Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
126 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
🪨Kədər – daşlarla dolu çantamızdır

Narahat vəziyyətdən sonra bərpa olunmağa kömək edəcək 2 aydın sual:

Əgər hər şeyi düzəltmək mümkündürsə, nəyə görə kədərlənməli?

Və əgər heç nəyi düzəltmək mümkün deyilsə, nəyə görə kədərlənməli?


Bu sualları özünüzə daha tez-tez versəniz, həyatınızda kədərə yer qalmayacaq. Əlbəttə, bu çətindir, çünki emosiyalar öz gücünü göstərir. Amma bu məsləhəti ağlınızda saxlasanız, kədər xeyli azalacaq.
👍7❤3🔥1👏1
🌟Minimalizm: Az ilə çox yaşamaq sənəti

Minimalizm təkcə bir həyat tərzi deyil, həm də zehnimizi və ruhumuzu azad etməyin yoludur. Daha az əşyaya, daha çox mənaya sahib olmaq bizə həm daxili rahatlıq, həm də daha keyfiyyətli bir həyat bəxş edir.

❓Minimalizm nədir və niyə lazımdır?

Minimalizm ətrafımızı lazımsız əşyalardan və fikirlərdən təmizləyərək yalnız bizə həqiqətən vacib olanlara yer ayırmaqdır. Stanford Universitetinin apardığı araşdırmaya görə, lazımsız əşyalarla dolu bir mühit insanların diqqətini yayındırır və stres səviyyəsini artırır.

🛋️Daha az əşya ilə daha çox xoşbəxtlik

Bəs sənə xoşbəxtlik gətirən şeylər nələrdir? Böyük bir evdə çoxlu əşyalar, yoxsa mənalı əlaqələr və gözəl anlar? Araşdırmalar göstərir ki, təcrübələrə investisiya edən insanlar daha xoşbəxt və daha razı olur.

🚀Minimalist həyat tərzini necə başlamaq olar?

Minimalizmə başlamaq üçün ilk addımlar:

1. Lazımsız əşyalardan qurtul: Evdə istifadə etmədiyin əşyaları bağışla və ya sat.


2. Prioritetlərini müəyyən et: Sənin üçün ən vacib olan dəyərləri seç.


3. Vaxtını dəyərləndir: Gündəlik həyatında həqiqətən vacib olan şeylərə fokuslan.

Minimalizm azlıq deyil, bolluğun başqa bir formasıdır.
❤6🔥5👍2👏1
Pis hadisələrə nə qədər çox müqavimət göstərsək, bir o qədər çox əziyyət çəkirik.

Bu, bizi aldadanda və ya incidəndə yaranan vəziyyətlərlə bağlı bir nəticədir. Bu hadisələri beynimizdə yüz dəfələrlə təkrarlaya və yatmazdan əvvəl yenidən xatırlaya bilərik, amma bu, yalnız özümüzə zərər verir. Çünki vəziyyət bundan dəyişməyəcək. Buna görə də onları qəbul etməyi öyrənmək vacibdir.

Bu o demək deyil ki, məsələn, oğruları cəzasız qoymalıyıq. Əgər vəziyyətə təsir edə bilirsənsə, əlindən gələni etməlisən. Sadəcə, bu barədə həddindən artıq düşünməyə və özünü içdən-içə yeyib tükətməyə dəyməz.
👍6❤3👏2🔥1
🔄 Uşaqlığa Qayıdış

Hamımız bir zamanlar uşaq olmuşuq, oynayıb əylənmişik və hər xırda şeydən həzz almışıq. Amma zaman keçdikcə, hətta sadə bir gəzintidən belə necə zövq aldığımızı unutmuşuq. Düşün, ən son nə vaxt səbəbsiz yerə gəzintiyə çıxmışdın?

Bəzən xoşbəxt olmaq üçün özümüzü yenidən uşaq kimi hiss etməyə ehtiyacımız var. Yeni yerləri kəşf et, velosiped sür və uzun müddətdir təxirə saldığın o işi nəhayət ki, gör.
👍6❤2🔥2👏1
🇦🇿🥀🥀
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💔16
🏌️🏋️‍♂️💡Beyin və İdman: Zehni Sağlamlıq Üçün Hərəkətin Gücü

İdman və Beynin Güclənməsi

Fiziki aktivlik yalnız bədənə deyil, beyinə də fayda verir. İdman zamanı qan dövranı artır və beynə daha çox oksigen çatır. Bu proses yeni neyron əlaqələri yaradır, yaddaşı gücləndirir və öyrənmə bacarıqlarını artırır.

Endorfin Möcüzəsi: Stressin Ən Güclü Dərmanı

Fiziki fəaliyyət zamanı ifraz olunan endorfinlər stressi azaldır və əhval-ruhiyyəni yüksəldir. Hərəkət zamanı yaranan bu təbii xoşbəxtlik hormonları beyin funksiyalarını tənzimləyir və daha balanslı bir zehni vəziyyət yaradır.

Kreativliyə Təsir

İdman, xüsusilə də yüngül fiziki fəaliyyətlər, beyində kreativ düşüncəni gücləndirir. Stanford Universitetinin tədqiqatları göstərib ki, gəzinti yaradıcılıq qabiliyyətini təxminən 60% artırır. Sadə hərəkətlər belə problemlərin həllində yeni perspektivlər açır.

Uzunömürlü Beyin: Altsheymer və İdman

Həftədə ən azı üç dəfə 30 dəqiqəlik idman Altsheymer xəstəliyinin riskini 40% azalda bilər. Harvard Universitetinin tədqiqatları göstərir ki, fiziki fəaliyyət beyində sinaptik əlaqələri qoruyur və nevroloji xəstəliklərin qarşısını alır.

Təcrübələr və Kitablardan Nümunələr

Bestseller “Spark: The Revolutionary New Science of Exercise and the Brain” kitabında müəllif Gon Ratey (John Ratey) izah edir ki, fiziki fəaliyyət insan beyninin funksionallığını artırmaq üçün ən güclü təbii vasitədir. Araşdırmalar göstərir ki, intensiv idman sinir sistemini yeniləyir və zehni sağlamlığı möhkəmləndirir.

İdman və Yaddaşın Güclənməsi

Aerobik fəaliyyətlər hipokampusun — beynin yaddaşla bağlı hissəsinin — həcmini artırır. Gündəlik fiziki hərəkətlər həm qısa, həm də uzunmüddətli yaddaşı gücləndirir.

İdman, beyin sağlamlığını qorumaq və inkişaf etdirmək üçün ən təsirli vasitələrdən biridir. İdman etmək yalnız fiziki sağlamlıq deyil, zehni tarazlıq üçün də həyatımızın ayrılmaz hissəsinə çevrilməlidir. 🏃‍♀️💡
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👏3👍2🔥1
💡👁🧠Beyin və İntuisiyanın Gücü

İntuisiya nədir?

İntuisiya beynimizin şüursuz olaraq tez qərar vermə bacarığıdır. Bu, keçmiş təcrübələrə, instinktlərə və topladığımız məlumatlara əsaslanır. Şüurlu düşünmədən əvvəl intuisiya bizi yönləndirir və qərar vermədə əvəzsiz rol oynayır.

Beynin intuisiyanı necə işlədir?

Beynin orbitofrontal korteksi və limbik sistemi intuisiya ilə əlaqədardır. Məsələn, orbitofrontal korteks sürətli qərarların verilməsində aktiv rol oynayır. Ayrıca, amigdala emosional vəziyyətlərə ani reaksiya verərək intuisiya prosesinə töhfə verir.

İntuisiya təcrübələrdə necə təsdiqlənir?

Araşdırmalarda intuisiya qərarların sürətinə və effektivliyinə təsir etdiyi göstərilib. Malcolm Gladwellin “Blink” kitabı bu mövzuda məşhurdur. Kitabda, intuisiya ilə edilən sürətli qərarların bəzən daha dəqiq olduğu vurğulanır. Məsələn, sənət ekspertləri və ya idmançılar çətin vəziyyətlərdə intuisiya ilə hərəkət edirlər.

Gücləndirilmiş intuisiya: mümkündürmü?

Bəli! Təcrübə və diqqətli müşahidə intuisiya gücünü artırır. Daha çox məlumat toplamaq, müxtəlif vəziyyətlərdə refleksləri təkmilləşdirmək və təkrar öyrənmə intuisiya prosesini inkişaf etdirir.

İntuisiya beynin ən heyrətamiz qabiliyyətlərindən biridir. Təcrübə və biliklə onu gücləndirmək mümkün olduğu üçün həyatın hər sahəsində intuisiya böyük üstünlüklər təmin edə bilər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6👏3❤2⚡1
Dostlar 10 ref lazımdır. Kripto oyundur.

1. Start verin.
2. Oyunu açın.
3. 🙏

PS: Admini dəstəkləyin 😂

https://t.me/PAWSOG_bot/PAWS?startapp=RSzlicZz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥶🧠🧬Beynin Genetikası: Zəkamızı Şəkilləndirən Kodlar

Genetik kodlarımız beynimizin "tikinti planı" kimi fəaliyyət göstərir. Beyin funksiyaları, yaddaş və emosiyalar genetik miras və ətraf mühitin qarşılıqlı təsiri ilə formalaşır.

Genlər necə işləyir? 🧬

Genlər beynin formalaşmasında əsas rol oynayır. Neyronların quruluşu, əlaqə yolları və sinir ötürmə mexanizmləri genetik məlumat əsasında tənzimlənir. Məsələn:

BDNF geni: Yaddaşın güclənməsinə və neyronların böyüməsinə dəstək verir.

DRD2 geni: Motivasiya və mükafat mərkəzini idarə edir.

İrsi zəkaya təsir edən genlər

Zəka tək bir genlə deyil, genlərin kollektiv fəaliyyəti ilə müəyyən edilir:

FMR1 geni: Təhsil və koqnitiv bacarıqlara təsir göstərir.

CHRM2 geni: Dərin düşüncə və riyazi qabiliyyətlərlə əlaqəlidir.

Ətraf mühit və genlər arasındakı dialoq

Genetik miras, ətraf mühitlə qarşılıqlı əlaqə nəticəsində dəyişə bilər. Məsələn:

Stress və yoxsulluq genlərin fəaliyyətini ləngidə bilər.

Stimullaşdırıcı mühitlər genlərin ifadəsini artırır.

Maraqlı faktlar

İki eyni genetik quruluşa sahib olan əkizlər müxtəlif mühitlərdə böyüdükdə fərqli zəkaya sahib ola bilərlər.

Genetik məlumat beynin anatomiyasını dəyişdirərək psixoloji vəziyyətlərə təsir edə bilər.

Tədqiqatdan nümunə

2018-ci ildə edilən bir araşdırmada, neyroplastikliyin yüksək səviyyədə genetiklə əlaqəli olduğu müəyyən edilmişdir. Yəni, beynin yeni məlumatları emal etmə qabiliyyəti genlərdən asılıdır.


Genlər zəkamızın əsasını təşkil edir, lakin öyrənmə, ətraf mühit və şəxsi təcrübələr bu genetik kodu həyatımız boyunca yenidən yazır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7👏3🔥2❤1
animation.gif
70.6 MB
🎉🎄🤝🇦🇿Dostlar, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2025-ci il münasibəti ilə hər birinizi təbrik edirəm 🙏

Yeni il sizlərə düşərli, uğurlu olsun, xoşbəxtlik gətirsin 💎

😉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍2👏2😍2
🎯✅2024-cü il BŞ-da kripto ili idi. Müəyyən uğur qazandıq və davam edirik🔥

🎯2025-ci il - Süni İntellekt (Sİ) ili elan edirik!

Hazır olun yeniliklərə 😉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6🫡3❤2👏1
Stenford Universiteti ödənişli olan 10 dərsli yeni proqramçı kursunu CS101 pulsuz təqdim etdi.

Kurs üçün təcrübə lazım deyil. Yenilər üçündür.

Dil: ingilis 🇬🇧

14 fevrala kimi pulsuzdur. Sonra $249 olacaq qiyməti. Öyrənməyə 1 aydan çox vaxtınız var 😉

Proqramın saytı - cs101.com

Kursun içində:
• Kompüter Elmlərinin Əsasları 
• Süni intellektə giriş 
• Robot texnikası üçün süni intellekt 
• Python-a giriş 
• Maşın öyrənmənin əsasları 
• Uğurlu karyera qurmaq üçün bələdçi 
• Verilənlər bazaları və SQL 
• R dilində proqramlaşdırmanın əsasları 
• Statistik Modelləşdirmə və Məlumat Elmləri 
• Tez proqram yaratmaq üçün maksimum MSP proqramlaşdırması

https://www.edx.org/learn/computer-science/stanford-university-computer-science-101

#kurslar@biznes_ugur
#təhsil
#karyera #kurs #kurslar

🔥- belə faydalı linklər çox olsun

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8👍4👏1
💰💵💸Qazanc illüziyası ya "Məqsəd - $"

Əvvəl mən deyirdim ki, uzunmüddətli yatırım edək. Amma indi azca strategiyanı dəyişdim.

Əgər kripto bazarına baxmağa vaxt yoxdursa, onda uzunmüddətli yatırım edin. Və başınızı ayrıtmayın.


Amma mən indi başqa cür edəcəm.

Spotda balansı bir kriptovalyutadan digərinə atacam.

❗️Əsas qayda: qazancı fiksasiya etməyi unutmayın

Çox adam alır token 0,007$ qiymətinə, məsələn NotCoin. O da qalxır 0,015$.

Bunlar sevinirlər ki, balans artdı. Amma sonra Not düşür və balans yenə azalır.

Ona görə, hər zaman aldığınız qiymətdən çox qalxdısa - satıb usdt-də qazancınızı tamamlayın.

İzah edim:

Mən həftə əvvəli Build tokeni aldım, o 3 qat qalxdı. Bu nə demək? Hələ ki, x3 fiks edim və $100-ı $300 edim.

Sonra başqa hədəf axtarım.

Balansı da belə artırırlar. İndi düşünürəm ki, kaş ki bütün balansı ona çevirərdim. Balansım üç qat artardı.

Major 1,2$ olanda satmadım. İndi 3 qat düşüb. Bu onu göstərir ki, qazancı $-da saymaq daha sərfəlidir.

Mən Majoru satıb usdt etsəydim, indi $1300 varım idi. Onu Buildə qoysaydım, indi $3900 var idi.

Və bu 1 aya. Amma etmədim, düşündüm ki, artacaq.

İndi həmişə fiks edəcəm. Qazanc oldu? Sat və ya düşməsini gözlə, ya da başqa tokenə keç.

Məsələn, indi Earn pool gedir. Bütün pulu atmışam ora.

Və Anon-da +30% artım etdim, Build-də - +200%

Əlavə də PX qazanıram. Onu da yüksək qiymətə satacam.

Sonra qazancı Majora çevirmək olar və artımını gözləmək olar.

Belə də balans usdt-lə artacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤1👏1
💵💰💸Yeni fürsətlər - Spot Treydinq.

Major lislinq edəndə Mexc, Bitgetdə qiymət aşağı idi - 0,3$-dan başladı.

Amma OKX-da 1,9$-dan.

1 saat əvvəl Woof listinq etdi və çox maraqlı bir imkan gördüm:

Listinq $0,0001$-dan başladı. Çox aşağıdan. Və mən satmadım, yazdığım kimi, qiymət ucuzdur deyə satmayacaqdım.

Amma gərək alardım. $100 verib 1 000 000 woof alsaydım, indi o $459 olmuşdu.

Və məncə sabaha lap qalxacaq və böyük ehtimal ilə 0,001$ olacaq.

$0,00048-dən aldım. Elə olsa x2 edəcəm.

Amma təəssüf, $100 atıb rahat $459 indi və yaxın günlərdə $1000 edərdim.

___
Dərs olsun və gələcək fürsətləri qaçırmayaq. Görüm Vertus üçün öncədən $ saxlayacam, birdən onlar da belə edər
😉


___
Bütün oynadığımız oyunlar
___
t.me/qazanc_kripto | 👏 BŞ © | 💰 Oyun qrupu | Müzakirə |✅ | 🎞 Abunə ol
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3❤1🔥1👏1
⚠️Dostlar, kim girməyibsə adminə ref lazımdır https://t.me/TVerse?startapp=galaxy-0004c994a4000169d3ae0002b4dd11

1. Botu açın və start verin.
2. Oyuna girib başlayın və kifayətdir.

Minnətdaram 🙏
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😂💵💸İki dost görüşür. Biri digərindən soruşur:

- Salam, necəsən? İş, güc? Sən kriptovalyuta ilə məşğul idin, nə oldu onun axrı?
- Bilirsən, kriptovalyutada vəziyyət şahmatdakı kimidir - ya ağ zolaq, ya qara.
- Bəs indi hansı zolaqdır?
- İndi qara...


Üstündən uzun zaman keçir. Həmin dostlar yenə görüşür:

- Salam, necəsən? Kriptovalyutada vəziyyətin necədir? İndi hansı zolaqdır?
- İndi qara.
- Necə? Axı qara keçən səfər idi.
- Yox e, keçən səfərki ağ zolaq imiş
😂
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁7🤨2