Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
128 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
• Dünyanı dəyişdirə bilmirsinizsə, Dünyanızı dəyişdirin. 🌸

• Stefan Zweig ✅

@inkisaf1 🍀
⚡14👍6👌4🏆4🤔2😍1
• Tanıdığım ən keyfiyyətli insanlar: 👇🏻

• Şükür etməyi bilənlər; ✨
• Qorxularıyla üzləşməyi bacaranlar; ✨
• Neqativ cavab verməyənlər; ✨
• Gözləntisiz hərəkət edənlər; ✨
• Bəhanə uydurmayanlar; ✨
• Gözlənmədiyi anda yaxşılıq edənlər. ✨

@inkisaf1 🍀
❤21⚡8🥰2👍1😍1
• Bəzi məsləhətlər 👇🏻

• İçimizdə xoşbəxtlik. 
Biz kənardan razılıq və rahatlıq axtarmaq üçün çox vaxt sərf edirik. Və həmişə belə çıxır ki, biz səhv yerdə axtarırıq. Öz içinizə baxın, orada xoşbəxt həyat üçün lazım olan hər şeyi və daha çoxunu tapacaqsınız🕊️

• Hər şeyə görə minnətdar olun. Yaxşılar üçün, pislər üçün, dəhşətlilər üçün. Həyatın özü əvəzsiz bir hədiyyədir. Zövq və ağrı isə səyahətimizin bir hissəsidir✨

• Qavrayışınızı dəyişin və həyatınız dəyişəcək. Qorxu, qəzəb, inciklik hiss etdiyiniz zaman vəziyyətə başqa tərəfdən baxın🍀

• Qələbələrinizi qeyd edin.  Hər kəsi, hətta ən kiçik uğuru da sevin🎯

• Sərbəst rəqsdə həyat boyu fırladın. Böyük bir xəyalınız varsa, onu ehtirasla izləyin⚡

• Bizim bir borcumuz var - indi xoşbəxt olmaq və həyatımızın hər anını qiymətləndirmək!
👑💕

@inkisaf1 🍀
👍10❤‍🔥9❤2😍1
💰🤑💰 Böyük pulun qanunu

Qazancınız üç şeydən asılı olacaq:

• gördüyünüz işə olan tələbatın ölçüsündən;
• o işi görmək üçün bacarığınızdan;
• sizi əvəz etməyin çətinliyindən.

Çox adam düşünür ki, niyə artistlər, oxuyanlar bu qədər çox qazanırlar? Niyə fəhlə, yanğınsöndürənlər bu qədər az qazanır? Düşünür ki, bu haqsızlıqdır. Amma elə deyil. Saysız-hesabsız insanlar istəyir ki, onları kimsə əyləndirsin. Onlar fikirlərini həzzə yönəldib düşünmək istəmirlər. Ona görə də, əyləncə sahəsində işləyənlər çoxlu pul qazanacaq.

İndi təsəvvür edin ki, insan istedadlıdır və öz sahəsinin dahisi. Onlar çox böyük məbləğləri qazanacaq. Götürək məsələn populyar futbolçuları. Eyni zamanda Hollivud aktyorları. Miıyonlarla insan onlar olan filmə baxır, sevimli aktyorların filminə gedirlər.

Ona görə, hansı sahədə tələbat var - orda da çox qazanmaq olur. Bu qayda əks halda da işləyir. Asfalt qazan fəhlələrə baxanda düşünürük ki, bu iş necə çətindir, yəqin onlar çox qazanırlar. Amma elə deyil. Maaşları azdır. Çünki bu işə tələbat da çox azdır.

Ona görə - birinci tələbat. İkinci də istedanızın səviyyəsi. Daim bacarıqlarınızı inkişaf etdirin.

Siz işinizi çox yüksək səviyyədə görəndə də, sizi əvəz etmək çox çətin olacaq. Çünki siz peşəkarsınız artıq, elə insanlar da çox azdır. Olanların da öz işi olacaq ya da çox yüksək maaş istəyəcəklər. Təbiidir ki, işinizi zəif görürsünüzsə, sizi əvəz etmək iki vur iki olacaq. 

Bob Proktor ©


#qazanc
#biznes
#uğur_qaydaları
#investisiya

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍16⚡3🏆3❤1🤩1👌1
Həyat sənin içindəkilərdir:

• İçində qorxu varsa, həyat səni qorxudar.

• Əgər daxildə aqressiya varsa, həyat sənə “hücum” edəcək.

• İçində döyüşmək istəsən - rəqiblər tapacaqsan.

• İçində özünü günahkar hiss edirsənsə, həyat səni “cəzalandırmağın” yolunu tapacaq.

• İçəridə kin varsa, həyat daha çox inciməyə səbəb verəcək.

• İçəridə sevinc varsa, həyat sevinc üçün daha çox səbəb verəcək.

• Əgər içində minnətdarlıq varsa, həyat sənə sahib olduqlarına görə minnətdar olmaq üçün daha çox səbəb verəcək.

___
Daha çoxu t.me/biznes_ugur
⚡14👍13🏆6😍3❤2❤‍🔥1
Üç qardaş və xoşbəxtlik

Bir gün üç qardaş Xoşbəxtliyin bir çuxurda oturduğunu gördülər.

Qardaşlardan biri çuxura yaxınlaşıb ondan pul istədi. Xoşbəxtlik ona pul verdi, o da xoşbəxt getdi.

Başqa bir qardaş özü üçün gözəl bir həyat yoldaşı istədi. O dərhal onu aldı və xoşbəxtliyinə sevinərək tez onunla qaçdı.

Üçüncü qardaş çuxura əyildi:

- Nə lazımdır? – deyə Xoşbəxtlik soruşdu.

- Bəs sənə? – qardaş sualla cavab verdi.

- Məni buradan çıxarın. - dedi Xoşbəxtlik.

Qardaş əlini uzadıb onu çıxartdı, sonra dönüb uzaqlaşdı. Xoşbəxtlik də onun ardınca getdi...


#hekayələr

Daha çoxu t.me/biznes_ugur
👍27❤5⚡4🤩3
Dostlar, qrupun strategiyası dəyişilir.

Daha çox maraqlı, faydalı və sizi uğura aparan mətnlər olacaq!

Bu gündən danışıq qrupumuz da açılır - hər kəsi dəvət edirik.

Gəlin tanış olaq və bir-birimizi irəli aparaq 😉

https://t.me/inkisaf1

Hər kəsi gözləyirik. Umutmayın, uğurumuzun 90%-ı əhatəmizdən asılədır 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤩7👌5
👋Tanış olaq? Dostlar, düşündüyünüz kimi kanalın sahibləri dəyişilib.

Hal-hazırda kanal ilə məşğul olan "Böyük şəxsiyyət" projektinin komandasıdır.

Özümüzü təqdim edək:

✅ Sahələrimiz: biznes, uğur, qazanc, artım, dahilik, marketinq

✅ əsas kanalımız: t.me/biznes_ugur

✅ danışıq qrupumuz: t.me/boyuk_shexsiyyet

✅ Pulsuz kripto qazanc əldə etmə qrupu: https://t.me/+7eoUqqcPIs8yYzM6

✅ Rəsmi saytımız: boyuk-shexsiyyet.com

🏆Əsas şüarımız:
Böyük Şəxsiyyət hər kəsin daxilində var 😉

Biz adi kanal deyilik və bunu kanalımızın izləyiciləri təsdiq edir. 1 il ərzində yüzlərlə minnətdarlıq rəyləri almışıq. Bizim kanal izləyicilərimizin düşüncəsini dəyişir və uğurlarına çatdırır. Yolda olanlar var, məqsədə çatanlar var, hətta bir qəpik xərcləmədən pul qazananlar var.

BŞ sıravi kanal deyil. BŞ həyatları dəyişir. Ona görə bizə diqqət verin 🙏

Biz sizin uğur yolunuzda daim sizə dəstək olacağıq.

Sizdən nə gözləyirik? Mətnləri oxuyun, aktiv olun, bilmədiyinizi soruşun və heç vaxt, heç vaxt təslim olmayın!

BŞ-ya xoş gəldiniz. Ave, Legion!

t.me/biznes_ugur
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡11👍5😍1🏆1
11 yaşlı uşağın boyu çıxmırdı - 132 sm, çəkisi də 30 kq. Öz həmyaşlarından hələki 1 il gecikirdi. Amma onun futbolda heyrətamiz istedadı görünürdü.

Məşqçisi yolladı həkimə - böyümə hormonu çatışmazlığı.

Digər insan əlin salardı aşağı. Amma atası və uşaq özü razı olmadı.

4 il hər gün iynə vururdular ayağına. Atası kasıb olsa da, ödənişin edirdi.

Sonra o işini itirdi. Ayda 900$ dərman üçün pulu tapa bilmirdi. Uşağın boyu hələdə geri qalırdı. Müalicəni dayandırmaq olmazdı.

Bir neçə futbol klublarına müraciyət etdi - nəticəsiz. Əllərini salmadı aşağı. Nəhayət Barselona skautu onun istedadını görüb dəvət etdi kluba. Yoxlama uşağın istedadına heyran qaldı və ailəsini köçürdülər Kataloniyaya.

İndi o uşaq artıq böyüyüb. 6 dəfə dünyanın ən güclü futbolçusu adlanıb və karyera boyu qazancı 1 mlrd $-ı vurub keçib.

Düşündüyünüz kimi o - Lionel Messi idi.


Insan məqsədini aydın şəkildə görəndə onu heç nə saxlaya bilməz, bir Tanrıdan başqa...



#motivasiya

@biznes_ugur
⚡13👍11❤10❤‍🔥3🔥2🤔2🏆2🥰1
Başı işləməyən uşaq

Bir dəfə bərbərxanaya bir uşaq yaxınlaşdı. Bərbər onu görüb çağırdı içəri. Dostlarına dedi ki, sizə sübut edəcəm ki, bu uşağın başı işləmir.

1 ₼ və 25 qəpik çıxarıb ona dedi ki, bunların birini seç.

Uşaq 25 qəpiyi seçdi. Hamı güldü.

Sonra sual verildi ki, bəs sən niyə 25 qəpiyi seçdin?

O dedi: "25 birdən çoxdur və bu dəmirdəndir. Kağızı neynirəm".

Bu dəfə daha bərkdən güldülər, gülüşün səsini eşidib kənardan keçənlər də çönüb baxırdı bərbərxanaya.

Uşaq dönüb getdi.

Bu zaman orda növbədə gözləyən müştərinin uşağa yazığı gəldi. O çıxıb onun ardınca getdi və çatanda soruşdu ki, sən həqiqətən düşünürsən ki, 25 qəpik 1 manatdan çoxdur?

Uşaq gülərək cavab verdi: "Yox, əlbəttə ki. Sadəcə mən bir dəfə 1 ₼ seçsəm, onunla da oyun bitəcək. Qoy gülsünlər, mən 2 dəqiqə sərf edib 25 qəpiyimi alıram da".


Heç vaxt özünüzü kimdənsə ağıllı saymayın. Və özünüzü qaldırmaq üçün kimisə alçaltmayın.
Həm də, o uşaq kimi, bir neçə addım qabağa düşünün
.

#həkayələr

@biznes_ugur
👍19❤6👏6😍4
🏆🦾🧠 İmtahanlar

Həyatımızın əvvəlini biz cəmiyyətin fikri ilə yaşayırıq. Çünki şəxsiyyətimiz formalaşmayıb. Bizə nə deyirlər, biz də onu edirik. Hər kəs nə edir, biz də onu edirik.

Elə də imtahanlar. Bilirsiniz, döyüşçü qorxursa, onun ayaqları əsir. Sizcə onu çətin olar yıxmaq? Əlbəttə ki yox, ona yüngül zərbə dəyən kimi, o yıxılacaq, çünki ayaq üstə gücnən dayanıb.

Sizə o fikri çatdırmaq istəyirəm ki, həyatımızda daim imtahanlar olur. Onlar bizim həyatımızın əsas dönəcəyidir, hansılar ki olduğumuz nöqtəni müəyyən edir. Amma bu o demək deyil ki, onlardan keçməsək - həyatımız bitəcək və biz istədiyimiz nöqtəyə çatmayacağıq.

Bəzən, üzümüzə bağlanan qapıdan dönəndə, daha xeyirli açıq qapıları görürük. Bu daim olur. Bir qapı bizə bağlananda, digərləri açılır.

Ona görə ən vacib tövsiyyə: həyacan keçirməyin, rahat olun. Hər vəziyyətdən çıxış tapacaqsınız.

Eyni zamanda, döyüşçü olun, oyuncu, yarışçı ruhlu olun və bütün bildiyinizi yazın. Çıxış axtarın, bütün fikirinizi imtahana cəmləyin.

Bildiyinizi yazın, məntiqi düşünün və bilmədiyinizi də boş saxlamayın - nə bilirsiniz sualla bağlı yazın getsin.

Artıq şeyləri düşünməyin: var imtahan, varsınız siz, başqa heçnə və heçkim.

Bu gün yaxşı yeyin, axşama meyvə, şokolad, fındıq.  Yaxşı su için. Gülməli sevdiyiniz cizgi filminə baxın ki, sakitləşəsiniz.

Tez yatın, doyunca yatın.

Səhər də, oyanıb, azca idman edib, təmizlik işləri görüb, yemək yeyib oturun. Sonuncu dəfə öz fikirlərinizi cəmləyin. Təkrar etmək lazımdırsa edin.

Sosial şəbəkə, messenger oxumayın. Diqqətinizi yaymayın. Vaxt çatanda, güzgüyə baxın, gülümsəyərək özünüzə deyin "Sən bacaracaqsan, hər şey alınacaq", dərindən nəfəs alıb çıxın.

İmtahanda da qorxmayın, həyacan keçirtməyin. Ali təhsilsiz o qədər milyonçu və milyarderlər var: Mark Zukerberq, Stiv Gobs, Bill Geyts. Təkcə bunu bilmək sizə rahatlıq verəcək. Çünki həyacanlı olanda bildikləriniz də yaddan çıxır.

Və bir şeyi də unutmayın: siz BŞ əhlisiniz. Biz uduzmuruq, məğlub və təslim olmuruq!

Hər imtahan verən kəsə uğurlar. Biz sizinləyik və hər birinizə inanırıq.


#uğur_qaydaları

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡13❤9👍6🎉2🏆2
🔝🔖Səhərin sehri: kitabdan əsas fikirlər.

Həyatımızın axrının uğuru əvvəlindən asılı olmuş kimi, günümüzün də uğurlu keçməsi səhərdən asılıdır.

Kitabın müəllifi qorxunc avtomobil qəzasına düşmüşdü. O biznesini itirdi, borca düşdü və yerimək qabiliyyətini itirmək riski yarandı. Amma bu ona kömək etdi ki, həyatında nəyə nail olmasını düşünsün və ümumiyyətlə həyatına başqa bucaqdan baxsın.

Həyatımızı necə məhsuldar edib istədiyimizə nail olaq?

Dünyada insan üçün ən çətin olan bir şey - bəhanələri kənara atıb faydalı olanı etməkdir. Sırf bu səbəbə görə bəşəriyyətin 95℅-ı istədiyi həyatı yaşaya bilməyəcəklər.

1️⃣ Siz dərk etməlisiniz ki, həyatınızı dəyişmək, problemlərinizi həll eymək üçün nəyisə dəyişmək lazımdır.
2️⃣ Düşünün, potensialınızı tam açmaq üçün sizə nə maneə olur?
• arxa güzgüdən görünüş: biz gələcəkdən düşünəndə keçmişə əsaslanıb proqnoz veririk. Amma bu səhfdir, çünki biz fərqli hərəkət etsək fərqli nəticələrə çatacağıq.
• aydın olmayan məqsədlər: bir çox insanda dəqiq və aydın məqsəd yoxdur. Ona görə də mövqelərini bilmirlər.
• Özünüz üçün istisna etmək: səhvən düşünürük ki, hər bir hərəkətimiz, seçimimiz sırf bu günə və bu dəqiqəyə aid olur. Məsələn, bu gün 12-yə kimi yatım, indi burger yeyim, axşam məşqə getməyim - bir dəfədən heçnə olmaz. Amma bu düz fikir deyil. Bu bir dəfədən sonra vərdişə çevrilib sistematik olur. Çünki beynimiz düşünür "deməli normal şeydir, təkrar edərik".
• Hesabat verməmək rahatlığı: hər bir uğurlu insan kiminsə qarşısında hesabat verir. Uşaqlığda valideyin qarşısında hesabat verirdik: vaxtında yatırdıq, dərsi oxuyurduq, dişimizi fırçalayırdıq. Hesabat vermək həyatımıza nizam-intizam gətirir, ardıcıllıq və qayda. Onlar da proqress və inkişafa doğru bizi aparır.

3️⃣ Özünüzü məcbur edib ultimatum qoyun:

Ultimatum - son və qəti tələb.
Çoxumuz səhər ona görə oyanırıq ki, mütləqdir: məktəbə ya universitetə tələsirik, işə və s. Tələb olmasa biz hələ yerimizdə qalarıq.


#kitablar
#uğur_qaydaları

t.me/biznes_ugur
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13❤2
🔤🥱🦾Səhəri enerji ilə dolu açmağın yolu:

1. Yuxudan öncə gələn gündən gözlədiyinizi aydın edin. O gözləntinin sizi xoşbəxt etməsi yaxşı olardı.
2. Zəngli saatı (budilnik) uzağa qoyun ki, oyananda ayağa durub söndürəsiniz. Gözü yumulu "x" basıb yuxuya davam etməyinizə imkan yaratmayın.
3. Oyanan kimi sərin su üzünuzə çəkib dişlərinizi fırçalayın. Bu bədəninizin oyanmasına kömək edəcək. Hətta tez yerindən durub fiziki idman da edə bilərsiniz: jim, oturub-durma və s.
4. Sərin su için: su balansınızı bərpa edib güc verəcək.
5. Səhər idmanı edin: bu sizə həm fiziki, həm zehni, həm də emosional enerji verəcək.
6. İdeal olardı tərləyib duş qəbul etmək.

⭐️✨🪄Sehrli səhərin 6 praktikası:

Hər gün birini seçin, ya da vaxt varsa, bir neçəsini.

1️⃣Dərk edilmiş sakitlik: 5 dəqiqə.

Sakitlikdə oturmaq:
• sakitləşdirir;
• stress səviyyəsini azaldır;
• gücünüzü toplayır, sizi yığılmış edir;
• prioritetlərinizə üstünlük verməyə kömək edir.

Sakitlik praktikasının növləri:
• dua etmək: namaz qılmaq və digər dinlərdə onun analoqu;
• meditasiya;
• düşünmək;
• dərindən nəfəs alma terapiyası;
• minnətdarlıq.

2️⃣ Affirmasiya: 5 dəqiqə.

Bu gülməli ola bilər, amma bunu Məhəmməd Əli, Uill Smit, Gim Kerri istifadə edirdilər. Pozitiv düşüncənin gücünə inanmaq onları irəli çəkirdi. Biz daim beynimizdə özümüzlə dialoq aparırıq. Bu prinsipi bilmədiyimizə görə də, neqativ düşüncələrimiz beynimizdə qalıb, qorxularımızı, güvənsizliyimizi və keçmiş təcrübənin məhdudiyyətini gücləndirir.

Ona görə aktiv şəkildə affirmasiya edib, pozitiv fikirlərlə və pozitiv inamlarla beynimizi dolduranda, biz öz uğurlu və güclü gələcəyimizi proqramlıq edirik. Lazım olan düşüncələrə, nəticələrə, əqidələrə, fikirlərə, hərəkət modellərinə özümüzü yönəldirik.

3️⃣ Vizualizasiya: 5 dəqiqə.

Hər şeyi istədiyiniz kimi görün bu zaman. Bir arzu, xəyal ya məqsəd seçib düşünün ki, artıq ona çatmısınız. Elon Mask, Bill Qeyts, Tayqer Vuds, Arnold Şvarçeneqqer və digər tanınmış şəxsiyyətlər deyirlər ki, vizualizasiya onlara uğura çatmağda kömək edib.

Bu praktika gələcəyinizin ən gözəl şəklini yaradıb, beyninizi və hərəkətinizi ona doğru yönəldəcək.

4️⃣ Oxuma: 20 dəqiqə.

Oxumaq bilik almağın ən tez yoludur. Lazım olan ideyaları, strategiyaları əldə edə bilərsiniz. Təkər kəşf etməyin. Hər şey artıq kəşf olunub, fərqli biliklər olan kitabların sayı-hesabı yoxdur. Mövzunuzu seçib oxuyun, sonra da praktikada yoxlayın o bilikləri və istifadə edin.

İstədiyinizə nail olmaq üçün bu uğuru qazanan insanların təcrübəsini istifadə edin.

Günə 5-10 səhifə oxuyun, bəsdir. İlə bu 1825-3650 səhifə edir. Hardasa 6-12 kitab. Az deyil.


Daha ətraflı, həzz alınası formada və qalan 2 praktikanı bizim yeni məqaləmizdə oxuyun


#kitablar
#uğur_qaydaları

t.me/biznes_ugur
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9❤2
Kasıb insanları məmnun etmək ən çətindir.

• Onlara pulsuz bir şey verin, onlar bunun tələ olduğunu düşünəcəklər.

• Kiçik investisiya etməyi təklif edin. Cavab verəcəklər ki, çox qazana bilməzsən.

• Böyük sərmayə qoymağı təklif edin. Deyirlər ki, pulları yoxdur.

• Yeni mövzuları sınamağı təklif edin. Deyirlər ki, təcrübələri yoxdur.

• Ənənəvi biznes təklif edin. Çətin olduğunu deyirlər.

• Yeni biznes modeli təklif edin. Deyirlər, piramidadır.

• Mağaza açmağı təklif edin. Cavab budur ki, azadlıq yoxdur.

• Yeni biznesə başlamağı təklif edin. Cavab verəcəklər ki, yeni işin gedəcəyinə dair heç bir sübut yoxdur.

Onların ortaq cəhətləri var: Google-dan soruşmağı, özləri kimi ümidsiz dostlarını dinləməyi xoşlayırlar. Onlar universitet professorundan çox düşünür və kordan daha az iş görürlər.

Kasıb insanlar ortaq bir şeyə görə uğursuz olurlar:

"Onların bütün həyatı gözləməklə keçir."

Gek Ma, Alibaba Group, varlığı 26 mlrd $©


#uğur_qaydaları

@biznes_ugur
👍18👏5🤔4❤1
❗️🚩‼️Fırıldaqçıların 6 aldatma yolu

1️⃣ Məhsulu çox ucuz satıb beh istəmək

İnternetdə: elan verilir ki, avto təcili 15 000 ₼ satılır. Siz baxırsınız, onun real qiyməti 20 000 ₼. Əlbəttə ki, bazardan çox ucuz olan məhsul sərfəli olduğuna görə diqqətinizi çəkir və əldən çıxarmaq istəmirsiniz. Bu fürsətdir. Onu da fırıldaqçılar bilir və istifadə edirlər. Siz zəng edirsiniz, o da deyir ki, bir günlük digər şəhərə gedib, dəqiq alacaqsınızsa sizə saxlasın, yoxsa zənglər gəlir, növbə var. Siz deyirsiniz "alıram, maraqlıdır". Bu zaman Pandora yeşiyi açılır və sizdən beh istəyir. Əlbəttə ki, tək siz zəng etmirsiniz, əlbəttə ki, pulları yığıb yox olur.

Bir dəfə məndən ilk dəfə gördüyüm və ofisi olmayan makler beh istəyirdi. Qanuni cavabım o oldu ki, ilk dəfə sizi görürəm, necə verim, sonra hardan sizi tapacam...

Zəiflik: insanın tamah hissindən istifadə edirlər və tələsdirirlər.

Qorunma: tanımadığınız adama beh verməyin.

2️⃣ Bank kartın CVV/CVC kodunu və kartın nömrəsini almaq

İnternetdə bank saytına oxşar saytlar olur, ora bilməyib daxil edirsən və kartın içindəki məbləq ilə gedir.

Eləsi var, yazırlar ki, uduş əldə etmisiniz, bank kartınızi deyin və biz pulu yollayaq. Ya internetdə sayt olur, ora yazmağınızı istəyirlər və CVV/CVC kodu da tələb edirlər. Nəticədə eyni şey.

Zəiflik: CVV/CVC və kartın nömrəsini bilib kartdan pulu çıxarmaq olur.

Qorunma: internetdə tanımadığınız heç bir sayta və ümumiyyətlə insana bank kartınızın CVV/CVC kodunu deməyin. Pul yollamaq üçün bank adı və kart nömrəsi bəs edir.

3️⃣ Əzizlərdən polis adı ilə istifadə etmək

Fırıldaqçı polis adı ilə zəng edir (xüsusən yaşlı insanlara) və deyir ki, oğlun/qızın qəza törədib, onu həbs edirik. Ya da filan min ₼ pul verin/yollayın, onu azad edək. 5 dəqiqə vaxtınız var.

Zəiflik: əzizləri qoruma və tələsdirmək.

Qorunma: tələsən təndirə düşər. Belə halda həmişə tələb edin ki, insanın özü ilə danışasınız. Və ya dərhəl zəng edib əzizinizdən soruşun. Əmin olmadan qərar verməyin!

4️⃣ Bank işçisi adı altında gizlənmək

Zəng edib deyirlər ki, bankın təhlükəsizlik üzrə mütəxəssisiyəm, kartınızdan fırıldaqçılar pul çıxarmaq istəyirlər (əslində özüdür). Ona görə, təklif edirlər ki, siz pulunuzu bankın qorunan hesabına atasınız və sonra fırıldaqçıların dərsini verəndən sonra pulunuz avtomatik sizə qayıdacaq, hələ sms-də gələcək. Əlbəttə ki, pulunuz qeyb olur nəticədə.

Zəiflik: illərlə yığılan pulu itirmək qorxusu.

Qorunma: heç bir bank işçisi sizdən nə şifrə, nə kart nömrəsi nə də pulu harasa yollamaq tələb edə və ya istəyə bilməz. Elə zəng gələndə, deyin ki, gedib indi banka özüm araşdıracam. Heç vaxt pulu kiməsə yollamayın və kart nömrəsi, CVV/CVC kodunuzu onlara deməyin. Əsasən də mesajda gələn müddətli kodu. Bank şübhəli şəxs görən kimi, özü sizin hesabınızı bloka atıb qoruyur.

5️⃣ Pul alıb guya işə düzəldirlər

İnternetdə elan verirlər, ya həyətdə yapışdırırlar. İnsandan pulu alıb yox olurlar.

Zəiflik: sabit qazancın olmaması.

Qorunma: işə götürən özü maaş verir, işçidən almır. Və işə düzəlmək üçün tanımadığınız şəxs pul istəyirsə, verməyin.

6️⃣ Piramida: pul qoy, qat-qat əvəzini əldə et

İnsanlar cəlb edirlər və yatırım şirkəti altında onlardan investisiya istəyirlər. İlk növbədə hamıya qazanc ilə qaytarırlar. Sonra onlar daha çox pulu qoyur, dostlarını çağırır. Nəticədə çoxlu kütlə yığıb, bütün pulları toplayıb yoxa çıxırlar.

Zəiflik: asan pul qazanma yolu, heç nə etmə, milyonçu ol.

Qorunma: yatırımı çalışın rəsmi yollar ilə edin - bank depoziti, fond bazarı, kriptovalyuta, daşınmaz əmlak, avtonəqliyyat və s. Tanımadığınız şirkətə və ya möcüzəvi qazanc yollarına inanmayın. Düşünün, o nə edir ki, sizə 1 aya verdiyiniz pulun ikiqatını qaytarır. Elə olsaydı, bankdan kredit götürüb 1 ilə milyonçu ola bilərdi.

___
Fırıldaqçıların çoxu kasıblara hədəflənir. Çünki varlı o yolları bilir və aldatma sxemlərini göydə tutur. Varlı daha yaxşı hüququ da bilir, insanları tanıyır və ölkədə baş verənlərdən xəbəri var. Ona görə inkişaf edin.

BŞ fırıldaqçı tərəfindən aldanmalı deyil.

Dostlar, maksimum repost!

#hüquq

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏9👍4❤1
Uğura gedənlərin məkanı @biznes_ugur

✅ Səhərin sehri: uğurlu səhər 🔤 uğurlu həyat https://t.me/biznes_ugur/781

✅ Sultan Süleymanın 3 vəsiyyəti https://t.me/biznes_ugur/723

✅ Biznes üçün ideal yer https://t.me/biznes_ugur/919

✅ Çoxbilmiş çinli 2 həftəyə $ 15 000 qazandı https://t.me/biznes_ugur/599

✅ 8 satış qaydası https://t.me/biznes_ugur/865

✅ Xarizma - dünyanı əldə etməyin sirri https://t.me/biznes_ugur/526

Bu və digər sahələrdə faydalı, sizi yüksəldən biliklər - Böyük Şəxsiyyət kanalında.

Bizimlə olun, çətinliklərə rəğmən irəli gedib xoşbəxt və uğurlu həyatınızı bizimlə qurun 😉🔥🦾
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4