Brain AZ: Şəxsi inkişaf | Psixologiya | Beyin sirrləri
19.4K subscribers
120 photos
21 videos
1 file
128 links
🔹maraqlı faktlar
🔹psixologiya, düşüncə
🔹beyin, zehin, şüur haqqında biliklər
🔹fəlsəfə
🔹motiv edici sözlər
🔹uğurun sirri
🔹irəli aparan hər biliklər

@brain_az - dünya görüşünü bizimlə artır!
Download Telegram
💰💸💰 Dostlar, kriptovalyuta qazancı.

1. Daxil olursunuz və Telegram hesabınız nə qədər köhnədir, o qədər də çox token verəcəklər.

2. Hər gün daxil olursunuz 200 dogs verirlər.

1000 dogs = 11$

Qoşulun https://t.me/dogshouse_bot/join?startapp=p4EbKEJsT7OGDJuqpNXPug

Ətraflı bağlı qrupumuzda

👏 qrupudur. Narahat olmayın, güvəniləsi yerdir 😉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🧠🧠🤯 Beynimizin fəaliyyətini nə pozur?


1️⃣Xroniki yuxu çatışmazlığı

Hər kəs bu problemlə üzləşir. Statistikaya görə son əsrdə orta hesabla yuxu müddəti 20% azalıb. Bir insanın çox yuxusuz olduğu bir vəziyyətdə, beyninin bəzi hissələri yavaş dalğalı yuxuya gedir.  Nəticədə incə motor bacarıqları və diqqəti bir şeyə cəmləmə qabiliyyəti pisləşir.

2️⃣ Stress

Güclü emosional stress hadisələrin ardıcıllığını başa düşmək və səbəb-nəticə əlaqələrini qurmaqdan məsul olan sinir əlaqələrini pozur.  Xroniki stress beynin intellektual fəaliyyətini əhəmiyyətli dərəcədə maneə törədir.

3️⃣ Səhər yeməyi yoxdur

Səhər yeməyinin olmaması səbəbindən insanın tonusu və işləmə qüvvəsi azalır. Aydındır ki, bu zaman orqanizmdə enerji çatışmır, lakin səbəb həm də qanda şəkərin səviyyəsinin aşağı düşməsidir ki, bu da qida maddələrinin beyinə çatmasını çətinləşdirir.


#uğur_qaydaları
#sağlamlıq #beyin #zehin

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11
Dostluq haqqında müdrik bir məsəl:

Bir gün bir gənc evlənmək qərarına gəldi və atasına müraciət etdi:
- Ata, səndən bir xahişim var. Hər şeyi tək görməyə vaxtım yoxdur, ona görə də dostlarımın siyahısı budur. Zəng edib toyuma dəvət et də onları.
- "Yaxşı, oğlum" - deyə ata cavab verdi.

Toy günü oğul atasının yanına qaçdı və qəzəblənməyə başladı: "Ata, səndən bütün dostlarımı çağırmağı xahiş etdim axı!"
- Mən də elə eləmişəm.
- Amma siyahımda 50 nəfər var idi, mən isə cəmi 5 nəfəri görürəm.
- Oğlum, hamını çağırdım. Onların hər birinə dedim ki, xahişinlə zəng edirəm, indi problemin var, dostlarının köməyinə ehtiyacın var. Və hamıdan xahiş etdim ki, bu vaxt bu yerə gəlsinlər. Ona görə narahat olma oğlum, bütün dostların indi buradadır!


#həkayələr

t.me/biznes_ugur
👍20😍5❤4👏4
Dostlar, kriptooyun üçün adminə dəstək lazımdır 🙏😉😂

Oyuna daxil olub onu açın və bir az oyunda hərəkət edin pls.

https://t.me/catgoldminerbot?start=club_1001849576138_5539115597

Kim özü oynayıb qazanmaq istəsə bura qoşulub soruşa bilərsiniz.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🏆💡🐶Şərdən xeyir tapmaq

2010-cu ildə Formula 1-in rəhbəri Berni Ekklstoun oğruların hücumunun qurbanı olub. Onu döyüblər, pulunu oğurlayıblar və İsveçrə Hublot saatını oğurlayıblar.

🎭Cinayətkarlar getdikdən sonra polisə zəng etmək əvəzinə, Ekklstoun Hublotun baş direktoruna zəng etmək qərarına gəldi.

Bu qərar qəribə görünə bilər, amma çox uğurlu oldu.

Berni Hublot reklam kampaniyasında döyülmüş üzünün fotosundan istifadə etməyi təklif etdi. Saat markası bu təkliflə dərhal razılaşdı. Situasiya marketinqinin ən yaradıcı və orijinal nümunələrindən birini dünya belə gördü.

Hublot döyülmüş Formula 1 idarəçisinin təsviri və şüarı olan pankartlar yaratdı: “Görün insanlar Hublot üçün nə etməyə hazırdırlar”.

🧠💎Nəticədə həm Hublot, həm də Berni Ekklstounun özü qalib gəldi. Çətin şəraitdə fürsətləri görməyi bacarmaq lazımdır.


#marketinq
#uğur_qaydaları
#biznes
#formula1 #saat #brend #reklam

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤2
Milyonçu kodu: varlılıq düstürunun olmasını bilirdiniz?

Məqalədə oxuyun 😉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6
⚡️🔜🛍🛍🛍🛍İmpulsiv alqı necə cibinizi boş edər...

🛒🤑Bəzən biz hardasa endirim görürük və yaxşı məbləğə alver edirik. Sonra da baxırıq ki, pulumuz qalmadı. Ucuz olan məhsulu biz almaq istəyirik, bunu da marketoloqlar bilirlər. Onların bir çox texnikaları var, hansılar sizdə "almaq" hissini yaradar və gücləndirər. Hətta o səviyyəyə çatdırmaq olar ki, siz bütün ehtiyatı alarsınız, borca olsa belə. Nəticədə emosional seçimlə aldığımız bir çox məhsulu istifadə etmirik, kiməsə veririk ya atırıq.

💰🚩Əvvəlcədən planlaşdırmadan alış-veriş etdiyiniz zaman planlaşdırdığınızdan daha çox pul xərcləmək riski daşıyırsınız. Bu büdcənizə mənfi təsir göstərə biləcək mənasız xərclərə səbəb ola bilər.

İmpulsiv alış-veriş həm də həqiqətən ehtiyacınız olmayan şeylərin yığılmasına, israfçı xərclərə və evdə həddən artıq izdihamla nəticələnə bilər.

💰📋 İmpulsiv alışın zərərindən qaçmaq üçün yeni alışlarınızın planlaşdırılmasına vaxt ayırmağa dəyər.  Həmdə alğıdan əvvəl özünüzə vaxt verib düşünün, bu mənə həqiqətən lazımdır yoxsa ucuz olduğuna görə alıram?

Bu psixoloji seçimdir, bəzən bizdən asılı olmur. Beyin düşünür ki, bu çox ucuzdur, almasam itirərəm, alım birdən lazım olar... Amma bu zaman şüuru qoşmaq lazımdır 😉

Gərəksiz xərclərdən qaçmaq və maliyyə sabitliyini qorumaq üçün məqsəd və planlarınıza diqqət yetirin. Həmişə demişik - pulu düzgün xərcləmək pulu qazanmaqdan vacibdir 💸


#uğur_qaydaları
#investisiya
#maliyyə
#marketinq

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤3
💰💸🤑 Pulsuz pul qazanın

Dostlar, kripto proyektə kim qoşulmayıbsa - qoşulun və xalları yığın

https://t.me/dogshouse_bot/join?startapp=p4EbKEJsT7OGDJuqpNXPug

14 avqust mayninqin sonuncu günüdür 😉

Kripto kanalımıza qoşulun və pulsuz pul qazanmağı öyrənin https://t.me/+MbLSuMNQDFtjOThi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bir-birinizə dəstək olun. Dostlarınızdan endirim istəməyin. Əksinə, xeyri kiməsə verməkdənsə ona verin.

Onsuzda siz kimdənsə alacaqsınız. Bəzən olur ki, dost endirim etmir və ondan inciyirlər. Siz elə olmayın. O biznesi sizə endirim etmək üçün açmayıb. Sizin bir manatınız belə onun biznesinə dəstək ola bilər 😉

💧🔜 🌊

#fikirlər

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8👏4
🏹😵🏆Cəhddən hekayə. Et ya da etmə!

Usta şagirdinə ox atmağı öyrədirdi. Şagird bir yay və iki ox götürdü və məşqə başladı. Lakin Usta gəlib oxlardan birini əlindən alıb kənara atdı. 

- "Niyə ikinci oxu məndən aldın?" – tələbə soruşdu. 

- "Mən səndən ikinci oxu yox, birincini götürdüm, çünki hər halda o hədəfdən kənar uçacaqdı." 

- "Bəs niyə?" – tələbə təəccüblə soruşdu. 

- "Çünki sən atəş açanda biləcəkdin ki, daha bir cəhdin var" - deyə Usta cavab verdi.

___
Bəzən hər an “təslim olub yenidən cəhd edə” biləcəyimizi başa düşmək bizi hədəflərimizə dair daha rahat edir. 

Və bu zərərli ola bilər, çünki bu şəkildə heç bir şey etməməkdə günahlandırıla bilməzsiniz və hər hansı bir uğursuzluq "yenidən cəhd edəcəyəm" faktı ilə əlaqələndirilə bilər.

Və cəhd pis və normal deyil.

Yalnız cəhdlərinizin hər biri yeganə cəhd kimi olmalıdır. Ulduz Müharibələrində Maqist Yoda Lük Skayuokerə belə bir söz dedi: "Et ya da etmə, cəhd görtərmək lazım deyil". Bu çox dərin sözlərdir.

Özünüzdə sınayın, cəhdimiz çox olanda biz hər etdiyimiz cəhdə səhlənkarcasına yanaşırıq. Bu da o deməkdir ki, tam gücümüzlə cəhdi etmirik. Ona görə də uğur qazanmırıq.

Hər dəfə 100 faiz özünüzü verirsinizsə, onda hər şeyin ilk dəfədən nəticə verməsinin şansı yüksəkdir. Əks halda, bir neçə dəfə səhlənkarcasına cəhd edib deyəcəyik ki, calışdım alınmadı 😉


#uğur_qaydaları
#həkayələr

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍18
👁‍🗨💬💬Deyl Karneqinin məsləhətləri:

1️⃣ Başqa bir insanın yerinə özünü qoy və sənin yox, onun nəyə ehtiyacı var - başa düş. 

Bütün dünya bunu bacaranın yanında olacaq.

2️⃣ Məşğul olun. 

Bu yer üzündə ən ucuz və ən təsirli dərmanlardan biridir.

Bəzi psixoloji xəstəliklər var ki, bekarçılıqdan gəlir...

3️⃣ Sabah yoxdur.

İnsanın qurtuluş günü bu gündür. Dünyadaki bütün işlər bü gün görülüb, sabah yox.

4️⃣ Kiminsə adını unutmayın.

Ad - istənilən dildə hər kəs üçün ən şirin və ən vacib səsdir. İstəyirsənsə insanı özünə tərəf çəkəsən - onun adını de. Bu tanışlıqda, münasibətdə və hətta satışda, biznes danışıqlarda işləyir. İnsanın adını çəkəndə o düşünür ki, o sizə vacibdir (çünki adını yadda saxlamazdınız) və şüuraltı deyir ki, bu insan sənə yaxındır (çünki adımızı çəkən insanlar adətən bizə yaxın olanlar olur).

5️⃣ Artıq xoşbəxtsən və əslində daha xoşbəxt olacaqsan kimi yaşa!

Özünü xoşbəxt insan kimi apar - elə də olacaqsan. Bilirsiniz, insana xoşbəxtlik üçün çox şey lazım deyil. Əsasən də, çox adam düşündüyü kimi, pul ya uğur. Kasıb da, uğursuz da xoşbəxt ola bilər və olur. Ona görə əsas - bu hissi tutmaqdır. Dalğanı tut - ardı da gələcək.


#uğur_qaydaları
#ünsiyyət #danışıq #insan #karneqi #kitab #kitablar

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👏2
🏆🥇👑İtlər və hepard yarışı

Bu yarışda kimin daha sürətli olduğunu öyrənmək istəyirdilər: itlər yoxsa hepardlar.

Lakin yarışa başlamaq üçün siqnal səslənəndə hepard yerindən tərpənmədi.

İnsanlar təşkilatçıdan soruşmağa başladı: "Nə məsələdir?"

Hepard buna belə cavab verdi:

"Bəzən ən yaxşı olduğunu sübut etmək - sənin üçün təhqirdir."

___
Sizi pisləyəndə, bacarığınızı alçaldanda heç vaxt əksini sübut etməyin. Ağıllı, müdrik, güclü insan həmişə sizin güclü tərəfinizi görəcək. Daha çox - cəmiyyət hər kəsi yaxşı tanıyır. Sizin etdiklərinizi, bacarığınızı, dəyərinizi azaldan - sadəcə özünü qaldırmaq üçün sizi alçaltmağa çalışır. Öz gücünüzü bilin və kiməsə onu sübut etməyin, görmək istəyən - görəcək. Sübut etməyin əks təsiri var - camaat düşünəcək ki, sizin özünüzdən şübhəsiz var 😉


#həkayələr
#uğur_qaydaları
#liderlik

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤4👏3
👍👍😡👿Xeyir və şər - nisbidir yoxsa mütləq?

Üzüklər hökmdarını oxumusunuz? Filmi də var. Orda təmiz (mütləq) şər var və təmiz (mütləq) xeyir.

Yəni ki, Sauron, Saruman, orklar - bunlar pisdirlər, şər. Tolkien elə onları göstərir ki, onlarda yaxşı heç nə yoxdur.

Elflər, insanlar isə - yaxşı tərəfdir. Onların tərəfini saxlayırıq və qalib gəlmələrini istəyirik. Pis insanların da şüuru - Sauron və onun tərəfdarları ilə "zəhərlənib".

Uşaqlığda ümumi olaraq filmlər belə idi - yaxşı və pis aydın olurdu. Və onların arasında qalın, görünən xətt var idi - onları ayıran xətt.

Gorg Martin isə buna görə G. R. R. Tolkieni tənqid edir ki, həyatda belə olmur. Həyatda yaxşı və pis, xeyir və şər - nisbi anlayışlardır. İnsan təmiz pis olmur, biri üçün yaxşı olur, biri üçün pis. Eynən də hərəkət: biri üçün yaxşı olan hərəkət, digəri üçün pis ola bilər.

Şər saydığımız qatil - psixoloji xəstə ola bilər, cəmiyyət tərəfindən elə yetişdirilə bilər. Oğru kasıblığa görə oğru ola bilər.

Martinin əsərlərində ("Od və buz nəğməsi" romanlar silsiləsi, onun əsasında çəkilən serial "Taxt Oyunları") hər insanın yaxşı tərəfi də var, pis də. Ən böyük antaqonist (baş qəhrəmanın düşməni) - elə göstərilib ki, onun da elə olmasının səbəbi var. İki ordu vuruşanda - hər tərəfin öz haqqı var.

❓🚩❓İndi sual, kim düzdür, Tolkien yoxsa Martin?


#uğur_qaydaları
#fəlsəfə
#kitablar
#kitab #pdf #martin #taxtoyunları #üzüklərhökmdarı #əsər #roman

t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8