi qəbul edib anlayın və onları buraxın. Azad olun.

3️⃣Hədəfi Şüurlu Zehninizlə Qoyun- Şüurlu zehninizi istifadə edərək, həyatınızda nələrin baş verəcəyinə dair bir gözlənti qurun. Məsələn, maneə ilə qarşılaşdığınız zaman özünüzə deyin: “Keçmişdə bunu etmişəm amma indi artıq bunu etmirəm.” Əsas məsələ istədiyiniz şeyin baş verdiyini düşünmək, maneələr qarşısında boyun əyməmək və iradəli olmaqdır.

4️⃣Şüuraltı Zehninizin İdarəni Əlinə Almasına İcazə Verin- Zamanla şüuraltınız buna öyrəşəcək və özünü rahat hiss edəcək. Bu zaman idarəni şüuraltınıza buraxın.

🔖💌Şüuraltının əsiri olma və öz həyatını özün idarə et. Sənə maneə olan bütün divarları parçala, azad ol! İnanıram ki, bacaracaqsan!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6❤3👍3
Səbr, böyük xəyalların səssiz inşaatıdır...
🔥13👍3
Danninq-Krüger effekti (Dunning-Kruger): digərlərindən üstün olmaq.

Nə qədər çox öyrənirəm, o qədər də çox anlayıram ki, mən heç nə bilmirəm. Sokrat


🔍1999-cu ildə ABŞ psixoloqları
Devid Danninq və Djastin Krüger təcrübə keçirmişdilər. Onlar tələbələrin yumor hisslərini, məntiqlərini, qrammatikalarını yoxlayıb sonra onlardan özlərinin qiymətləndirilməsini istədilər.

Nəticədə aydın oldu ki, 15% ən zəif cavab verənlər öz cavablarını 50% olduğundan yuxarı qiymətləndirdilər. Eyni zamanda ən yüksək cavabı verənlər özlərini aşağı qiymətləndirdilər.

👁👀Fikir vermisiniz, çox danışan, "mən-mən" deyən insanlar boş yerə danışanlar olur. Ağıllı, bacarıqlı çox vaxt dediyi sözlərdə daha ehtiyatlıdır.

Bu effektin adı - Danninq-Krüger effekti adlandırıldı.

☝️Yüksək bacarığı olan insanlar özlərini qiymətləndirmirlər, onlar elə bilirlər ki, bu adi bilik və bacarıqlardır, bunları hər kəs bilir. Ona görə verdiyi qərardan əmin deyirlər, özlərindən şübhələnirlər.

Özgüvən çox vaxt ağıldan yox, axmaqlıqdan gəlir. Çarlz Darvin


Savadsızlar və ya yenilər isə, öz qərarlarından və onların düz olduğundan əmindirlər. Çünki onların düşüncə həddləri dardır və özlərini onun zirvəsində görürlər.

Ümumiyyətlə Danninq-Krüger effekti özgüvən və təcrübə arasındakı uyğunlaşmanı göstərir və 4 vacib nöqtələrlə tanınır:

1️⃣ "Axmaqlığın zirvəsi" - bir insanın səriştəsinin aşağı səviyyəsi və öz qabiliyyətlərinə maksimum inamı var.

2️⃣ "Ümidsizlik quyusu" - insan heç nə bilmədiyini aşkar edir (bacarıq səviyyəsinin artmasına baxmayaraq). Bu anda insan peşəkar səviyyəsinə çatır, sadəcə özünə güvənmir.

3️⃣ “Maariflənmə yamacı” - insan onu praktikada tətbiq etmək üçün kifayət qədər bilik toplayır, təcrübəsinə sakit və rasional yanaşır, lakin onun böyüməsi üçün yer olduğunu bilir.

4️⃣ "Sabitlik yaylası" - insan öz sahəsində mütəxəssis olur, bir çox proseslər avtomatlaşdırma nöqtəsinə gətirilir, səhvlərin sayı minimal olur. Bu ən yüksək səviyyədir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤3👏2🔥1
Danninq-Krüger effekti gündəlik həyatımızda:

😎Nümunə 1: Danninq və Krüger araşdırmalarını 1995-ci ildə Pittsburqda baş vermiş əsl lətifə hekayəsi ilə göstərirlər. Bir şəxs gün ərzində iki bankı qarət edib və heç bir maskalanma vasitəsindən istifadə etməyib. Həmin gün oğru tutulub və videogörüntülər nümayiş etdirilib. Oğru təəccübləndi: "Üzümdə limon şirəsi var idi axı!". Limon suyu ilə yazılmış sözləri oxumağın mümkün olmadığı kimi, üzünə limon suyunu sürtsə, tanınmayacağını düşünürdü.

🗣Nümunə 2: Yəqin ki, bunu real həyatda yaşamısınız. Danninq Krüger effektinə bir misal olaraq çoxlarının bayram süfrəsində ailə görüşlərində yaşadığı bir vəziyyəti göstərmək olar. Yemək boyunca ailənizin geniş çevrəsindən biri hər hansı bir mövzu haqqında uzun-uzadı danışır, cəsarətlə özünün haqlı olduğunu və başqalarının fikirlərinin isə axmaq, məlumatsız və tamamilə səhv olduğunu bəyan edir. Bu şəxsin mövzu haqqında heç bir məlumatının olmadığı açıq-aşkar görünsə də, öz cahilliyinə tamamilə laqeyd şəkildə danışmağa davam edir.

❗️Az bilik həddindən artıq inam verə bilər

Bəzən bir mövzu haqqında az məlumata malik olmağın insanlara həmin mövzu haqqında hər şeyi bildiklərini düşünmələrinə səbəb olmasıdır. Qədim bir deyimdə deyildiyi kimi, az bilik təhlükəli ola bilər.

❓Necə istifadə edək?

Sizə qarşı:
• Güclü mütəxəssis olub aşağı özgüvəninizə görə zəif görsənib, daha az maaş ala bilərsiniz.
• Güclü mütəxəssis olub, özünə güvənməyib xidmətinizin haqqını az ala bilərsiniz.
• Təcrübəli olub yaxşı iş yerinə sizi götürməyə bilərlər, çünki danışığınızda şübhə hiss edəcəklər.
• Və hətta siz bir sahədə güclü olub bunu dərk etməyə də bilərsiniz, buna görə də orada uğur qazanmaq şansınız 0 olar.

Qarşı tərəf:
• Siz iş adamı, HR və ya idman məşqçisisiniz - həqiqətən dahi birini, kim ki zirvələrə qalxa bilər nəzərdən keçirib potensial uğuru, müvəffəqiyyəti itirə bilərsiniz.

___
🔖Ona görə öz bacarıqlarınıza real gözlə baxın, digər insanlardan soruşun nə düşünürlər, uğurlarınızı görün və digər rəqiblərinizə baxıb, özünüzü onlarla müqayisə edin - onların uğurları, zəiflikləri, məğlubiyyətləri. Beləliklə siz özünüzə real baxa bilib öz bacarığınızdan maksimum çıxara biləcəksiniz 😉

Ya da artıq dərəcədə özgüvənli danışıb yaxşı vakant yerini, və ya yaxşı müştərini əldə edin 😂
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5🔥3❤2👏1
"Yol səni hara aparırsa aparsın, sən öz rəngini və işığını qoruduğun müddətcə, ən quraq çöldə belə çiçək açacaqsan."
👍12😍5🔥4👏2
"Bu gün sizə mənasız gələn hər şey gələcəkdə həyatınızı dəyişdirə bilər. Seçimlərinizi edərkən daha diqqətli düşünün."
👍14❤2🔥2👏2🕊1
😢☹️Lipofreniya - konkret səbəbi olmayan kədər hissidir.

🔍Baxmayaraq ki, bu hissin yaranmasının bir çox səbəbi var, çox vaxt fərqində olmuruq. Lipofreniya dediyimiz bu dərin və anlaşılmaz hüzn bizə həyatın müəyyən boşluqlarını xatırladır. Bəs nədir bu səbəblər?

1️⃣Monoton işlə məşğul olmaq – Ruhsuz təkrarlanan işlər insanı yorur və daxili boşluq yaradır.

2️⃣Özünə qarşı yüksək tənqid – Həddindən artıq özünü tənqid edənlər üçün həyat rəngini itirə bilər.

3️⃣Fəaliyyətin olmaması – Bir məqsədsiz həyat, ruhun hərəkətsiz qalıb ağırlaşmasına səbəb olur.

4️⃣İnternetdə uzun zaman keçirmək – Virtual dünyada çox vaxt keçirmək bizi reallıqdan uzaqlaşdırır və dərin bir boşluq yaradır.

5️⃣Passiv həyat tərzi – Aktivlikdən məhrum bir həyat bəzən özünü dərk olunmaz bir kədərlə göstərir.


🔤Bəzən bu qəribə kədərdən – lipofreniyadan – çıxmaq üçün sadəcə kiçik dəyişikliklər yetərli ola bilər. Bu dərin hüznün dərinliyindən çıxmaq üçün nələr edə bilərik?

✅İnternetdən uzaqlaşın, real dünyaya geri dönün – Ətrafınızdakı gözəlliklərə diqqət yetirin. Günəşin çıxması, ağacların sakitliyi, və ya bir quşun cəh-cəhi. Bütün bu “xırda” kimi görünən detallardan zövq almağa çalışın – bəlkə də, xoşbəxtlik məhz onlardadır.

✅Yürüyüş edin və təmiz hava alın – Bəzən sadəcə təbiətdə olmaq, hər addımda hiss etdiyiniz təmiz hava sizi özünüzə qaytarır. Yürüyüş, həm fiziki, həm də ruhən rahatlıq gətirə bilər.

✅Həyatın gözəl anlarına fokuslanın – Xoş hadisələri daha çox düşünməyə çalışın. Bəli, bəzən ağır günlər olur, amma həyat həqiqətən də gözəldir.

✅Hər gün az da olsa bir yenilik edin – Hər gün bir kiçik fərqlilik – fərqli bir yol seçmək, yeni yemək dadmaq, hətta sadəcə bir az fərqli geyinmək. Bu cür dəyişikliklər monotonluğu azaldır və həyatı daha maraqlı edir.

☝️Həyat heç vaxt eyni ritmdə davam etmir və bu da onun ən gözəl sirridir. Bəzən hər şey ürəyimizcə olur, bəzən isə qarşımıza çıxan qəribə hadisələr bizi çaşdırır. Amma əslində həyatın bu dalğaları, dəyişkən anları, bizə nələrsə öyrətmək üçün var.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤5🔥4👏2🎉1
"Daxili səsinizi eşidə bilmək üçün bəzən xarici sükutu tapmaq lazımdır."

Ziqmund Freyd
❤10👍6⚡1👏1🤩1🕊1😍1💘1
Ən böyük ünsiyyət problemimiz:

"Anlamaq üçün deyil, cavab vermək üçün dinləyirik."
👍17🔥3🕊3👏1💘1
👥Deindividuasiya: Qrup Davranışlarının Psixologiyası

"Deindividuasiya, insanların sərhədlərini itirməsidir."
~Leon Festinger


🎃Diner Və Həmkərlarının Təcrübəsi
Psixoloq Edvard Diner(Edward Diener) və həmkarları Hellouin gecəsində bir təcrübə keçirdi. Bir qrup uşaq toplanmışdı, Diner uşaqları əvvəlcə tək-tək çağırır, adını və ünvanını soruşur sonra isə ona konfetlə dolu qabdan yalnız bir konfet götürməsini tapşırıb otaqdan çıxır. Sonra digər uşaqları qrup şəklində və heç bir məlumat almadan çağırır eyni şeyi onlardan da tələb edir və birdən artıq konfet götürənin məsuliyyətə cəlb olunacağını bildirib otağı tərk edir. Təcrübə göstərir ki, tək olan uşaqlar əlavə şirniyyat götürməyə qrupda olanlardan daha az meyillidirlər. Həm də eksperiment zamanı adı soruşulmayan uşaqların əlavə şirniyyat götürməyə daha çox meyilli olduğunu da anlayırlar.

👁‍🗨Anonimlik və Deindividuasiya
Deindividuasiya, insanların qrup içində anonim olduqda fərdi kimliklərini və məsuliyyət hisslərini itirməsi deməkdir. Qrup daxilində insanlar cavabdehlik hiss etmir və davranışlarında sərhəd tanımır. Onlar öz şəxsiyyətlərindən uzaqlaşır və bəzən bu mənfi nəticələr doğurur.

🤯🧑‍⚖️ Kütlə Psixologiyası və Güc
Qustav Lebon(Gustave LeBon) kütlə psixologiyasında qeyd edir ki, bir kütlənin içində olmaq fərdin fərdi düşüncələrini məhdudlaşdırır və onu güclü təsirlərə qarşı həssas edir. Kütlə içində fərd öz sərhədlərini və mənəvi məhdudiyyətlərini asanlıqla unudur.

🎭 Sosial Mənlik Statusu
Sosial mənlik nəzəriyyəsi də göstərir ki, deindividuasiya zamanı insanlar öz fərdi mənliklərindən çox, qrup mənliklərinə əsaslanırlar. Bu vəziyyətdə qrup norması nədirsə, davranış da o istiqamətdə formalaşır—müsbət və ya mənfi.

🪞 Özünü Dərk Etmə Gücü
Deindividuasiya ilə mübarizə aparmağın bir yolu, insanların özlərini daha çox dərk etməsini təmin etməkdir. Güzgü kimi sadə bir vasitə belə, insanları öz hərəkətlərini daha diqqətli nəzərdən keçirməyə vadar edə bilər, çünki güzgü onların kimliklərini xatırladır.

Quranda və İncildə belə sözlər yazılıb: Özünə pərəstişgah yaratma.

İstər şəxs, istər qrup formasında. Çalışın öz mənliyinizi formalaşdırıb inkişaf etdirin. Kiminsə və nəyinsə təsirində yaşamayın. Əks halda ziyan verən insan və ya qrup təsirinə düşə bilərsiniz, məsələn sektalar belə işləyir. Unutmayın, öz mənliyiniz hər şeydən vacibdir!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤1⚡1👏1
Koqnitiv Dissonans: Özümüzə Yalan Danışırıq🫣⁉️

“İnsanın daxili gərginliyi, onun özünə qarşı dürüstlüyünə olan ehtiyacı ilə əlaqədardır.” — Mahatma Qandi


💸💵Festinger və Karlsmit Təcrübəsi
Festinger və Karlsmit maraqlı bir təcrübə keçirmək qərarına gəldi. Bir qrup şəxs toplayıb onlara çox cansıxıcı bir iş tapşırdılar. İşin sonunda bu şəxslərin bir hissəsinə 1$, qalan hissəsinə 20$ verib başqa adamlara işin necə maraqlı olduğuyla bağlı yalan danışmalarını istədilər.

🤔👀1 Dollar Alanların Düşüncə Dəyişiklikləri
Bu təcrübənin nəticəsi olduqca maraqlı idi: 1 dollar alan iştirakçılar bu pulun yetərsiz olduğunu görəndə belə bir cansıxıcı iş gördüklərinə məyus oldular. Onlarda yaranan daxili gərginlik özlərini günahlandırmaq, peşmanlıq hiss etməklərinə səbəb oldu. Bu narahatlığı aradan qaldırmaq və sakitləşmək üçün özlərini bu işin əslində elə də sıxıcı olmadıqlarına inandırdılar. Bir növ belə bəhanələrlə təskinlik tapırdılar. Nəticədə digər adamlara da işin əslində maraqlı olduğunu dedilər.

💰🤑 20 Dollar Alanların Təcrübəsi
20 dollar alanların bu məbləği yetərincə yüksək hesab etdikləri üçün heç onlar özlərini ittiham etmirlər və daxili gərginlik yaşamırlar. Bu da düşüncələrinin elə olduğu kimi qalmasıyla nəticələnir. Yəni işin sıxıcı olduğunu qəbul edirlər. Digər insanlara da işin necə sıxıcı olduğundan danışırlar.

⚡️ Koqnitiv Dissonansın İnsan Psixologiyasındakı Rolu
Koqnitiv Dissonans insanların iki mənfi hadisəylə qarşılaşdığında yaranan daxili gərginliyi(günahkarlıq və narahatlıq hissini) aradan qaldırmaq üçün özlərinə müəyyən bəhanələr, səbəblər tapmalarıdır. Leon Festinger bu nəzəriyyəni 1957-ci ildə irəli sürüb və insanların necə daxili narahatlıq hissi yaşadıqlarını izah etmək üçün istifadə edib. Təcrübəyə əsasən insanların daxili gərginliklərini azaltmaq üçün öz düşüncələrini necə dəyişdirdiklərini və davranışlarını necə əsaslandırdıqlarını başa düşmək mümkündür.

Növbəti mətnimizdə Koqnitiv Dissonansdan necə qurtulmalı olduğumuzdan danışarıq. Gəlin bizi yalan danışmağa sövq edən bu hissi içimizdən söküb ataq⚔️🙃
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5⚡1❤1👏1
"Bir gün dönüb, keçmişinizə baxdığınızda, mübarizələrlə keçən illərin həyatınızın ən gözəl illəri olduğunu fərq edəcəksiniz."

~Ziqmund Freyd
🔥13⚡1
🧠Beynin Ən Qədim Təbəqəsi: Sürünən Beyin🦎

İnsan beyninin ən qədim və sadə təbəqəsi “sürünən beyin” adlanır. Adından da göründüyü kimi, bu hissə ilk dəfə sürünənlərdə (ilanlar, kərtənkələlər) yaranıb və bizim beynimizin əsasını təşkil edir. Sürünən beyin ən əsas funksiyalara cavabdehdir. Gəlin baxaq, bu nə deməkdir və gündəlik həyatımıza necə təsir edir!👇

Sürünən Beyin Nə Edir?💡
Sürünən beyin daha çox avtomatik funksiyaları idarə edir:

Nəfəs alma 😮‍💨
Ürək döyüntüsü
❤️
Bədən balansı 🤸‍♀️


Bu hissə bizi düşünmədən yaşadan bir "avtomatik pilot" kimidir. Əgər kimsə deyirsə ki, “ürəyini döyündürmək üçün fikirləşmək lazımdır,” gülün, çünki sürünən beynimiz bu işi artıq özü görür! 😄

Niyə Sürünən Beyin? 🐍
Adı sürünən beyin olsa da, bu, bizə hərəkət etməyə kömək edir. Sadə desək, bu hissə bizi həyat üçün lazım olan şeylərə fokuslanmağa məcbur edir, çünki o, təcrübədən yaxşı öyrənmir, instinktlərə əsaslanır. Yəni əgər hər dəfə təhlükə ilə qarşılaşsaq, qaçmağa və ya müdafiəyə keçməyə meylli olarıq. Bu, bizi qorumaq üçün instinktiv davranışlarımızı idarə edir.

Məsəl üçün 🧗:
Deyək ki, hündürlükdən qorxursunuz. Dağın başına qalxanda dərhal ürəyiniz sürətlə döyünməyə, nəfəsiniz isə tez-tez gəlməyə başlayır. Səbəb? Sürünən beyniniz təhlükəni hiss edib sizi "hazırlıq vəziyyətinə" gətirir. Bu hiss, hətta düşməyəcəyinizi bildiyiniz halda belə, avtomatik olaraq işə düşür.😅

Maraqlı Fakt 🔍
Sürünən beynimiz dərslərdən və təcrübələrdən öyrənmir. Bu səbəbdən o, yeni şeylər yaratmaq, dəyişmək və öyrənmək baxımından məhduddur. Məsələn, bir ilan eyni təhlükə ilə qarşılaşsa, yenə eyni cür davranacaq – çünki bu beyin hissəsi dəyişməz davranışları idarə edir.

Ən maraqlısı isə odur ki, nə qədər inkişaf etsək də, bizim içimizdə hər zaman bir "sürünən" gizlənib. Bu qədim beyin bizi təhlükələrdən qoruyur, amma eyni zamanda müasir dünyada qarşılaşdığımız yeni çağırışları dərk edə bilmədiyindən bəzən bizi geri saxlayır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7⚡5👏2🔥1
🧠 Güzgü Neyronları: Başqalarının Hisslərini Anlamaq🪞

Güzgü neyronları beynimizin “sirli qəhrəmanlarıdır.” Onlar bizə başqalarının nə hiss etdiyini, necə davrandığını anlamağa kömək edir və bu bacarıq sosial münasibətlərimizin əsasını təşkil edir. Maraqlıdır ki, bu neyronlar bizim də başqaları kimi hərəkət etməyimizi təmin edərək empati qurmağımıza imkan yaradır! 🧑‍🤝‍🧑

Güzgü Neyronları Nə İş Görür?💡
Əsasən, güzgü neyronları birini müşahidə etdikdə, biz həmin hərəkəti etməsək də, beynimizin onu “hərəkət edirmiş kimi” qəbul etməsidir. Məsələn:

Kiminsə qışqırdığını görürsünüz və ürəyiniz sıxılır 🥺
Dostunuz zədə alır və siz də sanki ağrını hiss edirsiniz
😖

Bu, beyində güzgü neyronlarının aktivləşməsi nəticəsində baş verir. Onlar başqasının yaşadığı təcrübəni “güzgü” kimi əks etdirir və siz də o təcrübəyə şərik olursunuz.

Məsəl üçün: Göz Yaşları 😢
Dostunuz üzüləndə və ağlayanda bəzən səbəbini bilməsəniz də siz də kədərlənirsiniz. Bu, güzgü neyronlarının işidir. Onlar dostunuzun emosiyasını əks etdirir və siz də eyni hisləri yaşamağa başlayırsınız. Yəni güzgü neyronları bizi başqalarına yaxınlaşdırır və empati qurmağımıza yardım edir.

Maraqlı Fakt 🔍
Araşdırmalar göstərir ki, güzgü neyronları sadəcə kədərlə yox, sevinc, qorxu və hətta həyəcanla da aktivləşir! Bir nəfərin gülümsədiyini görəndə beynimizdə eyni “gülmə” neyronları işə düşür və bu, özümüzü daha xoşbəxt hiss etməyimizə səbəb olur😊

Həyatımızdakı Təsiri 💫
Güzgü neyronları sayəsində biz başqalarından öyrənirik. Məsələn, uşaqlar valideynlərini izləyərək necə davranmağı öyrənirlər. Onlar hər şeyi təkrar etməyə çalışır, yemək yedikdə qaşığı necə tutmalı olduqlarını belə güzgü neyronları vasitəsilə mənimsəyirlər.

Güzgü neyronları bizim gizli sosial bağlarımızdır. Onlar bizi başqalarının duyğularını anlamağa və onlarla daha yaxın əlaqə qurmağa kömək edir. Bizim "empati" adlandırdığımız şeyin arxasında dayanan bu gözəgörünməz qəhrəmanlar, həyatımızın hər anında başqaları ilə harmoniyada olmamıza yardım edir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9👏3
"Ox ancaq geri çəkilərək atılar. Əgər həyat çətinliklərlə sizi geri çəkirsə sizi daha böyük hədəfə atacağı üçündür. Nişan almağa davam et!"

~Paulo Coelho
👍14👏1